Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2 020-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin (hakim F.Yaqubov) 1(042)-3/2018 nömrəli 19 iyul 2018-ci il tarixli hökmü ilə, xx xxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.4 və 66.5 -ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş əsas və əlavə cəzaları Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 iyul 2014-cü il tarixdən hesablanmışdır, 29 oktyabr 1959-cu ildə Naxçıvan Respublikasının Şərur rayonunun, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikasının CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.4 və 66.5-ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarının Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüquq undan məhrum etmə və 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü həbsdə saxlamanın bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 dek abr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddəti, təyin edilmiş 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Cinayət işi üzrə mülki iddia qismən təmin edilmiş "xxxx" MMC-in fəaliyyəti üzrə yaranmış 30.197.89 (otuz min yüz doxsan yeddi manat səksən doqquz qəpik) vergi borcunun Məhkum1 və Məhkum2 müştərək qaydada t utularaq Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3aşma hesabına (VÖEN:**********) keçirilməsi, Məhkum2 tərəfindən vergi borcunun 7000 manat hissəsinin ödənilməsi nəzərə alınması qərara alınmışdır. İşin halları: Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum2 CM-in 213.2.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4an sonra MMC) (VÖEN:**********) tanışı Məhkum1 direktor vəzifəsinə təyin etdirməklə özü həmin cəmiyyətə rəhbərlik edərək vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə bir qrup şəxslə (yəni Məhkum1la) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək yuxarıda göstərilən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 177, 178, 220 və 221-ci maddələrinin tələblərini pozaraq cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamə lərə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 117015,54 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum2 "xxxx" MMC-yə rəhbərlik edərək cəmiyyətin rəsmi direktoru Məhkum1 ilə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2012-ci il üzrə malların təqdim edilməsindən gəliri 506499,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 422083,20 manat, əldə etdiyi mənfəəti 84416,63 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 16882,32 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək 16882,32 manat məbləğində mənfəət vergisini, 2013-cü il üzrə mallar ın təqdim edilməsindən gəliri 11245,72 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 9371,44 manat, əldə etdiyi mənfəəti 1874,28 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 374,86 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək 374,86 manat məbləğində mənfəət vergisini, bundan başqa, 2012-ci ilin 1-ci rübü üzrə Sumqayıt şəhərində təqdim etdiyi mallara görə əldə etdiyi 154678,38 manat hasilatdan 2 faiz dərəcə ilə 3093,56 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək 3093,56 manat məbləğində sadələşdirilmiş vergini, 2-ci rüb üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə əldə etdiyi 86473,54 manat hasilatdan 4 faiz dərəcə ilə 3458,94 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək 3458,94 manat məbləğində sadələşdirilmiş vergini, həmçinin, cəmiyyətin adından 2012-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 483208,33 manat, ƏDV 86977,50 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 86977,50 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 86977,50 manat məbləğində ƏDV-ni, avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 6554,22 manat, ƏDV 1179,76 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 1179,76 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 1179,76 manat məbləğində ƏDV-ni, noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 3813,55 manat, ƏDV 686,44 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 686,44 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 686,44 manat məbləğində ƏDV-ni, dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 12923,72 manat, ƏDV 2326,27 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 2326,27 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 2326,27 manat məbləğində ƏDV-ni, 2013cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 4974,55 manat, ƏDV 895,42 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 895,42 mana t olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 895,42 manat məbləğində ƏDV-ni, mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 6271,16 manat, ƏDV 1128,81 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 1128,81 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 1128,81 manat məbləğində ƏDV-ni, habelə, 2013-cü ilin 1-2-ci rübləri üzrə tabeçiliyində olan işçilərə verdiyi 78,00 manat məbləğində əmək haqqından dövlət büdcəsinə 10,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüblər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini təqdim etməyərək, cəmi 10,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini, həmçinin 17258,18 manat mənfəət vergisi, 6552,25 manat sadələşdirilmiş vergi, 93194,19 ƏDV olmaqla, ümumilikdə külli miqdar təşkil edən 117015,54 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs Məhkum1 CM-in 213.2.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4an sonra MMC) (VÖEN:**********) tanışı Məhkum2 tərəfindən direktor vəzifəsinə təyin olunaraq həmin cəmiyyətdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə bir qrup şəxslə (yəni Məhkum2la) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək yuxarıda göstərilən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyy ə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177, 178, 220 və 221-ci maddələrinin tələblərini pozaraq cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 117015,54 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1 "xxxx" MMC-yə direktor təyin olunaraq həmin cəmiyyətə rəhbərlik edən Məhkum2 ilə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2012-ci il üzrə malların təqdim edilməsindən gəliri 506499,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 422083,20 manat, əldə etdiyi mənfəəti 84416,63 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 16882,32 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək 16882,32 manat məbləğində mənfəət vergisini, 2013-cü il üzrə malların təqdim edilməsindən gəliri 11245,72 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 9371,44 manat, əldə etdiyi m ənfəəti 1874,28 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 374,86 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək 374,86 manat məbləğində mənfəət vergisini, bundan başqa, 2012-ci ilin 1-ci rübü üzrə Sumqayıt şəhərində təqdim etdiyi mallara görə əldə etdiyi 154678,38 manat hasilatdan 2 faiz dərəcə ilə 3093,56 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək 3093,56 manat məbləğində sadələşdirilmiş vergini, 2-ci rüb üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə əldə etdiyi 86473,54 manat hasilatdan 4 faiz dərəcə ilə 3458,94 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, həmin rüb üzrə bəyan namə təqdim etməyərək 3458,94 manat məbləğində sadələşdirilmiş vergini, həmçinin, cəmiyyətin adından 2012-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 483208,33 manat, ƏDV 86977,50 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 86977,50 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 86977,50 manat məbləğində ƏDV-ni, avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 6554,22 manat, ƏDV 1179,76 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 1179,76 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 1179,76 manat məbləğində ƏDV-ni, noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 3813,55 manat, ƏDV 6 86,44 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 686,44 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 686,44 manat məbləğində ƏDV-ni, dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 12923,72 manat, ƏDV 2326,27 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 2326,27 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 2326,27 manat məbləğində ƏDV-ni, 2013cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 4974,55 manat, ƏDV 895,42 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 895,42 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 895,42 manat məbləğində ƏDV-ni, mart ayı üzrə təqdim etdiy i ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 6271,16 manat, ƏDV 1128,81 manat, əvəzləşdirilən ƏDV olmadığı və dövlət büdcəsinə ödənilməli ƏDV 1128,81 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək 1128,81 manat məbləğində ƏDV-ni, habelə, 2013-cü ilin 1-2-ci rübləri üzrə tabeçiliyində olan işçilərə verdiyi 78,00 manat məbləğində əmək haqqından dövlət büdcəsinə 10,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüblər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini təqdim etməyərək, cəmi 10,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini, həmçinin 17258,18 manat mənfəət vergisi, 6552,25 manat sadələşdirilmiş vergi, 93194,19 ƏDV olmaqla, ümumilikdə külli miqdar təşki l edən 117.015,54 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə isə təqsirləndirilən şəxs Məhkum2 tanışı Məhkum1la qabaqcadan əlbir olub, 14 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-in (VÖEN: **********) direktoru vəzifəsinə Məhkum1 təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi fəaliyyəti üzrə 14 saylı Ərazi Vergilər idarəsinə ƏDV, ödəmə mənbəyində tutulan vergi və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə, sadələşdirilmiş vergi üzrə 33.552,87 manat, ƏDV üzrə 2.991,35 manat, mənfəət vergisi (2013-cü il üzrə) 653,67 manat, ümumilikdə 37.197,89 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, Məhkum1 Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4an sonra MMC) (VÖEN:**********) tanışı Məhkum2 tərəfindən direktor vəzifəsinə təyin olunaraq həmin cəmiyyətdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə bir qrup şəxslə (yəni Məhkum2la) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək yuxarıda göstərilən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177, 178, 220 və 221-ci maddələrinin tələblərini pozaraq cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, sadələşdirilmiş vergi üzrə 33.552.87 manat, ƏDV üzrə 2.991.35 manat, mənfəət vergisi (2013-cü il üzrə) 653.67 manat, ümumilikdə 37.197.89 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əlizamin Abdullayev, hakimlər Salman Hüseynov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-05/2020 nömrəli 13 noyabr 2020-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən (əməlində cinayət tərkibi olmadığına görə) xitam verilmiş, mülki iddia qismən təmin edilmiş, "xxxx" MMC-in fəaliyyəti üzrə yaranmış 30.197,89 (otuz min yüz doxsan yeddi manat səksən doqquz qəpik) vergi borcu Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Sumqayıt şəhəri, Corat Ş TQ, ev 429 olan "xxxx" MMC-in hesablaşma hesabına (VÖEN:**********) keçirilmişdir. Mülki iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və mülki iddia tam, yəni 110.015,54 manat məbləğində təmin olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kassasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı verilmiş 06 mart 20 18-ci il tarixli təkrar və 31 may 2018-ci il tarixli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilərək mülki iddia qismən 37.197,89 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də Gədəbəy Rayon Məhkəməsinin gəldiyi nəticələr düzgün hesab etmiş, işin apellyasiya instansiyasında baxılması zamanı keçirilmiş təkrar komisyon ekspertizanın 18.02.2020-ci il tarixli rəyinə əsasən birinci instansiya məhkəməsində alınmış rəyin nəticələri təsdiq etmişdir. Kassator faktlara və hüquq normalarına əsaslanaraq məhkəmənin qeyd edilən qərarını əsassız və qanunsuz hesab edərək onun ləğv olunmasını bildirir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, eləcə də məhkəməyə təqdim olunmuş sübutlar hərtərəfli, tam v ə obyektiv qaydada araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, qərəzsizlik prinsipi pozulmuşdur. İş materiallarında da göründüyü kimi həm ittiham aktının əsasını təşkil edən rəy, həm də məhkəmələrin sübut kimi qəbul etdiyi rəylər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmişdir. Eyni qurum tərəfindən iki fərqli rəyin verilməsi məhkəmədə şübhə yaratmalı hal idi. Bundan əlavə, vergi qanunvericiliyinə edilmiş dəyişiklikliyə əsasən rəy verilməsi hüquqi məsələdir və məhkəmə-mühasibatlıq ekspertizasının predmeti olmadığı halda ekspertlər tərəfindən hüquqi məsələlər üzrə rəy verilmişdir. Hesab edirik ki, məhkəmə belə qənaətə gəlməkdə haqlı olmamışdır. Çünki ekspert rəylərinin mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməzliyi barədə kifayət qədər əsaslar va rdır. Apellyasiya instansiyası məhkəmənin qərarı qanunsuz olduğundan ləğv edilməli, mülki iddia məbləği tam təmin edilərək məhkəmə istintaqı zamanı ödənilmiş 7.000 manat nəzərə alınmaqla təqsirləndirilən şəxslər tərəfindən ödənilməkdən yayındırılmış 110.015,54 manatın Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli - qərarın mülki iddianın qismən təmin edilm əsi hissəsi ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili cinayət işi üzrə mülki iddiaçı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mülki iddiasının əsassız olaraq tam təmin olunmamasıdır. Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlili ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 sentyabr 2016-ci il tarixli 17425 nömrəli ekspert rəyi ilə yoxlamanın əhatə etdiyi dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 117.015,54 manat məbləğində vergilərin az hesablanması müəyyən edilmişdir. Buna uyğun olaraq istintaq orqanı tərəfindən "xxxx" MMC-yə rəhbərlik etmiş Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin məbləğin onlardan müştərək qaydada tutulması barədə cinayət işi üzrə mü lki iddia qaldırılmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 06 mart 2018-ci il tarixli, 27776 nömrəli, 31 may 2018-ci il tarixli, 10525 nömrəli və 18 fevral 2020-ci il tarixli, 1698 nömrəli rəyləri ilə "xxxx" MMC tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 37.197,89 manat məbləğində vergilərin az hesablanması müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş təkrar komisyon ekspertizasının 18 fevral 2020-ci il tarixli, 1698 nömrəli rəyində bundan əlavə qeyd edilmişdir ki, ekspertizaların arasında fərq 08 sentyabr 2016-ci il tarixli 17425 nömrəli ekspert rəyi ilə aparılmış hesablamalar «Azərbaycan Respublikası Vergi Məcəll əsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384 İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələbləri əsas götürülməklə hesablanması, 06 mart 2018-ci il tarixli 27776 nömrəli və 31 may 2018-ci il tarixli 10525 nömrəli ekspert rəylərində isə aparılmış hesablamalar müəssisə üzrə yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin tələblərinə əsasən aparılması ilə izah edilmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları – ekspertiza rəyləri qiymətləndirərək "xxxx" MMC-in 37.197,89 manat məbləğində vergiləri ödəməkdən yayınmasına dair nəticəyə gəlmiş və bu məbləğ işin birinci instansiya icraatı zamanı xeyli miqdar təşkil etdiyindən təqsirləndirilən şəxslərin əməli hökm çıxarılmış vaxt qü vvədə olan Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə tövsif etmiş, təqsirləndirilən şəxslərin 7000 manat ödəmələri nəzərə alıb mülki iddianı qismən - 30.197,89 manat hissəsində təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də ekspertiza rəylərini qiymətləndirərək "xxxx" MMC-in 37.197,89 manat məbləğində vergiləri ödəməkdən yayınmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət işi üzrə ekspertiza rəylərinin Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamını müdafiə et miş prokuror da Məhkum1 və Məhkum2 əməllərinin həcmi barədə eyni nəticəyə gələrək, apellyasiya icraatı zamanı qüvvədə olan (“Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli Qanunla CM-in 213-cü maddəsinin Qeyd hissəsinə edilmiş dəyişiklikləri nəzərə almaqla) cinayət qanunu 37.197,89 manat məbləğində vergiləri ödəməkdən yayınması Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi yaratmadığı üçün, Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinin tələblərinə əsasən Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 41.1.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı ittihamdan imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərarı çıxarır. Qanunun yuxarıda qeyd edilən norması imperativ xarakter daşıyır və bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi barədə qərarı əsaslı və qanuna uyğun hesab edir. Odur ki, mülki iddiaçının mülki iddianın tam şəkildə ödənilməli olması barədə dəlili işin halları ilə ziddiyyət təşkil etdiyindən əsaslı sayıla bilməz. Bununla yanaşı məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olması barədə münasibət bildirməyinə baxmayaraq aşağıdakılara əsasən Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarının mülki iddianın təmin edilməsi hissəsi əsassız hesab edərək ləğv etmək qərarına gəlir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 1(042)-3/2018 saylı hökmü ləğv edilmiş, Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməlində cinayət tərkibi olmadığına görə) xitam verilmiş və mülki iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır. - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanmas ı. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı yalnız cinayət törədilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki iddia verilə bilər və belə iddia yalnız məhkəmə ittiham hökmü ilə həll edilir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarına əsasən Məhkum1 və Məhkum2 əməlləri cinayət hesab olunmamış və barələrində cinayət törədilməsində təqsirləri müəyyən edən hökm çıxarılmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə icraata xitam verməkdə haqlı olsa da mülki iddianı qismən təmin etməkdə haqlı olmamış və nəticə yuxarıda qeyd olunan prosessual qanunun tələblərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli – qərarın mülki iddianın qismən təmin edilməsi hissəsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. Qərar mülki iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Qərarın qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-895/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-895/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver