Məhkəmə qərarları › İş №1(102)-897/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-897/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-897/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 1(107)-364/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 ap rel 2023-cü il tarixli, 1(091)-106/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim N.N.Mirzəyev, hakimlər B.M.Məmmədov və X.M.Məmmədovdan ibarət məhkəmə tərkibi) xx.xx.1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, x qeydiyyatda olmaqla yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (al tı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə (hakim N.N.Mirzəyev) Məhkum 12 aprel 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətini n bərpasına dair vəsatətin rədd edilməsi haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da o, üzürlü səbəblərə görə, yəni bir neçə gün ötürməklə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Məhkum qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş ed ir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən b uraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Məhkum prosessual müddətin üzrlü səbəbdən buraxdığını göstərən hal apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti bir neçə gün otürməklə verilməsi ilə əlaqələndirmişdir. Cinayət işinin materialları məhkumun sozügedən dəlillərinin əsassız olduğunu göstərir. Belə ki, cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildimişdir. Həmç inin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsindən sonra və ona təqdim edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçinin – Şəki Regional Vəkil Bürosunun vəkili Sarıyev Musa Kahov oğlunun hüquqi yardımı ilə təmin olunmuşdur. Öyrənilmiş iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmünün surətini 13 aprel 2023-cü il tarixli 1(091)-106/2023 nömrəli məktub vasitəsi ilə 14 aprel 2021-ci il tarixdə Məhkum təqdim edilməsi məqsədi ilə X3 göndərilmiş və 15 aprel 2023-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma ver ilmişdir. Məhkum yalnız 22 iyul 2023-cü il tarixdə, yəni hökmün surəti məhkum olunmuş şəxsə verildiyi gündən 3 ay 10 gündən sonra 12 aprel 2023-cü il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış və həmin vəsatətini apellyasiya şikayəti ilə birlikdə Şəki Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hök mündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 09 avqust 2023-cü il və 02 oktyabr 2023-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2023-cü il tarixli q ərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 02 oktyabr 2023-cüil tarixli, 1(107)-364/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının Məhkum barəsində olan 02 oktyabr 2023-cüil tarixli, 1(107)-364/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar