Məhkəmə qərarları › İş №1(102)-892/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-892/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-892/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Müdafiəçi2 Xaqanı qızının və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum olunmasına dai r cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(104)-383/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (X17) 2024-cü il 5 iyun tarixli, 1(061)-6/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1980-ci il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər şəhəri, F.Qulami küçəsi ev 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hilal Niftəliyev küçəsi ev 19, mənzil 6- da yaşamış, hazırda c əza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsə alındığı gündən yəni, 5 iyun 2024-cü il tarixdən saat 19:25-dən hesablanması hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil Müdafiəçi2 və Məhkum apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X2 və X6 ibarət tərkibdə) 2024-cü il 8 avqust tarixli, 1(104)-383/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilməmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(061)-6/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 05 iyun 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək həbsdən saxlandığı 2 (iki) ay 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Mə hkum üzərində 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkdiyi müddətdə Məhkum üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər, Ağdam və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum cavabdeh kimi ondan 35000 manat və iddiaçı tərəfindən dövlət rüsumu k imi ödənilmiş 30 manat olmaqla cəmi 35030 manat pulun alınaraq Beyhan Hüseyinə ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-169/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi haqqında Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-737/2022 saylı qərarı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilərək 15 (on beş) gün həddində müəyyən edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək manat məbləğində borcunu zərərçəkmiş şəxs Beyhan Hüseyinə ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN, VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsinin hökmündə, nə də apellyasiya instansiyası məhkəməsinin qər arında məhkum edilmiş şəxs Məhkum himayəsində yaşlı və xəstə valideynlərinin olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan başqa, bininci instansiya məhkəməsinin hökmündə məhkum edilmiş şəxs Məhkum himayəsində azyaşlı uşaqlarının olduğu bildirilsə də, tərəfimdən verilmiş apellyasiya şikayətində bu faktın mötəbər sübuta əsaslanmadığı bildirilmişdir. Çünki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, hökmün elan edildiyi tarixə məhkum edilmiş şəxs Məhkum övladları-xx.xx.2005-ci il təvəllüdlü X10 19 yaşı, xx.xx.2007-ci il təvəllüdlü X7 18 yaşı, xx.xx.2011-ci il təvəllüdlü X8 isə 14 yaşı olmuşdur. Bunları nəzərə alan apelyasiya instansiyası məhkəməsi qərarında haqlı olaraq, məhkum edilmiş şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan uşağın olduğunu göstərmişdir. Təəssüf ki, bu həqiqəti öz qərarında qeyd edən apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə münasibətdə CM-in 59.1-ci və 59.1.4-cü maddələrinin tətbiqində səhvə yol vermişdir. Çünki, Cinayət Məcəlləsinin 59.1-ci və 59.1.4-cü maddələrinə görə cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hal hesab edilir. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsində uşağın azyaşlı, və ya yetkinlik yaşına çatmayan sayılmasını müəyyən edən konkret norma yoxdur. Lakin, Mülki Məcəllənin 28.3cü maddəsinə görə 7 yaşınadək olanlar yetkinlik yaşına çatmayanlar (azyaşlılar), 7 yaşından 18 yaşınadək olanlar isə yetkinlik yaşına çatmayanlar hesab edilirlər. Ona görə 14 yaşlı uşaq azyaşlı sayılmır. Göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum himayəsində o lan xx.xx.2011-ci il təvəllüdlü X12 azyaşlı sayılmadığı üçün bu əsasla məhkum edilmiş şəxsin cəzası yüngülləşdirilə bilməzdi. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmündən aydın görünür ki, məhkum edilmiş şəxs Məhkum törətdiyi cinayət əməlinə görə səmimi peşmanlıq hissi keçirdiyini bildirməmiş, ona görə də bu hal onun ifadəsində əksini tapmamışdır. Onun səmimi peşmançılığı əməl və davranışlarında da öz təsdiqini tapmır. Belə vəziyyətdə isə məhkum edilmiş şəxsin apellyasiya şikayətində himayəsində üç azyaşlı övladının ikisinin xəstə olmasını, ailədə yeganə gəlir gətirən şəxs sayılmasını, məhkəmə baxışı zamanı ifadəsində isə həm də himayəsində yaşlı ata və anasının olmasını, azadlığa çıxacağı təqdirdə borcunu tez bir zamanda ödəyəcəyini bildirməsi faktiki olaraq, cəzasının yüngüllə şdirilməsinə nail olmaq cəhdindən başqa bir şey deyildir. O qeyd etmişdir ki, həbsdən azad edildiyi xx.xx.2024-ci il tarixdən indiyədək keçən müddət ərzində məhkum edilmiş şəxs Məhkum borcundan heç bir hissə ödəməmişdir. Məhkum edilmiş şəxs Məhkum borcunu indiyədək ödəməməsinin səbəbinin maddi imkanının olmamasına dair bildirdikləri də həqiqəti əks etdirmir və o, həmişə öz gəlirlərini “ustalıqla” gizlətməyə nail olmuşdur. Belə ki, məhkum edilmiş şəxs Məhkum 2015-ci ildən 2018-ci ilədək müxtəlif yerlərdə satıcı olaraq işləməklə hər aya 600 manat əmək haqqı alması, 2018-ci ildən 2021-ci ilədək bacısı X3 məxsus Bakı şəhəri, Yeni Yasamal ərazisində “Form İstanbul” adlı kişi qadın geyimləri mağazasında satıcı işləməklə, ayda 1000 manat əmək haqqı alması, 2021-ci ildən son vaxtlara kimi “Meyvəli ” Ticarət Mərkəzində meyvə tərəvəz mağazasında satıcı işləməklə ayda 600-700 manat qazanması, xx.xx.2023-cü il tarixdən isə “Xəzər” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə hər günü 25 manat icarə haqqı ödəməklə taksi fəaliyyəti ilə məşğul olması özünün, həyat yoldaşının və anasının ifadələri ilə təsdiq edilmişdir. Şərh edilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum həddindən çox yüngül cəza olan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun islah olunmasına şərait yaratmayacaqdır. Zərərçəkən şəxsin mənafeyinə qətiyyən uyğun olmayan bu cəza növünün təyin edilməsi sosial ədalətin bərpasına deyil, əksinə onun birtərəfli qaydada pozulmasına yönəlmişdir. Eyni zamanda onun tərəfindən törədilən məhkəmə hakimiyyətinin nüfuzuna zərər vuran cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkən şəxsin ondan şikayətinin olmasını nəzərə almamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-383/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının cəza təyin edilməsi hissəsində yüngüllüyünə görə ləğv edilməsi və cinayət işinin həmin hissədə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmağa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət isinin hallarından görünür ki, Məhkum tərəfindən törədilən cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd ed ilən əməl subyektiv cəhətdən qəsdlə törədilir, yəni bilavasitə ədalət mühakiməsi əleyhinə olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Kollegiyası Məhkum himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının və ailəsinin olmasını, yaşlı və xəstə olan valideynlərini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, ailənin yeganə qazanc gətirən olmasını CMnin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə aldığını, məhz buna görə də 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini şərtləndirdiyini qeyd etmişdir. İş üzrə zərərçəkmiş şəxs ibtidai istintaqın əvvəlindən hökm çıxarılan, həmçinin apellyasiya icraatında yekun qərar qəbul edilən günədək təqsirləndirilən şəxsdən şikayətçi olmuş, bu amillər məhkəmə kollegiyası tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsində, istərsə də apelyasiya icraatında zərərçəkmiş şəxsin nümayəndəsi Məhkum ağır cəza təyin edilməsini məhkəmədən tələb etmişdir. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ, həmçinin əmələ olan münasibətinə uyğun olmamışdır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdurs a, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyasının istinad etdiyi yüngülləşdirici hallara gəldikdə isə qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi həmin halları cəza təyin edərkən hökmdə əsaslandırmaqla 1 il müddətə azadlıqadan məhrumetmə cəzası təyin etmişdir. Apellyasiya instansiyasında məhkəmə kollegiyası cəzanı dəyişdirilməsi üçün yuxarıda qeyd olunan halları təkrarən cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən cəzanın dəyişdirilməsinin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəz ərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-383/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmağa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Müdafiəçi2 kassasiya şikayətinin və kassa siya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə olan borcunu tam ödəyə bilmədiyini, lakin borcdan müəyyən hissəni ödədiyini, hazırda işə düzələrək borcunu ödəyəcəyini bildirərək kassasiya şikayətinin və kassasiya protetinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə t ələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmi yyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktl arın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni məzmunlu olan kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, həm kassasiya şikayətində, həm də kassasiya protestində məhkuma apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmiş və məhkumun yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü vurğulanmışdır. Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 306.1-ci maddəsinin sanksiyasında 5 növ alternativ cəza nəzərdə tutulmuşdur. CM-in 58.1-ci maddəsinin 2-ci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, Qanunvericilik maddənin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğu halda, daha ciddi cəzanın təyin edilməsinə məhdudiyyət nəzərdə tutmuşdur. Yəni məhkəmə bütün hallarda hökmdə əsaslandırmalıdır ki, hansı səbəbdən təqsirkar barəsində sanksiyada nəzərdə tutulmuş yüngül cəzanı deyil, daha sərt cəzanı təyin edir. Bu əsaslandırma da, CM-in 58.1-ci maddəsinə əsasən, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi ilə əlaqədar olmalıdır. Hazırki işin hallarından görünür ki, Məhkum əməlindən peş mandır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyə səy göstərir, ailə vəziyyəti ağırdır. Göründüyü kimi, məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar mövcud deyil. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insanı, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirli şəxsə təyin edilən cəza onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallara adekvat və mütənasib olmadıqda, həddindən art ıq sərt və ağır olduqda, cəza təyin edilərkən həmin cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmadıqda, həmin cəza ədalətsiz olmaqla, məhkum edilmiş şəxsə işgəncə vermək mənasını verməklə, sanki törətdiyi əmələ görə təqsirkardan intiqam almaq xarakteri daşıyır. Məhkum münasibətdə də azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi yuxarıda qeyd edilənlərin prizmasından yanaşdıqda, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmamaqla, açıq-aşkar sərt, ağır və ədalətsiz cəza təsəvvürü yaradır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təqsirli şəxsə cəza təyin edilərkən CM-in ədalət və humanizm kimi prinsiplərinin tələblərinə də riayət edilməsi zəruridir və təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və həddindən artıq sərtliyi baxımından şəxsə işgəncə verilməsi məqsədi ilə təyin edilmiş cəza xarakteri daşımamalıdır. Bu zaman nəzərə alınması vacib olan bir məsələ də ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, o cümlədən təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də əməl edilməsi böyük önəm daşıyır. Etiraf etmək lazımdır ki, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə ədalətli cəza təyin edilməsi olduqca mürəkkəb, çətin və məsuliyyətli bir prosesdir. Bu zaman nəzərə alınması zəruri olan çoxsaylı prinsip və əsaslar mövcuddur. Məhkəmə hökmü ilə təyin edilən cəza həm cəmiyyətdə sosial ədaləti bərpa edir, həm cinayət törətmiş şəxsi islah edir, həm də məhkum və digər şəxslərə tərbiyəedici və çəkindirici tə sir etməklə cəmiyyətdə tarazlığı qoruyur, cəmiyyəti kənar, zərərli, neqativ əməl və meyllərdən mühafizə edir. Lakin bu təsir yalnız o zaman effektli və düzgün olur ki, təyin edilən cəza həm ədalətli, həm də humanist cəza olsun. Yəni bəzi hallarda sərt cəzaların təyin edilməsi əks effekt verir və islah etmək əvəzinə işgəncə vermək və ləyaqəti alçaltmaq kimi qiymətləndirilir. Məhz bu səbəbdən CM-in 58.1-ci maddəsi həm növ, həm də hədd baxımından sərt cəzaların təyin edilməsinə məhdudiyyət müəyyən etmişdir. Kassasiya protestində irəli sürülən dəlillərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi də məhkuma təyin edilmiş cəzanı yüngülləşdirərkən yuxarıda qeyd edilən tələblərə uyğun olaraq qəbul etdiyi qərarı kifayət edəcək səviyyədə ətraflı şəkildə əsaslandırmış, törədilmiş cinayət əməl i ilə təyin edilmiş cəza arasında ədalətli bir balans yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşır və bu mövqeyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Müdafiəçi2 Xaqanı qızı tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən veri lmiş kassasiya protesti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2024-cü il 5 iyun tarixli, 1(061)-6/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(104)-383/2024 nömrəli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar