Məhkəmə qərarları › İş №1(102)-895/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-895/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, məhkum şəxs Məhkum, müdafiəçisi Şahverdiyev Ağaveys Nurkişi oğlu və tərcüməçi Cəlilov Aydın Əli oğlunun iştirakları ilə, Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 192.2.2-ci və 213.2.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: Həsənova Şəlalə Akif qızı) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1971-ci il tarixdə Türkiyə Respublikası, Tokat rayonu, Erbaa şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunma mış, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və ünvan 20, mənzil 12 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə bəraət verilmiş, iş üzrə mülki iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər F.A.Qasımov (sədrlik edən, məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) mülki iddiaçı Azərbaycan Respublikası Nümayəndə rəis müavini, baş vergi xidməti müşaviri Rasim Quliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı Surac Salmanov tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarix li hökmü Məhkum Azərbaycan Respublikası CMnin 192.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 192.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, "xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103-105, 149, 150, 155, 157, 168, 173-174, 175.1, 177, 180.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdar təşkil edən 100.964,94 manat məbləğində vergiləri dövlət bü dcəsinə ödəməkdən yayınmış və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdar təşkil edən 323.962,61 manat məbləğində gəlir əldə etmişdir. Belə ki, Məhkum hüquqi ünvanı ünvan 3 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən vergi orqanına təqdim etdiyi 2013-cü ilin may ayı üzrə bəyannamədə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsini 38.142,33 manat, ƏDV-ni 6.865,62 manat, büdcəyə ödənilməli ƏDV-ni 6.865,62 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsini 21.278,50 manat, ƏDV-ni 3.830,13 manat, büdcəyə ödənilməli ƏDV-ni 3.830,13 manat göstərərək, 3.035,49 ma nat ƏDV-ni; iyun ayı üzrə bəyannamədə ƏDV tutulan dövriyyəsini 47.804,37 manat, ƏDV-ni 8.604,79 manat, büdcəyə ödənilməli ƏDV-ni 8.604,79 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsini 23.126,67 manat, ƏDV-ni 4.162,80 manat, büdcəyə ödənilməli ƏDVni 4.162,80 manat göstərərək, 4.441,99 manat ƏDV-ni; iyul ayı üzrə bəyannamədə ƏDV tutulan dövriyyəsini 771.262,28 manat, ƏDV-ni 138.827,21 manat, əvəzləşdirilən ƏDV 68.354,65 manat, büdcəyə ödənilməli ƏDV-ni 70.472,56 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsini 844.995,89 manat, ƏDV-ni 152.099,26 manat, əvəzləşdirilən ƏDV-ni 107.448,09 manat büdcəyə ödənilməli ƏDV-ni 44.651,17 manat göstərərək, 25.821,39 manat ƏDV-ni; avqust ayı üzrə bəyannamədə ƏDV tutulan dövriyyəsini 276.735,75 manat, ƏDV-ni 49.812,44 manat, əvəzləşdirilən ƏDV 22.634,11 manat, büdcəyə ödənilməli ƏDV-ni 27.178,33 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsini 136.223,00 manat, ƏDV-ni 24.520,14 manat, əvəzləşdirilən ƏDV-ni 31.798,78 manat büdcədən qaytarılan ƏDV-ni 7.278,64 manat göstərərək, 34.456,97 manat ƏDV-ni; 2013-cü ilin 2-ci rübü üzrə cəmiyyət tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 51.558,21 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 7.218,15 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə 3000,00 manat əmək haqqından 14 faiz dərəcə ilə 420,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb göstərərək, 6.798,15 manat ödəmə mənbəyində tutulan vergini; 2013-cü ilin 3-cü rübü üzrə cəmiyyət tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə hesablamalı olduğu 191.649,64 manat əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin və 150.1.7-ci maddələrinə əsasən 14 faiz dərəcə ilə 26.830,95 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə 3000,00 manat əmək haqqından 14 faiz dərəcə ilə 420,00 manat ödəmə mənbəyində tutulan vergi hesablayıb göstərərək, 26.410,95 manat ödəmə mənbəyində tutulan vergini; cəmi külli miqdar təşkil edən 100.964,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum "xxxxx” MMC-nin direktoru vəzifəsində işlə yərkən Azərbaycan Respublikası Prezitentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” xx.xx.2002ci il tarixli Fərmanı və həmin Fərmanla təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydaların tələblərini pozaraq dövlət standartlarına uyğun olaraq bəzək-tamamlama işlərinin aparılması üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə Şabran rayonu, Qalaaltı kəndində "Qalaaltı Spa və istirahət kompleksi”ndə bəzək-tamamlama işlərini həyata keçirərək, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdar təşkil edən 323.962,61 manat gəlir əldə etmi şdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündənmülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və mülki iddianın təmin edilməsini, Məhkum kassasiya şikayəti verərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və ittihamın əsasını təşkil edən xx.xx.2015-ci il tarixli rəyi deyil, xx xxxxxxxx 2017-ci il tarixli 5230 saylı, xx xxxx 2018-cı il tarixli 28233 saylı, xx xxxxxx 2019-cu ıl tarixli 49 saylı rəyləri mötəbər sübut k imi qiymətləndirmiş, apellyasiya instansiyası da həmin hökmü mülki iddiaya aid hissədə dəyişdirmədən saxlamışdır. İş materiallarında olan ibtidai istintaq zamanı verilmiş xx.xx.2015-ci il tarixli, 10223 saylı rəydən fərqli olaraq məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza nəticəsində əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2017ci il tarixli, xx xxxx 2018-ci il tarixli, xx xxxxxx 2019-cu il tarixli rəylərində işin faktiki hallarına uyğun daha geniş və dolğun tədqiqat aparılaraq qoyulmuş sualların dəqiq cavablandırıldığı, işin faktiki hallarına uyğun olduğu əsas gətirilməklə Apelyasiya Məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Ekspert Vergi Məcəlləsinin tələblərini nəzərə almayaraq əsassız olaraq vergi ödəy icisini vergi öhdəliyindən azad etmişdir, həmçinin məhkəmə mütəxəssis rəyinə əsasən ÖMV hesablanmasının əsassız olduğunu qeyd etsə də, vergi orqanı tərəfindən tikinti işlərinin faktiki həcmində əmək haqqı məbləğinin hansı qaydada müəyyən edilməli olduğunu göstərməmişdir. Qeyd olunanlardan görünür ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Apellyasiya məhkəməsinin qərarının mülki iddiaya aid hissədə ləğv edilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü onun Cina yət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılması hissəsində ləğv edilməsi və barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi öz qərarında qeyd olunan mötəbər sübutlara hüquq qiyməti verməmiş, onun 2013-cü ilin MayOktyabr ayları arasındakı dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 323962,61 manat gəlir əldə etməyə görə təqsirli olmaması səbəbdən ona bəraət verilməli olduğu halda apellyasiya məhkəməsi qanunsuz olaraq bunu etməyib. Apellyasiya məhkəməsi nəzərə almayıb ki, məhkəmə istintaqında mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Lokal Gəlirlər Departamentinin nümayəndəsinin vəsatətlərinə əsasən dəfələrlə (ilkin, təkrar v ə komisyon) məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Həmçinin Ekspert səyyar vergi hesablanması materiallarında konkret hansı işlərin xüsusi razılıq (lisenziya) tələb olunan işlərə aid olması öz təsdiqini tapmadığından rəhbəri olduğu “xxxxx” MMC-nin yerinə yetirdiyi işlərin tərkibində lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti üzrə işlərin xalis dəyərini və müvafiq olaraq mənim qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq nə qədər gəlir əldə etməyimi müəyyən edə bilməyib. Bu fakt birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində dindirilmiş ekspertin ifadələri ilə təsdiq olunub. Lakin apellyasiya məhkəməsi mötəbər sübut olan ekspertin ifadəsinə hüquq qiyməti verməyib. Bundan başqa, onun 2013-cü ilin May-Oktyabr ayları arasındakı dövrdə sahibkarlıq fəaliyyəti ilə m əşğul olaraq 323962,61 manat gəlir əldə etməyim məhkəmə iclasında heç bir mötəbər sübutla təsdiq olunmayıb Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, məhkumun kassasiya şikayətinin təmin edilməsi, mülki iddiaçının kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktı nın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkumun kassasiya şikayətində təqsirsiz olmasına dair müddəaları nəzərdən keçirərək məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi sübutların hər birini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi baxımdan qiymətləndirərək Məhkum CM-nin 192.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmu ş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə birinci instansiya məhkəməsinin öz mövqeyini yalnız cinayət mühakimə icraatının aparıldığı dillə əlaqələndirməsini yetərsiz hesab etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusuı ilə tam sübuta yetirilmişdir. Mülki iddiaçı kassasiya şikayətində Apellyasiya məhkəməsinin mülki iddiaya dair gəldiyi nəticənin qanunsuz və əsassız olmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Mülki iddiaçı kassasiya şikayətində mülki iddianın təmin olunmasına dair müddəaları mübahisələndirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli, 5230 saylı; xx xxxx 2018-ci il tarixli, 28233 saylı; xx xxxxxx 2019-cu il tarixli, 49 saylı materialların məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur ki, "xxxxx” MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə 19.741,49 (1.155.937,72 (dövriyyə) x 18% - 139.568,39 (əvəzləşdirilən ƏDV) - 48758,73 (bəyan olunmuş məbləğ)) manat məbləğində ƏDV dövlət büdcəsinə az hesablanmış və həmçinin səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində tutulan vergi üzrə gəldiyi nəticə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum külli miqdar təşkil edən 100.964,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasına dair hissədə gəldiyi nəti cə ilə razılaşaraq hesab edir ki, Məhkum həmin məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması öz təsdiqini tapmamışdır. Onun, "xxxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən 19.741,49 manat ƏDV-nin dövlət büdcəsinə az hesablanması kimi əməli isə hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum külli miqdar təşkil edən 100.964,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasına dair hissədə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara düzgün qiymət vermişdir, çıxarılmış hökm həmin hissədə cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, apel lyasiya məhkəməsi əsaslı olaraq həmin qərarı qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verildiyindən mülki iddianın təmin olunması üçün heç bir əsas yoxdur, mülki iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Res publikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar