Məhkəmə qərarları › İş №1(102)-893/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-893/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-893/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: Fəttahov İbrahim Bağır oğlu) 28 mart 2023-cü il tarixli hökmü ilə xx xxxx 1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, X-ndə qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm işdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmışdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X13 oğlu və X5 ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs X10 və Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(004)-288/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 5 fevral 2022-ci il tarixdə saat 15 radələrində öz mülkiyyətində olan Chevrolet Cruze markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi ilə idarə edərkən Göyçay şəhəri Natəvan küçəsində “Olimpiya” İdman kompleksi tərəfdən üzü Göyçay şəhəri istiqamətində hərəkət etdirərkən Natəvan küçəsi ilə Göyçay-Cəyirli avtomobil yolunun ayrıcısına (kəsişməsinə) çatıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yəni idarə etdiyi avtomobili svetoforun yaşıl işığından sonra yaşıl işı ğında yolayrıcına daxil edib sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı və qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə həmin nəqliyat vasitəsinə yol verməli olduğu halda qeyd olunan maddənin həmin tələblərinə əməl etməməsi səbəbindən, Göyçay- Cəyirli avtomobil yoluna dönmək istəyərkən hərəkətini tamamlamaq üçün həmin kəsişmədə yerləşən svetoforun sarı işığında yolayrıcısına daxil olub Göyçay- Cəyirli avtomobil yoluna dönüb əks yola çıxmış və həmin vaxt əks yolda hərəkətdə olan, yəni Natəvan küçəsi ilə üzü "Olimpiya” İdman kompleksi istiqamətində Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi atası X3 məxsus VAZ 21074 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfin dən dəyərək toqquşmuş, sonuncu avtomobil qarşıya sağa istiqamətlənib Göyçay-Cəyirli avtomobil yolun sağ tərəfində Natəvan küçəsinə dönüb hərəkətə davam etmək üçün dayanmış vəziyyətdə olan Şahid3 məxsus "Ford Transit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyərək dayanmış, nəticədə ehtiyyatsızlıqdan VAZ 21074 markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol bud, sol bazu, sol incik, sol iç topuq, sağ mil, dirsək sümüklərinin distal uclarının qapalı, yerdəyişən sınıqlarından, sağ və sol mil sinirlərinin travmatik nevropatiyaların funksiyalarının mülayim - kobud pozulmaları, ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla 20-15% əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən dərəcəsinə görə səhhətini uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəza onun şəxsiyyətinə və cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Cəzanın ağır olması, cəza təyin etmə prinsiplərinə zidd olması, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, habelə cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olmaması, onun ilk dəfə cinayət törətməsi, himayəsində bir azyaşlı uşağının, özünün ailədə yeganə gəlir gətirən şəxs olması, özü və yaxın qohumları tərəfindən zərərçəkmiş şəxslə barışmağa, maddi köməklik göstərməyə dəfələrlə cəhd etməsi, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır, ehtiyatsızlıqdan olan cinayət törətməsi, könüllü olaraq polisə təslim olması, cinayətin açılmasına köməklik göstərməsi, cəzanın şəxsin islah olunmasına təsiri tam nəzərə alınmamış, əməlində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, əksinə cəzasını yüngülləşdirən halların olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin CM-in 60-cı maddəsinin tələbinə tamamilə zidd olan, qanunvericiliyin imperativ göstərişini kobudcasına pozaraq ağır cəza təyin edilmişdir. Ona ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha cid di cəza növünün son həddinin dörddə üçündən artıq olmayan 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi üçün kifayət qədər əsaslar olmasıApellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2023cü il tarixli qərarı - qismən ləğv edilməsi, ona ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə CM-in 60.1-ci maddəsinə əsasən CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəm əsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyas ı məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində cəzasını yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edildiyini göstərərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını və cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinin nəzərə alınmalı olduğunu iddia edərək məhkəmə qərarının dəyişdirilməli olması barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyiş dirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanu nunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəc əsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar n iyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. C inayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tər əfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı (törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını) və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növün də qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya şikayətinin cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələbinin nəzərə alınmaması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: C inayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün aşağıdakı şərtlər ödənməlidir: 1) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olmalı 2) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallardan hər hansı biri olmamal ıdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi Məhkum barəsində CMin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş halların mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 5ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Məhkəmə kollegiyası hasab ed ir ki, Məhkum cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallara aid olmadığından onun barəsində cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil. Kassasiya şikayətinin bu barədə dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini də islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunması halları müəyyən edilməmişdir. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-c ü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsi pindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirin i nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın dəyişdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməs i məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilm iş cəza növünün daha yüngül cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğund an, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar