Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-890/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadiyev və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Mü dafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.İ.Hüseynov (sədrlik edən və məruzəçi), E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) 1(101)-571/2017 nömrəli 13 sentyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Sabirabad rayonunun Güdəcühür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.2 -ci maddələri ilə təqsirli bilinib, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli müddətinin əvvəli 03 may 2016-cı il tarixdən hesablanmış, xx xxxx 1993-cü ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ocaqlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 228.4-cü maddəsi ilə ona bəraət verilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli müddətinin əvvəli 04 may 2016-cı il tarixdən hesablanmışdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib tamah niyyəti i lə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə 27 aprel 2016-cı il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının arxa hissəsində olan parkda baxılan iş üzrə zərərçəkmiş şəxs X3 və onun yanında olan X4 yaxınlaşıb X7ni yanlarına çağıraraq özlərini cinayət aləminin nümayəndəsi kimi təqdim edərək və qeyd edilən ərazidə insanların davranışı üzərində nəzarətin onlara həvalə edildiyini bildirərək onun cibindəki pulu tələb etmiş, X7 imtina etdikdə Təqsirləndirilən şəxs1 əlində olan zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağını nümayiş etdirərək X7ə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etdikdən sonra, Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış zərərçəkmiş şəxs X7in cibindəki özgə əmlakı olan 20 manat pulunu ələ keçirib ona maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 27 aprel 2016-cı il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının arxa hissəsində olan parkda baxılan iş üzrə zərərçəkmiş şəxs X7 onun yanında olan X4ə yaxınlaşıb, X7ə qədər əvvəl onun və X8in öpüşməsini gizli olaraq mobil vasitəsilə çəkdiyini bildirməklə, həmin görüntüləri sosial şəbəkədə haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, zərər çəkmiş şəxs X2 200 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.S.Hüseynov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 1(103)1299/2017 nömrəli 13 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi və məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindın verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdikləri kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və hər iki məhkuma bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 onunla əsaslandırırlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və ədalətsizidir. Belə ki, işin faktiki halları onu deməyə əsas verir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi yoxdur və onlara bəraət veilməlidir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara ittiham edilmiş CM-in müvafiq maddələri ilə təqsirli bilmirlər. Onların təqsirli bilindikləri cinayət əməlini törətmələri başqa mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalar ının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmas ını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiə tərəfinin kassasiya şikayətlərinin başlıca dəlili məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsiz olması əsası ilə əlaqədar barələrində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkumlar X11 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini məhkəmə istintaqı zamanı etiraf etməsələr də, onların qeyd olunan cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmı şdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələ ri məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-890/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-890/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver