Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-893/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum qanuni nümayəndəsi - Qanuni nümayəndə2, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Alışov Rafiq Talış oğlunun və Şi rvan Regional Vəkil Bürosunun vəkili Qədirov Qədir Nizam oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Qədirov Qədir Nizam oğlu və Alışov Rafiq Talış oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 1(099)613/2021 nömrəli (hakimlər Nuriyev Xamməd Ağış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 2005-ci ildə Sabirabad rayonunun Cavad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 11-ci sinif şagirdi, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə ona 05 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2021-ci ildən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi Qədirov Qədir Nizam oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-177/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: Əliyev Elşad İbiş oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Rafiq Musa oğlu və Abullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçiləri Qədirov Qədir Nizam oğlu, Alışov Rafiq Talış oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 02 iyun 2022-ci il tarixli, 1(102)-972/2022 nömrəli qərarı ilə kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin e dilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi Qədirov Qədir Nizam oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Qədirov Qədir Nizam oğlu və Alışov Rafiq Talış oğlu tərəfindən ayrı-ayrılı qda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən, Məhkum 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmin kənddə yaşayan xalası qızı, xx xxxx 2009-cu ildə doğulmuş, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs evdə tək olduğunu bilərək onlara getmiş, Zərərçəkmiş şəxs mətbəxdə təmizlik işləri apardığını görmüş, həmin vaxt öz cinsi ehtirasını təmin etmək üçün evdə tək və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə zor tədbiq etməklə cinsi əlaqədə olmaq fikrinə düşmüş, bu məqsədlə Zərərçəkmiş şəxs arxa tərəfinə keçib onu quçaqlayaraq zorla yataq otağına tərəf aparmış, bu zaman müqavimət göstərməklə qışqıraraq səs-küy salıb, kömək istəyən Zərərçəkmiş şəxs onun əlindən çıxmağa çalışar aq özünü müdafiə etmək üçün divara söykənmiş oxlovu əlinə götürmüş, buna baxmayaraq Məhkum Zərərçəkmiş şəxs yataq otağına apraraq çarpayının üzərinə atmış, zərbənin təsirindən çarpayının taxta birləşməsi sınmış, Zərərçəkmiş şəxs əlində olan oxlovla onu vurub sağ saidin aşağı 1/3-də bayır səthdə sıyrıqla müşayiət edilən, sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirsə də, Məhkum öz hərəkətlərini davam etdirərək oxlovu Solmazın əlindən alıb kənara atmış, onun dizləri üzərində oturub zor tətbiq etməklə sonuncuya, sol döşün yuxarı bayır kdvardarında, sağ saidin yuxarı 1/3-də arxa səthdə qançırlar, sağ bazunun yuxarı 1/3-də bayır səthdə sol dirsək oynağının arxa səthində, sağ baldırın aşağı 1/3-də ön səthdə sıyrıqlarla müşayiət olunan sağlmalığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, əyninə geydiyi şortunu və tumanını aşağı çəkmiş, əllərini Solmazın döşünə və cinsiyyət orqanına sürtmüş, daha sonra öz cinsiyyət orqanını çıxarmaq üçün şalvarının zəncirbəndini açmaq istədikdə, Zərərçəkmiş şəxs müqavimətini davam etdirməklə təpiklə onun sinə nahiyəsindən vurub çarpayıdan yerə yıxmış və dərhal çarpayıdan durub qaçaraq otaqdan çıxdığından Məhkum bilavasitə Zərərçəkmiş şəxs zorlamağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onu zorlamağa cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçiləri Qədirov Qədir Nizam oğlu və Alışov Rafiq Talış oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş, eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 28-ci, 125-ci, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə yenidən araşdırılmaq üçün qaytarılsa da, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli 1(102)972/2022 saylı qərarında qeyd edilmiş məsələlərin araşdırılması ilə bağlı məhkəmə iclasında müdafi ə tərəfinin məhkəmə iclasının qismən məhkəmə istintaqı ilə keçirilməsi (ən azından təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinin alınması ilə bağlı hissədə) ilə bağlı vəsatətini təmin etmədən dərhal məhkəmə çıxışlarına keçərək apellyasiya şikayətlərinin təmin edilməməsi ilə bağlı qərar qəbul etmişdir. Ümumiyyətlə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi hadisənin baş vermə sxemi həqiqətə uyğun olmamışdır. Zərərçəkmiş şəxsin ifadəsinin nə dərəcədə doğru olması ilə bağlı məhkəmə prosesinə dəvət edilmiş pedaqoq X21 oğluna verilmiş suala cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında bildirdikləri həqiqətə uyğun deyildir. Əlavə olaraq bildirmək istəyirəm ki, Məhkum ilkin olaraq Sabirabad Rayon Polis Şöbəsində dindirilərkən yetkin lik yaşma çatmadığı halda valideyninin və müdafiəçinin iştirakı olmadan dindirilmiş, buna baxmayaraq Məhkum ilkin izahatında da tərəfindən zərərçəkmiş şəxsə qarşı hər hansı bir zorakı hərəkət etmədiyini bildirmişdir. İş materiallarında Məhkum ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, müdafiəçisi olduğum təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Odur ki, göstərilənləri nəzə rə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli mübahisələndirilən qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edilir. Kassasiya instansiyası məhkəməsində Qanuni nümayəndə2, məhkumun müdafiəçilər Alışov Rafiq Talış oğlu və Qədirov Qədir Nizam oğlu ayır-ayrılıqda çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan bir i) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hə rtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddə sində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hi ssəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçilərin və dövlət i ttihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş on dörd yaşına çatmayan şəxs barəsində zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 29,149.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətlərində Məhkum tərəfindən on dörd yaşına çatmayan şəxs barəsində zorlamaya cəhd olunmadığını, sübutlara düzgün hüquqi qiymət verilmədiyi və apellyasiya məhkəm əsinin qərarının ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməli olduğu iddia edilir. Belə ki, Məhkum zərərçəkmiş şəxs dörd yaşına çatmayan xala qızı Zərərçəkmiş şəxs qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmədə ittiham olunur. Məhkum ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, heç bir zorlamaya cəhd etmədiyini mübahisələndirmişdir. Şahid2 Sabirabad Rayon Polis Şöbəsinə yazdığı 12 iyul 2021-ci il tarixli ərizəsində həmin gün saat 11.30 radələrində xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs evdə tək olduğu zaman Məhkum evə gələrək onu çarpayının üzərinə yıxıb zorlamağa cəhd etməsini göstərmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs ailəsi ilə yaşadığı evdə baş vermişdir. Yataq otağında olan çarpayının taxta birləşməsinin sınmış vəziyyətdə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Məhkum onu həmin çarpayının üzərində zorlamağa cəhd etdiyini, çarpayının taxta birləşməsinin də həmin vaxt ağırlıqdan sındığını bildirmişdir. Məhkəmə-tibb ekspertizasının 13 iyul 2021-ci il tarixli, 430 saylı rəyində göstərilmişdir ki, Solmaz Əliyevin qızlıq pərdəsinin tamlığı pozulmamış, arxa keçəçək dəliyi ətrafında, girəcəkdə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Onun bədəni üzərində-sol döşün yuxarı bayır kvadratında, sağ saidin yuxarı 1/3də arxa səthdə qançırlar, sağ bazunun yuxarı 1/3-də bayır səthdə sol dirsək oynağının arxa səthində, sağ baldırın aşağı 1/3-də ön səthdə sıyrıqlar küt əşyanın təsirindən əməl gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-cil tarixə uygun gəlir, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertin 13 iyul 2021-ci il tarixli, 431 saylı rəyində göstərilmişdir ki, Məhkum bədəni üzərində - sağ saidin aşağı 1/3-də bayır səthdə sıyrıq küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uygun gəlir, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Kompleks məhkəmə trasoloji və mikrohissəciklərin ekspertizasına dair 27 avqust 2021-ci il tarixli, 3/1352; 6/3369 saylı rəylərdə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta və qısa şalvar, eləcədə Məhkum məxsus köynək və şalvar üzərində hər hansı mexaniki zədə aşkar edilm əmişdir. Zərərçəkmiş şəxs və Məhkum geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin lif mikrohissəciklərinin arasında, Zərərçəkmiş şəxs koftasının üzərində aşkar edilmiş tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətinə görə Məhkum köynəyinin tərkib liflərinə uygun gəlirlər. Məhkəmə psixoloji ekspetizasının 21 avqust 2021-ci il tarixli 2622 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. O, hər kəslə yaxşı yola getmək, aktivlik, çeviklik, düşdüyü mühitə tez uyğunlaşmaq, emosionallıq, həssaslıq kimi fərdi-psixi xüsuisyyətlərə malikdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs psixi - emosional sferasında həyəcan, gərginlik kimi hallar yaranmışdır. Zərərçə kmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini dərk etmək (özünün yaş xüsusiyyətləri çərçivəsində), habelə malik olduğu fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq Məhkum müqavimət göstərmək iqtidarında olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Şəxsiyyət vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum xx.xx.2005-ci ildə doğulmuşdur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəb ərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutların hamısını təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki halları nı müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” b ölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının lə ğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması (zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegi yasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçiləri Qədirov Qədir Nizam oğlu və Alışov Rafiq Talış oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməl idir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Qədirov Qədir Nizam oğlu və Alışov Rafiq Talış oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-893/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-893/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver