Məhkəmə qərarları › İş №1(102)-897/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-897/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-897/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Vüqar İlham oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətl ər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi V.İ.Kərimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğludan ibarət tərkibdə) Təq sirləndirilən şəxs, xx xxxxxx 1982-ci il tarixdə Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmiş, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə CMnin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həb sdə və ev dustaqlığında saxlanıldığı müdət nəzərə alınmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, Tovuz rayonunun Aşağı Ayıblı kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 32.4, 312.2ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci madd əsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 12 iyun 2014-cü il tarixdən 11 sentyabr 2017-ci tarixədək olan müddətdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük mü stəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə icraatında olmaqla Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ibtidai istintaqını apardığı ********* nömrəli cinayət işi üzrə Şahid9 barəsində 11 iyul 2016-cı il tarixdə təqsir ləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edib həmin ittihamı sonuncuya elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Şahid9 barəsində olan həmin işin icraatına xitam verilməklə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Şahid9 bacısı Şahid1 və arvadı Şahid2 ilə dəfələrlə işlədiyi idarənin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşüb Özünün Şahid9 qeyd edilən köməkliyi göstərmək, yəni onun əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, barəsində qanunsuz olaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək, yaxud işin məhkəmədə yekunu zamanı onu cəzadan azad etdirmək imkanına malik olmasını qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə onlara yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi biləbilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını öz xidməti otağında Şahid9 arvadı Şahid2 və bacısı Şahid1 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşib, həmin adla 2016-cı ilin iyul ayının sonlarında işlədiyi idarənin inzibati binasının qarşısında yerləşən “Sahil bağı” adlanan parkda Şahid1 3.500 ABŞ dolları, həm in dövrün rəsmi məzənnəsi ilə 5.530 manat, 2016-cı ilin avqust ayında 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.186 manat, 2016-cı ilin sentyabr ayında 8.000 manat, olmaqla ümumilikdə 17.716 manat məbləğində pul vəsaitini alıb, 25 oktyabr 2016-cı il tarixdə Xətai RPİ-nin istintaq şöbəsində Şahid9 işə düzəltmək adı ilə qeyrilərinə qarşı dələduzluq etməsi faktları üzrə CM-nin 178.3.2-ci maddəsi istintaq olunan ********* nömrəli cinayət işinin özünün icraatında olan ********* nömrəli həmin cinayət işi ilə bir icraatda birləşdirilməsindən sonra öz cinayətkar əməllərini davam etdirərək Şahid1 ilə həmin parkda 2016-cı ilin oktyabr ayında görüşərək Şahid9 barəsində olan həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin çətinləşdiyini bildirib, digər cinayət işin in də bir icraatda birləşməsi ilə əlaqədar vədini yerinə yetirməsinin daha da mürəkkəbləşməsinə dair görüntü yaradıb, guya həmin vədini tam şəkildə yerinə yetirməsi üçün artıq daha çox pul vəsaitinin, yəni 40.000 manat pul vəsaitinin həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Şahid1 razılığını almaqla sövdələşib, həmin adla sonuncudan dayısı Şahid3 iştirakı ilə 2016-cı ilin oktyabrdekabr ayları ərzində ünvan 2 ünvanında yerləşən “Karvan” kafesində bir neçə dəfəyə hissə-hissə olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində, həmçinin, 2016cı ilin dekabr ayında özünün cinayətdən xəbərsiz olan yaxın tanışı X13 vasitəsi ilə sonuncunun icarə əsasında idarə etdiyi ünvan 2 ünvanında yerləşən «Karvan» kafesində 2.000 (iki min) manat məbləğində, vahid niyyətlə Şahid1 qızma məxsus ümumilikdə 39.716 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 39.716 (otuz doqquz min yeddi yüz on altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Şahid1, Şahid2 və Şahid3 təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli, 10/75-11/449-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric olunduqdan sonra, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz X8 vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Şahid4 ilə 2018-ci ilin noyabr ayında X8un istifadəsində olan Bakı şəhəri, Dərnəgül prospekti 3097-ci məhəllədə yerləşən istehal sexinin həyətindəki ofisdə görüşdükləri zaman Şahid4 özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək X1 barəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul vəsaitini ödətdirə biləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün prokurorluqda işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid4 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 18 noyabr 2018-ci il tarixdə qeyd edilən istehal sexinin həyətindəki ofis də X8un iştirakı ilə Şahid4 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində, həmçinin, eyni niyyətlə, 4 dekabr 2018-ci il tarixdə həmin ofis otağında X8dan Şahid4 məxsus 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 34.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və X8u təkrarən təhrik etmişdir. Hökmdən məhk um Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmdən CM-nin 71.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsinə və CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından: - dövlət it tihamçısı Z.A.Ramazanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini; - məhkum Təqsirləndirilən şəxs müdafiəçisi V.İ.Kərimov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həmin qərarın ləğv edilməsini və onun haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi V.İ.Kərimov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı mad dəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, nəticədə isə Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmasına dair qanunsuz hökmü sonuncunun təqsirliliyinə və əməlinin hüquqi tövsifinə dair hissələrdə dəyişdirmədən saxlamışdır. Kassasiya şikayətinin müəllifi öz şikayətində cinayət işinin materiallarına istinad edərək, bildirir ki, hazırki iş üzrə guya Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə və müxtəlif yerlərdə pul verən şəxslərin ifadələri ziddiyətli olmuş və bu ifadələrin düzgünlüyü şübhə doğurmasına baxmayaraq həmin ziddiyyətlərin aradan qaldırması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır. Cinayət i şinin materiallarında olan Şahid2 çox saylı ziddiyətli ifadələrinə, şahidlərin Təqsirləndirilən şəxsla aralarında olan sms yazışmalarına istinad edən müdafiəçi həmçinin qeyd etmişdir ki, ibtidai araşdırma zamanı da həmin ifadələrdə və yazışmalarda əksini tapmış xüsusiyyətlər lazımınca araşdırılmamış, məhkum və şahidlər arasında üzləşdirmə aparılmamış və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq məhkum olunmuşdur. Müdafiəçinin qənaətinə görə, Təqsirləndirilən şəxsla şahid qismində tanınmış şəxslər arasında olan mübahisə mülki xarakter daşıyır və bu mübahisəyə mülki icraat qaydasında baxılmalı idi. Şərh olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, qərarının ləğv edilməsini və Təqsirlənd irilən şəxs bəraət verilməsini xahiş edir. Əsasən məhkumuluqla, residivin müəyyən edilməsi, şərti məhkum etmənin ləğv edilməsi və bunlarla əlaqədar cəza təyin etmənin tələbləri təsbit edilmiş cinayət qanunu normalarına (CM-nin 18, 71 və 83-cü maddələrinə) istinad edən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanunu normasının tətbiqində səhvə yol vermiş, əsassız olaraq CMnin 71.5 və 67-ci maddələrinin tətbiqinə dair müddəaları hökmdən xaric etmişdir. Belə ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın birinci epizodu üzrə cinayət əməlini o, 2016-cı ilin oktyabr-dekabr ayları ərzində, ikinci epizod üzrə cinayət əməlini isə 4 dekabr 2018-ci il tarixdə, yəni Səbail Rayon Məhkəməsin in 06 dekabr 2017ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra və həmin hökmlə müəyyən olunmuş sınaq müddətində törətmişdir. Belə olan halda, CM-nin 71-ci madəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və ona CMnin 67-ci maddəsinin tələbinə uyğun olaraq həm birinci, həm də ikinci hökmlə təyin olunmuş cəzalar birləşdirilməklə qəti cəza təyin olunmalı idi. Birinci instansiya məhkəməsi haqlı olaraq qanunvericiliyin bu tələblərinə əməl edərək qanuni və əsaslı hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə bu tələblərin pozulmasına yol vermişdir. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, CM-nin 83.3.1-ci maddəsi məhkumluğun şəxs tərəfindən ona təyin olunmuş əlavə cəzanı çəkib qurtardıqdan sonra ödənilməsi qaydasını müəyyən edir. Təqsirləndirilən şəxs ona birinci hökmlə təyin edilmiş əlavə cəzanı çəkmədiyindən onun məhkumluğunun ödənilməsindən heç bir halda söhbət gedə bilməz. Bu baxımdan Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı da əsassız olmuş və bu qərar yalnız 03 sentyabr 2020-ci il tarixdən sonra - məhkumluq götürüldükdən sonra törədilmiş cinayət hadisələrinə münasibətdə məhkumluğun olmaması qənaətinə gəlməyə əsas ola bilərdi. Məhkum Təqsirləndirilən şəxs üzərində çəkilməmiş əlavə cəzanın olmasını nəzərə aldıqda bu qərar özü-özlüyündə məhkumluğun götürülməsi üçün əsas yaratmır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına tə yin olunmasını xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla b axılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi V.İ.Kərimovun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkuma elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəiçi apellyasiya instansiyası məhkəməsi tərəfindən ç ıxarılmış qərarın ləğv edilməli və Təqsirləndirilən şəxs bəraət verilməli olması haqqında qərarın qəbul edilməsinə dair tələblərini CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı Z.A.Ramazanov apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində cəza təyini məsələsini həll edərkən cinayət qanunu normasının tətbiqində səhvə yol verməklə sonuncuya qanunvericiliyin tələblərinə uyğun olmayan yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apel lyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini, habelə dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəm ə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstəri lən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qə rarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən v ə mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə ç ox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq e dilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, qanunvericiliklə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həm in sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi V.İ.Kərimovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutla rla, o cümlədən çoxsaylı şahidlərin ifadələri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə edilmiş sənədlərlə və digər sübutlarla tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, 26-cı maddəsinin İİ hissəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmi ş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi V.İ.Kərimovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Təqsirləndirilən şəxs bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə bi rinci və apellyasiya instansiyası məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş materiallarından göründüyü kimi, bu halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz, o cümlədən ziddiyyətli sübutlardan istifadə etməmiş, iş üzrə Təqsirləndirilən şəxs, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl edilmiş və sübutların qəbuledilməzliyinin əsası nı təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin nəticəsi dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 iyun 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış izah və tövsiyələrlə də uzlaşır. Belə ki, həmin qərarda məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüq uqu, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilən Qərarın 36-cı bəndində dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqətinin bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilməsi tövsiyə olunmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə ve rilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. İş üzrə top lanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən CPM-nin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə icraatında olmaqla CM-nin 179.3.2- ci maddəsi ilə ibtidai istintaqını apardığı ********* nömrəli cinayət işi üzrə Şahid9 barəsində 11 iyul 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edib həmin ittihamı sonuncuya elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Şahid9 barəsində olan həmin işin icraatına xitam verilməklə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Şahid9 bacısı Şahid1, arvadı Şahid2 Şahid3 ilə dəfələrlə işlədiyi idarənin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşüb onlara Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan əv vəl 30.000 manat, sonra isə 40.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncuların və Şahid9 dayısı Şahid3 razılığını almaqla sövdələşib, həmin adla 2016-cı ilin iyul-dekabr aylarında cəmisi 39.716 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə Şahid1 həmin məbləğdə pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmuş, eyni zamanda həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Şahid1, Şahid2 və Şahid3 təhrik etmişdir. Bundan başqa, o, pr okurorluq orqanlarından xaric olunduqdan sonra, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz olan X8 vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Şahid4 ilə 2018-ci ilin noyabr ayında X8un istifadəsində olan Bakı şəhəri, Dərnəgül prospekti, 3097-ci məhəllədə yerləşən istehal sexinin həyətindəki ofisdə görüşdükləri zaman Şahid4 özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək X1 barəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul v əsaitini ödətdirə biləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün prokurorluqda işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid4 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 18 noyabr 2018-ci il tarixdə qeyd edilən istehal sexinin həyətindəki ofisdə X8un iştirakı ilə Şahid4 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində, həmçinin, eyni niyyətlə, 4 dekabr 2018-ci il tarixdə həmin ofis otağında X8dan Şah id4 məxsus 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 34.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eyni zamanda həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və X8u təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin məzmununa görə, Təqsirləndirilən şəxs adları yuxarıda göstərilən şəxsləri heç vaxt aldatmaq niyyəti olmamış, onlardan pul almamış, Şahid4 pulu isə borc kimi götürmüş v ə buna görə həmin məsələ mülki mühakimə icraatı qaydasında həll edilməli idi. Bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, həmin dəlilləri təsdiq edən sübutlar nə ibtidai araşdırma zamanı, nə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış və buna görə də məhkəmələr haqlı olaraq araşdırılmış sübutlara əsaslanaraq işin faktiki hallarını məhz yuxarıda təsvir edilən şəkildə müəyyən etmişlər. Bu sübutların ziddiyyətli olması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, iş üzrə dindirilmiş şahidlər, əsasən də rüşvət verməyə təhrik olunmuş və eyni zamanda əmlakları dələduzluq yolu ilə ələ keçirilmiş şəxslər cinayət təqibinin bütün mərhələlərində eyni məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs onlara qarşı cinayət xa rakterli əməllər törətməsini bir daha təsdiq etmişlər. Onların ifadələrində göstərdikləri hallar isə həmçinin həmin şahidlərin Təqsirləndirilən şəxsla apardıqları sms yazışmaları ilə də sübuta yetirilir. Bu baxımdan məhkəmə kollegiyası hazırki iş üzrə işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün əsaslar görməyərək Təqsirləndirilən şəxs həm dələduzluq, həm də rüşvət verməyə təhrik etmə cinayət əməllərini törətməsi, onun həmin əməllərinin CMnin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahidlərin ifadələrinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış biri-birini tamamlayan digər sübutların məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayətində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1.2 və 416. 1.6-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü iddialara cavab olaraq ilk növbədə bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə, eyni zamanda cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə uyğun olmalıdır. Bunun əsasları isə CM-nin 8, 41, 58, 59, 65, 66, 67 və digər maddələrində təsbit edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçini n cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə hər hansı şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, hər hansı məsələ, o cümlədən cinayət tö rətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsi üzrə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhl ükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş ş əxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəs ini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib eyni zamanda cinayət işinin materiallarına da müraciət etməyi zəruri bilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib CM-nin 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən həmin əsas cəza 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci i il tarixli hökmü isə dəyişdirilmdən saxlanılmış, yəni həmin hökm 21 fevral 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs kassasiya şikayəti vermiş və bu şikayətə baxılana qədər onu geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı ilə məhkumun kassasiya şikayəti geri qaytarılmışdır. Hazırki cinayət işi üzrə müəyyən edilmiş hallara görə, Təqsirləndirilən şəxs ona elan olunmuş itiham üzrə təqsirli bilindiyi dələduzluq və rüşvət verməyə təhrik etmə əməllərindən birini Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixl hökmü çıxarılana qədər (2016-cı ilin iyul-dekabr aylarında), digər eyni xarakterli və CM-nin 15.3 və 15.4-cü maddələrində nəzərdə tutulmuş təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətləri isə təkrarən 2018-ci ilin noyabr-dekabr aylarında, yəni Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş sınaq müddətində törətmiş, onun həmin əməli isə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 312.2-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkk iz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, CM-nin 15.4-cü maddəsinin tələbinə görə isə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində şərti məhkum etmə tətbiq edildidikdən sonra sınaq müddəti ərzində qəsdən az ağır və ağır cinayətlər törətmiş və ibtidai araşdırma orqanı kimi, birinci instansiya məhkəməsi də bu halı ilk növbədə CM-nin 18.1-ci maddəsinə əsasən residivi yaradan, yəni CM-nin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmiş və CM-nin 71.5-ci maddəsinin tələblərinə əməl edərək şərti məhkum etmənin ləğv olunması və Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinin müddəalarına uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cinayət qanunvericiliyinin normalarına müraciət edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İmperativ norma olan CM-nin 71.5-c i maddəsində isə təsbit edilmişdir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhiükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CMnin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 23 dekabr 2021-ci il tarixli qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda təsvir edilmiş cinayət qanunu normalarının tə ləblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun qərarında əksini tapmış izahlara əməl etməyərək, digər tərəfdən isə Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi və onun üzərindən məhkumluğun götürülməsi haqqında Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək, məhkumun barəsində şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsini və ona CM-nin 67.1-ci maddəsinə əssən hökmlərin məcmusu üzrə qəti cəzanın təyin olunmasını qanunsuz hesab etmiş və buna görə də bu maddələrin tətbiqinə dair müddəları Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmüdən xaric etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əvvəla qanunun tələbləri istənilən məhkəmənin istənilən qərarından (hökmündən) üstün qüvvəyə malikdir və hər hansı işə baxılarkən əvvəllər qəbul olunmuş və qüvvəyə minmiş məhkəmə qərarı (hökmü) ilə qanunun tələbləri arasında kolliziya yarandıqda təbii ki, qanun tətbiq edilməklə iş üzrə bu və ya digər nəticə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə, işin müəyyən edilmiş faktiki hallarına görə Təqsirləndirilən şəxs barəsində CM-nin 71.5 və 67-ci maddələrinin tələblərinin tətbiq edilməsi zəruriliyini nəzərə almayaraq öz qərarını yalnız şərti məhkum etmənin ləğv edilməsi və Təqsirləndirilən şəxs məhkumluğunun götürülməsi haqqında Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırmış, buna görə onun üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı saxlamaqla cinayət qanunu qeyd olunan normaların tətbiqindən imtina edib cəza təyini ilə bağlı məsələnin həll edilməsi zamanı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda şərh edilənlərlə bağlı kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyasının qənaətinə görə, göstərilən pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar kassasiya protestinə münasibətdə ləğv edilməklə iş Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmalıdır. Məhkəmə kollegiyası hə mçinin ona da diqqət yetirməyi zəruri sayır ki, Təqsirləndirilən şəxsa Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə onun təqsirli bilindiyi CM-nin 309.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı həmçinin 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzası da təyin edilmiş, lakin hökmün bu hissədə icraya nə vaxt göndərilib-göndərilməməsi və 18 may 2021-ci il tarixli hökmün bu hissədə icra edilib-edilməməsi istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış və məhkəmələr bununla bağlı hökmlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə təsirini müəyyən edən qanunvericiliyin aşağıdakı tələblərinə əməl etməmişl ər. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. CM-nin 67.5-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CM-nin 66.4-cü maddəsində isə təsbit edilmişdir ki, cinay ətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Qanunun bu normalarının mənasına görə, şəxə birinci hökmlə əlavə cəza kimi müəyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edildikdə, ona təyin olunmuş əsas cəza isə şərti olaraq tətbiq olunduqda, əvvəla bu barədə həmin hökm icra edilməsi üçün icra məmuruna göndərilməli və həmin şəxsə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi zərurəti yarandıqda birinci hökm üzrə təyin olunmuş əlavə cəzanın icra edilib-edilməməsi mütləq şəkildə yoxlanılmaqla onun icra edilməməsi müəyən edildikdə, hökmlərin məcmusu üzrə təyin olunmuş əsas cəzaya göstərilən əlavə cəza da birləşdirilmə lidir. Belə yoxlama şəxsin əvvəlki məhkumuluğunun ödənilib-ödənilməməsi məsələsinn həllində də mühüm əhəmiyyət kəsb edir, çünki CM-nin CM-nin 83.3.1-ci maddəsi şərti məhkum edilmiş şəxslərin sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğun ödənilməsi qaydasını müəyyən edir. Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə təhlil edilən məsələ üzrə heç bir araşdırma aparmamış və qanunvericiliyin göstərilən tələblərinə riayət etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarın 19-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəm ələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-nin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən tələbləri nəzərə almamaqla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs barəsində CM-nin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaları xaric etməklə səhvə və eyni zamanda CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş və buna görə onun iş üzrə qəbul etdiyi 23 dekabr 2021-ci il tarixli qərar bu məsələyə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. Təsvir edilənlərə görə və kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi haqda müdafiəçi V.İ.Kərimovun, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin olunmaması haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilməli və Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətm əkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs haqqında CM-nin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya i nstansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin, kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar