Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2021 29.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Məmmədov Sərxan Moylut oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqu st 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) Məhkum, xx xxxx xxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən şərti maliyyə vahidinin 1000 (min) misli miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 18 yanvar 2020-ci il tarixdən 20 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, əsas cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkm iş şəxsin hüquqi varisi X3 mülki iddiası qismən təmin edilmiş və Məhkum maddi ziyana görə 8000 (səkkiz min) manat məbləğində, mənəvi ziyana görə isə 1000 (bir min) manat, cəmi 9000 (doqquz min) manat məbləğində pulun tutularaq X22ya ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 17 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «x» markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Binə yolu ilə Binə qəsəbəsi istiqamətində saatda 40 km/saat sürətlə hərəkətdə olarkən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazəda küçəsi, Donuzkökəltmə sovxozunun ərazində yerləşən «Araz» yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun un 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü idarə etdiyi avtomobili hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, nəticədə sürücü ehtiyatsızlıqdan yolu sağdan sola keçən piyada X4 avtomobilin sağ yan güzgüsü ilə vuraraq ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuş, bununla da X23nın aldığı xəsarətlərdən 26 saylı BŞX-da ölmünə səbəb olan və Zərərçəkmiş şəxs məxsus «x» markalı, ***** dövlət nömrə nişanlı avtomobilə 75 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdafiəçisi S.M.Məmmədov tərəf indən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 03 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmiş, zərəçəkmişin hüquqi varisi (mülki iddiaçı) X22 mülki iddiasından imtina etdiyindən onun mülki iddiası üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Məmmədov kassasiya şikayəti verərək Məhkum CMnin 263.2-ci maddəsi ilə müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi S.M.Məmmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum barəsində cəza tədbiri seçərkən, apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə dair həmin məhkəmənin çıxardığı hökmü qüvvədə saxlayarkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və nəticədə ona ağır cəza təyin olunmuşdur. Müdafiəçi S.M.Məmmədov bildirir ki, Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi X22 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncuların ona qarşı heç bir şikayət və tələbləri yoxdur. CM-nin 60.1-cı maddəsinə əsasən isə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Kassasiya şikayətinin müəllifi hesab edir ki, məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq Məhkum CM-nin 263.2-ci maddəsi ilə cəza təyin edərkən həmin məcəllənin 60.1-ci maddəsini tətbiq etməli olduğu halda bu maddədə göstərilən tələblərə əsassız olaraq əməl etməmişdir. Eyni zamanda müdafiəçi qeyd edir ki, apellyasiya instansyası məhkəməsi də göstərilən maddənin tələblərinə uyğun olaraq cəza təyini ilə bağlı məsələni həll etməklə həmçinin məhkumun cəzaçəkmə müəssisəsinin növünü də dəyişdirməli idi, çünki CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Məhkum CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum, zərər çəkmiş şəxsin hüquqi varisi X22 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək istəməsi barədə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X22 və zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiya sı proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.M.Məmmədov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində n əzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyə n etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir.Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilm işdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinə görə, müdafiəçi S.M.Məmmədov həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməs ini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu tələb cinayət qanunvericiliyinin aşağıdakı normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işlərinə baxılması və cinayət cəzalarının təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış izahlardan və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, a z ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hər tərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-ol mamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndir ilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qə rarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra digər qərarlarında da göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“CM-nin 48-ci maddəsinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il tarixli qərarı). “Azərbayc an Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında vurğulanır ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla t örədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağ ırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum barəsindəki hökmə əsasən, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və buna görə də ona təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasının yuxarı həddinə yaxın həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Belə cəzanı təyin edərkən məhkəmə onu da nəzərə almışdır ki, Məhkum ona elan olunmuş ittiaham üzrə cinayət əməlini törətməsi nəticəsində Zərərçəkmiş şəxs və digər zərər çəkmiş şəxs X2 hüquqi varisi X6 vurlmuş ziyanı ödəməmiş və sonuncu təqsirləndirilən şəxslə barışmayaraq ona ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış apellyasiya instansiyası məhkəməsi sonradan zərərçəkmişin hüquqi varisi X22nı n məhkəməyə təqdim etdiyi, notarial qaydada təsdiq olunmuş 26 sentyabr 2020-ci il və 24 oktyabr 2020-ci il tarixli, habelə özünün yazdığı 09 noyabr 2020-ci il tarixli ərizələrini nəzərə alaraq həmin ərizələrlə müəyyən edilmiş halları – sonuncunun Məhkumlə barışıq əldə etməsini, təqsirləndirilən şəxsin ona vurulmuş zərəri tamamilə ödənilməsini, buna görə iş üzrə verdiyi mülki iddiadan imtina etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə deyil, 59.2-ci maddəsinə əsaslanaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanı dəyişdirmədən saxlamağı məqsədə uyğun hesab etmişdir. Kassasiya şikayətinin dəlilərinə və həmin şikayətdə irəli sürülmüş tələbə əsasən cinayət işinin materiallarını öyrənib təhlil edən kassasi ya instansiyası məhkəməsinin məhkəmə kollegiyası isə hesab edir ki, həm Məhkum cəzasını yüngülləşdirən halların müəyyən edilməsi, bu halların məhz CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilməsi və həmin hallara əsasən cinayət qanunvericilinin digər normalarının tətbiqi zamanı həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri səhvə yol vermişlər. Belə ki, əvvəla iş materiallarından görünür ki, 17 yanvar 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verdikdən sonra Məhkum həmin hadisə nəticəsində zərər çəkmiş şəxs X23ya lazımi tibbi yardım göstərilməsi məqsədilə dərhal tibb müəssisəsinə çatdırılması üçün müvafiq tədbirlər görmüş (başqa avtomaşınla onu xəstəxanaya aparmış), lakin X23 aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyindən, ona hər hansı tibbi yardımın gö stərilməsinə ehtiyac qalmamışdır. Bundan sonra isə Məhkum polis şöbəsinə gedərək özünü hüquq-mühafizə orqanına təslim etmiş və orada şahid qismində ifadələr verdiyi andan başlayaraq cinayət təqibinin butun mərhələlərində törətdiyi əməli – piyadanın ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmasını səmimi etiraf edərək bundan peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən edilmiş həmin faktiki halları iş üzrə CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmş cəzanı yüngülləşdirən iki halın şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməs kimi halların, habelə CM-nin 59.1.11-ci maddəsində göstərilən halın (formalaşmış məhkəmə təcrübəsinə görə, hətta yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs istər hadisə y erində, istərsə də sonradan xəstəxanada vəfat etdikdə, lakin o, hadisəni törətmiş sürücü tərəfindən ona lazımi tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə aparıldıqda, yaxud da bunun üçün müvafiq tədbirlər gördükdə həmin sürücünün hərəkətlərində CM-nin qeyd olunan maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması nəzərə alınır) olmasına dəlalət edir və Məhkum barəsində cəza tədbirini seçən və həmin məsələnin həllinə faktlar əsasında qiymət verən birinci və apellyasiya instansiyası məhkəmələri sübutlar əsasında müəyyən edilmiş təhlil olunan bu halları nəzərə almalı idilər. İş materiallarından göründüyü kimi, Məhkum 17 yanvar 2020-ci il tarixdə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi, yəni icarə əsasında idarə etdiyi və Zərərçəkmiş şəxs xüsusi mülk iyyətində olan «x» markalı **** dövlət nömrə nişanlı avtomobillə piyada X23nın vurluması zamanı həmçinin avtomaşının sağ yan güzgüsü də zədələnmiş və nəticədə Zərərçəkmiş şəxs 75 manat məbləğində (Zərərçəkmiş şəxs təqdim etdiyi arayışa görə - güzgünün 25 manat olan dəyəri və onun bərpa edilməsi üçün tələb olunan xərclər) maddi ziyan vurulmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs 11 iyun 2020-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun Məhkum hər hansı şikayətinin və tələbinin olmamasını, ona cəza təyin etmə məsələsinin həllini isə məhkəmənin səlahiyyətinə verməsini bildirmişdir. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Zərərçəkmiş şəxs həmin teleqramda ifadə etdi yi mövqeyini Məhkumun ona vurulmuş zərəri tamamilə ödəməsini CM-nin 59.1.13-cü madəsində nəzərdə tutlmuş cəzanı yüngülləşdirən halı təsdiq edən sübut kimi qəbul etsələr də, bu teleqramda birincinin təqsirləndirilən şəxslə barışması qeyd olunmadığına görə məhkumun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqindən imtina etmişlər. İş üzrə toplanmış sübutlara görə, CM-nin 60.1-ci maddəsinin tətbiqinin nəzərdə keçirilməsi üçün əsaslar yalnız apellyasiya instansiyası məhkəməsində yaranmışdır ona görə ki, işə birinci instansiya məhkəməsində baxılarkən zərər çəkmiş şəxsin hüquqi varisi X5ya vurulmuş ziyan ödənilməmiş və o, təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin hökmü ilə X22nın mülki iddiası qismən təmin edilərək Məhkum maddi ziyana görə 8000 (səkkiz min) manat, mənəvi ziyana görə isə 1000 (bir min) manat, cəmi 9000 (doqquz min) manat məbləğində pulun tutularaq zərər çəkmiş şəxsin hüququ varisinin xeyrinə ödənilməsi qərara alınmışdır. Əvvəla məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar isə aşağıdakılardır: - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkə tlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM-nin 51.9.8-ci maddəsi); - şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM-nin 51.9.10-cu maddəsi); - cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(CM-nin 51.9.11-ci maddəsi); - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi(CM-nin 51.9.12-ci maddəsi); - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-nin 51.9.13-cü maddəsi); İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin mövqeyinə görə, Zərərçəkmiş şəxs birinci instansya məhkəməsinə ünvanlandığı teleqramda göstərdikləri onun Məhkumlə barışıq əldə etməsinə əsas verməsə də (bu sözlər teleqramda yazılmamışdır), teleqramın mətni əsas verirdi ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı maddi tələbinin və şikayətinin olmaması ona vurulmuş ziyanın tamamilə ödənilməsi kimi qəbul edilsin və bununla da bu hal CM-nin 51.9.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alınsın). Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödəinilib-ödənilməməsi və onunla barışığın əldə edilib-edilməməsi kimi halların heç bir əhəmiyyəti olmamış və hazırki işdə həmin məsələlnin həlli zamanı yalnız cinayət əməlinin törədilməsi nəticəsində zərər çəkmiş şəxsin hüquqi varisi X22nın mövqeyi əsas olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdi rmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Bu normaların tələblərindən çıxış edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Cinayət Məcəlləsinin həm Ümumi, həm də Xüssusi hissəsinin bütün normaları CPM-nin normaları ilə birlikdə yalnız cinayət hesab olunan əməllərin törədilməsi ilə bağlı və belə əməlləri, yəni cinayət xarakterli əm əlləri törətmiş şəxslər haqqında tətbiq edilir. Bu isə şəxsin yalnız inzibati xəta, yaxud da onun digər məsuliyyətə (məsələn intizam, mülki və s.) cəlb edilməsi üçün əsaslar müəyyən edildikdə belə şəxs haqqında cinayət qanunvericiliyi normalarının müddəaları o halda tətbiq edilir ki,o, həm də cinayət xarakterli, yəni cinayətin bütün tərkib əlamətləri olan əməli törətmiş olsun. Bu halda cinayət qanunu normaları yalnız cinayət xarakerli əmələ münasibətdə və belə əməli törətmiş şəxs haqqında tətbiq edilir, onun cinayət əməli hesab edilməyən əməlin törədilməsi ilə bağlı isə ona digər qanunvericilik və ya normativ, qeyri-normativ aktların müddəaları şamil olunur. Bu isə o deməkdir ki, inzibati xəta törətmiş şəxsin barəsində cinayət qanunu normalarının tətbiqi yolverilməzdir və əgər şəxs bir əmə llə həm cinayət, həm də inzibati xəta törətmiş olsa, onun bu əməllərinə bu və ya digər qanunvericilik normalaraının tətbiqi məsələsi ayrı-ayrılıqda həmin normalara uyğun olaraq həll edilməlidir. Belə olan halda göstərilən şəxsin haqqında prosessual qanunvericiliyinin normaları da yalnız törədilmiş cinayətə və onu törətmiş şəxsə münasibətdə tətbiq edilə bilər (onun barəsində cinayət təqibinin aparılması, cinayətin törədilməsi ilə bağlı sübutların toplanması, həmin şəxs haqqında qətimkan tədbirinin seçilməsi, onun təqsirliliyi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması ilə bağl və sair bu kimi məsələlərin həlli). Buna görə, məhəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, şəxsin haqqında cinayət təqibinin aparılması zamanı onun həm də, məsələn, inzibati xəta törtəməsi də müəyyən e dildikdə bu xətaya görə onun məsuliyyət məsələsi cinayət-prosessual və cinayət qanunvericilikləri normalarına əsasən deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həll edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, eyni zamanda həm cinaət xarakterli əməl, həm də inzibati xəta törətmiş şəxsin barəsində ittiham hökmünün çıxarılması zamanı onun törədilmiş cinayətlə yanaşı həm də inzibati xətaya görə təqsirli bilinməsi də yol verilməzdir və belə hallarda çıxarılmış hökmlə və ya məhkəmənin digər yekun qərarı ilə belə şəxs törətdiyi inzibati xətaya görə cinayət məsuliyyətindən azd edilməklə onun barəsində cinayət işinin materiallarına həmin hissədə xitam verilməlidir (CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq). Faktiki olaraq belə mövqe Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 saylı Qərarında da əksini tapmışdır. Həmin Qərarın 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq mad di ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Bununla belə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə istintaq və məhkəmə təcrübəsi göstərir ki, həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr göstərilən Qərarın 17-ci bəndinə istinadən yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələr dən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısını göstərilmələrinə baxmayaraq son nəticədə həmin şəxsin məhz cinayət qanunu, yəni CMnin yuxarıda göstərilən maddələrin birində nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirli bilib barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş bu və ya digər cəzanı təyin edirlər, nəticə etibarı ilə də həm təqsirlilik, həm əməlin tövsifi, həm də şəxsin barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi məsələlərinin həllinə yalnız cinayət qanunvericiliyin tələbləri baxımından yanaşırlar. Təsvir edilən bənddə məhkəmələrə yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslərin zə rər çəkmiş şəxs qismində tanınmaları və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi tövsiyə edilsə də, bu tövsiyə heç də şəxsə törətdiyi cinayətə görə cəza tədbirinin seçilməsi zamanı yol nəqliyyat hadisəsi zamanı sağlamlığına yüngül zərər, yaxud da yalnız əmlakına zərər vurlumuş şəxsin də bu və ya digər mövqeyinin nəzərə alınmasını tələb etmir. Bu təfsirə uyğun olaraq məhkəmə kollegiyası həmçinin hesab edir ki, bir əməllə həm inzibati xəta, həm də cinayət xarakterli əməl törətmiş şəxsin haqqında cəza tədbirinin seçilməsi, yəni cinayət-hüquqi xarakterli tədbirin tətbiqi zamanı da yalnız törədilmiş cinayətlə və cinayət əməlini törətmiş şəxslə bağlı hallar, habelə məhz cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxsin mövqeyi (cəza təyini məsələsinə münasibəti) və təqsirləndirilən şəxsin məhz həmin zərər çəkmiş şəxsə (zərər çəkmiş şəxsin hüquqi varisinə) münasibətdə etdiyi hərəkətlər nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, belə mövqeyə uyğun məhkəmə təcrübəsi CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tətbiqi ilə bağlı artıq formalaşmışdır. CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Əvvəla, göstərilən normada “zərərçəkm iş şəxs dedikdə” CPM-nin 87.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhz cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar müəyyən edilərək zərər çəkmiş şəxs qismində tanınmış fiziki şəxs başa düşülür. Bu baxımdan təhlil edilən normanın tətbiqi nəzərdə keçirələrkən avtonəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər, yaxud da yalnız əmlakına maddi ziyan vurulmuş şəxslərə münasibətdə təqsirləndirilən şəxsin onlarla barışıb-barışmaması və onlara dəymiş ziyanının tamamilə ödənilib-ödənilməməsi nəzərə alınmır və bu vaxt cinayət əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxslə barışığın əldə olunması və məhz ona vurulmuş zərərin tamamilə ödənilməsi əsas götürülür. Cinayət qanunvericiliyi normalarının analo giya üzrə tətbiqinə yol verilməsi qadağan olunsa da, məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən təfsirindən və qanunvericinin hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi ilə bağlı güzəştli normaların (məsələn CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş) tətbiqi ilə əlaqədar məsələnin həll edilməsi zamanı da məhz cinayət nəticəsində zərər çəkmiş şəxsə münasibətdə edilmiş hərəkətlər (onunla barışığın əldə edilməsi və vurulmuş ziyanın tamamilə ödənilməsi) nəzərə alınmalıdır. Hazırki cinayət işinin materiallarına görə isə, Məhkum törətdiyi və CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli nəticəsində zərər çəkmiş X23nın hüquqi varisi X6nın apellyasiya instansyası məhkəməsinə ünvanlandığı ərizələri ilə onun Məhkumlə barışıq əldə etməsi, ona vurulmuş zərərin tamamilə ödənilməsi, buna görə onun mülki iddiadan imtina etməsi, ərizəçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması, yəni CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması müəyyən edilir və məhkumun cəzasını ağırlaşdıran halların olmaması, həmçinin CM-nin 59.1.10 və 59.1.11-ci maddələrində nəzərdə tutulmuş daha üç halın (bu hallar yuxarıda göstərilmişdir) olması apellyasiya instansiyası məhkəməsinə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi zamanı onun haqqında CM-nin 60.1-ci maddəsində göstərilən qaydanın tətbiq edilməsi üçün kifayət qədər əsas vermişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunmuş cəzanı dəyişdirmədən saxlayar kən cəzanı yüngülləşdrən yuxarıdakı halları (ən əsası da CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiqinə əsas olmuş) nəzərə almamaqla CPM-nin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası bu məsələyə dair kassasiya şikayətinin dəliləri ilə razılaşaraq hesab edir ki, Məhkum barəsindəki hazırki iş üzrə CM-nin 59.1.10 və 59.1.1-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən üç hal (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması), habelə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) müəyyən edildiyindən CM-nin 60.1-ci maddəsinin tələblərinə uyğun olaraq ona təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasının yuxarı həddində müəyyən edilmiş cəzanın dörddə üç hissəinədək, yəni 4 (dörd) il 6 (ayadək) endirilməli və CM-nin 56.1.1-ci maddəsinə əsasən o, həmin cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Məhkum törətdiyi cinayət ehtiyatsızılıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir, CM-nin 56.1.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkmələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, həmin şikayətin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməklə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli, onun barəsində CM-nin 60.1-ci maddəsində təsbit edilmiş qayda tətbiq edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endirilməli, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 18 yanvar 2020-ci il tarixdən 20 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 2 (ik i) gün müddəti həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və CM-nin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq o, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2020-ci il tarixdən hesablanmaqla həmin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində CM-nin 60.1-ci maddəsində təsbit edilmiş qayda tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endirilsin, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 18 yanvar 2020-ci il tarixdən 20 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddəti həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. CM-nin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq o, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2020-ci il tarixdən hesablanmmaqla həmin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar kassasiya şikayətinə münasibətdə qala n hissədə dəyişdirilmədən saxlanılsın. Qərar dərhal icra edilsin və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-891/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-891/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver