Məhkəmə qərarları › İş №1(102)-891/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-891/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Cavadzadə) 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Rəşad xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Dövlət Həkimlərin X1 və Ginekologiya kafedrasında professor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 46-cı maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. On un 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu i lə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs7 inqilab qızının inam və etibarından sui-istifadə edərək 2 il ərzində Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutuna daxil olaraq elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında Zərərçəkmiş şəxs7 2014-cü ilin sentyabr ayının əvvəllərində Azərbaycan manatına məzənnəsi ilə 7,843 (yeddi min səkkiz yüz qırx üç) manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 2,200 (iki min iki yüz) manat, 2015-cı ilin əvvəllərində 3.000 (üç min) manat və həmin vaxtdan 2018-cı il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda 3.800 (üç min səkkiz yüz) manat olmaqla sonuncuya məxsus ümumilikdə 16.843 (on altı min səkkiz yüz qırx üç) manat pulu etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmış şə xs Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs7 Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldad araq 2017-cı ilin may ayının sonunda ünvan 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidməti otağında etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə G. Abdıyevadan 15.000 (on beş min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suııstıfadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-cı ıl tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməkl ə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutuna dıssertant kimi təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında vahid niyyətlə əhatə olunan qəsdlə S. Qəhrəmanovadan 2018-cı ilin may ayında 2,000 (iki min) manat və 2018-ci ilin oktyabr ayında 3.000 (uç min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 5.000 (beş min) manat pulu etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suııstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 inam və etibarından suı-ıstıfadə edərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şüa-diaqnostika həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 15 noyabr 2018-ci ıl tarixdə Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında A Əkbərovadan 12,500 (on iki min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona m üraciət etmiş tanışı X5 inam və etibarından sui-istifadə edərək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutundan elmi dərəcə alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 07 yanvar 2019-cu il tarixdə Səhiyyə Nazirliyində elmi işçi yeri götürmək bəhanəsi ilə Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında 3,000 (üç min) manat, 3 gün sonra həmin yerdə elmi ışın yazılmasında istifadə edilən tibbi cihazın alınması bəhanəsi ilə 2,000 (iki min) manat, elmi işin Səhiyyə Nazirliyində qeydiyyata alınması bəhanəsi ilə 22 fevral 2019-cu il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində ye rləşən «Günəş Petrol» YDMnin qarşısında 10,000 (on min) manat və 2019-cu ilin mart ayında eyni məqsədlə 2,000 (iki min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 17,000 (on yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq m övqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edərək onun bacısı Zərərçəkmiş şəxs6 Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ginekoloq həkim kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onları aldadaraq 2019-cu ilin aprel ayının sonunda Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında Zərərçəkmiş şəxs6 1.500 (min beş yüz) manat və Zərərçəkmiş şəxs3 1,500 (min beş yüz) manat olmaqla ümumilikdə onlara məxsus 3,000 (üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- ıstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci ıl tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək onun arvadı Şahid5 Silahlı Qüvvələrin Baş X4 şöbəsinə şüa-diaqnostıka həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə o nu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 07 yanvar 2020-ci il tarixdə ünvan 5 ünvanında fəaliyyət göstərmiş «Lemelange» adlı kafedə 9,000 (doqquz min) manat və 14 yanvar 2020-ci tarixdə Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nın inzibati binasının yan tərəfində 4,000 (dörd min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 13,000 (on üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs5 inam və etibarından sui-istifadə edərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalına mama-ginekoloq kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 10 fevral 2020-ci il tarixdə Bakı şəhəri Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xidməti otağında Zərərçəkmiş şəxs5 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdar da maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-1901/2020 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4, 13 və 30-cü hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 1 il 10 ay 29 gün azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış və üzərində 1 il 4 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası sa xlanılaraq cəza çəkmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini xahiş edir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərindən kənara çıxmış, öz səlahiyyətlərini aşmaqla apelyasiya şikayətini təmin etmədiyi halda əsassız olaraq cəzaçəkmə müddətinin əvvəlini dəyişdirmişdir. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyən məhkəmə tərkibinin hökmü yalnız amnistiya aktının tətbiqi ilə bağlı dəyişdirməsi cəza çəkmə müddətinin əvvəlinin dəyişdirilməsinə əsas ola bilməzdi. İndiki halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 05 noyabr 2021-ci il tarixdən hesablanması onun vəziyyətini ağırlaşdırmışdır. Hökmə əsasən cəzaçəkmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 15 dekabr 2021-ci il tarixli qərar dərhal qanuni qüvvəyə mindiyindən, həmin qərarın elan olunmasından dərhal sonra məhkumun CM-in 76.3.3-cü maddəsinin tələbinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün 05 oktyabr 2021-ci il tarixdən başlamaqla 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının faktiki olaraq 2 ay 10 gününü çəkmiş olacaqdı. Bakı Apelyasiya Məhkəməsinin mübahisələndirilən qərarında cəzaçəkmə müddətinin əvvəlinin heç bir əsaslandırma aparılmadan xx.xx.2021-ci il dey il, xx.xx.2021-ci il müəyyən edilməsi məhkumun vəziyyətini ağırlaşdırmış, faktiki çəkilmiş cəza 1 ay 10 gün olmuşdur. Bu isə məhkumun vəziyyətini aşkar surətdə pisləşdirmişdir. Hazırki işdə Ali Məhkəmənin kassasiya protestini təmin etməsi belə, pozulmuş hüququn bərpası üçün çox gec, bir çox hallarda mümkünsüz olacaq, lakin hər bir halda vahid məhkəmə təcrübəsi baxımından qanunun tələblərinə uyğun gəlməyən qərarların qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi və ya dəyişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin o da qeyd olunmalıdır ki, cinayət təqibi üzrə tətbiq edilən qərarlar tətbiq edilmə zamanından, tətbiq edən orqandan asılı olmayaraq bütün şəxslər üçün bərabər hüquqi nəticələr doğurmalıdır. Belə yanaşma vacib prinsip olan hüquqi müəyyənlik prinsipindən irəli gəlir. “ 8 X7” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi həm məhkəmə baxışı zamanı, həmçinin qanuni qüvvəyə minmiş qərarlar üzrə hökmün icrası qaydasında tətbiq edilir. (Amnistiya aktının 32-ci maddəsi) Hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş qaydada baxdıqda məhkəmələr haqlı olaraq heç bir halda cəzaçəkmənin əvvəlinin dəyişdirilməsi barədə qərar qəbul etmir. Cinayət işinə mahiyyəti üzrə apelyasiya instansiyası məhkəməsində baxılarkən belə dəyişikliyin edilməsi cinayət qanunvericiliyinin də tələblərinə uyğun olmamaqla hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinə də uyğun deyil. Bu isə eyni bir normanın müxtəlif formada tətbiqi ilə nəticələnməklə qanunçulu q və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Məhkəmə kollegiyası nəinki amnistiya aktının cinayət mühakimə icraatının müxtəlif mərhələlərində tətbiq edilməsi ilə bağlı vahid təcrübəni nəzərə almamış, mübahisə edilən məsələ ilə bağlı müxtəlif qərarlar qəbul etmişdir. Məsələn, eyni məhkəmə tərkibi 15 dekabr 2021-ci il tarixli sözügedən qərarla cəzaçəkmə müddətinin əvvəlini dəyişdirsə də ondan daha əvvəl qəbul etdiyi xx.xx.2021-ci il tarixli, eyni xarakterli qərarla təyin edilmiş cəzanı azaltmaqla kifayətlənmiş, haqlı olaraq cəzaçəkmənin əvvəlini dəyişdirməmişdir. Halbuki, dövlətin adından humanist akt olaraq qəbul edilən “8 X7” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı heç bir halda məhkumun vəziyyətinin pisl əşməsinə, məhkumlar üçün tətbiqi zaman və mərhələdən asılı olaraq fərqli hüquqi nəticələrə səbəb olmamalıdır. Hesab edirəm ki, məhkəmə amnistiya aktını tətbiq edərkən, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın 6 ay azaldılmasını qeyd etməklə kifayətlənməli, cəzaçəkmə müddətinin əvvəli ilə bağlı hökmdə heç bir dəyişiklik etməməli idi. Amnistiya aktının tətbiqi ilə bağlı cəzaçəkmə müddətinin əvvəlinin məhkumun vəziyyətinin əsassız olaraq pisləşməsi ilə nəticələnən qaydada dəyişdirilməsi məhkəmənin öz səlahiyyətlərini aşmaqla qərar çıxartması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunm alı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələr kən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün say ır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Dövlət ittihamçısı kassasiya protestinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin əsassız olaraq dəyişdirilməsidir. Məhkəmə kollegiyası bildirir ki, dövlət ittihamçısının kassasiya protestində qeyd etdiyi dəlil əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin mübahisələndirilən qərarında cəzaçəkmə müddətinin əvvəlinin heç bir əsaslandırma aparılmadan 05 oktyabr 2021-ci il deyil, 05 noyabr 2021-ci il müəyyən edilməsi məhkumun vəziyyətini ağırlaşdırmış, məhkumun faktiki çəkilmiş cəza müddətini 1 ay azalmışdır. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin şərtlərini müəyyən edən Azərbaycan Respublikası CM-in 76.3 və 176.3.1-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra məhkuma tətbiq edilə bilər. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq 05 oktyabr 2021-ci il tarixdən çəkir və onun cəzaçəkmə müddətinin başlanğıcının 05 noyabr 2021-ci il tarixdən hesablanması məhkumun vəziyyətini aşkar surətdə pisləşdirir və bu səbəbə görə apelyasiya instansiyası məhkəməsinin cəzaçəkmə müddətinin əvvəlinin dəyişdirməsi yolverilməzdir. “Məhkəmələr tərəfindən c inayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 20-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Apelyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun həbsdə alındığı 05 oktyabr 2021-ci il tarixdən deyil, 05 noyabr 2021-ci il tarixdən hesablanaraq Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun maddı və hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd qərar qəbul etmiş və bununla bağlı öz mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 416.2-ci maddəsinin tələblərinə uyğun olaraq hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hal mövcuddur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq protestin təmin edilməsini, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021ci il tarixli qərarının dəyişdirilməsini əsaslı hesab edir. Qeyd ol unanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticəvi hissəsinin 3-cü və 4-cü abzasları aşağıda göstərilən redaksiyada verilsin. “Hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza - 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılsın və üzərində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxl anılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində 05 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın” Qərardan Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın 05 noyabr 2021-ci il tarixdən hesablanması barədə müddəa çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar