Məhkəmə qərarları › İş №1(102)-893/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-893/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-893/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X22 oğlunun, bəraət almış şəxs və onun müdafiə çisi Həsənov Əkrəm Şirvan oğlunun iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmü ilə bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli hökmü ilə isə bəraət almış şəxs CM-nin 195.2 və 308.2-ci maddələri ilə elan olunmuş ittiahm üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov İslam Telman oğlu) bəraət almış şəxs, xx xxxxxx il tarixdə Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq faliyyəti ilə məşğul olan və “X” İstirahət Mərkəzinə faktiki sahiblik edən, ünvan 1-də yaşayan, CM-nin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 195.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhr um etmə cəzasına, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay müddət ona təyin edilən əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il 07 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edil miş, müəyyən olunmuş sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrasının məhkumun yaşayış yeri üzrə Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, bəraət almış şəxs 13 mart.2013-cü il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi qeydiyyata alınmaqla və Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində 19 mart 2013-cü il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçmiş “X” adlı istirahət mərkəzinin faktiki sahibi olaraq hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə 20132014cü illər üzrə rüblük olaraq təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2013-cü ildə və 2014-cü ilin yanvar–iyul aylarında dövriyyəsi olmadığı və 2014-cü ilin iyul-dekabr aylarında aylıq 18.333,33 manat dövriyyəsi olmasına baxmayaraq, faktiki sahibi olduğu “X” istirahət mərkəzinin yarımçıq qalan tikililərini tama mlamaq və avadanlıqların alınması təyinatı üzrə Zərərçəkmiş şəxs QSC-nin “Lökbatan” filialı ilə bağladığı 15 may 2013-cü il tarixli 27L000000587 №-li “uzun müddətli kredit müqaviləsi” əsasında 08 dekabr 2014-cü il tarixdə bank tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı aylıq dövriyyəsinin 145.483 (yüz qırx beş min dörd yüz səksən üç) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 114.131,41 manat (yüz on dörd min yüz otuz bir manat qırx bir qəpik), ödəmə qabiliyyətinin isə aylıq 101.430 (yüz bir min dörd yüz otuz) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 79.571,83 manat (yetmiş doqquz min beş yüz yetmiş bir manat səksən üç qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə, 24 dekabr 2014-cü il tarixli 027R********** №-li kredit razılaş ması əsasında özünə 60 ay müddətinə, aylıq 1,125 % dərəcəsi ilə külli miqdar təşkil edən 1.850.000 (bir milyon səkkiz yüz əlli min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.451.140 (bir milyon dörd yüz əlli bir min yüz qırx) manat məbləğində kredit verilməsinə nail olub, həmin pulun "xxxx" QSC-də olan Z87ACAB******************** saylı ABŞ dolları ilə olan cari hesabına köçürülməsindən sonra pulun 11.100 (on bir min yüz) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 8.628,4 manatının (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 1.132.551,11 ABŞ dollarını (bir milyon yüz otuz iki min beş yüz əlli bir dollar on bir sentini), həmin dövrün məzənnəsi ilə 888.373,09 manatını (səkkiz yüz səksən səkkiz min üç yüz yetmiş üç manat doqquz qəpiyini) 142201 saylı bank çeki əsasında, 3.028,88 ABŞ dollarını (üç min iyirmi səkkiz dollar səksən səkkiz sentini), həmin dövrün məzənnəsi ilə 2.375,85 manatını (iki min üç yüz yetmiş beş manat səksən beş qəpiyini) isə 142202 saylı bank çeki əsasında 24 dekabr 2014-cü il tarixdə bankın ünvan 1 ünvanında yerləşən kassasından nağd olaraq götürüb, 703.320,01 ABŞ dollarını (yeddi yüz üç min üç yüz iyirmi dollar bir sentini), həmin dövrün məzənnəsi ilə 551.684,21 manatını (beş yüz əlli bir min altı yüz səksən dörd manat iyirmi bir qəpiyini) isə özünün həmin bankda olan əsas kredit, faiz və cərimə borclarının qaytarılmasına yönəltməklə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 148.494,97 ABŞ dolları ( yüz qırx səkkiz min dörd yüz doxsan dörd dollar doxsan yeddi senti), faiz üzrə 184.346,15 ABŞ dolları (yüz səksən dörd min üç yüz qırx altı dollar on beş senti) məbləğində ödəniş həyata keçirib, 22 may 2017-ci il tarixə 1.701.505,03 ABŞ dolları (bir milyon yeddi yüz bir min beş yüz beş dollar üç senti), həmin dövrün məzənnəsi ilə 2.896.472,01 manat (iki milyon səkkiz yüz doxsan altı min dörd yüz yetmiş iki manat bir qəpik) məbləğində əsas və 250.972,88 ABŞ dolları (iki yüz əlli min doqquz yüz yetmiş iki dollar səksən səkkiz senti), həmin dövrün məzənnəsi ilə 427.231,13 manat (dörd yüz iyirmi yeddi min iki yüz otuz bir manat on üç qəpik) məbləğində faiz borclarını, cəmi 1.952.477,91 ABŞ dollarını (bir milyon doqquz yüz əlli iki min dörd yüz yetmiş yeddi dollar doxsan bir senti), həmin dövrü n məzənnəsi ilə 3.323.703,14 manat (üç milyon üç yüz iyirmi üç min yeddi yüz üç manat on dörd qəpik) məbləğində pulu qəsdən ödəməməklə hüquqi şəxs olan "xxxx" QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən bəraət almış şəxs və onun müdafiəçisi Həsənov Əkrəm Şirvan oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim xalid oğlu (sədrlik edən və məruzəçi), hakimlər Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 26 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şika yəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan bəraət almış şəxs və onun müdafiəçisi Ə.Ş.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 10 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək bəraət almış şəxs CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Biri nci instansiya məhkəməsinin hökmündən məhkum bəraət almış şəxs və onun müdafiəçisi Ş.Ə.Həsənov tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş və bəraət almış şəxs CM-nin 195.2 və 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti və zərərçək miş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdilər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirərək kassasiya protestini onunla əsaslandırmışdır, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və qiymətləndirməmiş və bunun nəticəsi olaraq bəraət almış şəxs əsassız olaraq CM-nin 195.2 və 308.2-ci ma ddələri ilə bəraət verilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, çox saylı sənədlər əsasında bəraət almış şəxs əməllərində CM-nin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd edir ki, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişbəraət almış şəxs oğlu x ifadəsində göstərmişdir ki, “X" istirahət mərkəzinin 2013-2014-cü illər üzrə maliyyə dövriyyəsini təsdiq edən sənədləri özünə aid elektron poçt ünvanı vasitəsi ilə bankın əməliyyatçısı Şahid1 elektron poçt ünvanına göndərmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı, eləcə də məhkəmə isti ntaqı zamanı şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək həqiqətən “X" istirahət mərkəzinin maliyyə dövriyyəsini təsdiq edən sənədlərin X22 tərəfindən ona məxsus "mailto:Rufat.Haciyev.83@mail.ruElektron ünvan " elektron poçt ünvanına göndərildiyini təsdiq etmiş, lakin sonradan işdən çıxdığına görə həmin məlumatları sildiyini göstərmişdir. Buradan aydın olur ki, bu məlumatiar X22 tərəfindən atasının tapşırığı əsasında banka təqdim edilmişdir. Həmçinin dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qərardadına istinad edərək bildirir ki, tərəflər arasında bağlanmış barışıq sazişi olsa da, CPM-nin 142.2-ci maddəsinə əsasən tərəflər arasında mülki mübahisənin olması cinayət təqibini istisna etmir. Apellyasiya instansiyası məhkə məsinin hökmündə həmçinin göstərilmişdir ki, bəraət almış şəxs götürdüyü kredit vəsaitləri təminatlı kreditlər olmuş və o, həmin kreditləri götürərkən əmlakını girov qoymuş, həmçinin zaminlik müqaviləsi də bağlanmışdır. İpoteka predmetinin ilkin satış qiyməti götürdüyü kredit məbləğindən dəfələrlə çox olan bir şəxsin maliyyə vəziyyətinə dair banka bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim etməsi və ümumiyyətlə belə bir niyyətdə olması inandırıcı və “ağlabatan” görünmür. Digər tərəfdən ipoteka predmetinin dəyəri, onun ilkin satış qiyməti götürdüyü kredit məbləğindən dəfələrlə çox olduğu halda banka hər hansı zərərin vurulmasından söhbət gedə bilməz, sadəcə olaraq bəraət almış şəxs kredit xətti üzrə vəsaiti valyuta olaraq ABŞ dolları ilə götürmüş, lakin ölkədə baş verən devalvasiya onun ödəmə qabiliyyətinə təsir etmiş, bu səbəbdən bankla Bayramovun arasında fikir ayrılıqları yaranmışdır. Bununla bağlı dövlət ittihamçısı qeyd etmişdir ki, kommersiya qaydalarına əsasən, mülkün dəyəri onun real olan qazanca bağlıdır və təbii ki, qazanc nə qədər yüksək olsa, mülkün də dəyəri yüksək olur. İttihama əsasən, bəraət almış şəxs maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə kredit verilməsinə nail olmuş və bundan da aydın olur ki, bəraət almış şəxs girova qoyduğu mülk nəinki devalvasiyadan sonra, hətta kredit götürülərkən ona verilmiş kreditin dəyərinə bərabər olmamışdır. Belə olan halda bəraət almış şəxs “götürdüyü kredit vəsaitləri təminatlı kreditlər olmuşdur" göstərilməsi düzgün deyil və hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbas ovun sədrliyi ilə formal şəkildə istintaq aparılsa belə, məhkəmə faktiki olaraq ibtidai istintaq, eləcə də birinci instansiya məhkəməsində aparılan istintaq zamanı əldə edilmiş materiallara istinad edərək birinci instansiya məhkəməsinin hökmündə əksini tapmış nəticədən fərqli nəticəyə gəlmiş, həmin nəticəyə dair düzgün əsaslandırma aparılmamışdır. Bu səbəbdən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan ziddiyyətləri aradan qaldırmamış və nəticədə qanunsuz hökm çıxarmışdır. Kassat or şikayətində qeyd etmişdr ki, ancaq müdafiə tərəfin dəlillərini təsdiq edən sübutlara söykənərək, əksər sübutların, yəni ittihamı təsdiq edən sübutlara isə heç bir qiymət vermədən iş materiallarında mövcud olmayan kimi münasibət göstərmək sadəcə işə qərəzli və ədalətli yanaşmanın nəticəsi ola bilər. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, bəraət almış şəxs 20142017-ci illərdə 353.020,96 manat məbləğində ümumi dövriyyəsi olmuşdur (2013-cü ildə və 2018-ci ilin yanvar-iyun aylarında fəaliyyətinin olmadığını göstərmişdir). Bu isə, 48 ay üzrə, xərclər çıxılmadan orta aylıq dövriyyənin 7.354,6 manat olması deməkdir. Halbuki, kreditlərin ödəniş planlarına əsasən orta aylıq kredit ödənişi 32.823 ABŞ dolları və ya kreditlərin verildiyi dövr ün məzənnəsi (1 $=0.7498 manat) ilə 24.610,69 manat olmuşdur. Beləliklə də, müəyyən edilir ki, borclu olan bəraət almış şəxs maliyyə imkanları yol vermədiyi halda 08 dekabr 2014-cü il tarixli kredit ərizəsində ayda 70.000 ABŞ dolları həcmində vəsaiti asanlıqla ödəyəcəyi barədə məlumat verərək ümumilikdə 1.850.000 ABŞ dolları həcmində kredit götürmüş, aylıq ödənişləri vaxtında icra etməmiş və nəticədə əsas kredit üzrə 1,701.505,03 ABŞ dolları məbləğində, hesablanmış faizlər üzrə 250.972,88 ABŞ dolları məbləğində, tətbiq edilmiş cərimələr üzrə 2.000,12 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin müəllifi hesab edir ki, bəraət almış şəxs təqsiri özünün ifadəsi ilə yanası, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və işin di gər materialları ilə təsdiq olunur. Cinayət işinə birinci instansiya məhkəməsi qismində baxmış Qaradağ Rayon Məhkəməsi də haqlı olaraq bu nəticəyə gəlmişdir ki, bəraət almış şəxs CM-nin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir və bu səbəbdən barəsində ittiham hökmü çıxarılmalıdır. Qaradağ Rayon Məhkəməsi tərəfindən işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə bəraət almış şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun barəsində düzgün olaraq CM-nin 195.2 və 308.2-ci maddələri ilə ittiham hökmü çıxarmışdır. Lakin Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi həmin hökmün qanu niliyi və əsaslılığını yoxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işdə olan bu sübutların mövcudluğunu unutmuş, işdə olan yalnız bəraət almış şəxs xeyrinə yozula bilən sübutları əsas götürmüş, son nəticədə onun barəsində əsassız olaraq bəraətverici əsasla hökm çıxarmışdır. Kassatorun fikrincə bəraət almış şəxs CM-nin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi işdə olan sübutlarla tam təsdiq olunduğuna görə onun barəsindəki Bakı Apeliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli hökmü ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Hüquqi məsələlər: Göründüyü kimi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində və dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq bəraət almış şəxs bəraət verməklə cinayət və prosessual qanunvericiliyin normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin hökmünün ləğv edilməli olması haqqında kassasiya tələblərini CPM-nin 416.1.1 və 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. C PM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosess ual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəs ində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqları nın dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində maddi, fiziki və mənəvi zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsini tələb etmək üçün qanunvericilikdə müəyyən edilmiş üsul və vasitələrdən istifadə etmələri üçün lazımi imkanlar yaradılmasını, belə ziyanın ödənilməsi barədə qanuni və əsaslı qərarların qəbul edilməsini nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu Konstitusiyon norma məhkəmələr tərəfindən çəkişmə prinsipinə əməl edilməklə cinayət prosesi iştirakçılarına (ittiham və müdafə tərəfinə) şəxsin təqsirliliyinə və ya təqsirsizliyinə dəlalət edən sübutları məhkəməyə təqdim etmələri üçün bərabər şəraitin və imkanların yaradılmasını, işə baxılarkən qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış və qanuni qərarların qəbul edilməsini, təqdim olunmuş sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini, bu qiymətləndirməyə uyğun olaraq iş üzrə bu və ya digər nəticəyə gəlməyi, digər tərəfdən isə zərurət yarandıqda və qanunvericiliyin tələb etdiyi hallarda öz səlahiyyətləri çərçivəsində başqa sübutların da tələb edilib araşdırılmasını ehtiva edir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyy ət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plen umu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın və ya Avropa Konvensiyasının) 6cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüq uqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiya sı daha sonra qeyd edir ki, Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqav ilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münas ibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixl i qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səh vin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndi rilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qə rəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bi r-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutla rın qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzad an azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə izah edilmişdir ki,

23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslan dığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunm uşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Pl enumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək apellyasiya instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin nüm ayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün ilk növbədə vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi hazırki işə qismən məhkəmə istintaqı aparmaqla baxaraq təkcə özünün araşdırdığı sübutları deyir, eyni zamanda ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında da araşdışdırıl mış mübutları bir daha tam, hərtərəfli və obyektiv tədqiq etmiş və çıxardığı hökmdə bu sübutların hamısına istinad edərək onları həm ayrıayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək (onları çıxardığı hökmdə təsvir etməklə) bəraət almış şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli olması barədə nəticəyə gəlmi şdir. Bu nəticəyə gələn apellyasya instansiyası həmçinin sübutların yolverilməzliyi təsbit edilmiş, CPM-nin 125.2-ci maddəsində göstərilən qanun pozuntuları ilə əldə olunmuş sübutlardan istifadə eməmiş və kassasiya müraciətlərin müəllifləri də belə sübutların olmasını mübahisələndirilmirlər. Apellyasiya instansiyası məhkəməsinin hökmündə araşdırılmış sübutlar ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin iş materiallarının öyrənilməsi nəticəsində ilk növbədə qeyd edir ki, həmin sübutlara əsasən bəraət almış şəxs qarşı ibtidai araşdırma orqanı tərəfindən CM-nin 195.2 və 308.2-ci maddələri ilə ittiham irəli sürülmüş və bəraət almış şəxs birinci instansiya məhkəməsinin hökmü ilə həmin maddələrlə təqsirli bilinərək məhkum olunm uşdur ona görə ki, o, fərdi sahibkar kimi - Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçmiş “X” adlı istirahət mərkəzinin faktiki sahibi olaraq hüquqi əhəmiyyət kəsb edən müvafiq hərəkətlər etmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə 20132014cü illər üzrə rüblük olaraq təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2013-cü ildə və 2014-cü ilin yanvar–iyul aylarında dövriyyəsi olmadığı və 2014-cü ilin iyul-dekabr aylarında aylıq 18.333,33 manat dövriyyəsi olmasına baxmayaraq, həmin istirahət mərkəzinin yarımçıq qalan tikililərini tamamlamaq və avadanlıqların alınması təyinatı üzrə Zərərçəkmiş şəxs QSC -nin “Lökbatan” filialı ilə bağladığı 15 may 2013-cü il tarixli 27L000000587 №-li “uzun müddətli kredit müqaviləsi” əsasında 08 dekabr 2014-cü il tarixdə bank tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı aylıq dövriyyəsinin 145.483 (yüz qırx beş min dörd yüz səksən üç) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 114.131,41 manat (yüz on dörd min yüz otuz bir manat qırx bir qəpik), ödəmə qabiliyyətinin isə aylıq 101.430 (yüz bir min dörd yüz otuz) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 79.571,83 manat (yetmiş doqquz min beş yüz yetmiş bir manat səksən üç qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə, 24 dekabr 2014-cü il tarixli 027R********** №-li kredit razılaşması əsasında özünə 60 ay müddətinə, aylıq 1,125 % dərəcəsi ilə küll i miqdar təşkil edən 1.850.000 (bir milyon səkkiz yüz əlli min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.451.140 (bir milyon dörd yüz əlli bir min yüz qırx) manat məbləğində kredit verilməsinə nail olub, həmin pulun "xxxx" QSC-də olan Z87ACAB******************** saylı ABŞ dolları ilə olan cari hesabına köçürülməsindən sonra pulun 11.100 (on bir min yüz) ABŞ dollarının, həmin dövrün məzənnəsi ilə 8.628,4 manatının (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 1.132.551,11 ABŞ dollarını (bir milyon yüz otuz iki min beş yüz əlli bir dollar on bir sentini), həmin dövrün məzənnəsi ilə 888.373,09 manatını (səkkiz yüz səksən səkkiz min üç yüz yetmiş üç manat doqquz qəpiyini) 142201 saylı bank çeki əsasında, 3.028,88 ABŞ dollarını (üç min iyirmi səkkiz dollar səksən səkkiz sentini), həmin dövrün məzənnəsi ilə 2.375,85 manatını (iki min üç yüz yetmiş beş manat səksən beş qəpiyini) isə 142202 saylı bank çeki əsasında 24 dekabr 2014-cü il tarixdə bankın ünvan 1 ünvanında yerləşən kassasından nağd olaraq götürüb, 703.320,01 ABŞ dollarını (yeddi yüz üç min üç yüz iyirmi dollar bir sentini), həmin dövrün məzənnəsi ilə 551.684,21 manatını (beş yüz əlli bir min altı yüz səksən dörd manat iyirmi bir qəpiyini) isə özünün həmin bankda olan əsas kredit, faiz və cərimə borclarının qaytarılmasına yönəltməklə Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 148.494,97 ABŞ dolları (yüz qırx səkkiz min dörd yüz doxsan dörd dollar doxsan yeddi senti), faiz üzrə 184.346,15 ABŞ dolları (yüz səksən dörd min üç yüz qırx altı dollar on beş senti) məbləğində ödəniş həyata keçirib, 22 may 2017-ci il tarixə 1.701.505,03 ABŞ dolları (bir milyon yeddi yüz bir min beş yüz beş dollar üç senti), həmin dövrün məzənnəsi ilə 2.896.472,01 manat (iki milyon səkkiz yüz doxsan altı min dörd yüz yetmiş iki manat bir qəpik) məbləğində əsas və 250.972,88 ABŞ dolları (iki yüz əlli min doqquz yüz yetmiş iki dollar səksən səkkiz senti), həmin dövrün məzənnəsi ilə 427.231,13 manat (dörd yüz iyirmi yeddi min iki yüz otuz bir manat on üç qəpik) məbləğində faiz borclarını, cəmi 1.952.477,91 ABŞ dollarını (bir milyon doqquz yüz əlli iki min dörd yüz yetmiş yeddi dollar doxsan bir senti), həmin dövrün məzənnəsi ilə 3.323.703,14 manat (üç milyon üç yüz iyirmi üç min y eddi yüz üç manat on dörd qəpik) məbləğində pulu qəsdən ödəməməklə hüquqi şəxs olan "xxxx" QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Göründüyü kimi bu ittihamın əsasını bəraət almış şəxs tərəfindən onun sahibkarlıq fəaliyyəti ilə bağlı şişirdilmiş məlumatları banka təqdim etməklə külli miqdarda kreditin verilməsinə nail olması, həmin məlumtların isə “kredit analizi” adlandırılan sənəddə əksini tapması təşkil edir. Digər tərəfdən bəraət almış şəxs eyni əməlinə görə həmçinin ağır nəticələrə səbəb olmuş vəzifəsindən sui-istifadə etməsinə görə də təqsirləndirilmişdir. Əvvəla, iş üzrə araşdır ılmış sübutlarla (əsasən bəraət almış şəxsin, şahidlərin ifadələri ilə) “kredit analizi” adlandırılan sənəddə əksini tapmış məlumatların məhz bəraət almış şəxs tərəfindən təqdim edilməsi müəyyən edilməmiş, həmin sənəd isə "xxxx" QSCnin Lökbatan filialının əməkdaşı Şahid1 tərəfindən tərtib olunmuşdur. Sonuncu birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilərkən bu faktı təsdiq etmiş və göstərmişdir ki, bəraət almış şəxs onun işələdiyi filialdan 15 may 2013-cü ildə 36 ay müddətinə 300.000 ABŞ dolları, 15 iyul 2017-ci il tarixdə 200.000 ABŞ dolları, 27 sentyabr 2013-cü ildə isə 500.000 ABŞ dolları olmaqla ümumilikdə 1.000.000,0 ABŞ dolları məbləğində güzəştli müddətlərə kreditlər verilmişdir. Həmin kreditlər üzrə bəraət almış şəxs təxminən 1 il müddətində yalnız faizləri ödəməli id i. Bundan başqa, bəraət almış şəxs özünə məxsus “X” istirahət mərkəzini genişləndirmək və yenidənqurma işlərinin aparılması məqsədilə filiala müraciət edərək 1.850.000 ABŞ dolları kredit götürmək istədiyini bildirmiş və girov olaraq özünə məxsus Xaçmaz rayonu, Seyidlikənd kəndində yerləşən “X” istirahət mərkəzini yüklü edəcəyini bildirirək maliyyə təsəruffat fəaliyyəti barədə məlumatları təqdim etmişdir. bəraət almış şəxs banka təqdim etdiyi məlumatları yoxlamaq məqsədilə o, “X” istirahət mərkəzinə baxış keçirmiş və bəraət almış şəxs həmin vaxt ona daxili mühasibatlıq sənədlərini təqdim etmiş, sonuncunun ona təqdim etdiyi həmin sənədlər əsasında 08 dekabr 2014-cü il tarixli “kredit analizi” vərəqəsində göstərilən “müştərinin Mənfəət və Zərər məlumatları” qrafasını tərtib etmişdir. O, öz if adəsində daha sonra göstərmişdir ki, 08 dekabr 2014-cü il tarixli “Kredit Analiz vərəqəsi”ni müştəriyə kredit verilməmişdən əvvəl maliyyə və təsəruffat fəaliyyəti ilə bağlı sonuncu tərəfindən təqdim olunan sənədlər və əldə olunmuş digər məlumatlar əsasında tərtib olunur. bəraət almış şəxs ona təqdim etdiyi məlumatlar əsasında 2014-cü ildə ümumi dövriyyəsi 145483 ABŞ dolları olmuş, xərclər nəzərə alındıqdan sonra ümumi gəliri 101430 ABŞ dolları olmuşdur. “X” istirahət mərkəzi mövsimi fəaliyyət göstərir və ilin cəmi 4 ayını işləyir. Həmin analiz vərəqəsi hazırlanarkən bəraət almış şəxs tərəfindən ona 2014-cü il üçün təqdim etdiyi sənədlərə əsasən həmin vərəqə tərtib edilmişdir. bəraət almış şəxs özü də dəfələrlə 2014-cü ildə aylıq gəlirinin 101430 ABŞ dolları olmasını əsas gətirərək ona kr edit verilməsini xahiş etmiş və ona bununla bağlı sənədlər təqdim edildikdən sonra bank tərəfindən bəraət almış şəxs kredit verilmişdir. Sözügedən Kredit Analiz vərəqəsində göstərilən məlumatlar barədə bəraət almış şəxs şifahi qaydada onun tərəfindən məlumatlandırılmış və sonuncu həmin məlumatları təsdiq etmişdir. Bəraət almış şəxs isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında ardıcıl olaraq göstərmişdir ki, o, “kredit analizi” vərəqindəki məlumatları Şahid1 təqdim etməmiş, onun bankı aldatmaq niyyəti heç vaxt olmamış və məhz buna görə 1.850.000 ABŞ dolları məbləğində krediti bankdan götürərkən sahibi olduğu, bu məbləğdən daha artıq dəyəri olan daşınmaz əmlakı ipoteka müqaviləsi bağlamaqla yüklü etmişdir. Məhkəmə kollegiyası həm bu ifadələri, həm də iş üzrə araşdırılmış başqa sübutları nəzərdən keçirərək hesab edir ki, bəraət almış şəxs CM-nin 195.2 və 308.2- maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə üzrə sübutlar ziddiyətli olmaqla həm də biri-biri ilə üzlaşmır, bu sübutlar sonuncunun təqsirli bilinməsi üçün kifayət etmir və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə vəziyyətdə bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini mümkün bilbmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd etməyi zəruri bilir ki, CM-nin 195.2-ci maddəsinin dispozisiyasına əsasən, həmin maddədə təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsinə və bu əməllərin külli miqdarda ziyan vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin şəxsin CM-nin 308.1-ci maddəsi ilə, bu əməllər ağır nəticələrə səbəb olduqda isə - CM-nin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Əvvəla qeyd olunmalıdır ki, CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əsas obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyrikommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində isə fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsini əks etdirən əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər, lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizlikdə ifadə oluna bilər. CM-nin 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-i stifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə, idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən suiistifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Vəzifəli şəxs vəzifə səlahiy yətlərindən sui-istifadə etməklə əmlaka qanunsuz olaraq sahiblənmək məqsədi güdürsə, CM-nin 308.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün onun həmin əmlak barədə müəyyən hərəkətləri yerinə yetirməsi sonuncunun səlahiyyətlərinə aid olmalıdır. Yalnız belə olduqda, şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi, yəni qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması, müvafiq olaraq da CM-nin 308.2-ci maddəsində göstərilən cinayəti törətməsi mümkündür. Bəraət almış şəxs elan olunmuş ittihamın məzmununa və məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarına görə onun əməlinin CM-nin həm 195.2-ci maddəsi, həm də CM-nin 308.2-ci maddəsi ilə, yəni cinayətlərin məcmusu üzrə tövsif edilməsinə səbəb fərdi sahibkar kimi kreditin əldə edilməsi üçün maliy yə vəziyyəti barədə bilə-bilə yalan məlumat verməsi olmuşdur. “Cinayətlərin məcmusu” anlayışı verilmiş CM-nin 17.4-cü maddəsinə əsasən isə, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan faktik hallarının CM-nin 17.4-cü maddəsinin tələbləri baxımından tədqiq edildikdə CM-nin 195.2ci maddəsinin CM-nin 308.2-cmaddəsinə münasibətdə xüsusi norma kimi çıxış etməsi müəyyən edilir. Eyni zamanda, CM-nin 308-ci maddəsində olduğu kimi, CM-nin 195-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti kreditin verildiyi təşkilatın rəhbər və ya fərdi sahibkardır. Məhkəmə kollegiyasının qənaətinə görə, be lə olan halda hər hansı vəzifəli şəxsin CM-nin 195-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə onun həm də CM-nin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməsi əsassızdır ona görə ki, bu kimi hallarda cinayətlərin məcmusu yaranmır və həmin əməlin xüsusi norma ilə - CM-nin 195-ci maddəsi ilə tövsif edilməsi kifayət edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə bəraət almış şəxs təqsirli bilindiyi CM-nin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən əməl aşağıdakı iki hərəkətlərin edilməsində ifadə oluna bilər: - təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması; - alın mış kreditdən təyinatı üzrə istifadə edilməməsi. Bu təfsir onu ehtiva edir ki, fərdi sahibkarın həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun krediti əldə etməsi üçün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat verməsi və şəxsin bununla bağlı birbaşa qəsdi müəyyən olunmalıdır (müvafiq sübutlarla təsdiq olunmalıdır). Hazırki iş üzrə araşdırılmış sübutların, o cümlədən “kredit analizi” vərəqəsinin, bu vərəqəni tərtib etmiş Şahid1 ifadələrinin təhlili göstərir ki, bəraət almış şəxs güzəştli kreditin alınması məqsədilə ona məxsus olan daşınmaz əmlakın təsərrüfat və maliyyə vəziyyəti haqqında şəxsən və bilə-bilən yalan məlumatları "xxxx" QSC-nin Lökbatan filialına təqdim etməsi müəyyən edilməmiş, belə məlumatları əks etdirən sənədlər cinayət təqibi mərh ələsində əldə olunmamış və həmin yalan məlumatların verilməsi barədə ittiham orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə isə yalnız Şahid1 ifadələrinə əsaslanmışdır. Halbuki, CPM-nin 126.3-cü maddəsinin tələbinə görə, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Digər tərəfdən, Şahid1 bu məlumatların onun elektron poçt ünvanına göndərilməsini, lakin həmin məlumatları öz poçtundan saxlamayaraq sonradan silməsini bildirmiş və yenə də onun bu ifadələri qismən şahid qismində dindirilmiş X5 (bəraət almış şəxsin oğlu) ifadələri ilə təsdiq olunsa da, sonuncu da göstərmişdir ki, Şahid1 tərtib etdiyi “kredit analizi” vərəqəsindəki məlumatlar onu n göndərdiyi məlumatlarla ziddiyyət təşkil edir və o, sonuncuya belə şişirdilmiş məlumatları göndərməmiş, adı çəkilən vərəqə isə cızmaqaralardan ibarət olmuş və rəsmi sənədə aid olan mütləq atributlar (möhür, imza və s.) həmin sənəddə əks etdirilməmişdir. Bəraət almış şəxs da verdiyi ifadələrində təsdiq etdiyi bu halın “kredit analizi” vərəqəsinin mötəbərliyi və sübut kimi hesab edilməsi şübhə doğurduğundan apellyasiyası istansiyası məhkəməsi həmin sənədi sübut növü kimi istifadə etməkdən imtina etmiş və bununla bağlı CPM-nin aşağıdakı normalarına əsaslanmışdır. Belə ki, CPM-nin 125.1-ci maddəsinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.8-ci maddəsinə əsasən sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda onların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 135.1-ci maddəsindən görünür ki, şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. CPM-nin 135.3-cü maddəsində təsbit edilmişdir ki, ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, 15 may 2013-cü il tarixli 27L000000587 №-li “uzun müddətli kredit müqaviləsi” üzrə tərəflər arasında mülki mübahisələr də olmuş, bu mübahisələr üzrə isə məhkəmələ r tərəfindən mülki mühakimə icraatı qaydasında müvafiq məhkəmə aktları qəbul edilmişdir. Belə ki, həmin məhkəmə aktlarının təhlili göstərir ki, "xxxx" QSC ilə X arasında 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmış və kredit xətti müqaviləsi üzrə 24 dekabr 2014-cü il tarixdə 60 ay müddətinə aylıq istifadə dərəcəsi 1,125 % olmaqla 1.850.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər arasında kredit razılaşmasına dair müqavilə bağlanmış, 28 iyul və 02 dekabr 2015ci il tarixlərdə isə tərəflər ödəniş planına dəyişiklik edilməsi barədə saziş imzalamışlar. 11 may 2013-cü il tarixdə bəraət almış şəxs məxsus olan torpaq sahəsi və əmlak kompleksi ipoteka ilə yüklü edilmiş, 29 dekabr 2013-cü il tarixdə həmin əmlak X25 tərəfindən borclu bəraət alm ış şəxs bağışlanmış və bununla əlaqədar ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Kredit razılaşması üzrə borclunun öhdəliklərinin təminatı kimi eyni zamanda bankla X22 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" QSC-nin iddiası qismən təmin edilərək, Təqsirləndirilən şəxs, X11 və X3 müştərək qaydada Zərərçəkmiş şəxs QSC-nin xeyrinə 1.701.505 ABŞ dolları əsas borc, 250.972,88 ABŞ dolları faiz borcu və 2.000,12 ABŞ dolları cərimə borcu, cəmi 1.954.478 ABŞ dolları məbləğində pul məbləği tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, tutmanın bəraət almış şəxs mülkiyyətində olan və ipoteka i lə yüklü edilmiş Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində xüsusi müliyyətdə olan 5 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 7 023,3 kv.metr olan, istirahət təyinatlı əmlak kopmleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti ******* manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyana qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh bəraət almış şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi, cavabdehin xüsusi mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 5 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 7 023,3 kv.metr olan, istirahət təyinatlı əmlak kopmleksi kimi müəssisəsinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən olunması hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 4.316.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit razılaşması üzrə mübahisə mülki qaydada həll olunmuş və tərəflər arasında barışıq sazişinin təsdiq edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərardadı mövcüddur. Həmçinin müəyyən olunur ki, bəraət almış şəxs götürdüyü kredit vəsaitləri təminatlı kreditlər olmuş, kredit götürərkən xüsusi mülkiyyətində olan əmlakını girov qoymuş (ipoteka ilə yüklü etmiş), həmçinin zaminlik müqaviləsi də bağlanılmış, həmin əmlakın dəyəri isə aldığı kreditin məbləğindən dəfələrlə çox olmu şdur. Belə olan halda bəraət almış şəxs güzəştli kreditin verilməsi məqsədilə onun mülkiyyətində olan istirahət kompleksinin təsərrüfat və maliyyə vəziyyəti barədə banka bilə-bilə şişirdilmiş (yalan) məlumtlar təqdim etməsi inandırıcı görünmür. Eyni zamanı o, da nəzərə alınmalıdır ki, işdə olan sübutlara əsasən, bəraət almış şəxs nəinki kredit təşkilatı olan bankı aldatmaq, o cümlədən aldığı krediti qaytarmamaq və nəticədə banka hər hansı məbləğdə zərər vurmaq niyyətində olması da müəyyən edilməmişdir. Əksinə, işdə olan müvafiq ödəniş sənədlərinə görə, bəraət almış şəxs ölkədə devalvasiya baş verənə və ABŞ dollarının Azərbaycan Manatına olan məzənnəsi bahalaşdığı vaxta qədər götürdüyü kredit üzrə mütəmadi olaraq banka ödənişlər etmiş və bu halı həmçinin şahid qismində dindirilmiş bankın əm əkdaşları da təsdiq etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə bəraət verərkən bunun üçün yuxarıda göstərilən yekun məhkəmə aktlarını preyudisiyal əhəmiyyətə malik olan məhkəmə aktları kimi qəbul etməkdə haqlı olmış və məhkəmənin bu nəticəsi cinayət-prosessual qanunvericiliyinin aşağıdakı tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olmuşdur. Belə ki, CPM-nin 142.2-ci maddəsinin tələblərindən görünür ki, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarına görə, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki iş də şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəm əsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti s onrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasın a və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar.” "xxxx" QSC tərəfindən bəraət almış şəxs qarşı qaldırılmış mülk iddiaya mülki mühakimə icraatı qaydasında baxılaraq qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, həmin aktlarla cavabdehin yalnız aldığı kredit məbləğinin, faizlərin və bu kredit üzrə digər xərclərin ödəməməsi müəyyən edilmiş, sonradan bu məsələnin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün tərəflər arasında barışıq sazişi bağlanmış, daha sonra bəraət almış şəxs banka olan borcunun bir hissəsini ödəmiş, iddiaçnın isə qalan məbləğin də ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək imkanları tükənməmişdir. Eyni zamanda mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxan məhkəmələr bəraət almış şəxs hərəkətlərində hər hansı c inayətin, o cümlədən CM-nin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin olmasını müəyyən etməmiş və buna görə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmamışlar. Göründüyü kimi, iş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bütün sübutları qanuna müvafiq qaydada nəzərdən keçirən və yolverilməz sübutlardan istifadə etməyən apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxs əməllərində CM-nin 195.2. və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gələrkən müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həl l etmiş, həmin sübutların hər birisini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş, digər tərəfdən isə Konstitusiyanın, beynəlxalq müqavilələrin, Cinayət və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə etmiş, habelə Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqeyini və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almış, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası belə nəticəni qanuni və əsaslı hesab edir və buna görə kassasiya protestinin və kassasiya şkayətinin dəlllərini qəbul edilməz sayaraq həmin kassasiya müraciətlərinin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin e dilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi, həmin protestin və şikayətin təmin edilməməsi barədə isə bəraət almış şəxs bəraət almış şəxs və onun müdafiəçisi Ə.Ş.Həsənovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli və bəraət almış şəxs əməllərində CM-nin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmaması əsası ilə ona bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. bəraət almış şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmamasına görə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar