Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-896/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 qeydiyyatda olan və ünvan 2 yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 yatalxanasında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 5 qeydiyyatda olan və ünvan 6 yaşayan Məhkum4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamamorta təhsilli, subay, işləməyən, əvvə llər məhkum edilməmiş, ünvan 7 qeydiyyatda olan və ünvan 8 yataqxanasında yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyev Ceyhun Zülfüqar oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vüqar Məmmədov) Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (ik i) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 06 may 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM -nin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlandığı 1 il 03 ay 08 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 9 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qurbanov) apellyasiya protesti və apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 ondan ötrü Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Belə ki, Məhkum1 10 aprel 2019-cu il tarixdə, saat 16 radələrində, tamah niyyəti il ə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Məhkum2, yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3, X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «XXX» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1.500 (bir min beş yüz) manat dəyərində 1 (bi r) ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd yüz on) manat, bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 aprel 2019-cu il tarixdə, saat 23 radələrində, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidə apardıqdan və evdə heç kəsin olmadığına əmin olduqdan sonra, açıq vəziyyətdə olan həyət qapısından həyətə daxil olmaqla, evə istintaqa məlum olmayan üsulla qan unsuz daxil olub evin 2-ci mərtəbəsindəki yataq otağından 600 (altı yüz) manat dəyərində olan 1 (bir) ədəd «Mitsubişi» markalı kondisionerin hava vuran hissəsini və həmin otaqdakı çarpayının üzərindən 400 (dörd yüz) manat dəyərində olan «Louis Vuitton» firmasına aid 1 (bir) ədəd yataq örtüyünü gizli yolla talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 1.000 (bir min) manat, vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3.410 (üç min dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Məhkum2 və yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 aprel 2019-cu il tarixdə saat 20:30 radələrində, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən bir ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 ondan ötrü Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişd ir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Belə ki, Məhkum2 10 aprel 2019-cu il tarixdə, saat 16 radələrində, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Məhkum1, yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3, X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «XXX» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1.500 (bir min beş yüz) manat dəyərində 1 ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd y üz on) manat, bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 aprel 2019-cu il tarixdə, gecə, saat 23 radələrində, Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinin həyətinə bir qədər əvvəl içəridən açıb çıxdıqları və açıq vəziyyətə qalmış həyət qapısından daxil olub, həyətdə olan evin qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq 1-ci mərtəbənin əsas girişin dəhlizdəki qapısının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, yardımçı girişdə olan dəhlizdəki qapının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, mətbəxin qapısının üzərindən 300 (üç y üz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, dəhlizdə hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 600 (altı yüz) manat dəyərində 3 (üç) ədəd lüstrü, 2-ci mərtəbədəki qonaq otağından hər birinin dəyəri 10.000 (on min) manat olan 20.000 (iyirmi min) manat dəyərində 2(iki) ədəd bürüncdən hazırlanmış lüstrü, 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını, 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, sanitar qovşaqdan 120 (yüz iyirmi) manat dəyərində 1(bir) ədəd su qızdırıcı aparatı, hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd su krantını və 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 22.720 (iyirmi iki min yeddi yüz iyirmi) manat, bundan sonra o, tamah niyyəti i lə özgənin əmlakını gizli olaraq talama məqsədilə Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 aprel 2019-cu il tarixdə, gecə, saat 01 radələrində yenidən Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin mətbəxindən 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd su kranını, 600 (altı yüz) manat dəyərində 1(bir) ədəd «LG» markalı paltaryuyan maşını, dəhlizdən 2.000 (iki min) manat dəyərində 1 (bir) ədəd pərdəni və 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını gizli talayıb, cəmi 2.900 (iki min doqquz yüz) manat, vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 28.030 (iyirmi səkkiz min otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum2 tanışları Məhkum1 və yetkinlik yaşına çatmamış xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3 ilə, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 20 aprel 2019-cu il tarixdə, saat 20:30 radələrində, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən 1 (bir) ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, 1 (bir) ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və 1 (bir) ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkum4 ondan ötrü Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 aprel 2019cu il tarixdə, gecə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyət qapısından içəri girib, sonra isə evin giriş qapısından evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxdən 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində olan su kranını, evin birinci mərtəbəsindəki mətbəxdən 1 (bir) ədəd 600 (altı yüz) manat dəyərində «LG» markalı paltaryuyan maşını, dəhlizdən 2.000 (iki min) manat dəyərində 1 (bir) ədəd pərdəni və 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkum3 ondan ötrü Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəx s halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3 10 aprel 2019-cu il tarixdə, saat 16 radələrində, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Məhkum2, Məhkum1, X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «XXX» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri il ə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1.500 (bir min beş yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd yüz on) manat; bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 aprel 2019-cu il tarixdə, gecə saat 23 radələrində, Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinin həyətinə bir qədər əvvəl içəridən açıb çıxdıqları və açıq vəziyyətə qalmış həyət qapısından daxil olub, həyətdə olan evin qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq 1-ci mərtəbənin əsas girişin dəhlizdəki qapısının üzərindən 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, yardımçı girişdə olan dəhlizdəki qapının üzərindən 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, mətbəxin qapısının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, dəhlizdə hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 600 (altı yüz) manat dəyərində 3(üç) ədəd lüstrü, 2ci mərtəbəd əki qonaq otağından hər birinin dəyəri 10.000 (on min) manat olan 20.000 (iyirmi min) manat dəyərində 2 (iki) ədəd bürüncdən hazırlanmış lüstrü, 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, sanitar qovşaqdan 120 (yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd su qızdırıcı aparatı, hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd su kranını və 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 22.720 (iyirmi iki min yeddi yüz iyirmi) manat, vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 25.130 (iyirmi beş min yüz otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğur luq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmamış - xx.xx.2003-cü il tarixdə anadan olmuş Məhkum3 tanışları Məhkum2 və Məhkum1 ilə, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 20 aprel 2019-cu il tarixdə, saat 20:30 radələrində, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən bir ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərç əkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı məhkumlara cəza təyininə dair hissədə əsassızdır. Belə ki, məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməllərlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də cinayətlərin törədilmə mexanizmi, şəraiti, nəticələri, həmçinin təqsirləndi rilən şəxslərin şəxsiyyəti və işin digər halları onlara daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsi tətərfindən təyin edilmiş yüngül cəzaları dəyişdirilmədən saxlamaqla sosial ədalət prinsipini pozmuşdur. Dövlət ittihamçısı hesab edir ki, silsilə cinayətlər törətmiş Məhkum1, Məhkum2 və Məhkum3 cinayətkar niyyətlərini həyata keçirməkdə israrlı olub, qabaqcadan əlbir olduqları Məhkum4 və qeyriləri ilə əvvəlcədən planlaşdırmaqla, zərərçəkmişlərin evdə yaşamadıqlarını günlərlə apardıqları müşahidələrlə dəqiqləşdirmişlər. Bu da onların daha ictimai təhlükəli olduqlarını şərtləndirir və cinayətləri hadisələrin təsadüfi axarı zəminində törətmədiklərinə dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin d əlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində mübahisə edilən məs ələ məhkumlar Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 təyin edilmiş cəzanın yüngül olması ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM- in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş materiallarından görünür ki, məhkum edilmiş şəxslərə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən aşağıdakı hallar nəzərə alınmışdır: -Təqsirləndir ilən şəxs Məhkum1 törətdiyi cinayət əməllərini etiraf etməsi, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. -Təqsirləndirilən şəxs Məhkum2 törətdiyi cinayət əməllərini etiraf etməsi, CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. - Təqsirləndirilən şəxs Məhkum4 törətdiyi cinayət əməllərini etiraf etməsi, CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, CM-n in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. - Təqsirləndirilən şəxs Məhkum3 törətdiyi cinayət əməllərini etiraf etməsi və yetkinlik yaşına çatmayan şəxs olması CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum3 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən həmçinin törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə almışdır. Dövlət ittihamçısının apelyasiya protesti əsasında işə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və apelyasiya protestini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunl a müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəzalar təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 d ekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edi lir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsir karın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 barəsində cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, məhkumların cəzalarını yüngülləşdirən hallar, habelə cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, adı çəkilən məhkumların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan daha ağır cəza təyin etmək üçün əsaslar görmü r. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun ka ssasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kolle giyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-896/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-896/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver