Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-894/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Fikrət Qəribov və Telman Hüseynov) 1(101)-1548/2021 nömrəli 18 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyətilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmışdır. Ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda 1 (bir) bükümdə təmiz çə kisi 18,969 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, 10 mart 2021-ci il tarixdə, saat 03:30-da həmin yerdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis Bölməsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ümumi çəkisi 18,969 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 1(103)-164/2022 nömrəli, 1 9 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bel ə ki, Bakı Apelyasiya Məhkəməsi hökmdən verilmiş kasasiya şikayətinə əsasən işə baxıb xx.xx.2022-ci il tarixli qərarı çıxararkən Bakı Ağır Cinayətlər Məhkəməsi kimi eyni qanun pozuntusuna və səhvə yol vermiş, Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinin tələblərini ciddi və kobud şəkildə pozmuş və iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, onları düzgün qiymətləndirməmiş, cinayət işi üzrə toplanmış hər bir sübutu-mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmiş, heç bir qanuni əsas, fakt və sübut olmadan, yalnız özünün əsassız ehtimal, mülahizə və şübhələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs tam qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Belə ki, nə ibtidai istintaq d övründə, nə də məhkəmələrdə işə baxılan zaman məhkum Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan bükümdə ümumi çəkisi 18,969 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi və həmin narkotik maddəni əldə etmək üçün kiminləsə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib hərəkət etməsi ilə bağlı hər hansı bir fakt və sübut müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən məhkum Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın verilməsi və işə baxmış məhkəmələrin, o cümlədən Bakı Apelyasiya Məhkəməsinin də onu həmin bu maddələrlə təqsirli bilib məhkum etməsi konkret hər hansı bir fakt və sübuta deyil, yalnız əsassız və heç bir fakt və sübutla öz təsdiqini tapmayan ehtimal, mülahizə və şübhələrə əsaslanır. Qanuna görə isə kimisə ehtimal, mülahizə və şübhələr əsasında təqsirli bilmək və məhkum etmək ciddi və kobud qanun pozuntusu hesab edilir. İbtidai araşdırma zamanı və məhkəmələrdə işə baxılan zaman da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, satması və ya satmağa cəhd etməsi ilə bağlı hər hansı bir fakt və sübut müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın verilməsi və işə baxan məhkəmələr tərəfindən onu həmin maddələrlə təqsirli bilib məhkum etməsi üçün yeganə əsas Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin külli miqdarda olması olmuşdur. Ona satış məqsədilə ittihamın verilməsi üçün başqa heç bir əsas mövcud olmamışdır. Satış məqsədinin olması üçün digər halların olması və təsdiqini tapması da tələb olunur. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, narkotik vasitənin və ya psixotrop maddələrin digər şəxslərin faktiki sahibliyinə keçməsinə səbəb olan istənilən yayma üsulunun (satma, bağışlama, dəyişmə, borcun ödənilməsi, borc verilməsi, həmin vasitə və maddələrin başqa şəxsə inyeksiya edilməsi) olması başa düşülməlidir. Qeyd edilən bu halların heç biri məhkum Təqsirləndirilən şəxs hərəkətlərində müəyyən edilməmişdir. Məhkum Təqsirlənd irilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın verilməsi və daha sonra onun həmin maddələrlə təqsirli bilinib məhkum edilməsi yuxarıda qeyd etdiyim kimi yalnız istintaq orqanı və məhkəmələrin əsassız şübhə, ehtimal və mülahizələrinə əsaslanır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona göndərilmiş həmin “SMS”lərə görə Təqsirləndirilən şəxs tərəfindən həqiqətən həmin şəxslərə narkotik vasitə və ya psixotrop maddələrin satılıb-satılmamasını müəyyən etmək üçün tam, hərtərəfli və obyektiv araşdırma və yoxlama aparılmalı və əldə olunan faktlara hüquqi qiymət verilməli idi. Lakin nə ibtidai istintaq orqanı, nə də işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamış, yazılan “SMS”-lər əsasında məhkum Təqsirləndirilən şəxs hansı hərəkətləri edib-etməməs ini araşdırmadan və yoxlamadan, məhkum Təqsirləndirilən şəxs həmin şəxslərə həqiqətən narkotik vasitə və ya psixotrop maddə satıb-satmamasını müəyyən etmədən, ”SMS”-lərin məzmununu əsas götürərək, onları mütləq həqiqət kimi qəbul edərək Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması və xx.xx.2021-ci ildə Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanan zaman üstündən aşkar edilmiş 18,969 qram narkotik maddə olan heroini də satış məqsədi ilə əldə etməsi kimi səhv və yanlış nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs göndərilmiş “SMS”-lər və sonuncunun həmin “SMS”-lərə verdiyi cavablar bu hələ məhkum Təqsirləndirilən şəxs həmin şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmasını və narkotik maddələrin satışı ilə məşğul olmasını və eyni zaman da xx.xx.2021-ci ildə Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanan zaman üstündən aşkar edilmiş 18,969 qram narkotik maddə olan heroini də satış məqsədi ilə əldə etməsini təsdiq etmir və belə nəticəyə gəlməyə əsas vermir. Cinayət işinin istintaqı zamanı müdafiəçi kimi o, məhkum Təqsirləndirilən şəxs “SMS” göndərən şəxslərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs həmin şəxsləri tanıyıbtanımaması və onlara narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması hallarının müəyyən edilməsi, həmçinin zərurət olarsa onlarla Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə dəfələrlə istintaq orqanı qarşısında vəsatətlər qaldırsam da, istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verdiyi saxta və qondarma i ttihamın qanunsuz və əsassız olmasının üzə çıxacağından qorxaraq və çəkinərək qəsdən və bilərəkdən qeyd olunan halların araşdırılması və yoxlanması istiqamətində hər hansı bir araşdırma aparmamış və heç bir tədbir görməmişdir. Birinci instansiya məhkəməsində də işə baxılan zaman müdafiəçi kimi o bu halları və faktları bir daha işə baxan məhkəmənin nəzər və diqqətinə çatdırmışdır. Lakin birinci instansiya məhkəməsi də bu faktların üstündən sükutla keçmişdir. Kassator həmçinin qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs həmin xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokolda və diskdə qeyd olunan “SMS”-i ona göndərən şəxslərin heç birini tanımır, onlarla heç vaxt hər hansı bir münasibətdə və kontaktda olmamışdır. Onun telefonuna göndərilmiş “SMS”-lərin bəziləri nə qəbul etdiyi narkotik maddənin təsiri altında olan zaman ağlına gələn cavabları yazmış olsa da, lakin ona “SMS” göndərən şəxslərin heç birini tanımamış, onlarla münasibətdə olmamış və onların heç birinə narkotik maddə və ya psixotrop vasitə satmamışdır. Əgər elə bir hal olmuş olsaydı, bunu istintaq orqanı çox asanlıqla müəyyən etmiş olardı. Məhkum Təqsirləndirilən şəxs göstərir ki, onun telefonuna göndərilmiş bu “SMS”-lər onun narkotik vasitələrdən istifadə etməsi barədə 12-ci polis bölməsinə kimlərinsə verdiyi məlumatdan sonra onu cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi təşkil edilmiş bir oyundur. Bütün bunlar narkotik vasitələrdən istifadə etdiyinə görə onu cinayət məsuliyyətinə cəlb etmək üçün əvvəlcədən hazırlanmış və qurulmuş bir ssenaridir. Həmin bu ssenarini quran da Sabun çu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları olmuşdur. Tutulmamışdan bir az əvvəl o, bunu hiss etmişdir. Məhkum Təqsirləndirilən şəxs dedikləri həqiqətdir. Belə ki, xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi barədə olan protokoldan və həmin diskdə qeydə alınmış “SMS”-lərə fikir versək, həmin “SMS”- lərin yalnız xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2021-ci il tarixinə kimi göndərilməsi məlum olur.xx.xx.2021-ci ildə isə məhkum Təqsirləndirilən şəxs 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulur. Bu faktların özü məhkum Təqsirləndirilən şəxs tutulmamışdan təxminən 15 gün əvvəldən onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi hazırlıq getdiyini bir daha sübut edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinin qanunsuz olmasını bildirərək, əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətindən görünür ki, məhkumun müdafiəçisi Müdafiəçi1 ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və saxlaması faktlarını inkar etmir, yalnız məhkum tərəfindən əməlin satış məqsədi ilə törədilməsi barədə ittihamın hissəsini mübahisələndirir. Kassatorun fikrincə onun narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlama hərəkətlərini satış məqsədi ilə törətməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tər kibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildiyi halda yaradır. Göründüyü kimi “satış məqsədi”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsi nin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkum Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni şahidlər Şahid1, Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadələri, 10 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-bioloji ekspertizasının 10 mart 2021-ci il tarixli, 6/978 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli, 2170 saylı ekspertiza rəyi, məhkəmə-psixiatrik ekspertizasının 30 iyun 2021-ci il tarixli, 1397 saylı rəyi və işdə оlаn istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 18,969 qram olmaqla, şəxsi istehlak miqdarından dəfələrlə, yəni 126 dəfə çox olması, onun istifadəsində olan mobil telefonuna daxil olmuş və göndərilmiş digər şəxslərlə narkotik vasitələrinin satışı ilə məşğul olmasını dəlalət edən “SMS”-lərin mətnlərinin aşkar edilməsi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslərlə birlikdə narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edilən hallar kimi qiymətləndirmiş və nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə etməsi və saxlaması təsdiq olunmuş və Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əs as Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olduğundan qəbul etmir və apelyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cinayə t əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğ undan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-894/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-894/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver