Məhkəmə qərarları › İş №1(102)-892/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-892/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-892/2022 26.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2021 nömrəli qərarından məhkum Təqs irləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs2 11 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 oktyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olun muşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan, lakin “Rais” kimi adlandırılan şəxslə qabaqcadan əlbir olub qrup təşkil edərək, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 2020-ci ilin mart ayının ortalarında Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti istintaqa “Rais” kimi məlum olan şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib daşıyaraq Təqsirləndirilən şəxs1lə birlikdə kirayə yaşadıqları Bakı şəhəri, ünvan 2 ünvanda saxlamış, əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin bir qismini şəxsiyyəti istintaqla araşdırılan müxtəlif şəxslərə sa tmış, 01 aprel 2020-ci il tarixdə saat 21:50-də Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” edilmiş məişət səs-küyünə dair məlumat əsasında həmin gün qeyd olunan ünvana getmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onun və mənzildə yaşayan Təqsirləndirilən şəxs1 razılığı əsasında mənzilə daxil olduqda, mənzildə olan sonunculara məxsus üzərində “Nike” yazısı, içərisində narkotik vasitə heroin izləri və cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan qara rəngli idman çantasının içərisindən tərkiblərinə görə eyni olan 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 33, 098 qram və 1 ədəd parça kisəsinin üzərində təmiz çəkisi 0,379 qram, ümumilikdə çəkisi 33,477 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üs ulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 14,712 qram olan qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 1,696 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin, kimyəvi komponent tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 56,203 qram və 903,2 qram, ümumilikdə təmiz çəkisi 959,403 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kütlə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda tiryək, üzərində heroin izləri müəyyən edilmiş 1 ədəd “SF-400” markalı və 01 ədəd “QC.pass5” markalı elektron tərəzilər aşkar edilərək götür ülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 1(101)-365/21 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2021-ci i l tarixli, 1(101)-365/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, əməlini yüngülləşdirən halların nəzərə alınması ilə ona həmin maddədə nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində verilmiş ittihamla razı olmadığını, aşkar edilmiş narkotik vasitənin onlara məxsus olsa da, narkotik vasitələrin istifadəçisi olduğunu, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bədənində ağrılar olduğundan narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, onun narkotik vasitələrin satışını həyata keçirməsinə dair hər hansı mötəbər sübut olmamasına baxmayaraq məhkəmə əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmışdır.

8. Hökmdən həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 Humsi oğlu apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs1 aid hissədə cəzanın həddindən artıq ağır olması əsası ilə dəyişdirilməsini, sonuncuya maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci tarixli, 1(103)-844/2021 nömrəli qə rarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri

11. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirərək qeyd etmişdir ki, məhkəmələr onun əməlini səhv tövsif etmişdir. Belə ki, özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymə t verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiya sı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini iddia edərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş, tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və onun dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri o lubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021ci il tarixli qərardadı).

23. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, birinci instansiya məhkəməsi onları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiya məhkəməsi məhkumun törətdiyi cinayət əməlini düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Qeyd olu nanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci və apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin tövsifinə dair nəticəsi ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

27. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2 021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-844/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs2 oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar