Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-892/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs X3 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev İlqar Kamil oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribov) Məhkum CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-n in 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-nin 179.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azəbaycan Respublikası CPMnin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin X və X8 da CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Hökmlə Məhkum məxsus olmaqla 1/3 hissəsinin üzərinə həbs qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4734b saylı bağ sahəsinin satılaraq zərərçəkmiş şəxslərin ziyanının ödənilməsinə yönəldilməsi təmin edilmişdir. Hökmlə mülki iddia baxılmamış saxlanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və X6 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları Məhkəmənin hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmuş, öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, təkrarən törədilməklə dələduzluq etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdir. Belə ki, o, xx xxxxxx 2011-ci ildən xx xxxx 2016-cı il tarixədək «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonunda yerləşən «Bayıl» filialının müdiri vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, filialın x xxxxxx 2006-cı il tarixdə təsdiq edilmiş əsasnam əsinə, cəmiyyətin İdarə heyətinin sədri ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə, vəzifə təlimatlarına və digər normativ sənədlərin tələblərinə əsasən, bank tərəfindən filialın istifadəsinə verilmiş əmlakı idarə etmək, banka verilmiş lisenziyada göstərilən bank əməliyyatlarını aparmaq, təsdiq olunmuş əsasnaməyə uyğun filiala həvalə edilmiş vəzifə və funksiyalarını icra etmək, filial üzrə.bütün əməliyyatların aparılmasının təşkil və onlara nəzarət etmək, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələr bağlamaq, filialda aparılan gündəlik əməliyyatları mərkəzləşdirilmiş qaydada tərtib olunan Bankın ümumi icmal balansında əks etdirmək, bank işini tənzimləyən qanunvericilik və digər qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə filialın fəali yyətinə rəhbərlik etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, filial tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına, filialda olan ciddi uçot blanklarından təyinatı üzrə istifadə olunmasında və düzgün istifadəsinə, uçot və hesabat işinin düzgün aparılmasına, filialda olan möhür və ştamplardan təyinatı üzrə istifadə olunmasının təşkili və təmin edilməsinə məsul vəzifəli şəxs kimi, qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, fiziki şəxsə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə ələ keçirmək niyyəti ilə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şə xs2 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq,.əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə etməklə, rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs2 xx.xx.2012-ci ci ildə 400.000, xx.xx.2013-cü ildə 55.000, xx.xx.2013-cü ildə 200.000, xx.xx.2013-cü ildə 50.000, xx.xx.2014-cü ildə 100.000, xx.xx.2014-cü ildə 100.000, xx.xx.2014-cü ildə 250.000 manat olmaqla, cəmi 1.155.000 manat məbləğində pulu alaraq, həmin məbləğin, guya bankda əmanət depozitinə qoyulması və filialın xəzinəsinə ödənilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd ləri-əmanətin faiz dərəcəsi, yerləşdirmə limiti və digər hallar barədə xx.xx.2012-ci, xx.xx.2013-cü, xx.xx.2013-cü cü, xx.xx.2014-cü il tarixli müqavilələri və həmçinin məbləğin bankın xəzinəsinə ödəniməsinə dair xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərini tərtib edib, həmin vəsaitlərin hesaba mədaxil olunması barədə bank əmanət kitabçalarında da qeyd apararaq, qeyd olunan sənədləri filialın rəhbəri kimi imzalamaqla, eləcə də kassa mədaxil orderi və əmanət kitabçalarında xəzinədar və baş mühasibin imzalarını saxtalaşdırmaqla icra etməklə sənədləri filialın möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verib, həmin pul vəsaitini filialın xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra özünün törətmiş olduğu cinayət əməlini gizlətmək və gö stərilən pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2016-cı il tarixdə «xxxx» ASC-nin «Bayıl» filialının müdiri kimi hesabında olan vəsaiti hesablanmış faizlərlə birlikdə konkret tarixdə qaytaraılacağı barədə saxta zəmanət arayışı verməklə, sonuncuya məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, nəticədə bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin əməlləri ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən, eyni niyyətlə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq, əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə edərək, rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs1 xx.xx.2012-ci il tarixdə 300.000 manat, xx.xx.2015-ci il tarixdə 100.000 manat olmaqla, cəmi 400.000 manat məbləğində pulu alıb, həmin məbləğlərin, guya ba nkda əmanət depozitinə qoyulması və filialın xəzinəsinə ödənilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etldiyi rəsmi sənədləri-əmanətin faiz dərəcəsi, yerləşdirmə limiti, müddəti və digər hallar barədə xx.xx.2012, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2015-ci il tarixli müqavilələri və həmçinin məbləğin bankın xəzinəsinə ödəniməsinə dair xx.xx.2012-ci il tarixli tarixli kassa mədaxil orderlərini tərtib edib, həmin vəsaitin hesaba mədaxil edilməsi barədə bank əmanət kitabçasında da qeyd etməklə, həmin sənədləri filialın rəhbəri kimi imzalamaqla, eləcə də kassa mədaxil orderi və əmanət kitabçasında xəzinədar və baş mühasibin imzalarını saxtalaşdırmaqla icra etməklə sənədləri filialın möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verib, həmin pul vəsaitini filialın xəzi nəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətmiş olduğu cinayət əməlini gizlətmək və qeyd olunan pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə məzmununa biləbilə yalan məlumatlar daxil etdiyi xx.xx.2016-cı il tarixli «xxxx» ASC-nin «Bayıl» filialının müdiri kimi depozit hesabında olan vəsaiti hesablanmış faizlərlə birlikdə konkret tarixdə qaytarılacağı barədə saxta zəmanət arayışı verməklə, sonuncuya məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmiş, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən qeyd edilən əməlləri ilə hüquqi şəxslər in hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq, əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə edərək, rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs3 xx.xx.2012-ci ildə 200.000 manat, xx.xx.2013-cü ildə də 200.000 manat olmaqla, cəmi 400.000 manat məbləğində pulu alıb, həmin məbləğin guya bankda əmanət depozitinə qoyulması və filialın xəzinəsinə ödənilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etldiyi rəsmi sənədləri-əmanətin faiz dərəcəsi, yerləşdirmə limiti, müddəti və digər hallar barədə xx.xx.2012-ci və xx.xx.2014-cü il tarixli müqavilələri və həmçinin məbləğin bankın xəzinəsinə ödəniməsinə dair xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərini tərtib edib, həmin vəsaitin hesaba mədaxil edilməsi barədə bank əmanət kitabçasında da qeyd etməklə, qeyd olunan sənədləri filialın rəhbəri kimi imzalamaqla, eləcə də kassa mədaxil orderi və əmanət kitabçasında xəzinədar və baş mühasibin imzalarını saxtalaşd ırmaqla sənədləri filialın möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs3 verib, həmin pul vəsaitini filialın xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətmiş olduğu cinayət əməlini gizlətmək və göstərilən pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün, Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi 15.03,2016-cı il tarixdə «xxxx» ASC-nin «Bayıl» filialının müdiri kimi hesabında olan vəsaiti hesablanmış faizlərlə birlikdə konkret tarixdə qaytaraılacağı barədə saxta zəmanət arayışı verməklə, sonuncuya məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq, əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə edib, rəhbərlik etdiyi filialın inzibati binasınd a yerləşən xidməti otağında Zərərçəkmiş şəxs4 xx.xx.2013-cü ildə 300.000 manat məbləğində pulu alaraq, həmin məbləğin guya bankda əmanət depozitinə qoyulması və filialın xəzinəsinə ödənilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etldiyi rəsmi sənədləri-əmanətin faiz dərəcəsi, yerləşdirmə limiti, müddəti və digər hallar barədə xx.xx.2014-cü il tarixli müqavilələri və həmçinin məbləğin bankın xəzinəsinə ödəniməsinə dair üzərində xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli möhür vurulmuş xx.xx.2012-ci il tarixli kassa mədaxil orderlərini tərtib edib, həmin vəsaitin hesaba mədaxil edilməsi barədə bank əmanət kitabçasında da qeyd etməklə, qeyd olunan sənədləri filialın rəhbəri kimi imzalamaqla, eləcə də kassa mədaxil orderləri və əmanət kitabçasında xəzinədar və baş mühasibin imzalarını saxtalaşdırmaqla icra etməklə sənədləri filialın möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs4 verib, həmin pul vəsaitini filialın xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətmş olduğu cinayəti gizlətmək və göstərilən pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün, əmanətin faizi kimi Zərərçəkmiş şəxs4 müxtəlif məbləğlərdə pullar verməklə, sonuncuya məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən qeyd olunan əməlləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq, əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə edərək, rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs5 xx.xx.2013-cü ildə 300.000 manat məbləğində pulu alıb, həmin məbləğin, guya bankda əmanət depozitinə qoyulması və filialın xəzinəsinə ödənilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etldiyi rəsmi sənədləri - əmanətin faiz dərəcəsi, yerləşdirmə limiti, müddəti və digər hallar barədə xx.xx.2013-cü, xx.xx.2014-cü il tarixli müqavilələri və eyni zamanda məbləğin bankın xəzinəsinə ödəniməsinə dair xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərini tərtib edib, həmin vəsaitin hesaba mədaxil edilməsi barədə bank əmanət kitabçasında da qeyd etməklə, həmin sənədləri filialın rəhbəri kimi imzalamaqla, eləcə də kassa mədaxil orderi və əmanət kitabçasında xəzinədar və baş mühasibin imzalarını saxtalaşdırmaqla icra etməklə sənədləri filialın möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs5 verib, qeyd olunan pul vəsaitini filialın xəzinəsinə mədaxil etməyərək özünü n şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətmiş olduğu cinayəti gizlətmək və göstərilən pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün əmanətin faizi kimi Zərərçəkmiş şəxs5 müxtəlif məbləğlərdə pullar verməklə, sonuncuya məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin əməlləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifa də etməklə ona etibar olunmuş özgə əmlakını təkrarən talama məqsədilə, Bakı şəhər sakini X1nın banka əmanət kimi yerlşdirmək üçün müraciətinə əsasən, xx.xx.2013-cü il tarixdə rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında sonuncunun təqdim etdiyi 150.000 ABŞ dolları məbləğində pulu bank sisteminə daxil edib bu barədə təritib etdiyi mədaxil qəbzində xəzinədar və əməliyyatçı qrafalarında müvafiq şəxslərin adından imzalarını icra etməklə həmin rəsmi sənədi Zərərçəkmiş şəxs6 (Xəlilova) verərək, sonradan niyyətinə nail olmaq üçün, sonuncunun məlumatı olmadan, adına mədaxil edilmiş vəsaitin məxaric qəbzləri əsasında, guya Zərərçəkmiş şəxs6 (Xəlilova) tərəfindən ayrı-ayrı məbləğlərdə və müxtəlif vaxtlarda götürülməsini və eləcə də mədaxil olunmasını rəsmiləşdirib, həmin rə smi sənədlərdə vətəndaşın imzalarını adından icra etməklə, filialın digər vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası üzrə imzalamasına nail olub, bundan sonra törətmş olduğu cinayəti qizlətmək və göstərilən pul vəsaitinin bankda depozitdə olması görüntüsünü yaratmaq üçün, əmanətin faizi kimi X2yə müxtəlif məbləğlərdə pullar verməklə, həmin vəsaitlə əlaqədar ilkin müqavilənin müddətinin bitməsi səbəbindən bilə-bilə yalan məlumatlar daxil etldiyi xx.xx.2014-cü il tarixli yeni müqavilə bağlayaraq, habelə həmin vəsaitin hesaba mədaxil olunması barədə bank əmanət kitabçasında da qeyd etməklə, həmin sənədləri filialın rəhbəri kimi imzalayıb, eləcə də əmanət kitabçasında xəzinədar və b.aş mühasibin imzalarını saxtalaşdıraraq icra etməklə sənədləri filialın möhürü ilə təsdiq edərə k X2yə verib, nəticədə sonuncuya məxsus həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 117.700 manata bərabər 150.000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib X2yə və «xxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək təkrarən talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işlərkən, öz qulluq mövqeyindən istifadə edərək, təkrarən, eyni məqsədlə, rəhbərlik etdiyi filiala, özündə olan pul vəsaitini əmanət kimi yerləşdirmək üçün müraciət etmiş Bakı şəhər sakini X5 həmin məbləği bankın xəzinəsinə ödəməklə bankın sisteminə daxil edəcəyinə inandıraraq, əmanət depoziti kimi qoyduğu həmin məbləğə əlavə faiz hesablancağını vəd verib, qulluq mövqeyinin həyata keçirilməsi ilə əlaqədar sonuncunun ona olan inam və etimadından istifadə edərək, rəhbərlik etdiyi filialın inzibati binasında yerləşən xidməti otağında Tural Axundovdan xx.xx.2013-cü il tarixdə 250.000 manat, xx.xx.2013-cü ildə 100.000 manat, xx.xx.2014-cü ildə 45.100 manat olmaqla, cəmi 395.100 manat dələduzluq etmiş, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən göstərilən əməlləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilməsinə, yaxud CM-nin 62-ci maddəsi tətbiq olunaraq ona maddənin sanksiyasında nəzərdə tutulan cəzadan aşağı həddə cəza təyin olunmasına dair, habelə məhkəmə qərarlarının Məhkum məxsus olmaqla 1/3 hissəsinin üzərinə həbs qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4734b saylı bağ sahəsinin satılaraq zərərçəkmiş şəxslərin ziyanının ödənilməsinə yönəldilməsi hissəsinin dəyişdirilməklə torpağın həbsdən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum barəsində çıxarılmış hökm qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı müdafiə tərəf inin verdiyi 15-16 vəsatətdən yalnız biri təmin olunmuş, lakin həmin vəsatət də keyfiyyətsiz icra olunmuşdur. İşə baxan məhkəmələr də ibtidai araşdırma orqanından fərqli mövqe nümayiş etdirməmişlər. Müdafiəçi həmçinin qeyd edir ki, zərərçəkmiş şəxslər Məhkum qarşı mülki iddia qaldırmadıqları halda, məhkəmə əsassız olaraq ona məxsus bağ sahəsinin satılaraq zərərçəkmiş şəxslərin ziyanının ödənilməsinə yönəldilməsi barədə hökm vermişdir. Müdafiəçinin fikrincə, məhkəmələr Məhkum cəza təyini zamanı yüngülləşdirici hallar – ailəli olmaqla himayəsində 3 və 6 yaşlarında 2 uşağının, şəkər xəstəsi və köməyə ehtiyacı olan 64 yaşlı anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurulmuş hesab olunan zərərdən 530.000 manatın ödənilməsini nəzərə almayaraq sərt cəza təyin etmişlər. İ ş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı müdafiəçi R.Mirmehdizadə, nümayəndə İ.Əliyev və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya insta nsiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri q aytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-892/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-892/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver