Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmi ş kassasiya protestinə, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 14 yanvar 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, qanunsuz olaraq narkotik vasitələrin satışı məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - 2,419 qram çəkidə t iryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Qurtuluş prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkcənin sağ döş cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. 3. 02 fevral 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci ins tansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - 2,419 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə 2,419 qram heroin aşkar edilib götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-196/2022 nömrəli, 07 iyul 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 sentyabr 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək 9 (doqquz) ay 8 (səkkiz) gün müddətində həbsdə saxlanıldığı bir günün iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanıb 1 (bir) il 6 (altı) ay 8 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, işin faktiki hallarına uyğun olmadığından hökmün lə ğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Həmin hökmdən Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum bəraət verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-196/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 sentyabr 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək 9 (doqquz) ay 8 (səkkiz) gün həbsdə saxlanıldığı müddətdə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, eləcə də Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfind ən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protestində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi yekun qərarını qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada qiymətləndirməmiş və tədqiq etməmiş, bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Cinayət-prosessual qanunvericiliyinin bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
11. Kassasiya şikayətində Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir. III. Hüquqi məsələlər
12. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətd ə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
13. Məhkum və müdafiəçisi Müdafiəçi2 birgə verdikləri kassasiya şikayətində məhkum edilmiş şəxsin cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi iddia etməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
14. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarını n, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli ol an insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
19. Şərh edilən maddi və prosessual cinayət-hüququ nor malarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası həm dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi, həm də ki məhkumun törətdiyi əməldə təqsirliliyinin sübuta yetirilməməsi üzrə müdafiəçisinin dəlillərini əsassız hesab edir.
20. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlilləri (aşağıda 23-32-ci paraqraflarda şərhi verilən yeni dəlili istisna olmaqla), eləcə də kassasiya şikayətinin müəllifinin hazırkı dəlilləri bütövlükdə olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin bax ılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi və onun təqsirliliyi məhkəmədə tədqiq olunmuş sübutlarla – müdafiəçisinin iştirakı ilə şübhəli (cild 1 səh. 45-49) və təqsirləndirilən şəxs (cild 1 səh. 58-61) qismində dindirilərkən verdiyi etirafedici ifadələri, barəsində həbs qətimkan tədbiri seçilərkən istər özünün, istərsə də müdafiə çisinin müvafiq təqdimata baxan məhkəməyə cinayətin törədilməsində təqsirli olmadığının bildirməməsi (cild 1 səh. 68), şahid ifadələri, həqiqiliyi məhkəmə-xətşünaslıq ekspertiza rəyi ilə təsdiq edilmiş istintaq hərəkətlərinin protokolları, digər ekspert rəyləri, habelə iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq verilmiş apellyasiya protestinə münasibətdə təkcə məhkumun Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 2,419 qram çəkidə olması faktının onun əməlinin narkotik vasitənin satışı kimi tövsif edilməsi üçün əsas hesab edilə bilinmədiyi, apellyasiya şikayətinə münasibətdə isə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədi lməsində təqsirliliyinin əvvəlki paraqrafda sadalanan sübutlarla təsdiqləndiyi barədə nəticəyə gəlmişdir.
23. Kassasiya protestinin Məhkum istifadə etdiyi telefon nömrələri ilə müxtəlif nömrələr arasında apardığı telefon danışıqlarının məzmununa dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan 28 dekabr 2021-ci il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokolda "xxxx" MMC-nin 8 dekabr 2021-ci il tarixli, BKC/LGL-22528/21 nömrəli məktubuna əlavə edilmiş diskə baxış zamanı Məhkum istifadə etdiyi "xxxx" MMC-nə məxsus nömrələrdən müxtəlif nömrələrə zəng edilərək danışıqların olduğu, həmin telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatın aşkar edilmədiyi müəyyən edilmişdir (cild 1, səh.135).
24. Cinayət işinin materiallarında olan 3 yanvar 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın 4-cü səhifəsində həmçinin Məhkum istifadə etdiyi "xxxx" MMC-nə məxsus nömrələrdən müxtəlif nömrələrə zəng edilərək danışıqların olduğu, həmin telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatın aşkar edilmədiyinin müəyyən olunduğu öz əksini tapmışdır (cild 1, səh.139).
25. Daha sonra 14 yanvar 2022-ci il tarixdə Cəlilabad rayon prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktının 5-ci səhifəsində Məhkum istifadəsində olmuş nömrələrdən aparılmış telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatın aşkar edilmədiyi növbəti dəfə təkrarlanmışdır (cild 1, səh.165).
26. Birinci instansiya məhkəməsində aparılmış icraat döv rünə aid materiallar nəzərdən keçirildikdə, dövlət ittihamçısının Məhkum istifadəsində olmuş nömrələrdən aparılmış telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatın məhkəmənin diqqətinə çatdırılması halı müəyyən edilmir (cild 2, səh. 3-169).
27. Eyni ilə, birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində dövlət ittihamçısı ittihamçısının Məhkum istifadəsində olmuş nömrələrdən aparılmış telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatın məhkəmə tərəfindən tədqiq edilmədiyi, əməlin tövsifini müəyyən edərkən həmin məlumatların nəzərə alınmadığı barədə dəlil qaldırmamışdır (cild 2, səh. 195201).
28. Nəhayət, verilmiş apellyasiya protestinə baxışına aid sənədlərdən də müəyyən edilir ki, dövlət ittihamçısı Məhkum istifadəsində olmuş nömrələrdən aparılmış telefon danışığı məlumatlarında iş üçün əhəmiyyət kəsb edən məlumatın olduğuna dair dəlilini apellyasiya instansiyası qarşısında qaldırmamışdır (cild 2, səh. 226-256).
29. Kassasiya protestinin şərh olunan dəlilli ilə əlaqədar məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 32.1, 32.2, 32.2.3, 32.2.5 və 32.2.7 maddələrinin ümumi məzmununa görə, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyy ətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir. Məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır.
30. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 419.1 və 419.11-ci maddələrinin ümumi məzmununa görə kassasiya baxışının hüdudları cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayəthüquqi tələblə birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanun vericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının cinayət təqibinin heç bir mərhələsində araşdırma predmeti olmayan, ilk dəfə kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə həmin dəlilinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və dövlət ittihamçısının məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
33. Kassasiya şikayətinin ibtidai istintaqın ilkin mərhələlərində yol verilmiş prosessual pozuntuların Məhkum bəraət verilməsinə əsas olması ilə bağlı dəlillərinə gəldikdə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına istinad etməyi zəruri hesab edir.
34. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələbinə uyğun olub-olmadığı müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətd ə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).
35. Kassasiya şikayəti ilə hazırda mübahisələndirilən qərardan da göründüyü kimi, həmin qərarını qəbul edən apellyasiya instansiyası məhkəməsi keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən mötəbərliyi şübhə altına qoyulan sübutları Məhkum qarşı ittiham xarakterli sübut kimi qiymətləndirməkdən imtina etmiş (cild 2 səh. 267), onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə təqsirliliyini hazırki qərarın 21-ci paraqrafında sadalanan sübutların məcmusu üzərində müəyyən etmişdir.
36. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə gəldiyi qərarı işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublika sı CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi əməlində təqsirliliyinin və həmin cinayətin hüquqi tövsifi barədə qərarını şübhə altına almaq üçün əsas görmür.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya inst ansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilən kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti t əmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-766/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.