Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-898/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qe ydiyyatda olmaqla, ünvan1də yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən (hakim Ə.S.Qəhrəmanov) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.2ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaların qismən toplanmaqla onun qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs12 məxsus ünvan 2dən, Zərərçəkmiş şəxs8 məxsus ünvan 3də, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 və Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 oğurluq etməsi ilə bağlı epizodların ittihamdan xaric olunması, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 07 dekabr 202 0-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murğuzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ona aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqı nda ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş, təkrarən, etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 27 iyul 2019-cu il tarixdə, gecə saat 02 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs10 məxsus ünvan 5 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan damdan 01 ədəd 600 manat dəyərində elektrik hava vuran aparatı, 01 ədəd 50 manat dəyərində «Bosh» markalı dreli və 01 metri 0,50 manat olan ümumi 50 manat dəyərində 100 metr uzunluğunda 2,5 mm-lik elektrik naqilini gizli olaraq tal ayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, 19 noyabr 2019-cu il tarixdə, saat 02 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin plastik pəncərəsini açma yolu ilə evə daxil olub evdən 01 ədəd 1200 manat dəyərində «Samsung» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11, ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, təkrarən, 26 aprel 2020-ci il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsi olan X7 məxsus ünvan 7 həyətinə hasardan a şma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin pəncərəsinin dəmir barmaqlığın sındırıb plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz olaraq evə girməklə oradan 01 ədəd 700 manat dəyərində 82 diaqonallı «Samsung» markalı televizoru, 01 ədəd 600 manat dəyərində «Sam sung» markalı planşeti, 01 ədəd 80 manat dəyərində ətçəkən maşını, 01 ədəd 800 manat dəyərində «Samsung» markalı noutbuku, 01 ədəd 50 manat dəyərində «Gigabyt» markalı sistem blokunu, 01 ədəd 30 manat dəyərində «Benq» markalı «ET0010» modeli 17 diaqonallı monitoru, 01 ədəd 3 manat dəyərində «Compaq» markalı klaviaturanı, 01 ədəd 600 manat dəyərində stolüstü kampyuter dəstini,01 ədəd 600 manat dəyərində «Playstation» oyun aparatını, 01 ədədi 100 manat, ümumi dəyəri 200 manat olan 02 ədəd ütünü, 01 ədəd 35 manat dəyərində Vif e aparatını, 01 ədəd 25 manat dəyərində ev telefonunu, 01 dəsti 37,50 manat, ümumi dəyəri 150 manat olan 04 dəst yorğan-döşək dəstini və 01 ədəd 170 manat dəyərində blender aparatını gizli olaraq talayıb zərərçəkmiş X7 ümumilikdə 3960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, 30 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində dayanmış və şüşəsi açıq vəziyyətdə olan X4 məxsus «QAZ 33021815 yük» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda olan Zərərçəkmiş şəxs9 pul kisəsindən 450 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, t əkrarən, Zərərçəkmiş şəxs16 etibarından suiistifadə edərək bankdan pul götürmək üçün 10 baş xırda buynuzlu heyvanlarının şəkillərini çəkəcəyi bəhanəsi ilə onu aldadaraq 26 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı ünvan 9 həyətindəki tövlədən bir başı 250 manat, ümumi dəyəri 2500 manat olan 10 baş xırda buynuzlu heyvanlarını otara-otara oradan uzaqlaşdırıb ələ keçirdərək satıb sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, 18 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində yaşayış sahəsi olan X5 məxsus ünvan 9n həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin pəncərəsini sıxıb açma yolu evə girərək evdən 01 ədəd 450 manat dəyərində «Moon» markalı televizoru, 01 ədəd (üzük, sırğa və k olyedən ibarət) 1300 manat dəyərində qızıl dəsti, 01 ədəd 550 manat dəyərində bir ədəd qızıl nişan üzüyünü və evin zirzəmisindən 01 ədəd dəyəri 130 manat olan qaynaq aparatını gizli olaraq talayıb zərərçəkmiş X5 ümumilikdə 2430 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, təkrarən, 19 noyabr 2020-ci il tarixdə, saat 22 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs6 məxsus ünvan 10 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin pəncərəsini sıxıb açma yolu evə girərək evdən 01 ədəd 450 manat dəyərində 82 dioqanallı “Hoffman” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, 20 noy abr 2020-ci il tarixdə, saat 03 radələrində yaşayış sahəsi olan X6 məxsus ünvan 11 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan tikilinin içərisindən 01 ədəd 1450 manat dəyərində 24 kubluq “Dəmirtöküm” markalı kombi aparatını, 01 ədəd 150 manat dəyərində gərginlik tənzimləyən və 01 ədəd 100 manat dəyərində qaz tənzimləyən aparatları gizli olaraq talayıb zərərçəkmiş X6 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, təkrarən, 20 noyabr 2020-ci il tarixdə, saat 04 radələrində yaşayış sahəsi olan X2 məxsus ünvan 12 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan damın içərisindən 01 ədəd 1000 manat dəyərində “İmergas” markalı 24 kubluq kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş X2 ümumil ikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, 24 noyabr 2020-ci il tarixdə, saat 01 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs5 məxsus ünvan 13 həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin pəncərəsinin dəmir barmaqlığını sındırıb pəncərəni sıxıb açma yolu evə girərək evdən 01 ədəd 280 manat dəyərində «Texnoluks» markalı tozsoranı, 150 manat dəyərində döşək üzlüyü dəstini, 01 dəsti 100 manat ümumi dəyəri 300 manat olan 03 dəst pakrıvalları, 40 manat dəyərində əl-üz dəsmalı dəstini, 50 manat dəyərində hamam dəsmalı dəstini, 01 dəsti 100 manat ümumi dəyəri 300 manat olan 03 ədəd qapı dəstəyi dəstini, 450 manat dəyərində qazan dəstini, 500 manat dəyərində qab-qacaqları, 01 ədəd 35 manat dəyərind ə elektirik təraş ülgücünü, 200 manat dəyərində qaşıq dəstini, evin zirzəmisindən 01 ədəd 85 manat dəyərində plasmas boru yapışdıran ütünü və 01 ədəd 250 manat dəyərində “Bosh” markalı dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 2440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirlənd irilən şəxs1, təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya inst ansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakı nı gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə: “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.2. t əkrar törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərb aycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hə r bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İc rası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlini etiraf etməsi, himayəsində bir uşağının olması, Zərərçəkmiş şəxs9 ona qarşı şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya m əhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-898/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-898/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver