Məhkəmə qərarları › İş №1(102)-891/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-891/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, xx xxxxxx 1955-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş, təqaüdçü, İİ qrup əlil, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla, h əmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.2 və 29, 178.2.3-cü maddələri ilə məhkum edilməsinə, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum və onun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən), C.Ş.Səfərli və N.F.Quliyev) Məhkum - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində müvafiq cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 29, 178.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) i l müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə və Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmə yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (be ş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum və onun müdafiəçisi tərəfindən birgə apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), K.S.Bəşirov və İ.H.Əhmədov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 29, 178.2.3 və 311.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 13 noyabr 2000-ci il tarixli, 2158 nöm rəli qeydiyyat şəhadətnaməsi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən seçildiyi bələdiyyə sədri vəzifəsində işləyərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin Nizamnaməsi”nə əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə qərarlarını imzalamaq və digər səlahiyyətlərə malik olmaqla təşkilati-sərəncamverici və inz ibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə Şahid1 və Şahid2 sonuncuların ondan Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan, hər hansı hüquqi əsas olmadan faktiki istifadələrində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin müvafiq olaraq övladları və qardaşları olan Şahid3 və Şahid4 fə rdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi satılmasına köməklik edilməsini xahiş edərkən Şahid 1 və Şahid2lardan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən göstərilən torpaq sahələrinin Cəlilabad rayonu, Sabirabad kəndində, yəni sədri olduğu bələdiyyənin ərazisində daimi yaşamaqla qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları Şahid 3 və Şahid4lara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bilavasitə satılması üçün istədiyi cəmi 6000 manat məbləğində pulun 900 manat hissəsini qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə, guya bələdiyyənin göstərilən torpaq sahələrini Şahid 3 və Şahid4ların mülkiy yətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində müvafiq səlahiyyətləri olan Cəlilabad Rayon İcra Hakimiyyətinin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə verəcəyi adı ilə bildirməklə, yəni aldatma yolu ilə, eləcə də həmin ildə bələdiyyə tərəfindən müvafiq ərazidə yerləşən, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin satış qiyməti 2400 manat təyin edildiyinə görə qalan 5100 manat hissəsindən 4800 manat çıxıldıqdan sonra qalan maddi nemət olan 300 (üç yüz) manat hissəsini isə Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin Nümunəvi Nizamnaməsi”nin İV.2.6 -cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə sərəncam verilməsi kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətinə aid olduğu halda, göstərilən torpaq sahələrinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəmiş, bu hərəkətləri ilə, eləcə də Şahid 1 və Şahid2ların onun cinayətkar niyyətindən xəbər tutub göstərilən pul vəsaitlərini ona verməkdən imtina etmələri və onun qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat vermələri, beləliklə də bilavasitə dələduzluq cinayətini törətməyə yönəlmiş qəsdən etdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməklə Şahid 1 və Şahid2lara məxsus 900 (doqquz yüz) manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirməyə, yəni dələduzluğa cəhd etmiş, edəcəyi qanunsuz hərəkətə görə rüşvət istəmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və məhkumun əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd olunur ki, məhkəmələrin qənaətinə görə, Məhkum Şahid 1 və Şahid2lardan bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini Şahid 3 və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində Cəlilabad RİH-nin memarlıq xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə rüşvət qismində verəcəyi adı ilə cəmi 900 manat məbləğində pul istəməklə Şahid 1 və Şahid2ları müvafiq vəzifəli şəxslərə rüşvət verməyə təhrik etmək istəsə də, onunla razılaşmamaları və ya sövdələşməmələri, ona həmin pul məbləğini verməmələri, əksinə, Şahid2 onun barəsində müvafiq dövlət orqanına şikayət etməsi nəticəsində istəyinə nail ola bilməmiş, yən i dələduzluğa cəhd etdiyi halda istintaq orqanı rüşvət verməyə təhrik əməlinin başa çatdığını göstərməklə ziddiyyətli nəticəyə gəlmiş, dələduzluq əməlinin göstərilən səbəbdən cinayət etməyə cəhd mərhələsində sonlandığı halda, həmin əməlin faktiki halları əsasında yarandığına görə cinayətlərin ideal məcmusunda sonrakı yeri tutan rüşvət verməyə təhrik etmə əməli başa çatmış cinayət kimi qəbul edilə bilməz. Məhkum CM-in 29, 178.2.3-cü maddəsi ilə əlaqəli şəkildə CM-in 28, 32.4, 312.2-ci maddəsi ilə ittiham irəli sürə bilərdi, lakin qeyd edilən torpaq sahəsinin satılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən torpaq sahəsinin ayrılma məqsədi, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olması barədə verilən rəylərin tələb olunduğunu qeyd edərək Məhkum əməlində CM-in 32.4, 312.2-ci maddəsinin tərkib əlamətinin olmadığı qənaətinə gəlmək olar. Məhkum əməlində CM-in 28, 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri olsa da, CM-in 28-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olduğuna görə də Məhkum təqsirləndirildiyi 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməlidir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələrin gəldiyi həmin nəticə işin faktiki hallarına uyğun olmamışdır. Protest müəllifinin fikrincə, məhkəmələrin Məhkum rüşvət kimi tələb etdiyi 5100 manat məbləğində pulun 4800 manatının satılacaq torpaq üçün bələdiyyənin hesabına keçirilməsi, qalan 300 manatı pulu özü üçün rüşvət kimi istəməsinə və Məhkum həmin pulu qanunsuz hərəkətlərə, yəni torpağın satılmasını Sabirabad bələdiyyəsinin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə rüşvət qismində istədiyi üçün onun əməli Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə tövsif edilməsinə dair gəldikləri nəticə də əsassız olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 311.2-ci maddələri ilə təqsiri sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi, yaxud cinayət işinin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şika yətdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı natamam, ədalətsiz və qanunsuzdur. Belə ki, Məhkum hərəkətlərində rüşvət almaya görə məsuliyyəti nəzərdə tutan CM-in 311-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar yoxdur. Şahid 1 və Şahid2lar tərəfindən onun səsi qanunsuz olaraq yazılmış və istintaq və məhkəmələr tərəfindən əsassız olaraq sübut kimi qəbul olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum qeyd olunan səs yazısı ilə əlaqədar bildirmişdir ki, həmin vaxt o, sərxoş vəziyyətdə olmuş və danışdığı söhbətin məzmununu xatırlamır. Şikayət müəllifləri həmçinin hesab edirlər ki, Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəza da onun cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadığından ədalətsiz olmaqla sərtdir. Hüquqi məsələlər: Məhkəmə kolle giyası verilmiş kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya inst ansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində məhkumun əsassız cinayət məsuliyyətinə cəlb olunması və təyin edilmiş cəzanın ağır olması mübahisə olunur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum CM-in 32.4, 312.2-c i maddəsi ilə əsassız bəraət verilməsi və əməlin hüquqi tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə” görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinə görə “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.3. külli miqdarda törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğundan və apelyasiya instansiya məhkəməsi tərəfindən protestin və şikayətin dəlillərinə ətraflı cavab verildiyindən, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin dəlillərə təkrar geniş şərh verməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, la kin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 29, 178.2.3 və 311.2-ci maddələri ilə təqsirləndirilməsinə dair işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqind ən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üz rə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 311.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsi baxışı zam anı araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayət əməllərini törətməsi məhkumun verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2 Şahid 1 oğlu, Şahid3 və Şahid4 verdikləri ifadələr, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokolları, 18 avqust 2020-ci il tarixdə Şahid2 Şahid 1 oğlunun təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılar və ona baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokol və digər sənədlərlə Məhkum Azərbaycan Respublikasının CM-in 29, 178.2.3 və 311.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsir liliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair ilə bağlı yekun nəticəyə gələrkən işə baxan apellyasiya instansiya məhkəməsi sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası protestinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı dəlillərini iş materialları ilə əlaqədar şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, ibtidai istintaq orqanı Məhkum Şahid1 və Şahid2 torpaq sahələrinin satılması məsələsinin qanunvericiliyin tələbinə əsasən Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağında müzakirə edilməsi nəticəsində qəbul edi ləcək müvafiq qərarla həll edilməli olduğu halda, qanunsuz olaraq bu qaydadan kənar həll edilməsi üçün külli miqdar təşkil edən 5100 manat məbləğində pulu Şahid1 və Şahid2 özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hər iki torpaq sahəsinin Şahid1 və Şahid2 bələdiyyə sədri Məhkum tərəfindən satılması barədə razılıq əldə olunmuşdu. Bu o deməkdir ki, həmin şəxslərin Məhkum verməli olduğu 6000 manat pulun məbləği hesablanarkən qanunsuz tələb olunan məbləğlərlə yanaşı, bələdiyyəyə keçirilməli olan məbləğ də nəzərdə tutulmuşdu. Lakin ittiham tərəfi təqsirləndirilən şəxs Məhkum dələduzluq yolu ilə əldə etmək istədiyi 900 manata münasibətdə qeyd edilən məbləğin ümumi 6000 manat məbləğdən çıxılması nəticəsi ilə razılaşaraq həmin hissədə Məh kum əməlini CM-nin 29, 178.2.3-cü maddəsi ilə tövsif etmiş, qalan hissədə isə əsassız olaraq hesab etmişdir ki, bələdiyyəyə torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün tələb olunan məbləğ də Məhkum rüşvət istəməsi və alması kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsi Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 26 sentyabr 2019cu il tarixdə X1 cəmi 1200 manat, 29 mart 2021-ci il tarixdə isə X5 cəmi 2400 manat məbləğində pula satılması barədə qərar qəbul etmişdir. Həmin bələdiyyə 2020-ci ildə mülkiyyətində olan torpaq sahəsinin bilavasitə və ya hərrac yolu ilə satılması barədə qərar qəbul etməsə də, 13 yanvar 2020-ci il tarixdə keçirilmiş iclasında Cəlilabad rayonu, Sabirabad kəndi ərazisind ə yerləşən 0,12 ha torpaq sahəsinin bazar qiymətinin 500010000 manat olduğu halda, analoji torpaq sahəsinin özü tərəfindən 1200 manat, yəni dəfələrlə az məbləğdə pula satılmasını, buna görə də bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahələrinin satış qiymətinin real bazar qiymətinə uyğunlaşdırılmalı olmasını nəzərə alaraq, mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin 2020-ci ildə 2400 manat məbləğində pula satılmasını qərara almışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Şahid 3 və Şahid4ların Cəlilabad rayonu, Sabirabad kəndində doğulmaları, həmin vaxtdan Sabirabad kəndində ev təsər rüfatlarının uçotu kitabında 704 nömrəli şəxsi hesabda Şahid1 ailə üzvləri kimi qeydiyyatda olmaqla yaşamaları, xüsusi mülkiyyətlərində həyətyanı torpaq sahəsinin olmaması, onlara almaq istədikləri 0,12 ha və 0,12 ha torpaq sahələrinin Cəlilabad rayonu Sabirabad bələdiyyəsi tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bilavasitə satılmasına hüquqi əsas yaratmasına dair nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının belə qənaətə gəlir ki, Məhkum Şahid 1 və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun 4800 manat hissəsinin bələdiyyənin bank hesabına ödənilməli olmasına dair irəli sürdüyü dəlillər iş materiallarında olan sübutlarla təkzib edilmir, ittiham tərəfi isə bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə mötəbər s übut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, aşağı instansiya məhkəmələri bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydaların həmin halı birmənalı şəkildə tənzimləməsinə, Məhkum Şahid 1 və Şahid2lardan müvafiq torpaq sahələrinin Şahid 3 və Şahid4lara Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə istədiyi 5100 manat məbləğində pulun müəyyən hissəsinin təqsirsizlik prezumpsiyası hüququna əsasən torpaq sahələrinin satış dəyərini təşkil etməsinə dair əsaslı şübhə yaratmasına, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin satış qiymətini 13 ya nvar 2020-ci il tarixli qərarı ilə 2400 manat müəyyən etməsinə əsaslanaraq, Məhkum Şahid 1 və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun 4800 manat hissəsinin müvafiq torpaq sahələrinin bələdiyyə tərəfindən təyin edilmiş satış dəyərini təşkil etməsinə görə rüşvət alma cinayətinin predmetini təşkil etməməsi, Məhkum tərəfindən törədilmiş rüşvət alma cinayətinin tövsifi zamanı cinayət tərkibinin obyektiv cəhətinin əlaməti kimi nəzərə alınmalı olmadığı və yalnız qalan 300 manat hissəsinin rüşvət alma cinayətinin predmetini təşkil etdiyi barədə qanuni nəticəyə gəlmiş və bu səbəbdən də, haqlı olaraq ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 311.2- ci maddəsinə tövsif etmişdir. Konstitusiya Məhkə məsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davran ışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin, məhkəmə kollegiyası protestdə Məhkum vəzifəli şəxs olaraq bilə-bilə qanunsuz hərəkətlər etmək üçün vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə cinayət əməlini törətdiyinə görə Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə əlaqədar göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum qarşı sonuncunun Şahid 1 və Şahid2lardan istədiyi cəmi 6000 manat məbləğində pulun 900 manat hissəsinə münasibətdə Azərbaycan Respublikası CM-in 29, 178.2.3 və 32.4, 312.2ci maddələri ilə ittiham irəli sürmüşdür. İş materiallarında olan 18 avqust 2020-ci il tarixdə Şahid2 təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılara baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokolla müəyyən edilir ki, həmin audioyazılarda əks olunmuş danışıqlar zamanı Məhkum Şahid 1 və Şahid2lara “Başçı deyirdi ki, al, pulumu ver. Pul, bu bir nəfərin pulundan başqa, hamısı bir nəfər başçınındır. Bunu el bilir, aləm bilir ki, 500 manat onun puludur, onu verməsən o, qol çəkmir, üç idarədir, üçünə də pul köçürülür, üçündən gələn adamın da cibinə pul qoyulur, təkcə 100 manat elə odur. Pul ödənilməlidi və bir azda rüşvət verilməlidir, başçıya verirlər 800 manat” məzmununda sözlər deməklə Şahid 1 və Şahid2lardan bələdiyyənin müvafiq torpaq sahələrinin Şahid 3 və Şahid4ların mülkiyyətinə verilməsi barədə q ərar qəbul etməsi üçün tələb edilən müvafiq sənədlərin tərtib edilməsi müqabilində Cəlilabad RİH və müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini həyata keçirən idarənin vəzifəli şəxslərinə rüşvət qismində verilməsi üçün pul istəməsi, eləcə də danışıqların digər məzmunundan Şahid 1 və Şahid2ların Məhkum təklifi ilə razılaşmamaları, cinayətkar niyyətindən xəbər tutub istədiyi pul vəsaitlərini verməkdən imtina etmələri və qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat vermələri, Məhkum bilavasitə dələduzluq cinayətini törətməyə yönəlmiş qəsdən etdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki halları Məhkum əməlində Azərbaycan Respublikası CM-in 29, 178.2.3-cü maddəsində nəzərd ə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, Şahid 1 və Şahid2lardan 900 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, sonunculara Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə sədri olduğu Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Şahid 3 və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsinə görə veriləcəyi adı ilə, yəni xidməti vəzifələrinin icra sı ilə əlaqədar sonuncuların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla şəxsən rüşvət qismində verilməsinin zəruriliyini bildirməklə, Şahid 1 və Şahid2larla bu barədə razılaşıb sövdələşməklə sonuncuları qeyd edilən niyyətlə vəzifəli şəxslərə rüşvət qismində verməyə təhrik etmişdir. İşin ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, sonuncu rüşvətxorluqda vasitəçilik etmək adı altında Şahid 1 və Şahid2lardan Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Şahid 3 və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələ ləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə rüşvət qismində verəcəyi adı ilə cəmi 900 manat məbləğində pul istəməklə Şahid 1 və Şahid2ları müvafiq vəzifəli şəxslərə rüşvət verməyə təhrik etmək istəsə də, onunla razılaşmamaları və ya sövdələşməmələri, ona həmin pul məbləğini verməmələri, əksinə, Şahid2 onun barəsində müvafiq dövlət orqanına şikayət etməsi nəticəsində istəyinə nail ola bilməmişdir. Göründüyü kimi, iş üzrə Azərbaycan Respublikası CM-in 17.2-ci maddəsinə əsasən yaranmış cinayətlərin ideal məcmusunda ilk yeri tutan dələduzluq əməlinin göstərilən səbəbdən cinayət etməyə cəhd mərhələsində sonlandığı halda, həmin əməlin faktiki halları əsasında yarandığına görə cinayətlərin ideal məcmusunda sonrakı yeri tutan rüşvət verməyə təhrik etmə əməli başa çatmış cinayət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə cinayət əməli obyektiv cəhətdən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. Həmin Məcəllənin 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə əməlinə münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası CM-in 312-ci maddəsində “rüşvət vermə” hərəkətinin cinayət əməli kimi tövsif edilməsi özü-özlüyündə həmin əməlin qanunsuz əməl kimi qəbul edilməsini ifadə etdiyinə, “rüşvət vermə” əməli vəzifəli şəxsin qanuni səlahiyyətinə aid hala münasibətdə də törədilə bildiyinə, bu halda həmin əməl Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsi ilə tövsif edildiyinə görə həmin Məcəllənin 312.2-maddəsində nəzərdə tutulmuş “qanunsuz hərəkət (hərəkətsizlik)” ifadəsi “rüşvət vermə” hərəkətinin sadəcə olaraq qanunsuz əməl olmasını deyil, cinayət hüquq nəzəriyyəsində tam formalaşmış h üquqi mövqeyə əsasən vəzifəli şəxsin yalnız qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində etməli olmadığı, yaxud ümumiyyətlə, qanunvericiliyə zidd olan fəaliyyətini ifadə edir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı iş üzrə Məhkum qarşı irəli sürdüyü ittihamın rüşvət verməyə təhrik etmə ilə bağlı olan hissəsinin məzmununda Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlamətini yalnız Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Şahid 3 və Şahid4lara satması üçün lazım olmuş sənədlərin Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilməsi kimi ifadə etmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə ibtidai istintaq orqanının Məhkum qarşı irəli sürdüyü ittihamın məzmununda Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Şahid 3 və Şahid4lara satması üçün lazım olmuş sənədlərin normativ hüquqi aktlar əsasında müvafiq səlahiyyətlərinin olması müəyyən edilən Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilməsini göstərməsi Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlamətini yaratmır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Məhkum Şahid 1 və Şahid2lardan cəmi 900 manat məbləğində pulu Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə edəcəkləri qanunsuz hərəkətlərə görə deyil, səlahiyyətlərinə aid olan hərəkətlərə görə rüşvət qismində verəcəyi adı ilə istəmişdir. Belə olan halda Məhkum iş üzrə törətdiyi müvafiq əməli Azərbaycan Respublikası CM-in 28, 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun gəlir və aşağ ı instansiya məhkəmələrinin bununla bağlı işin göstərilən faktiki hallarına dair gəldiyi nəticələri qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Şahid 1 və Şahid2lardan 900 manat məbləğində pulu Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə sədri olduğu Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Şahid 3 və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilm əsinə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncuların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət qismində verəcəyini bildirməklə istəməsindən ibarət əməli Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmamış, həmin Məcəllənin 28, 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun gəlmişdir. Lakin Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, həmin Məcəllənin 28.2 və 33.5-ci maddələrində isə öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri yalnız ağır və xüsusilə ağır cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxsin cinayətə hazırlıq görə cinayət məsuliyyətinə cəlb edilməsi nə zərdə tutulmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi barədə hökmü qanuni və əsaslı olmuş, apellyasiya instansiya məhkəməsi isə həmin hökmü haqlı olaraq dəyişdirilmədən saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar i rəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar