Məhkəmə qərarları › İş №1(102)-894/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-894/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-894/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Məhkum1 Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü i lə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fariz Mübariz oğlu) Məhkum1, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək c əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2013-cü il tarixli müqavilə üzrə verilmiş 187000 manat əsas borc və borcun qaytarılmasını 3 il ərzində gecikdirməyə görə bankın uçot dərəcəsi üzrə hesablanmış 84150 manat faiz borcu, cəmi 271150 (iki yüz yetmiş bir min yüz əlli) manat məbləğində vəsaiti tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 140000 manat və borcun qaytarılmasını 3 il ərzində gecikdirməyə görə bankın uçot dərəcəsi üzrə hesablanmış 63000 manat faiz borcu, cəmi 203000 manat (iki yüz üç min) manat pulu tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)-293/2016 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, tələbkarlara olan borcunu ödəməməklə, məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən məhkum E.H.Bayramovun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apell yasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cinayət və cinayət-prosessual qanunlarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra işlər üzrə preseden tlərinə istinad edən müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədlərə, təqsirləndirilən şəxsin ifadəsinə və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd etdiklərini sadalayaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir dəlilə qiymət verməmiş, dəlillərə göz yummuşdur. İşin faktiki hallarından isə görsənir ki, Elman Bayramov dəfələrlə qərarın icrası üçün tədbirlər görmüş və icra məmurundan borcun onun təqaüdünə yönəl dilməsini xahiş etmişdir. Bundan əlavə, digər şərtə gəldikdə isə qeyd olunmalıdır ki, icra məmuru təqsirləndirilən şəxsin imkanlarını kifayət qədər ətraflı araşdırmış və müəyyən etmişdir ki, həqiqətən də borclunun aldığı 1.700 manat məbləğində təqaüdün bir hissəsinin borcu ödənilməsinə yönəldə bilməsindən başqa həmin borcu ödəməkdən ötrü digər imkanları yoxdur. Bu əsaslarla müdafiəçi hesab edir ki, Elman Bayramov ona qarşı çıxarılmış qətnaməni qərəzli şəkildə deyil, sadəcə olaraq maddi imkanı olmadığından icra edə bilməmiş və buna görə də onun əməlində CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi üzrə icraata isə bəraətverici əsaslarla xitam verilməlidir. Hüquqi məsələlər: Müdafiəçi kass asiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək müdafiəçi xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətini geri götürməsini və bunu hüquqlarını müdafiə etdiyi E.H.Bayramovun razılığı ilə etdiyini bildirmişdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəindən xx xxxxxx 2020-ci il tarixli xx/xx-1627 saylı məktubla Ali Məhkəməyə daxil olmuş məhkum E.H.Bayramovun ərizəsindən görünür ki, o, müdafiəçisi E.N.Haciyevin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin onun tərəfindən götürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini y alnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən kassasiya şikayətinin geri götürülməsi haqqında Müdafiəçi və bununla razılaşması barədə məhkum M1 ərizələrini nəzərdən keçirirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq Müdafiəçi hüquqlarını müdafiə etdiyi M1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayə Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1 və 414.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş M1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum E.H.Bayramovun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar