Məhkəmə qərarları › İş №1(102)-894/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-894/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-894/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Bilal Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Xaliq Məmmədov) 04 aprel 2023-cü il tarixli, 1(091)-61/2023 nömrəli hökmü ilə xx xxxxxx 1982-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul оlan, orta təhsilli, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan m əhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılmaqla və Məhkum qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 4 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: B irinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonun Ləkçıplaq kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 13 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmçinin həmin yetişdirdiyi çətənə bitkilərindən 01 ədəd 180,0 qram çəkidə budaq hissəsini qoparıb yaş vəziyyətdə istixanada, həmin çətənə bitkilərindən yarpaqlarını qoparmaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 120,0 qram çəkidə qurudulmamış vəziyyətdə marixuananı 01 ədəd sarı rə ngli plastmas vedrədə istixanada, eləcə də külli miqdarda 1200,0 qram çəkidə qurudulmuş marixuananı 01 ədəd ağ rəngli sintetik kisədə həmin istixanadan qarşıda sol tərəfdə qarğılıq yerdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 1750-də yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən həmin istixanada qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi hündürlükləri 232 sm-dən 315 sm-dək ümumilikdə təmiz çəkiləri 74 kiloqram 800,0 qram olan həmin 13 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmin çətənə bitkilərindən qoparıb istixanada saxladığı təmi z çəkisi 180,0 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və həmin çətənə bitkilərindən əldə edərək 1 ədəd plastmas vedrədə açıq şəkildə saxladığı 120,0 qram çəkidə qurudulmamış marixuana, eləcə də həmin çətənə bitkilərindən əldə edərək satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırıb həmin istixanadan qarşıda sol tərəfdə qarğılıq yerdə saxladığı külli miqdarda, yəni 1200,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 19 oktyabr 2023-cü il tarixli 1(107)-213/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(091)-61/2023 nömrəli hökmü ap ellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(107)-213/2023 nömrəli qərarının ləğv edilməsini, işinin ədalətli araşdırılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavə verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(107)-213/2023 nömrəli qərarının ləğv edilməsini, törətdiyi cinayət əməlinin CM-in müvafiq maddəsinə düzgün tövsif edilməsi haqqında qərar çıxarılmasını və İ instansiya və İİ instansiya məhkəmələri tərəfindən nəzərə alınmayan himayəsində 2 azyaşlı övladın, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasının nəzərə alınaraq cəza təyin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(107)-213/2023 nömrəli qərarının ləğv edilməsi, CM-in 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsi və bütün yüngülləşdirici halların nəzərə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işini səthi araşdırmış və müdafiə tərəfinin təqdim etdiyi sübutlara qiymət vermədən qərar çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sübut yoxdur. Təqsirkarda narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması birmənalı surətdə satış məqsədinin olmasını təsdiq edə bilməz. Buna görə də, təqsirkardan götürülən narkotik vasitələrin miqdarı satış məqsədinin mövcudluğunu sübut edən işin digər halları ilə məcmu halında araşdırılmalıdır. İş materiallarından görünür ki, Məhkum barəsində müvafiq əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş və onun barəsində əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işinin əks edilməmiş və sistemləşdirilməmişdir. Digər tər əfdən, Məhkum Sadiq oğlunun qohumu olan X1 evinə, həyətyanı torpaq sahəsinə və tikililərinə baxışla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında 23 avqust 2022-ci il tarixli qərar verilərkən onun haqqında başlanmış cinayət işi olmamış, həmçinin onun həmin obyektlərdə narkotik vasitə saxlaması, yeni cinayəti hazırlaması, törətməsi və yaxud törədən şəxs olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamışdır. 23 avqust 2022-cu il tarixli qərarda Məhkum Sadiq oğlunun narkotik vasitələrin saxlanmasında şübhəli olması heç bir sübutla, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumatla və ya digər əsaslı faktla əsaslandırılmamış və bu qərardan göstərilməmişdir. Bundan başqa Məhkum cinayət hazırlaması, törətməsi barədə heç bir sübuta və əsaslı fakta istinad olunmadığı halda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və onun yaxalanması üçün onun evinə, həyətyanı torpaq sahəsinə və yardımçı tikililərinə daxil olunması, həmin Qanunun 10-cu maddəsinin İV hissəsinə ziddir. Digər tərəfdən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyekt Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının ifşa edilmesinin onun evinə, torpaq sahəsinə, habelə digər obyektlərinə baxış keçirilməsindən başqa digər yolla mümkün olmamasını öz qərarında göstərməmiş, bunu əsaslandırmamış və bu barədə məhkəmə nəzarətini həyata keçirən Göyçay Rayon Məhkəməsinə də hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunda binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış nəzərdə tutulmuşdur. Lakin həmin qanunda əməliyyat-axtarış tədbiri kimi həmin obyektlərə, o cümlədən yaşayış sahəsinə axtarışın keçirilməsi və axtarış nəticəsində götürmənin aparılması nəzərdə tutulmamışdır. Yəni axtarış və ya götürmə əməliyyat-axtarış tədbiri deyildir və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla tənzimlənmir. Axtarış və götürmə sırf istintaq hərəkətidir ki, onun da əsasları, şərtləri, keçirilmə qaydası və hüquqi nəticələri Azərbaycan Respublikası CPM ilə müəyyən olunur (yuxarıda bununla bağlı qanun normaları göstərilmişdir). Qanun normalarının tələbinə əsasən axtarış və götürmə bütün hallarda qərar, yəni yuxarıda göstərildiyi kimi məhkəmənin qərarı, Azərbaycan Respublikası CPM-in 243.3-cü maddəsində göstərilən hallarda isə müstən tiqin qərarı əsasında aparılmalıdır. Məhkum qohumu dayısı oğlu X1 evində axtarış aparılarkən onun barəsində hələ cinayət işi olmamışdır. Cinayət işi olmadığı halda isə qanun onun evində axtarış və götürmədən ibarət istintaq hərəkətinin aparılmasını qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsinə əsasən hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, habelə cinayət törətməkdə şübhələndiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2 - 90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinəyetirilməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla, digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Lakin iş mat eriallarından görünür ki, Məhkum yaşadığı qohumu dayısı oğlu X1 məxsus evinə və digər obyektlərinə axtarış və götürmə üçün məhkəmə qərarı və müstəntiqin hər hansı qərarı almamış, müstəntiqin (o cümlədən təhqiqatçının) belə qərar verməsi üçün Azərbaycan Respublikası CPM-in 243.3-cü maddəsində nəzərdə tutulmuş halların heç biri mövcud olmamışdır. Təqsirləndirilən şəxs Məhkum yaşayış dayısı oğlu X1 məxsus evində 23 avqust 2022-cu il tarixdə keçirilməsi göstərilən axtarışda bir sıra kobud qanun pozuntularına da yol verilmişdir. Aparılan axtarışda videoçəkilişdən istifadə olunmuşdur. Bundan əlavə, axtarış və götürmənin nəticələrinə dair protokolda müvafiq tərəzidən istifadə edilməsi və aşkar olunması göstərilən qurudulmuş marixuanaya oxşar kütlələrin tərəzidə çəkilməsi qeyd edildiyi halda, bu kütlələrin müvafiq olaraq cəmi 0,320 qram və 2,015 qram olması nəticəsinə gəlinmişdir. Tərəzidə çəkildiyi halda, təhqiqatçının həmin kütlələrin Ekspertiza idarəsinə təhvil aktında və ekspertizadan alınmış 1.200 qram qurudulmuş marixuana və 0,120 qram qurudulmamış 0,180 qram marixuananın hissəsi olmasını necə müəyyən etməsi müəmmalıdır və heç bir məntiqlə izah olunmur. Əgər izahatları ifadələrə uyğun istinad etsək, götürmə protokolunda və video çəkilişdə 0,320 qram olmuş ağ rəngli sellofan torbadakı ekspertiza rəyində 0,20 qram fərq yaransa da qurudulmuş marixuanada çəkisində 0,950 qram fərq yaranması istintaqda qanunsuz prosessual işlərin aparılmasını görsədir. Bununla da axtarış zamanı aşkar olunan əşyaların miqdarının və çəkisinin protokolda qeyd edilməməsi Azərbaycan Respublikası CPM-i n 245.8 və 236-cı maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Eynilə bu prosessual hərəkətdə iştirak edən şəxslərin doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, faktiki yaşadıqları və qeydiyyatda olduqları ünvan göstərilməməklə CPM-in 236.6.3 və 244-cü maddələri tələbləri pozulmuşdur. Göstərilənlər, evində axtarış aparılan zaman Məhkum Saday oğluna münasibətdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, ona qarşı ittihamın əsasını təşkil edəcək sübutların, o cümlədən maddi sübutların cinayət-prosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilməsi barədə nəticəyə gəlməyə tam əsas verir. 23 avqust 2022-cu tarixli baxış aparılması (faktiki axtarış) aparılması barədə təhqiqatçının qərarında Məhkum barəsində ibtidai istintaqın aparılmasına, onun hər hansı cina yətin törədilməsindlə şübhəli bilinməsinə, belə şübhələrin mövcudluğunu təsdiq edən hər hansı sübutlara istinad olunmamışdır. Bu hal yalnız hazırlanan, törədilən və törədilmiş cinayətlərin əlamətləri haqqında və cinayətləri hazırlayan, törədən və törətmiş şəxslər barəsində məlumatlar olduqda mənzil toxunulmazlığı hüququnu məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verən «Əməliyyat- axtarış fəaliyyəti haqqında» Qanunun 10 və 11-ci maddələrinin tələblərini pozur. Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, yaşadığı Göyçay rayonu Ləkçılpaq kəndində özünə məxsus həyətində özünün istifadəsi üçün 13 ədəd çətənə marixuana əkmişdir. Marixuana tam yetişməmiş, həmin əkdiy i marixuananın alt budaqlarını qırıb qırağa atmışdır, həmin atdığı çətənə kolunun budaqları yalnız yarpaq olub, yəni istifadəyə yararsız olmuşdur. Göyçay RPŞ-in işçiləri onun həyətində tapdıqları görüntünü çəkiliş zamanı aqronom ekspert Şaiq də təsdiq etmişdir ki, çardağında tapılan yarpaqlar çürüntü və istifadəyə yaramır. Göyçay Rayon Polis İşçiləri yararsız dəynəkləri və yarpaqları toplayaraq kisəyə doldurmaqla istifadəyə yararlı marixuana kimi istintaqa təqdim etmişlər. Lakin, həmin 2.015 kq olan qurudulmuş dedikləri marixuana deyil. O və müdafiəçisi Şəki ACM-də vəsatət qaldıraraq xahiş etmişlər ki, sözü gedən 2 kg 15 qram marixuana məhkəməyə gətirilsin, lakin məhkəmə istintaqı vəsatətlərini təmin etməmişdir. Şəki ACM ona danışmaq hüququnu belə verməmişdir. Şəki Apellyasiya məhkəməsi də eyni mövqedən çıxış edərək Şəki ACM-nin hökmünü qüvvəsində saxlamışdır, lakin cinayətin hər tərəfli obyektiv araşdırması üçün olan məqama baxmayıblar və görməzdən gəliblər. O, ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkum kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz və əsassız hesab edir. Birinci və ikinci instansiya məhkəməsi tərəfindən toplanmış sübütlar tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Yalnız ibtidai istintaq orqanının biri digəri ilə uyğun gəlməyən sübutlar əsasında tərtib etdiyi ittiham aktına əsasən hökm çıxarılmışdır. O, marixuananın istifadəçisidir. O, onları özünün istifadəsi üçün əkmişdir. 13 çətənə bitkisinin budaqlarını qırıb zibil kimi yararsız h alda qırağa atmışdır. Çətənə yarpaqlarını sarı rəngli vedrəyə yığmışdır. Yararsız olduğu üçün zibilə atmışdır. Çətənə bitkisinin 1 ədəd budağı qırıq vəziyyətdə yerdə olub. Göyçay RPŞ əməkdaşları həyətində olan quru və yararsız halda olan çətənə bitkilərini torbanın içinə yığıb ümumi çəkisi 2,015 qram edib həyətindən yararlı narkotik kimi qeyd edərək götürmüşlər. Bu görüntülər hamısı video çəkilişdə var. Əkdiyi çətənə bitkisinin heç birində başlıq olmamışdır. Polis əməkdaşları onu narkotik vasitələrin satıcısı kimi qələmə verərək heç bir sübut dəlil olmadan, alıcı olmadan telefon yazışmaları olmadan ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham ediblər. Polis əməkdaşları məhkəmə araşdırması zaman yalan ifadələr vermişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında h ökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisini kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işində narkotik vasitələri satmaq niyyəti sübuta yetirilmədən barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin tə qsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edili r: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2, Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, X2 Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələ ri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum narkotik vasitəni satmaq niyyətini təsdiq edən hallar narkotik vasitənin növü və miqdarı hazırki iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı mad dələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin cinayət işi üzrə sübutlar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Qanunun və cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edildiyindən ittihamın əsasını təşkil edən baxış və götürmə haqında protokolun sübut əhəmiyyətə malik olmamasına dair dəlilləri də ə saslı hesab etmir. Müdafiəçinin kassasiya şikayətində qeyd edilmişdir ki, təhqiqatçı tərəfindən məhkumun yaşadığı evin həyətyanı sahəsində axtarış qanunsuz aparılmışdır. Belə ki, «Əməliyyataxtarış fəaliyyəti haqqında» Qanununun və Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsinin tələblərinə əsasən əməliyyat-axtarış tədbirlərin çərçivəsində axtarışın aparılması nəzərdə tutulmur, cinayət işinin icraatı başlanılmadan həmin istintaq hərəkətinin aparılması qadağandır. Məhkəmə kollegiyası ilk-öncə qeyd edir ki, kassasiya şikayətinin bu dəlili işin materialları ilə uzlaşmır. Belə ki, işə əlavə edilmiş baxış və götürmə haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfində hazırki cinayət işi üzrə məhkumun yaşadığı evin həyətyanı sahəsində axtarış aparılmamış, axtar ış elan edilməsi barədə qərar qəbul edilməmişdir. Hazırki cinayət işi üzrə maddi sübutlar – çətənə kolları və narkotik vasitə təhqiqatçı tərəfindən aparılmış baxış zamanı aşkar edilmiş və götürülmüşdür. Baxışın keçirilməsi isə nə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun və Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsinin tələblərinə zidd deyildir. Kassasiya şikayətinin baxış və götürmə haqqında 23 avqust 2022-ci il tarixli protokolun qanunsuzluğu ilə əlaqədar digər dəlilləri axtarışın videoçəkilişlə aparılması və protokolda axtarışda iştirak etmiş şəxslərin doğulduğu il, ay, gün və yer göstərilməməsi ilə əlaqədardır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, baxışın videoçəkilişdən istifadə etməklə aparılması Azərbaycan Respublikası CPM-in 236.4-cü maddəsinin tələblərin ə uyğun gəlir. İşdə olan baxış və götürmə haqqında protokoldan görünür ki, təqdiqatçı protokolu tərtib edərkən axtarışda iştirak edən polis əməkdaşı X3 doğulduğu il, ay, gün və yer, digər iştirakçıların doğulduğu yeri göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal Azərbaycan Respublikası CPM-in 236.6.3-cü maddəsinin tələblərinə uyğun gəlməsə də, protokolun mötəbərliyinə şübhə doğurmur və həmin protokolun mümkün olmayan sübut kimi qiymətləndirilməsinə əsas vermir. Qeyd edilməlidir ki, məhkum özü baxışın aparılmasını və gedişini mübahisə etmir, yalnız baxış zamanı götürülmüş və aşkar edilmiş çətənə bitkilərinin yarpaqlarının və hissələrinin narkotik vasitə olması barədə məhkəmə-bioloji ekspertizasının rəyini mübahisələndirir. Məhkum ifadəsində qeyd etmişdir ki, baxış zamanı aşkar edilmiş yarpaqlar və çətənə bitkisinin hissələri istifadəyə yarasız olduğundan onun tərəfindən atılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun əməlinin yalnız CM-in 237.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassa siya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayəti n təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar