Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 16 may 2023-cü il tarixli 1(006)-143/2023 nömrəli hökmü ilə 18 aprel 1982-ci il tarixdə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 2, nömrəsiz evdə yaşamış X2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin ha lları: İttihama əsasən X4 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,375 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 05 oktyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin Narkoliklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində həmin gün saat 17:40-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə 0,375 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 11 oktyabr 2023-cü il tarixli, 1(103)-1480/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(006)-143/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmə baxışında məhkəmə istintaqı zamanı apar ılmış araşdırmalarla müəyyən edilmişdir ki, C.M.Hüseynov saxlanılan andan etibarən üzərində narkotik olması ilə bağlı hər hansı etiraf etməmiş, sənədləri könüllü imzalamamış və yalnız kənar təsirlər altında videoçəkiliş zamanı üzərində narkotik olmasını etiraf etməsi öz təsdiqini tapmış, o, yalnız təhqiqat zamanı sənədlərə təzyiq altında imza etmiş, istintaq zamanı isə heç vaxt özünü təqsirli bilməmiş və sənədləri də imzalamaqdan imtina etmiş, təhqiqat zamanı sənədləri könüllü deyil, qeyri-könüllü, təsir altında imzalamasını sonradan təsdiq edə bilməsi üçün sənədləri daimi çəkdiyi imzası ilə deyil, fərqli formada imzalamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, məhkəmə kollegiyasının əsaslandığı, əvvəllər dəfələrlə və yalnız azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs Coşqun Hüseynovun ifadəsində qeyd etdikləri ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla təkzib olunmaqla onun özünü müdafiə etmək üçün gətirdiyi arqumentlərdir. Coşqun Hüseynovun döyülməyə məruz qalması halı olmadığını təsdiq edən bir neçə sübut mövcuddur. Coşqun Hüseynovun üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair aparılmış istintaq hərəkətinin video çəkilişindən də, sonuncunun sərbəst şəkildə üzərindəki qanunsuz əşyanı təqdim etdiyi, ona məxsus olduğunu qeyd etdiyi müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, Coşqun Hüseynov saxlanılarkən hər hansı qanunsuz təsirə, döymə və ya işgəncəyə məruz qalmamış, şübhəli şəxs kimi faktı təsdiq etməsinə dair vermiş olduğu ifadəsini və digər sənədləri öz iradəsi ilə vermiş və imzala mışdır. Coşqun Hüseynovun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkcə onun etirafedici ifadəsi ilə deyil, cinayət işinin materiallarında olan kifayət qədər sübutlarla, şəxsi axtarış və maddi sübutun götürülməsinə dair istintaq hərəkətini özündə əks etdirən şəxsin sərbəst şəkildə üzərindəki narkotik vasitəni könüllü təqdim etməsi və ona məxsus olmasını bildirməsinə dair videogörüntü, ittiham aktında çağırılmalı olan şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid E.G.Quliyevin ifadəsi, iş üzrə alınmış məhkəmə-kimyəvi ekspertizası rəyi və təqsirləndirilən şəxsin barəsində Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə hökmünün əsaslandığı digər cinayət işinin istintaqı zamanı əldə edilmiş və hazırkı cinayət işinə əla və edilmiş məhkəmə-narkoloji ekspertizası rəyi ilə və hazırkı cinayət işində olan digər sübutlarla öz təsdiqini tapmışdır. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən C.M.Hüseynovun tək deyil, E.G.Quliyevlə birgə saxlanılması və əməliyyat tədbirində 2 nəfər polis əməkdaşının deyil, 4 nəfər əməkdaşın iştirak etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı vaxtda cəmiyyətin qaçılmaz bəlası olan narkotiklə mübarizə polis orqanlarının əsas vəzifəsidir və Bakı şəhərinin digər rayonlarına nisbətən Nəsimi rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi daha kəskindir, belə olan halda inzibati ərazidə 2, 4, 6 və ya daha çox sayda polis əməkdaşının hadisənin baş verdiyi ərazidə olması, həmin ərazidən şübhəli şəxsin 2 şəxs tərəfindən saxlanıl araq, polis idarəsinə, şöbəyə və ya bölməyə gətirilməklə, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya psixotrop maddə çıxdığı halda, həmin faktı şübhə altına ala bilməz. Necə ki, X13 RPİ-nin NMB-nin əməliyyatçısı X8 və X16 tərəfindən saxlanılması 01 fevral 2023-cü il tarixli hökmlə təsdiq olunmaqla yanaşı, Coşqun Hüseynovun da polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən saxlanılması hazırkı cinayət işi materialları ilə tam təsdiqini tapır. Hazırkı iş materiallarında da göründüyü kimi, Coşqun Hüseynov 05 oktyabr 2022-ci il tarixdə təsadüfən, özünü şübhəli aparması səbəbindən deyil, sonuncunun narkotik vasitəni əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə kiçik inspektor Şahid1 ib arət tərkibdə yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirinin nəticəsində saxlanılmışdır. Eldar Quliyevin barəsində olan 01 fevral 2022-ci il tarixli hökmdən də görünür ki, sonuncu 05 oktyabr 2022-ci il tarixdə NMB-nin əməkdaşları X8 və X11 ibarət tərkibdə yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri ilə saxlanılmışdır. Eldar Quliyevin və Coşqun Hüseynovun 05 oktyabr 2022-ci il tarixdə saxlanıldıqları yerdə 2 əməliyyat qrupunun üzvü olan 4 polis əməkdaşının olması və əməliyyat qrupu üzvlərinin daxil olmuş məlumat əsasında müvafiq olaraq X8 və X11 ibarət tərkibdə yaradılmış bir əməliyyat qrupunun və Şahid2 və Şahid1 ibarət tərkibdə yaradılmış digər əməliyyat qrupunun əməliyyat məlumatında qeyd edilən əlamətlərinə uyğun olaraq müvafiq olara q “Eldar” adlı və “Coşqun” adlı şəxsin 05 oktyabr 2022-ci il tarixdə eyni ünvanda keçirilmiş tədbir nəticəsində ayrı-ayrılıqda saxlamaları, polis idarəsinə gətirmələri, saxlanılan şəxslərin üzərindən qanunsuz vasitənin çıxması faktını hansı səbəbdən şübhə altına alması, hətta şəxsə bəraət verməsinə əsas olması anlaşılan deyildir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində 05 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsi 110 ünvanının qarşısında Coşqun Hüseynovu tək saxladıqlarını, saxlanılan zaman onun işini sənədləşdirməmələrini xahiş etdiyini, onsuz da barəsində Binəqədi rayon Məhkəməsində iş getdiyini bildirdiyini, Nəsimi RPİ-də X2 qarşı heç bir zor tətbiq olunmadığını bildirmişlər. C.M.Hüseynov saxlanılandan sonra onun üzərinə dərhal baxış keçirilməməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, Coşqun Hüseynovun ünvan 4 ünvanın qarşısında saxlanaraq hüquqları məhdudlaşdırıldığı andan o, şübhəli şəxs kimi tutulmuş, onun üzərinə şəxsi axtarışın şübhəli şəxs qismində tutulduqdan 1 saat 50 dəqiqə sonra aparılmasının səbəbi sonuncunun saxlanıldığı yerdən müvafiq polis bölməsinə gətirilərkən yolda sərf olunmuş zaman (tıxac, nəqliyyat vasitəsinin xarab olması və s.) həmçinin sonuncunun müdafiə hüquqlarının təmin edilməsi məqsədilə müvafiq müdafiəçinin təyin və dəvət olunması və bununla bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması ilə əlaqədar olmuşdur. Cinayət işinin materiallarından da göründüyü kimi, Coşqun Hüseynov şübhəli şəxs qismində tutularkən onun müdafiə hüquqları pozu lmamış, onun istəyi ilə 14 saylı Hüquq Məsləhətxanasının vəkili X3 müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış adıçəkilən müdafiəçinin iştirakı ilə aparılmışdır. Göründüyü kimi, şəxsin saxlanıldığı 17.40-dan üzərinə baxış keçirilənədək olan 1 saat 50 dəqiqə müddətin keçməsi yuxanda qeyd olunan hüquqlarının təmini üçün real vaxt aralığıdır və bu hal şübhəli şəxsin formal deyil, keyfiyyətli hüquqi yardım almaq hüququnun təmininin realizə edilməsindən xəbər verir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs Coşqun Hüseynovun ifadəsinə digər süb utlara nisbətdə çox üstünlük vermişdir ki, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutla r təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla X1 təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrə istinadən yan lış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanı X1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli protokolu, C.Hüseynovun tutulmasında və onun şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid1 şahid ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmişlər ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişdir ki, X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutla r məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X2 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən mə hkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi ü zrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, C.M.Hüseynovun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, məhkəmələrin gəldiyi nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, X1 narkotik vasitəni hər hansı bir konkret şəxsdən a lması müəyyən edilməmişdir. X2 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitə olan heroinin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 okt yabr 2022-ci il tarixdə dostu X6 ilə birlikdə Təzə Bazarın yanında olarkən 4 nəfər polis əməkdaşı yaxınlaşaraq onları saxlamışlar və Nəsimi RPİ-yə gətirmişlər. Tutulduğu vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. İdarədə onları ayrı-ayrı otaqlara salmışlar və ona demişlər ki, üzərində narkotik olması ilə bağlı sənədləri imzalamalıdır, əks halda külli miqdarda narkotiklə sənədləşləşdirəcəklərini bildirmişlər. Polis əməkdaşların təzyiqi altında sənədlərə imza etmişdir. Onları Səməd, Elmir, İlkin və Elnur adları olan polis əməkdaşları saxlayıb polis bölməsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 təqsirləndirilən şəxs C.M.Hüseynovun ifadəsini təsdiq etmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, polis əməkdaşları tərəfindən C.M.Hüseynovun üzərində ax tarış dərhal tutulduğu yerdə deyil, polis bölməsində 1 saat 50 dəqiqədən sonra aparılmış, həmin vaxt C.M.Hüseynov onu tutulmuş polis əməkdaşlartının tam nəzarəti altında olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmündən görünür ki, X6 (hazırki iş üzrə şahid) 05 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİyə aparılmış və orada üzərindən narkotik vasitə aşkar edilmişdir. Hökmdən həmçinin müəyyən edilir ki, E.G.Quliyevi saxlayan polis əməkdaşları Nəsimi RPİ-nin NMB-nin əməliyyatçısı X8 və X16 olmuşdur. Yeni qeyd edilən hökmlə Eldar Quliyevin eyni tarixdə, eyni yerdə C.M.Hüseynovun qeyd etdiyi polis əməkdaşları tərəfindən tutulması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab ed ir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutları və işin didər materiallarını nəzərə alıb əsaslı olaraq nəticəyə gəlmişdir ki, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən C.M.Hüseynovun tək deyil, E.G.Quliyevlə birgə saxlanılması və əməliyyat tədbirində 2 nəfər polis əməkdaşının deyil, 4 nəfər əməkdaşın iştirak etməsi öz təsdiqini tapmışdır. Lakin istintaq orqanı tərəfindən dörd nəfər polis əməkdaşı tərəfindən C.M.Hüseynov və E.G.Quliyev birlikdə saxlanılsa da əməliyyatın keçirilməsi ilə bağlı məlumatlar ilk andan təhrif edilərək fərqli formada sənədləşdirilmişdir. Digər tərəfdən şəxsi axtarış və baxış dərhal hadisə yerində saxlanılarkən keçirilməsinin mümkünsüzlüyü barədə hər hansı bir sənədləşdirmə aparılmamışdır. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana q arşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Göründüyü kimi, məhkəmələr mübahisələndirilən bəraət hökmündə cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-in 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 145-ci maddələrinin müddəalarına tam riayət edilməsini təmin etmiş, bütün yuxarıda qeyd edilən ümumilikdə götürdükdə, məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsinə əsas ola biləcək qanun pozuntularına yol verməmişdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları, Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırki iş üzrə ittihamın əsasını təşkil edən X1 istintaq zamanı verdiyi ifadə, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli protokolu və Şahid2 və Şahid1 ifadələrini qiymətləndirərək əsaslı nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Göründüyü kimi, məhkəmələr hazırki cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası CM-in 234.1-ci madd əsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutların mötəbərliyinə kifayət qədər şübhələr mövcuddur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsa sən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunverici lik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyası işin hallarını və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq, hesab edir ki, məhkəmələrin C.M.Hüseynovun elan edilmiş ittihamda təqsirinin mötəbər sübutlarla təsdiq olunmaması və bu əsasla ona bəraət verilməsinə dair gəldiyi nəticə qanunun yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun gəlir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X4 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Ba rbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, bun a dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-895/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-895/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver