Məhkəmə qərarları › İş №1(102)-898/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-898/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-898/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs Məhkum iştirakları ilə xx xxxx 1977-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olub, ünvan 2də yaşayan, Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 1(106)-746/2022 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(099)-114/2022 saylı hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), Ə.A.Əliyev və O.Y.Cəlilov) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 2021-ci i l mart ayının 6-dan 7-dək həbsdə saxlanıldığı 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılmış və sonuncunun üzərində 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 24 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 1(106)-746/22 hökmü ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1( 099)-114/2022 saylı hökmü ləğv edilərək, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, yəni 11,631 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin metam fetamini ölçməklə ayrı-ayrılıqda təmiz çəkiləri 1,527 qram, 1,370 qram, 0,938 qram, 0,984 qram, 1,967 qram, 2,363 qram və 1,986 qram olan 7 ədəd polietilen kəsiyi bükümlərinə ayıraraq həmin bükümləri yaşadığı ünvan 1 ünvanda yerləşən evin üçüncü mərtəbəsində qonaq otağına girişdən sağ tərəfdə yerə yığılmış xalçaların arasında 01 ədəd dərman qutusunun içərisində qanunsuz olaraq gizlədərək saxlamış, 0,496 qram hissəsini isə xüsusi hazırlanmış şüşə borunun içərisində olmaqla üzərində qanunsuz olaraq daşımaqla saxlamış, 06 mart 2021-ci il tarixdə saat 17 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində “Dədə Qorqud” parkının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd şüşə borunun içərisində təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan yaşıl rəngli şalvarının sağ diz nahiyəsindəki cibindən, 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,527 qram, 1,370 qram, 0,938 qram, 0,984 qram, 1,967 qram, 2,363 qram və 1,986 qram olmaqla ümumi çəkisi 11,135 qram eyni tərkibli psixotrop maddə metamfetamin isə 25 aprel 2021-ci il tarixdə saat 16 radələrində Şirvan şəhər məhkəməsinin qərarı ilə yaşadığı evdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış zamanı 01 ədəd dərman qutusunda evin üçüncü mərtəbəsində yerləşən qonaq otağına girişdən sağ tərəfdə yerə yığılmış xalçaların arasından aşkar olunaraq götürülmüşdür. Kassasiya prote stinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümləd ən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 29 noyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu no rmada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum külli miqdarda psixotrop maddə hesab edilən 11,631 metamfetamini qanunsuz olaraq əldə edib saxlaması, həmin psixotrop maddənin 0,496 qram hissəsini isə daşıması sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi Məhkum ona isnad edilən əməlləri törətməsinə dair ittihamı Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadəsi, sonuncunun üzərindən 0,496 qram psixotro p maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 6 mart 2021-ci il tarixli protokol, onun yaşadığı evdən 11,135 qram psixotrop maddə metamfetaminin götürülməsinə dair “axtarış və götürmə aparılması haqqında” 25 aprel 2021-ci il tarixli protokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlar (psixotrop maddələr) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışlar. Lakin, Məhkum birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə, işgəncəyə məruz qalmasına görə verdiyini qeyd edib ifadəsində göstərmişdir ki, Şirvan şəhərində yaşayan Şahid10 qızı ilə ş əxsi mübasibətləri olmuş, həmin münasibətlər müəyyən müddət davam etmişdir. Onun Şahid10 ilə münasibətdə olduğu müddət ərzində Şahid10 xalası qızı Şahid8 qızının da Şirvan Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1la münasibətlərinin mövcud olmasını bilmişdir. Bu şahid 2 ilə Kamilin birlikdə çəkdirdikləri şəkillərinin təsadüfən onun əlinə düşməsindən sonra baş vermişdir. Şahid8 və Şahid1 onların aralarında olan münasibətlərdən onun xəbərinin olmasını bilmişlər. Bundan sonra dəfələrlə şahid 2 və Kamil tərəfindən şəxsən və ya telefon vasitəsi ilə hədələnmiş, ondan özlərinə aid olan fotoşəkili necə əldə etdiyini israrla soruşsalar da o, bu söhbətdən yayınıb ümumiyyətlə onların şəxsi münasibətlərinin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra Şahid1 və Şahid8 müxtəlif ümumi tanışlar, o cümlədən Şahid10 vasitəsi ilə ona xəbər göndərərək onların fotoşəkillərini kimdən əldə etməsini öyrənməyə çalışmışlar. O isə təsadüf nəticəsində fotoşəkilləri əldə etdiyini onlara dəfələrlə bildirmişdir. Bu xəbərin bu dərəcədə bunlar üçün ciddiliyinin və ona təzyiq kimi istifadə edilməsi səbəbini başa düşə bilməmişdir. Şahid10 vasitəsi ilə şahid 2 ya xəbər göndərmişdir ki, Kamil ilə onun münasibətləri barədə heç kimə deməyəcəkdir, onların ona bu qədər təsir etmələrinə ehtiyac yoxdur. Bu xəbəri şahid 4dan şahid 2 ya göndərmişdir. Təxminən bundan bir neçə gün sonra şəhər icra hakimiyyətinin yanından keçən Şahid1 və polis şöbəsinin digər əməkdaşları onu zorakılıqla saxlayıb fiziki təzyiq göstərərək Şahid10 ondan polis şöbəsinə şikayət etməsini bildirmişlər. Şikayətin də əsa sı kimi guya onun tərəfindən tir tüfəngi ilə şahid 4ın yaşadığı evin pəncərəsinin sındırılması göstərilmişdir. O, isə rahat şəkildə deyilənlərin yalan olduğunu bildirib Kamilə polis şöbəsinə nə üçün gətirildiyini bildiyini, yəni şahid 2 ilə onun münasibətlərini bildiyinə görə gətirildiyini demişdir. Eyni zamanda Şahid1 ona şahid 4ın şikayətini göstərməyini tələb etmişdir. Lakin polis əməkdaşları həmin şikayəti ona göstərməmişlər. Kamil isə ona təzyiq etmiş, onu hədələmiş, ona üzünə onlarla şəxsi qoyacağını demişdir. O, isə şahid 4 ailəli olduğundan bu məsələnin sakit həllini xahiş etmişdir. Bu zaman Kamil ona şahid 4ın və ərinin polis şöbəsinə gətirildiyini, şəhərdə bir çox şəxslərin də üzünə durquzacağını demişdir. Kamil artıq onun polis şöbəsinə gətirildiyini, ona heç nəyin bağlanmayacağ ını, üzərində guya yüngül narkotik vasitə olmasını sənədləşdirib, sonra da onu azad edəcəklərini bildirmişdir. O, isə bununla razı olmamışdır. Polis Şöbəsində onunla gecə saat 24 radələrinə qədər söhbət aparılmışdır. Ona tutulmayacağı, cərimə olunacağı bildirilmişdir. Hətta bunun müqabilində Bəhruz və Ramil adlı polis əməkdaşları ondan 10.000 manat pul istəmişlər, sonda isə 5000 manata razılaşmışlar. Başqa çarəsi olmadığından qohumları vasitəsi ilə 5000 manatın gətirilməsini xahiş etməyə məcbur olmuşdur. Bundan sonra onun Anar adlı qohumu şöbəyə gəlib onun iştirakı ilə 5000 manatı Ramilin otağında Bəhruzun da yanında stolun üzərinə qoymuşdur. Bundan sonra onun ifadəsi alınmış və şöbədən buraxılmışdır. O şöbədən çıxdıqdan sonra Kamilin və şahid 2 nın qurması ilə heç cür razılaşmamış, onla rın hərəkətlərinin şəxsiyyətinə toxunduğunu və günahsız yerə barəsində cinayət işi açılmasına və 5000 manat pulunun alınmasına etiraz əlaməti olaraq bu barədə DİN-ə şikayət etməyə başlamışdır. Eyni zamanda sonra ona məlum olmuşdur ki, qurama işlə bağlı şahid 4 və əri polislərin hərəkətləri barədə DİN-ə şikayət etmişlər. Bundan sonra polislər, Bəhruz və Kamil tərəfindən ona edilən hədələr və təhdidlər artmağa başlamışdır. Polis əməkdaşları ona yenidən tutulacağını, şikayətin heç bir fayda verməyəciyini demişlər. Onun şikayətirinin nəticəsi olaraq Azərbaycan Respublikası DİN-dən Şirvan polis şöbəsinə yoxlama gələndən sonra artıq Kamil və Bəhruzun onu hədələmələri və tutacaqları təhdidləri daha da artmağa başlamışdır. O, xx.xx.2021-ci il tarixində xəstəxananın yaxınlığında hərəkətdə olan zama n yenidən polis əməkdaşları Şahid1, Bəhruz, Namaz, Şamxal və Samit tərəfindən ona qarşı ağır fiziki təzyiq göstərilərək xüsusi amansızlıqla avtomobilə daxil edilərək şöbəyə gətirilmişdir. Şöbədə ona fiziki təzyiq göstərilmiş, təxminən 1 sutkadan sonra Kamil onu otağına qaldırıb, “sənə bizim kimliyimizi göstərəcəyik”- deyib evindən də narkotik vasitəni öz yanında tapacaqlarını demişdir. Bundan bir gün sonra onu 20 nəfər polis əmədaşının iştirakı ilə yaşadığı evə aparmışlar. Həmin qrupa Bəhruz və Ramil adlı şəxslər rəhbərlik etmişlər. O, möhkəm səslə atasını səsləyib evə narkotik atacaqlar imkan vermə deyə qışqırmışdır. Bu zaman onun ağız nahiyəsındən yapışaraq avtomobildən düşməyini ləngitmişlər. Bundan sonra bütün polislər eyni vaxtda həyətə və evə daxil olmuş, heç bir icazə almadan evin m üxtəlif otaqlarına daxil olaraq axtarış aparmağa başlamışlar. Bu zaman polislər qışqırmışlar ki, Bəhruz narkotik vasitəni tapıb. O, uşaqlarının və ailəsinin hansı durumda olduğunu gördüyündən polislərdən xahiş etmişdir ki, şöbəyə gedək. Şöbədə isə Bəhruz ona “indi məndən Kamildən və Ramildən edilən şikayətlərin aqibətlərin nə olduğunu dərk edərsən” demişdir. Kamil yanında tanımadığı polis əməkdaşına «oğlu İlyası gətirmisinizmi şöbəyə, onu da atasının yanına salın» deyə qışqırmışdır. Bundan sonra Kamil ona şahid 2 ilə münasibətini ona xatırladıb eyni zamanda Şirvan polisində edilən şikayətlərin nəticəsini bilərsən demişdir. Artıq edilən şikayətdən sonra bu cür özbaşınalıq edən şəxslərdən qorxmağa başlamış, polislərin oğlunu da şərləyəcəklərini fikirləşərək yeganə yolunun polislərin dediklər ini etmək olduğunu qəbul etmiş və Kamil onun durumunu görüb onun eşitdiyi vəziyyətdə digər polis əməkdaşlarından onun oğlu İlyası da gətirib içəri qoymalarını tələb etmişdir. O da uşağının və ailə üzvülərinin polis şöbəsinə gətirilməməsi şərti ilə Bəhruza lazımı ifadəyə qol çəkəcəyini bildirmişdir. Bundan sonra o narkotik vasitələrlə əlaqəsinin olmadığı halda tərtib edilmiş ifadəni imzalamışdır. Onun şərlənməyi Kamillə şahid 2 nın sevgi münasibətlərindən və onun bu münasibətdən xəbərdar olmasından irəli gəlmişdir. Belə ki, hər ikisi ailəli olduqlarından xəbərin onun tərəfindən yayıla biləcəyindən qorxmuşlar. Şərlənməyinin ən maraqlı əsası isə Kamil və şahid 2 arasında olan fotoşəkilin onda olmasını hər ikisinin bilməsi olmuşdur. İlkin olaraq onu polis şöbəsinə gətirmək bəhanəsini şahid 4ın şikayəti üzərində qursalar da, sonradan şahid 4 şikayətini geri götürdüyündən polislər onun həbsini narkotik vasitə ilə sənədləşdirilmək məcburiyyətində qalmışlar. Bunlar da Kamilin şəxsi münasibətlər zəminində onu narkotik vasitə ilə bağlı şərlədiyini göstərir. Məhkum ifadəsində göstərmiş olduğu halların həqiqəti əks etdirməsi ibtidai araşdırma zamanı dindirilmiş Şahid10 qızının, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid8 qızınin, X5, Şahid9 və X6 ifadələri, həmçinin müdafiə tərəfinin ibtidai araşdırma zamanı müstəntiqə təqdim etdiyi Şahid8 qızının hazırkı əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşı Şahid1 arasında olan romantik fotoşəkillər və Şahid8 səs yazısı, Məhkum qarşı keçirilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsində iştirak etmiş polis əməkdaşları nın, o cümlədən Şahid8yla isti münasibəti olan əməliyyatçı Şahid1 cəzalandırılmaları ilə bağlı DİN-in müvafiq əmri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, apellyasiya məhkəməsi tərəfindən Məhkum ifadəsi cinayət-prosessual qanunun 144-cü maddəsi tələb etdiyi kimi digər sübutlarla müqayisə edilməklə lazımınca yoxlanılmış, nəticədə həqiqətən də onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin “Əməliyyat-axtarış fəaliyyət haqqında” Qanunun tələblərinə cavab verməməsi, müvafiq olaraq həmin tədbirin gedişində onun üzərində həyata keçirilmiş şəxsi axtarış və götürmənin və evində həyata keçirilmiş axtarış və götürmənin qanunsuz olması müəyyən edilmişdir. Belə ki, şahid 4 (Məhkumlə münasibəti olmaqla Şahid8 bibisi qızı) şahid kimi verdiyi ifadəsində Şahid8 və Şahid1 onu Məhkum polisə şikayət etdirməyə çalışmaqlarını, Şahid1 bir neçə dəfə onun evinin önünə gəlməsini, daha sonra pəncərəyə nə isə dəydikdən sonra Şahid1 salfetkaya bükülmüş daşa oxşar cismi ona verərək əri Rəşada verməsini tapşırmasını, o buna əməl etdikdən sonra əri Rəşadın 102 xidmətinə zəng edərək pəncərənin sınması və yaxınlıqdan güllə tapılması barədə məlumat verməsini, izahatı alınan zaman Kamilin Ramillə onun arasında olan səs yazısını qarşısına qoyaraq səs yazısını ərinə göstərəcəyini deməsini, bu səbəbdən ondan Raminin əleyhinə öz istədiyi kimi izahat aldığını, sonra isə ailəsinin dağıla biləcəyindən ehtiyat edərək Ramin barəsində şikayətini geri götürdüyünü göstərmişdir. Həmçinin cinayət işi materiallarında olan şahid 4 polis şöbəsinə ünvanlandığı ərizəsindən müəyyən olunur ki, o, dayısı qızı şahid 2 Nəzərərova və polis əməkdaşı Şahid1 tərəfindən şantaja məruz qaldığından Məhkum barəsində polisə şikayət etmiş, artıq onların ailəsi ilə şantaj olunmasına dözməyərək özünü yandırmaqla (ərizəyə əlavə edilmiş foto şəkillərdən onun bədənin yanması görünür) öldürməyə cəhd etmişdir. Şahid8 qızı (əməliyyatçı Şahid1la münasibəti olmaqla Şahid10 dayısı qızı) ifadəsində göstərmişdir ki, polis əməkdaşı Şahid1la ailəvi dotsluqları vardır. Şahid1la aralarında hər hansı şəxsi münasibətlər olmamışdır. Onunla Şahid1 arasında olan yaxın münasibətləri bibisi qızı Şahid10 vasitəsi ilə Məhkum bilməsi səbəbindən onun və Şahid1 Məhkum üzərinə və evinə narkotik qoyulmaqla həbsə alınmasını təşkil etmələri barədə Məhkum və ailəsinin dedik ləri yalandır. Məhkum narkotik aşkar olunması ilə onun heç bir əlaqəsi yoxdur. şahid 4gilə getdiyi zaman şahid 4ın pis vəziyyətdə olduğunu görmüşdür. şahid 4 onu Qara Ramin adlı şəxsin döydüyünü, həmin şəxsin narkotik satan olduğunu demişdir. O isə şahid 4a onu döyən şəxsin barəsində şikayət etməsini demişdir. şahid 4 ona bu məsələni tanışı Şahid1 vasitəsi ilə heç kim bilmədən həll etməsini xahiş etmişdir. Lakin o, Şahid1 bibisi qızı şahid 4 və Ramin barədə hər hansı söz deməmişdir. Məhkum müdafiəçisi tərəfindən təqdim edilən səs yazısı ona məxsusdur. O, telefonda olan səs yazısında Kamilin onu narkotiklə yükləyəcəyini demiş, lakin Ramini nəzərdə tutmamışdır. O, Ramini tanımır. Kamillə Raminin üzərinə və ya evinə narkotik qoyulması barədə söhbəti olmamışdır. Kamilin narkotiklə yükləyəcəyi barədə söz gəlişi demişdir. Məhkum narkotiklə bağlı tutulması barədə hər hansı məlumatı olmamışdır. Apellyasiya Məhkəməsi Şahid8 ifadələrini cinayət işində olan digər ifadə (o cümlədən Şahid10 ifadəsi ilə) və sübutlarla təhlil edərək Şahid8 faktiki olaraq əməliyyatçı Şahid1la yaxın münasibətdə olduğu təsdiq etdiyini və sonuncunun telefonda olan səs yazısında bildirmiş olduğu halların məhz əməliyyatçı Şahid1 Məhkum provokasiya nəticəsində tutulmasına nail olacağı ilə bağlı olduğu qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi istintaq zamanı müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Şahid8 məxsus səs yazısında (fonoskopik ekspertizasının keçirilməsi zamanı Şahid8 eksperimental səs və nitq nümunəsi verməsindən imtina etməsi səbəbindən ekspertizanın keçirilməsindən imtina edilsə də, Şahid8 ifadəsində qeyd edilən səs yazısının ona məxsus olduğunu etiraf etmiş) Şahid8 açıq-aşkar Şahid1 tədbir qurmasını, şahid 4ın onu yarı yolda qoymasının düzgün olmamasını, izahatı niyə geri götürməsini, Məhkum buraxılsa özü və digərləri üçün yaxşı olmayacağını, Bakıya da qaçsa yaxa qurtara bilməyəcəyini və ən əsası Şahid1 Məhkum ən azından narkotiklə sənədləşdirib tutmaq istədiyini (birbaşa Məhkum qarşı qanunsuz əməliyyat qurulmuş olmasını) bildirmişdir. Şahid9 məhkəmədə göstərmişdir ki, Məhkum onun dayısı oğludur. 06 mart 2021-ci il tarixdə Raminin mərhum qardaşı ona zəng edərək Raminin tutulduğunu və polis şöbəsinə aparıldığını bildirmişdir. O, saat 12-nin yarısında polis şöbəsinə getmişdir. Pasport bölməsinin qarşısında Şahid1la rastlaşmış, Kamil ona Ramini narkotiklə sənədləşdirə cəklərini bildirmiş, onun qoluna qandal vurulmuş və onu cinayət axtarış bölməsinin rəisinin otağına aparmışlar. Müstəntiq Bəhruz da orada olmuş, rəis ona 10 qram mal sənədləşdiriləcəyini demişdir. Kamil onu kənara çəkərək işini 5000 manat pul müqabilində həll edə biləcəyini, o isə 2000 min manata gücü çatacağını bildirmişdir. Gecə onu polis şöbəsində saxlamışlar, səhəri gün isə buraxmışlar. Kamil ona zəng edərək demişdir ki, səni mən buraxmışam, pulu götür gəl. O, 3000 manat pul götürüb Kamillə vədələşdikləri yerə getmiş, 3000 manat pulu Kamilə vermişdir. Kamil ona şahid 2 dan kənar durmasını demişdir. Bundan sonra isə 5000 manat pul aparıb Raminə görə vermiş və Ramin də azadlığa buraxılmışdır. Şahidlər X11 və X12 Məhkum ailə üzvləri olmaqla 25 aprel 2021-ci il tarixdə Məhkum yaşadığı evdə axtarış aparılarkən Məhkum evin həyətində olarkən qışqıraraq evə daxil olmuş polislərin evə narkotik vasitə atacaqlarını xəbər verməsi, bundan sonra polis əməkdaşlarının evin birinci və ikinci mərtəbələrində heç bir axtarış aparmayaraq birbaşa evdə yaşayan insanlardan kiminsə olması ehtimalının daha az olduğu evin 3-cü mərtəbəsinə qalxaraq orada axtarış aparmaları və guya orada olan xalçaların arasından 7 ədəd metamfetamin hissələrinin aşkar edildiyini göstərmişlər. X11 həmçinin Raminin şikayəti əsasında gəlmiş Daxili İşlər Nazirliyinin yoxlama komissiyası Şirvandan getdikdən sonra Raminin tutulub həbsə alındığını, bundan bir gün sonra Raminin evinə gedəndə 30-40 nəfər polis işçilərinin Raminin evində olduğunu gördüyünü, sonradan ona oğlu Raminin polis işçisi Kamilin yaxın münasibətdə old uğu şahid 2 adlı qadının xahişi ilə tutulmuş olmasının ona məlum olduğunu göstərmişdir. Şahid X12 ifadəsində axtarışın cəmi 2 dəqiqə çəkməsini (protokolda bu müddətin 16:30 dan 17:45-dək davam etdiyi göstərilsə də axtarışın qısa müddətdə davam etməsi və polislərin bir başa üçmərtəbəli evin psixotrop maddənin aşkar edildiyi 3-cü mərtəbəsinə qalxması digər şübhələrlə yanaşı psixotrop maddənin axtarış zamanı evə gətirilmiş olmasını hesab etməyə əsas verən haldır) qeyd etmişdir. Həmçinin cinayət işi materiallarında olan (3-ci cild, səh 75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş əmrdən (31 may 2021-ci il tarixli) görünür ki, Məhkum və bir neçə digər şəxsə qarşı qanunsuz hərəkətlərə yol verdiklərinə görə Şirvan polis əməkdaşları Şirvan ŞPŞ-nin CAB-ın rəisi Bəhruz Qurbanov d axili işlər orqanlarından xaric edilmiş, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tutduğu Şirvan ŞPŞ-nin CAB-ın vəzifəsindən azad edilmiş, Şirvan ŞPŞ-nin rəis müavini Xə ciddi xəbərdarlıq edilmiş, Şirvan ŞPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı İbrahim Qəhrəmanova, Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Niyazi Zeynalov vəzifəsindən azad edilmiş, Təhqiqat bölməsinin rəisi Aqşin Məmmədliyə şiddətli töhmət elan edilmiş, Şirvan ŞPŞ-nin rəisinə töhmət elan edilmişdir. Məhkum onun şahid 2 ilə münasibətlərini bilməsi səbəbindən Məhkum təqib etməsi barədə Məhkum və ailə üzvləri tərəfindən irəli sürülən iddialar əsassızdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi onu da nəzərə almışdır ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış (Məhkum polis əməkdaşı Şahid1 Şahid8 ilə münasibətlərini bilməsindən, ondan onlara aid romantik fotoşəkilərin olmasını Şahid10 bildirdikdən sonra), xx.xx.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış (Şahid9 Şahid1 5000 manat pul verməsi müqabilində Məhkum azad etməsi ilə bağlı göstərmiş olduğu xüsusatla üst üstə düşür), bundan 1 ay 19 gün sonra isə (Məhkum qanunsuz tutulması və ondan 5000 manat pul tələb olunması ilə bağlı şikayəti əsasında Daxili İşlər Nazirliyində yoxlama aparıldığı ərəfədə) sonuncunun yaşadığı evdə məhz Şahid1 iştirakı ilə (barəsində Daxili İşlər Nazirliyinə şikayət edilmiş şəxs) narkotik vasitə axtarılması ilə bağlı əməliyyat axtarış tədbiri həyata keçirilmişdir. Bu cür vəziy yətdə apellyasiya instansiya məhkəməsinin Məhkum məhkəməyədək icraatda verdiyi izahat və ifadələrini, həmçinin cinayət təqibi orqanın ittihamı əsasını təsdiq edən sübut kimi qəbul etdiyi 6 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 25 aprel 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokollarını, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, hal şahidlərinin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, hal şahidlərinin, polis əməkdaşlarının ifadələri müstəsna olaraq Məhkum barəsində keçirilmiş əməliyy at-axtarış tədbirlərinin gedişində baş verənlərə aid olmaqla, ekspert rəyləri isə narkotik vasitələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (əməliyyat-axtarış tədbirlərinin əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermirlər. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə Məhkum ifadəsini, şahidlər Şahid10 qızının X5, Şahid9 və X6 ifadələrini və m əhkəmənin bu ifadələr, eləcə də həmin ifadələrlə uzlaşan Şahid8 qızınin ifadəsi, sonuncunun səs yazısı, Məhkum qarşı keçirilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının o cümlədən Şahid8yla münasibəti olan əməliyyatçı Şahid1 cəzalandırılmaları ilə bağlı DİN-in müvafiq əmri və digər materiallar üzərində qurulmuş nəticələrini təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndiril məlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qər arlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlar ının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probat ion (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi, araşdırılmış digər ifadələrin mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyas ı apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, həmin protestin təmin e dilməməsi barədə isə bəraət almış şəxs Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 1(106)746/2022 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 1(106)-746/2022 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar