Məhkəmə qərarları › İş №1(102)-895/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-895/2019

19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə xx xxxx 1964-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ***************************** ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Ağaməmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 127.2.3-cü maddəsi ilə bəraət verilməsinə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Fikrət oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən Mirheydər Zeynalov) 29 mart 2018-ci il tarixli hökmü ilə Məhkum Ağaməmməd oğluna Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə bəraət verilmiş, o, CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 % məblə ğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin iş üzrə həmçinin X9 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vurub onun sağ mil sümüyünün aşağı 1/3-in qəlpəli, yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb ol an qəsdən onun sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməsinə dair müddəa hökmün təsviri-əsaslandırıcı hissəsindən xaric edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Ağaməmməd oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, iş yoldaşı X9 ilə bir qrup şəxs halında 07 avqust 2016-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, ************************************** sağ tərəfində yerləşən «***********» ticarət mərkəzinin daxilində fəaliyyət göstərən və X5 işlətdiyi qapı satışı mağazasında olarkən, həmin mağazanın müştərisi X1 verdiyi qapıların çatdırılması və quraşdırılmasını iki saat ərzində yerinə yet irilməsinə söz verməsinə baxmayaraq, üç gün ərzində sifarişin icrasını təmin etməməsini T6 irad tutmasını və ona vermiş olduğu 100 manat məbləğdə beh pulunu qaytarmasını təklif etməsinə görə Ə6 heç bir əsaslı səbəb olmadan ictimai, şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymamazlıq göstərməklə ictimai yer hesab olunan həmin mağazanın daxilində Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək onun sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vur ub ona sol alt göz qapağının qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etdiyindən Ə6 qanuna zidd hərəkətinə Zərərçəkmiş şəxs öz iradını bildirməsi, əlləri ilə sifətini tutub aşağı əyilməsindən istifadə edib Məhkum heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vurub onun sağ sümüyünün aşağı 1/3-in qəlpəli, yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Ağaməmməd oğlun un əməlini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, iş yoldaşı X9 ilə bir qrup şəxs halında 07 avqust 2016-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, Bakı-Sumqayıt şosesinin 11-ci km-in sağ tərəfində yerləşən «***********» ticarət mərkəzinin daxilində fəaliyyət göstərən və X5 işlətdiyi qapı satışı mağazasında olarkən, həmin mağazanın müştərisi Zərərçəkmiş şəxs sifariş verdiyi qapıların çatdırılması və quraşdırılmasını iki saat ərzində yerinə yetirmələrinə söz verməsinə baxmayaraq, üç gün ərzində sifarişin icrasını təmin etməməsini T6 irad tutmasını və ona vermiş olduğu 100 manat məbləğdə beh pulunu qaytarmasını təklif etməsinə görə Ə6 heç bir əsaslı səbəb olmadan ictimai, şəxsi mənafelərə əhəmiyy ətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymamazlıq göstərməklə ictimai yer hesab olunan həmin mağazanın daxilində Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək onun sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vurub ona sol alt göz qapağının qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etdiyindən Ə6 qanuna zidd hərəkətinə Zərərçəkmiş şəxs öz iradını bildirməsi, əlləri ilə sifətini tutub aşağı əyilməsindən istifadə edib Məhkum heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifinin fikrincə, cinayət işinin materiallarında Məhkum CM-nin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu əməli törətməsini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarına uyğun gəlməyən belə nəticəyə gəlmi şlər. Məhkəmələr Məhkum özünümüdafiə xarakterli ifadələrini rəhbər tutub əsassız nəticəyə gələrkən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq mərhələsindəki ifadələrinin, həmçinin zərərçəkmiş şəxsin ifadələrinin nə ilə təkzib etdiyini hökm və qərarda əsaslandıra bilməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarını n düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirliliyi tamamilə sübuta yetirilməsinə baxmayaraq məhkəmələr ona əsassız olaraq bəraət vermiş, bununla da cinayət qanunvericiliyinin tələblərini pozmuşdur. Protestdə göstərilmiş dəlilləri əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asıl ı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirsiz hesab edilərək bəraət verilməsi üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr tədqiq edilmiş sübutlara əsaslanmamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona CM-nin 127.2.3 və 221.2.1-ci maddələri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsində «***********» Ticarət Mərkəzində qapı satışı ilə məşğul olan T6 adlı şəxsin mağazasında usta işləyir və sifariş edilmiş qapıların quraşdırılması ilə məşğul olur. Ə6 onunla usta işləyir. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və münasibəti olmamışdır. 7 avqust 2016-cı ildə usta Ə6 başqa bir ünvanda qapı montajı işi ilə məşğul olarkən, T6onlara zəng edərək başqa bir ünvana montaj işi üçün getməyini dediyindən, usta Ə6 ilə birlikdə T6 dediyi ünvana gedərkən həmin evdə işləyən usta onu və Ə6 nalayiq sözlərlə s öydüyünə görə onlar qapıları montaj etmədən geri qayıtmışlar. Bir neçə saat sonra T6l və Ə6 ilə birlikdə T6 işlədiyi mağazada olarkən, ilk dəfə həmin gün gördüyü Zərərçəkmiş şəxs mağazaya gələrək Turalla mübahisə edib beh verdiyi 100 manatı tələb etməyə başlamış, T6 N6 verdiyi 100 manatı anbara ödədiyini, anbarın işçiləri onun evində olan qapılan apardıqda 100 manatı geri qaytaracağını bildirdikdə, Zərərçəkmiş şəxs mübahisə edərək pulu T6 tələb etməyə başlamış və T6 sol tərəfində oturmuş usta Ə6 üstünə hücum edib onu nalayiq sözlərlə söymüş, usta Ə6 ayağa durub Zərərçəkmiş şəxslə qarşı-qarşıya dayanmış, özü və T6 mübahisə yaranmasın deyə ayağa durub N6 ilə Ə6 aralamaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Ə6 isə əsəblərini saxlaya bilməyərək N6 sifətindən bir dəfə kəllə zərbəsi ilə vurmuş, özü ümumiyyətlə Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, vurmamış və qolunu sındırmamışdır. Baş verən mübahisədə N6 ilə Ə6 aralamaq istəmiş, istintaqda verdiyi ifadəsi onun dedikləri ilə bağlı olmamış, təqsiri yoxdur. Bakı Apellyasiya Məhkəməsində öz ifadəsində Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərilənləri eyni ilə bir daha təsdiq etməklə, ibtidai istintaq zamanda təpiklə zərərçəkmiş şəxsi vurması barədə ifadəsində göstərdiyini təsdiq etmədiyini, həmin ifadəsi latın qrafikasını bilmədiyindən müstəntiqə inanmaqla oxumadan imzaladığını, ifadəsinin altındakı imzaların ona məxsus olduğunu, müstəntiqin hərəkətlərindən heç kimə şikayət etmədiyini, ibtidai istintaq zamanı ona qarşı zor tətbiq edilmədiyini və ya hər h ansı ifadə verməsinə məcbur edilmədiyini, ibtidai istintaq dövründə və sonunda cinayət işin materialları ilə müdafiəçisi ilə birlikdə tanış olarkən, müstəntiq tərəfindən onun ifadəsinin düzgün yazılmaması ilə vəsatət verməmiş və bununla əlaqədar şikayətlə müraciət etməmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X9, şahid X7 da ibtidai araşdırma zamanı verdikləri ifadələrdən fərqli ifadələr verərək Məhkum Zərərçəkmiş şəxs vurmadığını, ona qarşı heç bir zorakı hərəkətə yol vermədiyini, yalnız Ə6 dalaşan zərərçəkmiş şəxsi araladığını bildirmişlər. Göründüyü kimi, məhkəmə istintaqında ifadələri alınmış şəxslər Məhkum xeyrinə ifadələrini dəyişmişlər. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və T ədris Birliyinin 16 dekabr 2017-cı il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol alt göz qapağının qançırı, sağ mil sümüyünün aşağı 1/3-in qəlpəli, yerdəyişmiş sınığı qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni onun TTOİ-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 7 avqust 2016-cı il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin 22 iyul 2017-cı il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol alt göz qapağının qançırı, sağ mil sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmi ş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, onun tibbi yardım üçün ETTOİ-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 7 avqust 2016-cı tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol alt göz qapağının qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin olunmur, sağ mil sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı isə, dərəcəsinə, görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr M6 və digər şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini rəhbər tutub nəticəyə gələrkən, Məhkum özünün və digər şəxslərin ibtidai istintaq mərhələsindəki ifadələrinin, həmçinin zərərçəkmiş şəxsin ifadələrinin nə ilə təkzib edildiyini hökm və qərarda əsaslandıra bilməmişlər. Belə ki, məhkəmələr ibtidai araşdırma zamanı verilmiş ifadələri işin hallarına uyğun hesab edib sübut kimi qəbul etməyib, yalnız məhkəmə istintaqındakı ifadələrin doğru olduğu nəticəsinə gəlirdisə, Məhkum ittiham edildiyi hər iki cinayət epizodu üzrə ona bəraət verilməli idi. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məıhkəmələrinin gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs sağ mil sümüyünün sınığı xəsarətinin kimin tərəfindən törədilməsi müəyyən olunmamış, bununla əlaqədar yekun nəticə qeyrimüəyyən olaraq qalmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2018-ci il tarixli (sədrlik edən: İ.T.Hacıqayıbov, hakimlər: F.A.Kərimov və G.L.Rzayeva) qərarı ilə Məhkum Ağaməmməd oğlun un barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2018-ci cı il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin təkrar baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarında olan göstərişləri icra etməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmünü Məhkum aid hissədə dəyişdirmiş, Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vuraraq sağ mil sümüyünün 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən onun sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməsinə dair müddəanı hökmün təsvir i-əsaslandırıcı hissəsindən xaric etməklə kifayətlənərək, heç bir araşdırma aparmadan Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qalan hissədə dəyişdirilmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etməmişdir. Bu hal Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifa yət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına da ir məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdi rmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və əda lətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar