Məhkəmə qərarları › İş №1(102)-898/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-898/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-898/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum müdafiəçisi – 13 saylı vəkil bürosünün vəkili Dosiyev Amil Qaraxan oğlunun iştirakları ilə, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarərt tərkibdə) Məhkum, xx xxxxxx 1956-cı il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxx” MMC-də sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Goranboy rayonu ünvan 1 də yaşamış, CM-nin 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.2 maddəsi ilə 18 (on səkkiz) il 6 (altı) ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq hazırlayıb əldə edərək, özündə saxlayıb daşıdığı odlu silahla xuliqanlı q niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdən “Sehirli ünvan 1 ünvanda yerləşən həmin cəmiyyətə məxsus sanatoriyada qeydiyyatçı işləyən, 1987-ci İl təvəllüdlü X9 müalicə və istirahət üçün sanatoriyaya gələn qonaqların qarşılanması, qeydiyyata alınması və yerləşdirilməsi kimi vəzifələri olduğu halda, nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı səlahiyyəti olmasa da, müştəri ilə təmin edilməsi ilə əlaqədar bir neçə dəfə ona əsassız tələb irəli sürmüş, növbəti dəfə xx xxxx 2018-ci il tarixdə ona müraciət etdikdə və rədd cavabı aldıqdan sonra bunu bəhanə edib X1 öldürmək qərarına gəlmiş, bu məqsədlə ölmüş qardaşı X5 miras qalmış, ünvan 2 ünvanında yerləşən yaşadığı evdə saxladığı, dövlət qeydiyyatında olmayan, 16 kalibirli, “B” modelli, 142024-59 nömrəli, qoşalüləli, yivsiz odlu ov tüfənginin lüləsini və qundağını həmin günü saat 18 radələrində yaşadığı evdə dəmirkəsən mişarla kəsərək qanunsuz olaraq odlu silah hazırlayıb əldə edərək həmin evdə gizlədib qanunsuz saxlamış, xx xxxx 2018-ci il tarixdə saat 09 radələrində “xxxx” sanatoriyasının qeydiyyat bölməsinə yaxınlaşaraq X1 müştəri ilə əlaqədar növbəti dəfə müraciət etmiş və sonuncu təkrar əsaslı rədd cavabı verdikdə X1 öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə evinə gedib hazırladığı odlu silahı və həmin silahlarda döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulmuş 16 kalibirli atəşə yararlı patronlardan iki ədədini odlu silahın lülə yuvasına yerləşdirərək, 9 ədəd patronları isə pencəyinin cibinə qoyaraq ona təhkim edilmiş “xxx x” MMC-yə məxsus, “XXX” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə daşımış və həmin günü saat 15 radələrində həmin avtomobilin yük yerindən parçaya bükülü vəziyyətdə olan odlu silahı götürüb müalicə və müayinə otaqlarının yerləşdiyi sanatoriyanın birinci mərtəbəsinə daxil olub qeydiyyat bölməsinə yaxınlaşaraq müalicə və istirahət məqsədilə gəlmiş şəxslərin və sanatoriya işçilərinin gözü qarşısında özünü onlara qarşı qoymaqla və öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasıqlıq göstərməklə orada oturan X1 niyə müştəri vermədiyini soruşduqdan dərhal sonra sağ əlində arxasında tutduğu odlu silahı parçadan çıxararaq kifayət qədər əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə X1 ona müştəri verməməsini bəhanə edib sonuncu nun qarın nahiyəsinə tuşlayıb yaxın məsafədən bir dəfə atəş açaraq X1 ölümü ilə bir başa səbəbli əlaqəsi olan patronun kartec ilə doldurulmuş, karteclərin kompakt daxil olduğu kor odlu silah atəşi yarası nəticəsində qarının sol yan səthində dalağın, mədəaltı vəzin, qara ciyərin didilib dağılması və kəskin qanitirmə ilə nəticələnən, yetirilən anda X1 həyatı üçün təhlükəli olması baxımından səhhətinə ağır zərər yetirdikdən sonra sonuncunun öldüyünü düşünüb binanı tərk etmək istəyərkən hadisə yerinə gəlmiş Naftalan şəhər sakini X14 silahı ondan alıb silahla birlikdə onu çağırışa gəlmiş polis əməkdaşlarına təhvil vermiş, X23 Tibbi Yardım xidmətinin əməkdaşları tərəfindən Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmadığı üçün saat 20 radələrində xəstəxanada öldüyündən X1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlzamin Gülzalı oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək onun törətdiyi adamöldürmə cinayətinin CM-nin 120.2.2-ci maddəsindən CM-nin 122.1-ci və ya 126.3 -cü, yaxud da 120.1-ci madəsinə tövsif edilməsi və ona xəstəliyi nəzərə alınaraq cinayətlərin məcmusu üzrə yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun törətdiyi adamöldürmə cinayətini CM-nin 120.2.2-ci maddəsi ilə düzgün tövsif etməmişlər. Belə ki, iş materiallarından, o cümlədən onun istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında verdiyi ifadələrindən görünür ki, o, sürücü işlədiyi “xxxx” MMC-də qeydiyyatçı işləyən X1 ona müştəri vermədiyinə və ona dirsəyini göstərməklə onu təhqir etdiyinə görə onu qorxutmaq üçün tüfəngdən atəş açsa da, onun X1 öldürmək niyyəti olmamış və toplanmış sübutlarla onun X1 məhz xuliqanlıq niyyəti ilə öldür məsi təsdiq edilməmişdir. Kassator həmçinin qeyd etmişdir ki, o, tüfəngdən X1 atəş açarkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində olmuş, hətta bu vəziyyətdə olduğuna görə hadisədən sonra özünü də öldürmək istəmiş, lakin atəş səsinə hadisə yerinə gəlmiş X2 tüfəngi onun əlindən aldığına görə bunu edə bilməmişdir. Bu halları nəzərə almayan məhkəmələr onun əməlinin CM-nin 122.1-ci, və ya 126.3-cü, yaxud da ən pis halda CMnin 120.1-ci maddəsinə tövsif etməli olduqları halda bu barədə müvafiq qərar qəbul etməmiş və eyni zamanda onun səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və 62 yaşında və xəstə olması hallarını cəzanı yüngülləşdirən hallar kimi kifayət qədər düzgün qiymətləndirilmədən ona həddi ndən artıq ağır cəza təyin edilmişdir. Şərh olunanlara əsaslanan Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin təmin olunmasını və onun haqqında ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi X20 xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Ali Məhkəmənin Cinayət Kollegiyasını müraciət edərək koronavirus xəstəliyinin qarşısının alınması üçün karantin rejiminin tətbiq edilməsi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.5-ci maddəsinin tələblərinə əsaslanaraq Məhkum kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X20 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Yuxarıda qeyd edilən ərizəsində X20 həmçinin kassasiya şikayətinin təmin edilməsinə də etirazını bildirirərək Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası əvvəlki qərarlarında olduğu kimi, növbəti dəfə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsində müəyyən edilir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai a raşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyas ı məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum kassasiya şikayətindən göründüyü kimi, o, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki halları mübahisələndirərək xx xxxx 2018-ci il tarixdə saat 9 radələrində əvvəlcədən lüləsini və qundağını kəsdiyi və özü ilə “xxxx” MMC-nin inzibati binasına gətirdiyi ov tüfəngindən X1 bir dəfə atəş açarkən, onun qorxuzmaq niyyətində olmasını, həmin vaxt qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində olmasını və bu vəz iyyətdə zərərçəkmişin istiqamətində bir atəş açdıqdan özünü də öldürmək istəməsini, lakin Akşin İbahimov onun əlindən tüfəngi aldığına görə bunu edə bilməməsini, məhkəmələr tərəfindən bu hallara düzgün qiymət verilməməsini, nəticədə əməlini düzgün tövsif edilməməsini, habelə ona həddindən artıq ağır cəza təyin edilməsini iddia edir. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törə tməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İş materiallarının təhlili göstərir ki, Məhkum tərəfindən törədilmiş cinayətin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr, qanuni prosedurlar daxilində, cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146cı m addələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları a ğlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və birinci instansiya məhkəməsinin məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin yanvar ayından “xxxx” MMC-nə sürücü vəzifəsinə işə götürülmüş və onun vəzifəsi Gəncə hava limanın gələn müştəriləri qarşılayıb onları həmin sanatoriyaya gətirmək olmuş, müştərilər haqqında məlumatı isə ona sanatoriyanın qeydiyyatçısı X1 ver mişdir. Lakin bir müddətdən sonra o, X1 tərəfindən belə məlumatlar vermədiyini, müştərilərin isə başqa avtomaşnlarla gətirilməsini görüb də ona iradını bildirmiş, müştərilər barədə ona məlumat verilmədiyinə görə sanatoriyanın direktoru X2 şikayət etmiş və sonuncu bütün transfer əməliyyatları barədə əvvəlcədən ona, yəni Məhkum məlumat verməsini X1 tapşırmışdır. Bu şikayətə görə qeydiyyatçı X1 ona iradını bildirərək ona heç bir müştəri barədə məlumat verməyəcəyini bəyan etmiş və hətta ona dirsəyini göstərmişdir. O, yaşda ondan qat-qat kiçik olan X1 bu hərəkətindən əsəbləşərək onu odlu silahdan atəş açmaqla öldürmək qərarına gəlmiş və bu məqsədlə təxminən xx xxxx 2018-ci i tarixdə qardaşından miras qalmış ov tüfənginin lüləsini və qundağını kəsib xx xxxx 2018-ci il tarixdə özü ilə götürmüş və sanatoriyaya gələrək X1 təxminən iki metrə qədər məsafədən yaxınlaşıb ondan müştəri verib-verməyəcəyini soruşmuş və sonuncunun cavabını gözləmədən onun qarın nahiyyəsində bir dəfə atəş açmışdır. X1 bu atəşin açılması nəticəsində aldığı xəsarətdən ölməsini zənn edərək ikinci atəşi açmağa zərurət görməmiş və sanatoriyanın həyətinə çıxaraq özünü də öldürmək istəmiş, lakin atəş səsinə hadisə yerinə gəlmiş X2 onun əlindən tüfəngi alaraq zibil qabına atmış və bununla da ona öz niyyətini həyata keçirməyə imkan verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum atəş açarkən X1 yalnız onu qorxuzmaq niyyətində olmasını və onu öldürmək niyyətində olmamasını bildirsə də, işin obyektiv halları ilə onun belə niyyətdə olması (ibtidai araşdırma zamanı verdiyi ifadələrində göstərdiyin dən fərqli olaraq) tamamilə təkzib edilir. Belə ki, hətta məhkəmə iclasında verdiyi ifadədərində Məhkum göstərmişdir ki, o, cinayətin icra edilməsində istifadə etdiyi ov tüfənginin lüləsini və qundağını hadisədən təxminən on gün əvvəl kəsib hazırlamış, həmin tüfəngi ailə üzvlərindən gizli şəkildə evdən götürüb sanatoriyaya gətirmiş, orada da həmin tüfəngi heç kim görməsin deyə parçaya bürümüş, atəşi isə X1 hər hansı başqa nahiyyəsinə və ya havaya deyil (onu qorxuzmaqdan ötrü Məhkum bu istiqamətdə də atəş açmaq imkanında olmuşdur), məhz zərər çəkmiş şəxsin həyat üçün vacib olan qarın nahiyyəsi istiqamətində açmış, bu atəş nəticəsində aldığı xəsarətlərdən də X1 həmin gün xəstəxanada ölmüşdür. Məhkəmə-tibbi ekspertizasının 28 mart TS-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, mərhum X9 mey itində qarının sol yan səthində dalağın, mədəaltı vəzinin, qaraciyərin dağılması və kəskin qanitirmə ilə nəticələnən, istiqaməti soldan sağa olan kor odlu silah yarası aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, baş verməmişdən az müddət əvvəl yetirilmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir. Qarının sol yan səthində olan yara patronu karteclə doldurulmuş odlu silahdan yaxın məsafədən açılmış bir atəşin təsirindən əmələ gəlmişdir. Yaranın xarakteri, yara kanalının olması, yara kanalında daxili üzvdə kartecin aşkar edilməsi bu növ atəşin təsdiq edici əlamətlərindəndir, dərəcəsinə görə həmin yara adətən daxili orqanların zədələnməsi ilə müşayiət olunduğundan və sağlamlığa həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Qarının sol yan səthində xarakterinə, lokalizasi yana, yara kanalının istiqamətinə əsasən güman etmək olar ki, həmin xəsarəti alan zaman mərhuma ayaq üstə atəş açılmış odlu silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. Xəsarətlərin xarakteri və lokalizasiyası, xəsarət aldıqdan sonra X9 qısa müddət ərzində hər hansı iradi hərəkət etməsini istisna etmir, mərhumun bilavasitə ölümünə səbəb isə dalağın, qaraciyərin, mədəaltı vəzinin zədələnməsi və kəskin qanitirmə ilə nəticələnən sol qarının kor odlu silah yarası olmuşdur. Digər tərəfdən toplanmış sübutlarla, o cümlədən şahid qismində dindirilmiş “xxxx” MMC-nin əməkdaşları A1, A2 və A3 ifadələri ilə təsdiq olunur ki, Məhkum həmin MMC-nə sürücü vəzifəsinə qəbul edildikdən sonra orada işlədiyi müddətdə rəhbərliyin verdiyi məlumata uyğun olaraq sanatoriyaya gələn müştəriləri Gəncə hava limanında qarşılayıb oraya gətirmiş, lakin bir dəfə rəhbərliyə şikayət edərək qeydiyyatçı olan X1 ona müştərilər barədə məlumat verməməsindən X2 şikayət etmiş, sonuncu da A1 bu məlumatları Məhkum verməsini tapşırmışdır. O da qeyd edilməlidir ki, X1 Məhkum onun rəhbərliyə şikayətinə görə hər hansı şəkildə təhqir etməsi, ona müştərilər haqqında məlum verməkdən imtina etməsi, yaxud da müştərilərin Gəncə hava limanından sanatoriyaya başqa avtomobillərdə gəlmələrini təsdiq edən sübutlar da istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş və əksinə müəyyən olunmuşdur ki, hadisədən bir gün əvvəl Məhkum sanatoriyaya gələn müştəirini Gəncə hava limanında qarşılayıb oraya gətirmək üçün Gəncə şəhərinə gedərkən X1 onu da evlərinə apararaq yolda düşürməsini xahiş etmiş, Məhkum da o nun bu xahişini yerinə yetirmişdir (bu halı Məhkum özü də verdiyi ifadələrində təsdiq etmişdir). Bundan başqa, Məhkum X1 atəş açarkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində olması da işin obyektiv halları ilə və araşıdrılmış sübutlarla təkzib olunur. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, A5 hələ hadisədən təxminən on gün əvvəl X1 odlu silahdan atəş açmaqla onu cəzalandırmaq məqsədi formalaşmış və bu məqsədini həyata keçirmək üçün o, hazırlıq işləri görərək odlu silah olan, evində saxladığı ov tüfəngi iri həcmli olduğuna görə onun lüləsini və qundağını kəsmiş, ondan istifadə etmək istəməklə tüfəngi həm ailə üzvlərindən, həm də sanatoriyanın əməkdaşlarından gizlətməyə çalışmış, həmin silahı evindən götürüb idarə etdiyi avtomaşına qoymazdan əvvəl isə iki ədəd patronu tüfəngə yerləşdirmişdir. Bu isə o deməkdir ki, o, əvvəlcədən öz əməlini planlaşdırmış və öz planını həyata keçirmək üçün məntiqi və ardıcıl hərəkətlər etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada özündə məqsəd formalaşdıran və məqsədinə uyğun olaraq hərəkət edən Məhkum atəş açmazdan əvvəl qəflətən güclü ruhi həyacan vəziyyətinə düşməsi heç cür inandırıcı hesab edilə bilməz və bu nəticə həm də məhkəmə-psixoloji ekspertizasının rəyi ilə də öz təsdiqini tapır. Həmin rəyin xx xxx 2018-ci il tarixli, 96 nömrəli rəyinə əsasən, Məhkum praktiki özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə (ih aviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkum əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə o, xx xxxx 2018-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlirinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, əsəbi psixi-emosional halda olmuş və bu halın yaranma səbəblərindən biri zərəçəkmişlə aralarında olan mübahisə ola bilər. Onun xx xxxx 2018-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olması inkar edilir. Göründüyü kimi, yuxarıda göstərilən sübutların məcmusundan X1 Məhkum qarşı qərəzli münasibətdə olması, mütəmadi olaraq ona sürücü kimi vəzifələrini yerinə yetirməsinə maneələr yaratması və məhz zərərçəkmiş şəxsin belə davaranışına görə məhkumun onu öldürmək deyil, qorxuzmaq məqsədilə onun istiqamətində atəş açması, həmin vaxt məhkumun qəflətən yaranmış güclü həyacan vəziyyətində olması müəyyən edilmir və buna görə, birinci və apellyasiya instansiyası məhkəmələri kimi, kassasiya instansiyası məhkəməsinə də belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum X1 heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Məhkəmə kollegyiası bu nəticəyə gələrkən, aşağıda göstərilənlərə istinad etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq norma sının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəl olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edi lməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxanda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 nömrəli qərardakı mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutul an əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində isə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinay ət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Beləliklə, məhkəmə kollegiyası hesab edir, Məhkum heç bir əsaslı səbəb olmadan xx xxxx 2018-ci il tarixdə qəsdən lüləsi və qundağı kəsilmiş odlu silah olan ov tüfəngindən X1 qarın nahiyyəsi istiqamətində bir atəş açmaqla və ona həyatı və sağlamılıq üçün təhlükəli olan xəsarətlər yetirməklə sonuncunu öldürməsi əməli xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi düzgün qiymətləndirilmiş və onun həmin əməli CM-nin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci və apellyasiya intansiyası məhkəmələrin də bu haqda gəldikləri nəticəni düzgün, toplanmış sübutlara uyğun nəticə kimi görür və Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onu n şərh edilən əməlinin CMnin 122.1, 126.3, yaxud da 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar tapmır. Məhkəmə kollegiyası həmçinin məhkum tərəfindən kassasiya şikayətində onun qanunsuz olaraq odlu silah hazırlaması və həmin silahı yenə də qanunsuz olaraq saxlaması və daşıması əməllərinin sübuta yetirilərək qiymətləndirilməsinin və bu əməllərin hüquqi tövsifini, yəni CM-nin 228.1 və 229.1-ci maddələri ilə ixtisaslaşdırılmasının mübahisələndirilməməsini nəzərə alaraq, bu məsələnin təhlil edilməsinə ehtiyac görmür. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin mü vafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəli lik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyiş dirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Məhkum barəsindəki hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini və xaraktrini, törətdiyi əməllərdən qismən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdrən hallar, qəsdən adam öldürmə cinayətini odlu silahdan istifadə eməklə törətməsini isə CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib nəzərə almış və apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq Məhkum təyin edilmiş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmamışdır. İş üzrə qəbul etdiyi qərarında apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri bilmişdir ki, “Məh kum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkuma təyin edilmiş cəzanın azaldılması, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılması ndan ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarad a bilər.” Kassasiya kollegiyası Məhkum həm ayrı-ayrı cinayətlərə görə, həm də cinayətlərin məcmusu üzrə cəza təyini ilə bağlı aşağı instansya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, ona təyin edilmiş cəza qanuni və ədalətli olduğundan həmin cəzaların yüngüllədirilməsi üçün əsaslar yoxdur. Buna görə, məhkəmə kollegiyası məhkum X5 kassasiya şikayətinin ona cəza təyini hissəsinin dəlillərini də qəbul edilməz sayaraq ümumilikdə onun barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı bir əsas görmür. Belə olan halda, yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Q.Dosiyevin və hə min şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkum X6 kassasiya şikayəti təmin edilməməli və onun CM-nin 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı d əyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar