Məhkəmə qərarları › İş №1(102)-891/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-891/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:Nəsibova Samirə Cavid qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə (hakimlər: X6 (sədrlik edən) X15 və X3 ibarət tərkibdə) Məhkum1 – xx xxxxxx 1996-cı il tarixdə Tərtər rayonunun Fəhlə qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tərtər rayonu, ******* kəndində qeydiyyatda olan və Bakı şəhəri,************** qəsəbəsində yeni tikilidə yaşamış, Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum2 – xx xxx 1994-cü il tarixdə Tərtər rayonunun ***** qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tərtər rayonu, ******** kəndində qeydiyyatda olan və Bakı şəhəri, ************** qəsəbəsində yeni tikilidə yaşamış, Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı A6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyun 2017ci il tarixdə günorta saatlarında Məhkum2 Zərərçəkmiş şəxs ilə bir həftə əvvəl sonuncunun məhəllədə yaşayan tanışları X7 göyərçinin götürülməsi üstündə söyməsi ilə bağlı aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvansız yeni tikilinin həyətindən çölə çağırıb bir qədər kənara aralandıqda aralarında baş vermiş mübahisə nəticəsində əlində olan beşbarmaqla, qardaşı A6 isə dəmir alətlə Zərərçəkmiş şəxs bir neçə dəfə vurmaqla başın sol qaşüstu və gicgah nahiyələrindəki əzilmiş yara, sol göz almasının ağır dərəcəli kontuziyası və skleranın geniş məsaməli zədələnməsi ilə müşayiət olunan sol gözün orbitasının bayır və iç divarının yerdəyişmiş sınıqları xəsarətləri yetirərək, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkum2 qabaqcadan əlbir ola n bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyun 2017-ci il tarixdə günorta saatlarında onun Zərərçəkmiş şəxs ilə bir həftə əvvəl sonuncunun məhəllədə yaşayan tanışları X7 göyərçinin götürülməsi üstündə söyməsi ilə bağlı aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün həmin gün saat 23 radələrində Məhkum1 Zərərçəkmiş şəxs ünvan 2 ünvansız yeni tikilinin həyətindən bayıra çağırıb bir qədər kənarda onun gözlədiyi yerə yaxınlaşdıqda aralarında baş vermiş mübahisə nəticəsində Məhkum1 beşbarmaqla, özü isə dəmir alətlə Zərərçəkmiş şəxs bir neçə dəfə vurmaqla başın sol qaşüstü və gicgah nahiyələrindəki əzilmiş yara, sol göz almasının ağır dərəcəli kontuziyası və skleranın geniş məsaməli zədələnmə si ilə müşayiət olunan sol gözün orbitasının bayır və iç divarının yerdəyişmiş sınıqları xəsarətləri yetirərək, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2, onların müdafiəçiləri X10 və X20 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə) 21 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərar ından məhkumlar Məhkum2 və Məhkum1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Məhkum2 bəraət verilməsini, Məhkum1 əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini və yüngül cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə zamanı o tək olmuş və zərərçəkmiş şəxsə xəsarət onun tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs ondan intiqam almaq üçün qardaşı A6 da iştirak etməsi barədə yalan ifadə vermişdir. Əslində bu belə deyil, bu yalandır, hər hansı sübutla təsdiq edilmir. Ona görə də qardaşı Məhkum2 bəraət verilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilərək, cəza müddətinin yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum2 da eyni məzmunlu kassasiya şikayəti verərək on un barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə iclasında iştirak edın hər iki məhkumların, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü y oxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum2 cinayətin törədilməsində iştirakı sübut edilmədiyinə görə onun barəsində bəraət hökmü çıxarılması barədədir. Birinci instansiya məhkəməsi iclasında ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 10 iyun 2017-ci il tarixdə saat 20:00 radələrində evə qayıdarkən evlərdə usta işlədiyi M6 onu saxlayaraq söhbəti olduğunu bildirmişdir. M6 demişdir ki, guya o, həmin məhəllədə bərbər işləyən M9ni söymüşdür. O, isə M6a demişdir ki, M9 ilə göyərçin üstündə yüngülvari mübahisəsi olmuş, lakin M9ni söyməmiş və dalaşmamışlar. Beləcə, M6 danışıb ayrılmışlar, aralarında heç bir münaqişə olmamışdır. Həmin gün saat 23 radələrində Z6gilin evindən bir az aralıda yaşayan həyətində olark ən onu M6ın kiçik qardaşı F6 çağırmış, o, çölə çıxmış və F6la söhbət edə-edə həyətdən bir az aralaşmışlar. Sabirgilin evindən bir az aralıda mişar daşları yığılmış kimsəsiz yerə çatanda görmüşdür ki, F6ın qardaşı M6 da oradadır. F6 onun başından beşbarmaqla vurandan sonra sonuncunun qardaşı M6 əlindəki dəmirlə onu vurmağa başlamışdır. O, özünü müdafiə etməyə macal tapmamış, üst-başı qan içində olmaqla, sol gözündən bərk ağrı hiss etmişdir. Vurandan sonra F6la qardaşı onu elə oradaca qoyub qaçmışlar. M6 və F6 qardaşları onun başından dəmir alətlərlə vuraraq bir gözünü kor etmişlər. Onların atası Ə6 müalicə xərci kimi ona müəyyən qədər pul vermişdir. Ona bildirmişdir ki, müalicə xərclərini tam ödəyəcək, ona görə də istintaq zamanı notariatda təsdiq edilmiş ərizə vermişdir ki, təqsirləndirilə n şəxslərdən şikayət və tələbi yoxdur. Sonradan müalicə xərclərini ödəmədiklərindən hazırda həmin ərizəsindən imtina edir və xahiş edir ki, onlara ağır cəza verilsin. Cinayət işinin materiallarından görünür ki, M6 və Məhkum1 qardaşları ifadələrində M6ın dalaşmada iştirak etmədiyini göstərsələr də onun zərərçəkmiş şəxsin döyülməsində iştirakı zərərçəkmiş şəxsin ifadəsindən başqa məhkəmə-tibb ekspertizasının rəyi ilə də uyğunluq təşkil etmişdir. bundan başqa məhkəməyədək araşdırma zamanı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin aralarında üzləşdirmələr keçirilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs hər iki təqsirləndirilən şəxslərin üzünə qarşı öz ifadəsini təkrar etmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və X19Təcrübi və X8 rayon şöbəsinin 19 iyul 2017-ci il tarixli, 714 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sol qaşüstü və gicgah nahiyələrindəki əzilmiş yara, sol göz almasının ağır dərəcəli kontuziyası və skleranın geniş məsaməli zədələnməsi ilə müşayiət olunan sol gözün orbitasının bayır və iç divarının yerdəyişmiş sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlərin aşkar olunduğu göstərilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən dəmir alətlə yetirilmiş zərbənin təsirindən əmələ gələ bilər və bebarmaq ilə yetiril məsi istisna olunmür. Xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində törənməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyyədə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, M6 onun böyük oğludur, F6 isə kiçik oğludur. Zərərçəkmiş şəxs onunla bir qonşuluqda özünün yeznəsinin evində yaşamışdır. Hikmət ustadır, onun böyük oğlu M6la bir yerdə evlərdə usta işləmişlər. M6la Hikmət həyətdə quş üstündə mübahisə etmişlər. Bu səbəbdən də onun oğlanları ilə Hikmət arasında mübahisə baş vermişdir. Birinci instansiy a məhkəməsi iclasında şahid X16 ifadəsində göstərmişdir ki, Hikmətin yanına xəstəxanaya gedəndə H6 ona demişdir ki,onu M6 və M6ın qardaşı döyüb. Eyni zamanda, məhəllədə də söz-söhbət yayılmışdır ki, M6la qardaşı H6 göyərçin üstündə döymüşlər. Məhkəmə kollegiyası göstərilən sübutların məcmusuna istinadən hesab edir ki, hər iki məhkumun cinayət əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətində göstərilən dəlillər cinayət işinin materialları ilə təkzib olunduğundan kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı madd əsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar