Məhkəmə qərarları › İş №1(102)-891/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-891/2025

08.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-891/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 151, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi üzrə apellyasiya şikayətinin icraata qəbul edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 1(104)-552/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM–nin 151 və 178.2.4cü maddələri ilə ittiham edilərək məhkəməyə verilmişdir. Cinayət işinə Tərtər Rayon Məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək təqsirləndirilən şəxs Məhkum yaxın qohumları ilə görüşməsinə və telefon danışıqlarına qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 1(061)-47/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli (sədrlik edən Kamil Rzayev) qərarı ilə vəsatət qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum yaxınları ilə telefon danışıqlarına qoyulmuş qadağa götürülmüş, v əsatət təqsirləndirilən şəxs Məhkum yaxın qohumları ilə görüşməsinə qoyulmuş qadağanın götürülməsi hissəsində təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən: S.B.Hüseynov, hakimlər F.N.Mahmudov, S.Ə.Əzizov) 1(104)-552/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 1(061)-47/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina olunmuşdur. Apellyasiya məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Gəncə Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayətinin icraata götürülməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət verərək göstərmişdir ki, Məhkum xx.xx.2024-cü il tarixdə Tərtər Rayon Polis X2 tərəfindən Azərbaycan Respublikası CM-in 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Məhkum Tərtər Rayon Polis X2 tərəfindən Azərbaycan Respublikası CM-in 151-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(061)-4/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Məhkum hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təsridxan asında saxlanılır. Cinayət işinin ibtidai istintaqı tamamlanıb baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmə baxışındadır və məhkəmə istintaqı davam etdirilir. İstintaq zamanı müstəntiqin müvafiq məktubuna əsasən təqsirləndirilən şəxs Məhkum telefonla danışmaq, yaxın qohumları ilə görüşmək və digər hüquqlarına qadağa qoyulmuşdur. Lakin qeyd edir ki, Məhkum himayəsində qoca və xəstə ata və anası vardır. Onların övladları ilə görüşməmələri və telefonla danışa bilməmələri səhhətlərinə görə mənfi təsir göstərir. Həmçinin Məhkum yaxın qohumları ilə telefon danışması və görüşməsi ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane törətməyəcəkdir, onun cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək imkanı yoxdur. Odur ki, vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, mübahisələndirilən qərar işi mahiyyəti üzrə həll etməyən qərar olmaqla Azərbaycan Respublikası CPM-nin 384-cü maddəsində bu növ qərarlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, müdafiə tərəfi birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin məhkəmə aktından narazı qaldığı təqdirdə apellyasiya şikayəti verərək hazırda qeyd etdiklərini apellyasiya şikayətinin dəlillərində qeyd edə bilər. Azərbaycan Respublikası CPM-nin 384.5-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instans iya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər. Odur ki, kassasiya instansiyası kollegiyası Məhkum apellyasiya şikayətinin icraata götürülməsindən imtina edilməsinə dair Gəncı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: K assasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-552/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar