Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-890/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum ol unmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Əmrəliyev) xx xxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, VMÜİMM-nin evi, məhəllə 2236m, 25A ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyul 2021-ci il tarixdən hazırkı vaxtadək tutulduğu və həbsdə olduğu 3 (üç) ay 14 (on dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm q anuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə zalından həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış götürmə və baxış keçirilməsi haqqında protokolla götürülmüş fotoşəkillərin cinayət işinin materiallarında sa xlanılması, “Samsung” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-cu il tarixli qərarı ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) kassasiya protesti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, CM-in 70-ci maddəsinin tətbiqinin hökmdən xaric edilməsinin əsassız və qanunsuz olduğu üçün işin yeni baxışa təyin edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü bu hissədə mübahisələndirilməmişdir. Binəqədi rayon məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hal kimi dəyərləndirərək onun barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə hökmü CM-in 70-ci maddəsinin tətbiqi hissəsində dövlət ittihamçısı tərəfindən mübahisələndirilmişdir. Apellyasiya instansiya məhkəməsi də apellyasiya protestini əsaslı hesab edərək Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etməmişdir. Ümumiyyətlə həm apellyasiya protestinin və apellyasiya məhkəməsinin Qərarının məğzi təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkünsüzlüyü ilə bağlı olmuşdur. Lakin Binəqədi rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Mahmud oğluna cəza verilmişdir, cazasının icrası dayandırılaraq 2 il sınaq müddəti təyin olunmuşdur. Yəni Təqsirləndirilən şəxs məsuliyyətdən kənar qalmamışdır. Əgə r apellyasiya protestində və onu təmin edən qərarda onun cəza çəkmədən islah olunmasına şübhə ilə yanaşırsa, təyin olunmuş sınaq müddəti ərzində yenidən cinayət törədərsə bu iş üzrə müəyyən olunmuş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, veriləcək cəzaya əlavə ediləcəkdir. Yox əgər bu sınaq müddəti ərzində cinayət törətməzsə bu o anlama gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmuşdur. Bununlada hesab edirəm ki, apellyasiya protestində və mübahisələndirilən qərarda cəza çəkmədən islah olunmanın mümkünsüzlüyü ilə bağlı dəlillər əsassızdır. Mübahisələndirilən qərarda apellyasiya protestinin qismən təmin olunduğu qeyd edilsə də protestin özünə baxdıqda tam təmin olunduğu görünür. Həmçinin mübahisələndirilən Qərarın təsviri hissəsində apellyasiya protestində təqsirləndiri lən şəxsin cəzasının artırılması ilə bağlı tələbin olması qeyd olunur, lakin apellyasiya protestində cəzanın ağırlaşdırılması ilə bağlı tələbi olmamışdır. Hesab edirəm məhkəmə bununla bağlı yanlışlığa yol vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı isə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiy a şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanun la kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini mü əyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmlə tətbiq edilmiş şərti məhkum etmə ləğv edildiyi üçün Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır - azadlıqdan məhrum etmə növündə cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında kassasiya tələbini cinayət-prosessual qanunun 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Təqsirləndirilən şəxs oğlunun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instan siyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Sübutlar hökmdə ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası nə sübutların yenidən təsvir və şərh edilməsini zəruri sayır, nə də ki, işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normalarının tətbiqi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün əsas görür. Məhkəmə kollegiyası onu qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının həddindən artıq ağır və ədalətsiz olması, məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan təyin edilməsi haqqında iddiaların əksinə olaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran halları müəyyən etməmiş, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs şərti məhkum edilməsinə dair müddəaları hökmdən xaric etməsinə baxmayaraq, məhz yuxarıda qeyd ol unan cəzanı yüngülləşdirən haldan və cəzanı ağırlaşdıran halların olmamasından çıxış edərək Təqsirləndirilən şəxs hökmlə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təyin olunmuş, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində olan cəzanı dəyişdirilmədən saxlamışdır. Bundan və şərti məhkum etmə ilə bağlı müddəaların hökmdən xaric edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilmiş dəlillərdən görünür ki, apellyasiya məhkəməsi yalnız Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları deyil, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün halları (o cümlədən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını) tarazlaşdırılmış şəkildə nəzə rə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl etmiş, cinayət qanununun şərti məhkum etmənin tətbiqini tənzimləyən 70-ci maddəsini və ədalət prinsipini (maddə 8) pozmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şərti məhkum etməni təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də lazımınca nəzərə alınsın və yalnız belə olduqda, tətbiq edilmiş şərti məhkum etmə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələblərinə cavab verən, cəzanın məqsədlərinin təmin edilməs i üçün kifayət edən tədbir kimi nəzərdən keçirilə bilər. Bu səbəblərdən məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini mümkün saymır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.5, 416.0.6 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cina yət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA A L İ R: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-890/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-890/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver