Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-893/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:Nəsibova Samirə Cavid qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barə sində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2018-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.B.Salmanov və S.İ.Əliyev) xx.xx.1968-cü ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, 3 uşaq atası, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ************************ saylı evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum e dilməklə, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli 15 mart 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 01 avqust 2008-ci ildən 28 iyun 2013-cü ildək "xxxx" ASC-nin 5 saylı filialının müdiri vəzifəsində işləyərkən, imzaladığı vəzifə təlimatının, 01 avqust 2008-ci il tarixli əmək müqaviləsinin, eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilənin, həmçinin Azərbaycan Respublikası Mərkəzi X19 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi» Qaydaları, "xxxx" ASC X10 Şurasının 25 sentyabr 2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş «Filialda kreditlərin verilməsinin və uç otunun qaydaları», «Filialda nağd ödəmələrin həyata keçilirməsi qaydaları», “Kassa əməliyyatlarının aparılmasına dair qaydalar”ın, 04 fevral 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-də kreditləşmə üzrə daxili qaydalar»ın tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsini, filialın kredit portfelinin dinamikasına gündəlik olaraq nəzarət edilməsini, müştərilərin bütün kredit sifarişlərinin ciddi təhlil olunması və qiymətləndirilməsini, müştəri tərəfindən kredit müqaviləsi və digər sənədlərin bankda şəxsən imzalanmasını, müştəriyə nağd pulun kassadan məxaricinin icraçının yanında imzalanmış məxaric orderi ilə, şəxsiyyətini təsdiq edən vəsiqəyə əsasən şəxsin eyniliyi müəyyənləşdirildikdən sonra icra olunmasını təmin etməli olduğu halda, öz qul luq mövqeyindən istifadə edərək "xxxx" ASC-nin ona etibar olunmuş əmlakını vahid niyyətlə talama məqsədi ilə, vətəndaşların şəxsiyyətlərini təsdiq edən vəsiqələrin surətlərindən istifadə etməklə, guya X6 21.05.2010-cu il tarixli 43 A №-li kredit müqaviləsi ilə 2498,89 manat ekvivalentində olan 3110 ABŞ dolları, X7 22.06.2010-cu il tarixli 356 A №-li kredit müqaviləsi ilə 4887,72 manat ekvivalentində olan 6080 ABŞ dolları, X3 06.08.2010-cu il tarixli 273 A №-li kredit müqaviləsi ilə 4500 manat, X11 adına «Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçunun şəxsi vəsiqəsi»nin surətindən istifadə etməklə, bu sənəddə sonuncunun adında düzəliş edərək «Kamil» kimi göstərməklə, həmin şəxsin 30.08.2010cu il tarixli 809 №-li kredit müqaviləsi ilə 4700 manat, həmçinin X13 adına 03.09.2010-cu il tarixl i 825 №-li kredit müqaviləsi ilə 4700 manat, X8 07.09.2010-cu il tarixli 840 №-li kredit müqaviləsi ilə 4218,90 manat ekvivalentində olan 5250 ABŞ dolları, X4 14.09.2010-cu il tarixli 849 №-li kredit müqaviləsi ilə 4701,65 manat ekvivalentində olan 5850 ABŞ dolları, X9 05.10.2010-cu il tarixli 895 №-li kredit müqaviləsi ilə 4900 manat və X2 15.05.2012-ci il tarixli 1047 A nömrəli kredit müqaviləsi ilə 3100 manat pul vəsaitlərini götürmələrini rəsmiləşdirməklə, onların məlumatı olmadan kredit müqaviləsi, ödəniş cədvəli, xəzinə məxaric orderinin – saxta rəsmi sənədlərin hazırlanmasını və bankın kompüter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bilə-bilə yalan məlumatların daxil olunmasını təşkil edərək, sənədləri özü müdir kimi təsdiq, həmçinin bütün kredit sənədləri ndə vətəndaşların adından və T6 adına məxaric orderində xəzinədarın əvəzindən saxta imzaları icra etməklə, qeyd olunan tarixlərdə müvafiq pul vəsaitlərini – ümumlikdə 38207,16 manatı (otuz səkkiz min iki yüz yeddi manat on altı qəpiyi) "xxxx" ASC-nin 5 saylı filialının xəzinəsindən götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib həmin bankın - özgənin ona etibar edilmiş xeyli miqdarda əmlakını mənimsəyərək talamışdır. Həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3. 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 18 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2018-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək məhkumun şərti məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqirli bilərək, ittihamın mahiyyəti üzrə etirafedici ifadələr vermiş, törətdiyi əməldən peşiman olduğunu bildirmiş,yaşayış yerindən müsbət xasiyyətləndirilmişdir, himayəsində azyaşlı uşağı var və vurulmuş ziyanın xeyli hissəsni ödəmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən halları kifayət qədər nəzərə almamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış bi rinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti mahkum edilməsi barədədir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində azyaşlı bir uşağın olmasını və vurulmuş ziyanın qismən-13074 manat 14 qəpik hissəsnin ödənilməsini onun cəzasını yüngüllşdirən hallar kimi nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası həddində ona 4 il müddətinə azad lıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin materiallarında olan zərərçəkmişin nümayəndəsinin mülki iddia ərizəsindən müəyyən edilir ki, vurulmuş 38207,16 manat maddi ziyandan Təqsirləndirilən şəxs tərəfindən 13074 manat 14 qəpik hissəsi 2015-ci ilin may ayınadək ödənmiş, 25133 manat 02 qəpik ödənilməmiş qalmışdır. Vurulmuş zərərin ödənilməmiş hissəsindən kassasiya şikayətinə məhkəmə baxışı zamanı əlavə 2000 manat ödəmə ediməsi barədə qəbz məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq m əqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesav edir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağına əsas verəcək halların mövcudluğu müəyyən edilməmişdir. Lakin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti cəzanın təyin edilməsinin ümumi əsasları və cəzanın məqsədi barədə qanunun tələblərinə uyğun hesab edilmir. Cinayət işinin materiallarından göründüyü kimi məhkum cinayət işinə birinci instansiya məhkəməsində baxılanadək 13074 manat 14 qəpik hissəsini və kassasiya şikayətinə baxılarkən 2000 manat hissəsini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar nəzərə alınaraq məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2018-ci il tarixli qərarı dəyişdirilməli və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin, qalan hissədə qərar dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-893/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-893/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver