Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 1(103)-1522/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs oğlu 1984-cü il sentyabrın 30-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olmamış, fərdi qaydada fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 23 dekabr 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 149.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 2009-cu ildən Şahid il ə qeyri-rəsmi nikah münasibətinə daxil olmaqla sonuncunun keçmiş əri X3 ilə birgə nikahından anadan olmuş və onlarla birlikdə yaşayan övladı Zərərçəkmiş şəxs 2005-ci il 21 yanvar təvəllüdlü olduğunu dəqiq bildiyi halda 2020ci il yanvarın 24-də saat 01-02 radələrində Şahid evdə olmamasından istifadə edərək cinsi ehtirasını ödəməkdən ötrü yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 29 saylı evin yataq otağındakı çarpayıda yatan Zərərçəkmiş şəxs üstünə çıxıb sonuncunun əynindəki paltarını çıxarmış, qollarını və ağzını əlləri ilə tutmaqla zor tətbiq etmiş, iradəsinə zidd olaraq zorla təbii yolla cinsi əlaqədə olub onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamış, nəticədə 2020-ci il avqustun 08-də tibbi müayinə zamanı sonuncuda 29 həftəlik hamiləlik m üəyyən edilmişdir.
4. Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 avqust 2020-ci il tarixdən hesablanmışdır.
5. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 1(103 )-1522/2021 saylı qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla əsassız məhkum edildiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1522/2021 saylı cinayət işi üzrə 14 oktyabr 2021-ci il tarixli qərarını ləğv edərək, barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 10 Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 11.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilm ir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya insta nsiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
14. Məhkum Babayev Natiq Əlamət oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi i ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Təqsirləndirilən şəxs oğlunun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdı ğı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
17. Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinay ət əməlində təqsiri, zərərçəkmiş şəxsin,onun nümayəndəsi və şahidlərin ifadələri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə tövsif etmişdir.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmü ş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs oğlunun hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs oğlunun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəy ə gəlmişdir.
19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs oğlunun əməlinin Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən ha lların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilmiş, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
20. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi ilk qərarlarından başlayaraq dəfələrlə qeyd et mişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
22. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna də lalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırm a aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs oğlunun barəsində olan 14 oktyabr 2021-ci il tarixli, 1(103)-1522/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Məhkum Təqsirləndirilən şəxs oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 1(103)-15 22/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.