Məhkəmə qərarları › İş №1(102)-891/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-891/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: Mehdiyev Nəriman Hüseynqulu oğlu) 4 may 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1964-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4- cü maddələrində nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətim kan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 29 avqust 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 1(007)-30/2023 nömrəli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs heç bir səlahiyyəti olmadığı halda hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 28 oktyabr 2017-ci il tarixdə Samux rayonunun Kolayır kəndində sonuncunun yaşadığı evdə 1000 manat, 04 noyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "Unibank” KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 100 manat pul vəsaitini "Unibank” KB ASC-nin ünvan 3 ünvanında yerləşən İnşaatçılar filialından, 22 noyabr 2017-ci il tarixdə "Unibank” KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 2000 manat pul vəsaitini "Unibank” KB ASC-nin ünvan 3 ünv anında yerləşən İnşaatçılar filialından, 29 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının yaxınlığında 1000 manat, 04 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "Unibank” Kb ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 700 manat pul vəsaitini "Unibank” KB ASC-nin ünvan 3 ünvanında yerləşən İnşaatçılar filialından, 08 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "Unibank” KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 1000 manat pul vəsaitini "Unibank” KB ASC-nin ünvan 3 ünvanında yerləşən İnşaatçılar filialından, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 5800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə və aldatma yolu ilə 5800 manat məbləğində pul vəsaitini ələ keçirib sonuncudan yayındıqdan sonra Zərərçəkmiş şəxs tərəfindən onun cinayətkar hərəkətləri barədə 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət etməklə Bakı şəhəri Nizami RPİnin 25-ci polis şöbəsində araşdırma aparılmasını bilib təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs polis orqanlarına etdiyi şikayət ərizəsini geri götürəcəyi təqdirdə hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yenidən yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayında Samux rayonunda 500 manat, 2019-cu ilin fevral ayında ünvan 5 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin may ayında ünvan 6 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin iyul ayında ünvan 6 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin noyabr ayında ünvan 5 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin dekabr ayında ünvan 5 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 02 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "Xəzri” ödəniş sistemi vasitəsilə köçürülmüş 4000 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən "Kapital Ban k” ASC- nin filialında, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 6600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı və hökm çıxarılarkən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməsi və bu barədə iltizama imza çəkməsi, təqsirləndirilıən şəxsin isə əksinə bunu etməməsi 4600 manat pul vəsaitinin Məhkum tərəfindən ondan alınmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəməni n hazırki cinayət işi üzrə belə nəticəyə gəlməsi kobud qanun pozuntusudur. Hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxsdən hec vaxt əlbəəl pul almamışdır. Zərərçəkmiş şəxs tərəfindən Sevdaya verilmiş pullar bank vasitəsilə həyata keçirilmişdir. Buna görə də, hesab edir ki. Zərərçəkmiş şəxs tərəfindən Sevda xanıma bank vasitəsilə verilmiş cəmi 7800 manat pul vəsaitindən başqa, 4600 manat pul vəsaiti verməmişdir. Cinayət işinin materiallarında həmin 4600 manat pul vəsaitinin verilməsini təsdiq edən mötəbər sübut mövcud deyildir. Zərərçəkmiş şəxs tərəfindən Məhkum verilmiş pul vəsaitləri müxtəlif vaxtlarda hisshissə bank vasitəsilə verilmişdir. Bu halın özü də sübut edir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs məxsus pul vəsaitləri dələduzluq yolu ilə ələ keçirilməmişdir. 2017-2018ci illər də Vəfa tərəfindən Sevdaya verilmiş pul vəsaitləri Sevdanın gördüyü işə görə xidmət haqqı olaraq ödənilmişdir. Yəni həmin pul vəsaitləri Sevda tərəfindən yol, yemək və qalmaq xərclərinə sərf edilmişdir. 2019-cu ildə alınmış 4.000 manat məbləğində pul vəsaiti isə borc olaraq alınmışdır. Məhkum niyyəti Zərərçəkmiş şəxs məxsus pul vəsaitlərini əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlməmişdir. Əksinə onun niyyəti Zərərçəkmiş şəxs əlilliklə bağlı təqaüd düzəltmək olmuşdur. Lakin, Zərərçəkmiş şəxs müvafiq həkim müayinəsindən keçməkdən imtina etdiyi üçün ona təqaüd düzəldilməsi məsələsi baş tutmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlmək olar ki, hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs və şahid ifadələri sübut kimi qəbul edi lə bilməz. Cinayət işi üzrə birinci insitansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tərəflərindən təqdim edilmiş sübutlara məhkəmələr tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Bu isə kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini inkar edir. İş üzrə toplanmış və məhkəyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı- ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən onların sübut kimi qəbul edilib bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsi baxımından yolverilməzdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsinə, Məhkum qızma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktları n müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanu nları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əsassız məhkum edilməsi iddia edilərək mübahisələndirilən qərarın dəyişdirilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mü raciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunu ndan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət q anununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəf indən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri ü zrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nə zərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum cinayət əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum dələduzluq cinayət əməli qzrə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, cinayət işi materiallarında olan bank qəbzlərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tə rəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir ki, onun gəldiyi bu nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.2.2 və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən təkrarən xeyl i miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yal an vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı o laraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etib ardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs heç bir səlahiyyəti olmadığı halda hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə təkrarən xeyli miqdarda əmlakını ələ keçirmək olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməli törətməməsi, Məhkum niyyətinin əlilliklə bağlı təqaüd düzəltmək olması, lakin Zərərçəkmiş şəxs müvafiq həkim müayinəsindən keçməkdən imtina etdiyi üçün ona təqaüd düzəldilməsi məsələsinin baş tutmamasını bildirməsi, 3800 manatı həmin niyyətlə, 4000 manatı isə borca aldığını qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə q iymət verən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olmasının tam sübuta yetirilməsini cinayət işi materiallarında öz əksini tapan, birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında tədqiq edilmiş, məhkum edilmiş şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsə qarşı vurulmuş zərərin ödənilməsi tələbi istiqamətində olan ifadəsi, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Saleh qızının ifadəsi və həmçinin, iş materiallarında olan çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. Verilmiş ittihama əsasən, Məhkum Zərərçəkmiş şəxs etibarından sui-istifa də və aldatma yolu ilə birinci epizod üzrə 28 oktyabr 2017-ci il tarixdə əlbəəl 1000 manat, 4 noyabr 2017-ci il tarixdə bank vasitəsilə 100 manat, 22 noyabr 2017-ci il tarixdə bank vasitəsilə 2000 manat, 29 dekabr 2017-ci il tarixdə əlbəəl 1000 manat, 04 yanvar 2018-ci il tarixdə bank vasitəsilə 700 manat və 08 fevral 2018-ci il bank vasitəsilə 1000 manat olmaqla ümumilikdə 5800 manat pulu, ikinci epizod üzrə isə 2019-cu ilin fevral ayında 500 manat və 500 manat olmaqla 1000 manat, 2019-cu ilin may ayında 300 manat, 2019-cu ilin iyul ayında 300 manat, 2019-cu ilin noyabr ayında 500 manat, 2019-cu ilin dekabr ayında 500 manat pulu əlbəəl və 2 dekabr 2021-ci il tarixdə 4000 manat pulu bank vasitəsilə olmaqla ümumilikdə 6600 manat pulu ələ keçirtmişdir. Həmin pulu Zərərçəkmiş şəxs sənəd düzəl tmək üçün öz yol xərclərinə və yeməyə sərf etmişdir.” qeyd etsə də, bu ifadə "Zərərçəkmiş şəxs müvafiq həkim müayinəsindən keçməkdən imtina etdiyi üçün ona təqaüd düzəldilməsi məsələsi baş tutmamışdır” ifadəsi ilə baş tutmayan bir məsələnin gedişində 7800 manat yol xərclərinə və yeməyə sərf edilməsinin qeyd edilməsi ilə ziddiyyət təşkil etmiş, müdafiə tərəfinin cinayət məsuliyyətindən yayınmasına xidmət etmişdir. Məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya məhkəmə kollegiyas ı xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məhkum dələduzluq cinayət əməlini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermiş, onun “İşin halları” bölümündə təsvir edilən cinayət əməllərini törədilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uy ğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassas iya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar