Məhkəmə qərarları › İş №1(102)-890/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-890/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-890/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Neftçala rayonunun Şorkənd kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6-cı maddələri ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 24 noyabr 2021-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdiril mədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə) 6 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Məhkum cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 sayl ı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə və CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 7 iyun 2023-cü il ta rixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxıldığı zaman Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstəril ən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar