Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, zərərçəkmiş şəxs X5un nümayəndəsi Ziya Bağırovun, Məhkum müdafiəçisi Zabil Köçəri oğlu Qəhrəmanovun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkə məsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 1(100)-52/2019 nömrəli 22 may 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxxx 1991-ci ildə Bərdə rayonu Əyricə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünv an1 qeydiyyatda olan və yaşayan; Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 09 (doqquz) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 may 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7, X5, X3, X8 və X9 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X7 və X9 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 2016-cı ilin iyun ayının əvvəlindən həmin ilin avqust ayının sonlarınadək olan müddətdə ayrı-ayrı vaxtlarda X2 məxsus Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “xxxx” Kommersiya İstehsalat Firmasının nəzdində fəaliyyət göstərən “Ruzi” un fabrikinə qanunsuz daxil olaraq həmin fabrikdə yerləşən saxlanc yeri hesab olunan 1 nömrəli çəndən vahid niyyətlə bir kiloqramı 0,24 manat, ümumi dəyəri 4.525,92 manat olan 18.858 kiloqram iri dənəli, yaxşı keyfiyyətli, kənar qarışıqsız (təmiz), yerli arpanı, 2 nömrəli çəndən vahid niyyətlə bir kiloqramı 0,39 manat, ümumi dəyəri 34.485,75 manat olan 88.425 kiloqram iri dənəli, təmizlənmiş, kənar qarışıqsız, üyüdülməyə hazır, Rusiya mənşəli ərzaq buğdasını, 3 nömrəli çəndən vahid niyyətlə bir kiloqramı 0,39 manat, ümumi dəyəri 80.944,5 manat olan 207550 kiloqram iri dənəli, təmizlənmiş, kənar qarışıqsız, üyüdülməyə hazır, Rusiya və Qazaxıstan mənşəli ərzaq buğdasını gizli olaraq talamaqla külli miqdarda, yəni 119.956,17 manat dəyərində oğurlamışdır. Hökmdən iş üzrə Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Salman Hüseynov, hakimlər Şamil Rzaquliyev və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-227/2019 nömrəli 16 sentyabr 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin qaldırdığı arqumentlərə heç bir cavab verməmiş birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamaqda haqlı olmamışdır. Müdafiə tərəfi qeyd edir ki, məhkəmələr işin faktiki hallan ilə irəli sürülən ittiham arasında kəskin ziddiyyət olmasına baxmayaraq qeyd edilən qanunsuzluqlara heç bir hüquqi qiymət verməmiş, nəticədə qanununvericiliyin tələblərinin pozulması ilə ittiham hökmü çıxarmışdır. Cinayət işinin materiallarına diqqət yetirdikdə ibtidai istintaq orqanı və məhkəmələr məhkum edilmiş şəxsin ittihamda göstərilən miqdarda buğdanı oğurl amasına dair hər hansı bir fakt ortaya qoya bilməmişdir. Bundan başqa ittiham tərəfinin özünün topladığı sübutlara diqqət yetirdikdə aydın olur ki, məhkum edilmiş şəxs tərəfindən cəmi üç dəfə buğda və bir dəfə arpa aparması müəyyən edilmişdir. İşdə olan şahid ifadələrindən eyni zamanda digər təqsirləndirilən şəxslərin ifadələrinə diqqət yetirdikdə aydın olur ki, məhkum edilmiş şəxs iki dəfə X6 adlı şəxsin avtomobili ilə 40 ton buğda aparmışdır, bir dəfə isə 3 ton buğdanı Mansur adlı şəxsin avtomobili ilə X7 adlı şəxsə vermişdir. İş materiallarında olan Mansur və X7 adlı şəxslərin ifadələri ilə təsdiq edilmişdir ki, həqiqətən də Məhkum tərəfindən 3 ton buğda X7 adlı şəxsə verilmişdir. Bundan başqa X6 adlı sürücünün ifadəsindən görünür ki, iki dəfə ona məxsus Kamaz markalı avtomobil ilə 40 t ona yaxın buğda yüklənmişdir və həmin buğda satılaraq məhkum edilmiş şəxsə verilmişdir. Göründüyü kimi məhkum edilmiş şəxsin oğurlanmış buğdanın yalnız 43 tonu istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. Qalan buğdanın məhkum edilmiş şəxs tərəfindən oğurlanmasına dair ittiham tərəfi hər hansı bir sübut təqdim etməmişdir. Təqdim etdiyi sübut yalnız zərərçəkmiş şəxsin təqdim etdiyi sənədlərdir ki, həmin sənədlərə diqqət yetirdikdə aydın olur ki, həmin hesablamalar onların özləri tərəfindən aparılmış və ilkin təqdim edilmiş rəqəmlər ilə sonradan təqdim edilmiş rəqəmlər arasında kəskin ziddiyyət vardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikay ətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Z.Qəhrəmanovun və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H.İmranovun və zərərçəkmiş şəxsin nümayəndəsi Z.Bağırovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlam anın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassator kassasiya şikayətində iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadığını və əsassız olaraq Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyini vurğulayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etməklə, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyət lərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməs ində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessua l sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin dispozisiyası bu Məcəllənin 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qeyd edilən ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş iş üzrə digər təqsirləndirilən şəxslər X8 və X9un, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, audit yoxlamasının rəyi, maddi sübutlar və digər iş materialları ilə tam süb uta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia oluna nın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə ə saslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini ta mamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində çox saylı sübutların tətqiqinə və iş üzrə yeni faktiki halların müəyyən edilməsinə istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfind ən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallard an çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəs ində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertizasa rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, k eyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü m addəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının Məhkum barəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-891/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-891/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver