Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-896/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqu st 2024-cü il tarixli 1(104)-345/2024 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Roman Ələkbərli (sədrlik edən), Mikayıl Məmmədzadə və Abdulla Məmmədov) 06 may 2024-cü il tarixli 1(100)-49/2024 nömrəli hökmü ilə xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətini əvvəli 12 ma y 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 2 ünvanının yaxınlığına Yaşar Hüse ynova məxsus onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət edərək qeyd edilən ünvana gəldikdən sonra həmin mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, Yaşar Hüseynov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5 nömrəli şəhadətnamə əsasında özünə məxsus əlində olan 20264104 nömrəli, 12 kalibrli, odlu yivsiz, texniki cəhətdən saz olan “Churchill” modelli tüfəngi nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq et mək hədəsi ilə basqın etmiş, həmin vaxt o, müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən tutub yıxaraq zor tətbiq etmiş, daha sonra Zərərçəkmiş şəxs3 kömək etmək istəyən Zərərçəkmiş şəxs2 qarşı istintaq zamanı müəyyən edilməmiş əlində olan bıçağı silah qismində tətbiq edərək bıçağın tiyəsi ilə zərbələr vuraraq sonuncuya sağ əlin üst səthinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həyətdən evin içərisinə daxil olub müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs1 həmin bıçaqla zərbələr vuraraq alt dodağın səthi yarası ilə müşayiət o lunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 06 avqust 2024-cü il tarixli 1(104)-345/2024 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(100)-49/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətləri verilərək Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli 1(104)345/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində təqsirli bilindiyi maddələr ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həbs olunduğu andan bu günə qədər ona elan olunan ittihamla razılaşmır, heç bir sənədi imzalamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri olduğu kimi çap etməyən müstəntiqin özü tərtib etdiyi ifadə və izahatları imzalamaqdan imtina etmişdir. Belə ki, ibtidai istintaq zamanı heç bir üzləşdirmə aparılmamış, heç bir ifadənin yerində yoxlanılması hərəkətləri edilməmişdir. İfadənin aparılması videoçəkilişlərlə aparıldığı üçün müstəntiq tərtib etdiyi ifadənin yala n olmasının üzə çıxacağını anlayaraq bu prosessual hərəkəti aparmamışdır. Digər təqsirləndirilən şəxs istisna olmaqla, hətta zərərçəkmiş şəxslər belə cinayətin onun tərəfindən həyata keçirilmədiyini qeyd etmişlər. İş materiallarında olan videogörüntülərdə əks olunan şəxslərin bədən quruluşu məhkumun bədən quruluşu ilə eynilik təşkil etmir. O, papağın məhkuma aid olduğunu qeyd edən şahid X2 ruhi-əsəb xəstəsi olduğunu bildirmişdir. Dəfələrlə anten dairəsinin çıxarılması barədə tələblər olmuş və nəhayət, 09 sentyabr 2022-ci il tarixdə anten dairəsinin təsbit olunması barədə qərar qəbul edilməsinə baxmayaraq, həmin qərar icra edilməmişdir. Çünki hadisə zamanı anten dairələr ayrı-ayrı məkanları göstərir. 02 may 2022-ci ildə polislərin məhkumun başına papağı qoyaraq, məhəllədə gəzdirdikləri barə də iddia zərərçəkmiş şəxslər və digər şahidlər tərəfindən də təsdiq olunmuşdur. Onun övladının ikinci Qarabağ müharibəsi veteranı olduğunun və Azərbaycan məhkəmələri tərəfindən barəsində ittiham hökmünün olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum həmin cinayət əməllərini törətməsi və cinayət hadisəsində iştirakı, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Kassator ilk növbədə qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində baş vermiş cinayət hadisəsinin onun tərəfindən törədilmədiyinə dair əsaslı ifadə vermişdir. İş üzrə zərərçəkmiş şəxslər də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində təqsirləndiri lən şəxsləri hadisə zamanı görmədiklərini, hadisənin məhz təqsirləndirilən şəxslər tərəfindən törədildiyinə dair heç nə deyə bilməyəcəklərinə dair ifadə vermişlər. Hətta Zərərçəkmiş şəxs2 onların evinə daxil olan şəxslərin bədən quruluşca daha cüssəli olduqlarına və təqsirləndirilən şəxslərə oxşamadıqlarına dair əsaslı ifadə vermişdir. Müdafiəçi hesab edir ki, aparılmış ibtidai istintaq zamanı cinayət qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və kifayət qədər prosessual pozuntulara yol verilmişdir. Belə ki, Məhkum heç bir etiraf edici ifadə verməmiş və ifadəsi olduğu kimi qeyd edilmədiyindən ona təqdim olunan bütün sənədləri imzalamaqdan imtina etmişdir. Lakin, ibtidai istintaqı aparan müstəntiq bütün ifadələrdə Məhkum etirafedici ifadə verməsini lakin, imza etməkdən imtina etməsin i göstərən ifadələri cinayət işinə əlavə etmişdir. Məhkum 04 may 2022-ci il tarixli ifadəsində etirafedici ifadə verdiyi göstərilmişdir. Ancaq 05 may 2022-ci il tarixdə Məhkumla Yaşar Hüseynov arasında üzləşmə prosesi həyata keçirilmişdir və protokollaşdırılmışdır. Həmin protokolda da Məhkum baş vermiş cinayət hadisəsinin onun tərəfindən törədilmədiyini, digər təqsirləndirilən şəxsin vermiş olduğu ifadənin yalan olduğunu, baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığına dair ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, 23 mart 2022-ci il tarixdə 17 nəfərdən, o cümlədən Məhkum yanaq epidemeli qaşıntısı götürülərək DÍN KTİ-nə göndərilmişdir. Yanaq epidemeli qaşıntısının götürülməsi üçün heç bir sənədləşmə aparılmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsdən iş üzrə şübhəli və təqsirləndirilən şəxs olmadığı halda onun icazəsi olmadan yanaq epidemeli qaşıntısının götürülməsi prosessual pozuntudur. Bundan başqa hadisə yerindən aşkar edilmiş 1 ədəd qara rəngli papağın qablaşdırılaraq hadisə yerindən götürülməsi prosessual qaydalara zidd həyata keçirilmişdir. Belə ki, iş materallarından aydın görünür ki, papaq hadisə yerindən götürülərkən qablaşdırılmamış və üzəri möhürlənməmişdir. Məhkum məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, hadisə baş verən yerdə kamera görüntüsü ilə cinayət törətmiş şəxsi eyniləşdirmək məqsədilə həmin qara rəngli papaq ona polis əməkdaşları tərəfindən zor tətbiq olunmaqla geyindirilərək hadisə yerinə aparılmış və cinayət hadisəsi baş vermiş evin qarşısından papaq başında hərəkət etdirilmişdir. İş üzrə şahid qismində dindiril miş Qüdrət Kazımov da məhkəmədə ifadə verərkən qeyd etdi ki, hadisə yerindən götürülmüş papaq polis əməkdaşları tərəfindən onun da başına qoyulmuş və hadisə yerinə aparılmışdır. Keçirilmiş ekspertizanın 26 aprel 2022-ci il tarixli məktubunda qeyd edilir ki, papaq üzərində olan bioloji materiallar qarışıq tipli olmaqla, kişi cinsindən olan iki nəfər şəxsə məxsusdur və DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir.(xx.xx.2022-ci il tarixdə papağın ekspertizaya göndərilməsi) Məhkum və digər təqsirləndirilən şəxs Yaşar Hüseynov cinayət əməlini etiraf etmələri üçün polis əməkdaşları tərəfindən ağır işgəncəyə məruz qaldıqlarını məhkəmənin diqqətinə çatdırdılar. Məhkum isə həmin vaxt inzibati qaydada həbs olunduğundan onun barəsində həbs qətimkan tədbiri seçilən zaman onun bəd əni üzərində heç bir zorakılıq izi aşkar edilməmişdir. Lakin, Yaşar Hüseynovun bədəni üzərindən aşkar edilmiş xəsarətlər və ekspertin vermiş olduğu rəydən aydın görünür ki, o həqiqətən də polis zorakılığına məruz qalmışdır. Hadisə ilə bağlı ibtidai istintaqda vermiş olduğu ifadəsini polis təzyiqi altında vermişdir. Bundan başqa 05 may 2022-ci il tarixdə Yaşar Hüseynova məxsus silahın Məhkum tanınma üçün təqdim olunması zamanı, şəxs ona təqdim olunacaq əşyaya dair dindirilməmişdir. Həmin silahın Yaşar Hüseynova məxsus olması törədilmiş cinayət hadisəsində istifadə olunan həmin silahla eynilik təşkil etdiyi anlamına gəlmir. Eyni ilə həmin tarixdə Yaşar Hüseynova hadisə yerində aşkar edilmiş papağın tanınmaya təqdim olunması zamanı ifadəsi alınmamış və heç bir protokol tərtib edilməmişdir. Hər iki halda yalnız fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. Bütün bu kimi prosessual pozuntular məhkəmənin diqqətini çatdırılsa da, məhkəmə iş üçün əhəmiyyətli olan bu kimi halları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-in sübutlar və sübut etmə bölməsinin 124.1.2-ci maddəsinə nəzər salsaq görərik ki, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Kassator hesab edir ki, Məhkum cinayətin törədilməsində aidiyyatı olmaması, onun həmin əmələ aidiyyatı sübut edilmədiyindən və şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından və toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüv vəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və Müdafiəçi kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, hazırkı cinayət işində Məhkum təqsiri sübuta yetirilməmiş, lakin məhkəmələr tərəfindən Məhkum barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, analoji dəli llər müdafiə tərəfinin hazırki iş üzrə hökmdən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərini araşdırmış və onları əsassız hesab edərək hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görün ür ki, Məhkum özünü Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməsə onun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu – digər təqsirləndirilən şəxs X1 ibtidai istintaq zaman hadisə yerində ifadələrin yoxlaması zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdi yi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkum və Müdafiəçi kassasiya şikayətinin digər dəlilli apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etm ək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsasl anmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini də əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlində CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan həmin əməl bu maddələrlə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından d a görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Genetik ekspertizadan əvvəl polis əməkdaşlarının hadisə yerindən götürülmüş papağı məhkumun və şahid Qüdrət Kazımovun başına geyindirməklə onları hadisə yerinə çıxarması, habelə bu halın şahid Q.Kazımovun və zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrdə təsdiq edilməsi, eyni zamanda zərərçəkmiş şəxslərin məhkəmə iclasında məhkumların bədən quruluşlarını cinayət törətmiş şəxslərlə uyğun hesab etməmələri, habelə bu xüsusat işə əlavə edilmiş videogörüntü ilə təsdiq olunması barədə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, məhkəmə iclasının protokolunda nə şahid Q.Kazımovun, nə də zərərçəkmiş şəxslər in bu məzmunda ifadə verdikləri barədə hər hansı qeydə rast gəlinmir. Cinayət işinin materiallarına müdafiə tərəfinin istinad etdiyi videogörüntü əlavə edilməmişdir. Belə bir videogörüntünün mövcud olmasını təsdiq edən heç bir sənəd və ya digər sübut cinayət işində yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə verilmiş itt iham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 62-ci maddələrinin tələblərini düzgün nəz ərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli 1(104)-345/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli 1(104)-345/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-896/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-896/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver