Məhkəmə qərarları › İş №1(102)-896/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-896/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-896/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sen tyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Faiq Qəniyev) 1(101)-990/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə 10 iyul 1977-ci il tarixdə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Şuşa şəhəri, N.Nərimanov küçəsi ev 24 də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» massivi, ev 131, mənzil 17də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206. 3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni v ə psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məl um olmayan İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdikləri və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən “Azpetrol” yana caqdoldurma məntəqəsi yaxınlığındakı yol nişanının altında gizlədib yerləşdirdikləri kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 5242,365 qram təmiz çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 974,16 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib özünün faktiki yaşadığı ünvan 1 ünvanına daşıdıqdan sonra aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxsin təlimatı üzrə hərəkət edib həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsini öz üzərində, qalan hissələrini isə faktiki yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İd arəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 53 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 22:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitənin və psixotrop maddənin bir hissəsi olan 177,365 qram təmiz çəkidə narkotik vasitə heroin və 154,160 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 27 dekabr 2020-ci il tarixdə saat 00:15dən etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitənin və psixotrop maddənin qalan hissələri olan külli miqdarda ümumilikdə 5065 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1010 qram, 2000 qram və 1020 qram olmaqla 04 ədəd şəffaf sellofan torbalarda, külli miqdarda 820 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə 01 ədəd şəffaf sellofan torbada olmaqla üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs qeyd edilən mənzildə girişdən sağ üst tərəfdə yerləşən saxlanc yerində saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli kağız torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin C inayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Rəşad Abdulov) 1(103)-1367/2021 nömrəli 30 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddələri ilə təqsirləndirilməsi hissəsində məhkumun əməlində cinayət tərkibi olmadığından, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və qalan hissədə ona aşağı həddə cəzanın təyin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 06 sentyabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında məhkəmə baxışınadək, yəni 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiy a şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar