Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-894/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi X5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.3 29,177.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli, 1(104)197/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (X4) 23 yanvar 2024-cü il tarixli 1(076)-2/2024 nömrəli hökmü ilə xx xxxx 1972-ci il tarixdə Şəmkir rayonu, Yeni-Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbay can Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 20 dekabr 2021-ci il tarixdən 20 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə a zadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 26 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X8 və X1 ibarət tərkibdə) 2024-cü il 3 aprel tarixli 1(104)-197/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluq etmiş, həmçinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluğa cəhd etmiş və satış məqsədi ol madan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 16 oktyabr 2020-ci il tarixdə saat 07:40-dan həmin gün saat 17 radələrinədək olan vaxt ərzində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Yeni- Həyat kəndində yerləşən fərdi yaşayış evinə hasardan keçməklə qanunsuz daxil olub evin yataq otağındakı şkafdan 5.575 (beş min beş yüz yetmiş beş) manat məbləğində nəğd pulu, 1 ədəd, 583 əyarlı, 1.200 (bir min iki yüz) manat dəyərində 20 qram çəkidə qızıl qolbağı (reket toxunmuş), 1 ədəd 583 əyarlı, 1.620 (bir min altı yüz iyirmi) manat dəyərində 27 qram çəkidə qızıl boyunbağı (reket toxunmuş), 1 ədəd 582 əyarlı. 1 80 (bir yüz səksən) manat dəyərində 3 qram çəkidə "Quran” kitabı formalı qızı medalyonu, 1 cüt, 583 əyarlı, 180 (bir yüz səksən) manat dəyərində 3 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl sırğanı və 1 cüt 583 əyarlı 420 (dörd yüz iyirmi) manat dəyərində 7 qram çəkidə üzərində 6 ədəd brilliant qaşlar olan qızıl sırğanı, cəmi 3.600 (üç min altı yüz) manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 9.175 (doqquz min yüz yetmiş beş) manat məbləğində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 16 avqust 2021-ci il tarixdə saat 23 radələrində dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evində 10.000 (on min) manat məbləğində pulun və ya qiymətli əşyaların olduğunu bildiyi üçün həmin məbləği əldə etmək məqsədilə, pilləkən vasitəsilə evin hasarının üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə evin pəncərəsinin dəmir barmaqlıqla mühafizə torunu sındırmaqla pəncərədən qanunsuz olaraq evə daxil olmuş, evin içərisində olan otaqlarda pul və digər qiymətli qızıl-zinət əşyaları axtarmış, lakin ev sahibi tərəfindən evdə olan pul və dəyərli əşyalar gizlədildiyindən öz iradəsindən asılı olmayan səbəbə görə gizli talamaq istədiyi pul və ya qızıl zinət əşyalarını əldə edə bilməyib yaşayış sahəsini tərk etmiş, bununla da oğurluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını oğurlamağa cəhd etmişdir. Bundan b aşqa, o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 29 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinə hasarın üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə pəncərənin dəmir barmaqlıqla mühafizə torunu sındırmaqla pəncərədən yaşayış yerinə qanunsuz olaraq daxil olmuş, evin mətbəx otağında olan şkafın içərisindən 207 (iki yüz yeddi) manat məbləğində nəğd pulu və hər birinin üzərində 9 ədəd brilliant qaş olan 750 əyarlı, ümumi 11,5 qram çəkisi olan, 1.150 (bir min yüz əlli) manat dəyərində qızıl sırğaları və üzərində 9 ədəd brilliant qaş olan 750 əyarlı, 7 qram çəkisi olan, 700 (yeddi yüz) manat dəyərində qızıl üzüyü, cəmi 1.850 (bir min səkkiz yüz əlli) manat dəyərində qız ıl-zinət əşyalarını gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2.057 (iki min əlli yeddi) manat məbləğində əmlakı gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 19 dekabr 2021-ci il tarixdə saat 24 radələrində dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən X9 məxsus fərdi yaşayış evində 10000 (on min) manat məbləğində pulun və ya qiymətli əşyaların olduğunu bildiyi üçün həmin məbləği əldə etmək məqsədilə, evin hasarının üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə evin giriş qapısının şüşəsini sındırmaqla qapıdan qanunsuz olaraq yaşayış yerinə daxil olmuş, evin içərisində olan otaqlarda pul və qızıl-zinət əşyaları axtarmış, lakin h əmin vaxt evin mühafizəsi tapşırılmış Şahid3 evə gələrək hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarını çağırması nəticəsində öz iradəsindən asılı olmayan səbəbə görə gizli talamaq istədiyi pul və ya qızıl-zinət əşyalarını əldə edə bilməyib yaşayış sahəsini tərk edib həyətyanı sahəyə çıxaraq orada olan masanın altında gizlənmiş, lakin onun gizləndiyi yer polis əməkdaşları tərəfindən müəyyən edildiyindən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, 2021-ci ilin dekabr ayının ortaları dəqiq məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri. Gülüstan qəsəbəsinin ərazisində yolun kənarından tapdığı bir ədəd kağız bükümdəki psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqda rından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımış, 19 dekabr 2021-ci il tarixdə saat 24 radələrində oğurluq etmək məqsədilə daxil olduğu Şəmkir rayonu. Çinarlı qəsəbəsində yerləşən X12ma məxsus yaşayış evinin həyətyanı sahəsində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində Şəmkir RPŞ-yə gətirilmiş, Növbətçi hissədə oğurluğa cəhd hadisəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilərkən əynində olan göy rəngli şalvarının sağ cibindən "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” 1 siyahısının 2-ci bəndi ilə müəyyən edilən dövriyyəsi qadağan edilmiş 1 (bir) ədəd siqaret bükümündə, təmiz çəkisi 0.903 qram miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ONUN MÜDAFİ ƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində mahiyyəti üzrə dəlillərə toxunmadan Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 3 tarixli, 1(104)-197/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində və məhkəmə kollegiyasının iclasında əməlinin tövsifini və cəzasını yüngülləşdirən halların düzgün nəzərə alınmadığını mübahisələndirərək apellyasiy a instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçısinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, məhkumun kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə geniş araşdırma aparılmış, sübutlar yenidən tədqiq edilərək hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən əməllərin törədilməsi qənaətinə gəlinmiş, eyni zamanda, məhkuma qanuni, ə saslı və ədalətli cəza təyin edilməsi nəticəsinə gəlinməklə, onun cəzasının yüngülləşdirilməsi üçün əsasların mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Cinayət işinin materiallarından da görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında təqsirini etiraf edərək səmimi ifadələr vermiş, apellyasiya şikayətində də əməlinin tövsifini mübahisləndirməmiş, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmiş və bu zaman CMin 65.2-ci maddəsinin tələblərinə uyğun ən aşağı hədlərdə cəza təyin edilməklə, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə mümkün olan ən aşağı həddlərdə qəti cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və fakt iki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.4.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli 1(076)-2/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.3 29,177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsi Cİnayət kollegiyasının 2024- cü il 3 aprel tarixli, 1(104)-197/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-894/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-894/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver