Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-898/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – X5, Müdafiəçi – “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü mad dəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 23 iyun 2024-cü il tarixli 1(046)-6/2024 nömrəli (hakim: Fəttahov İbrahim Bağır oğlunun sədrliyi) hökmü ilə 6 noyabr 1964-cü ildə Göyçay rayonu X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, İİ qrup əlil, xxxx qeydiyyatda olan, xxxx yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsinin tərkib əlaməti əməlində olmadığı üçün bəraət verilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” il tizam qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun izah edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı Ələkbərova Fidan Vaqif qızı tərəfindən verilmiş apellyasiya protestinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(107)-434/2024 nömrəli (hаkimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və İsayev Elman Bəhruz oğlundаn ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs Azərbaycan Respublikası CMin 222-3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə müvafiq dövlət orqanının qərarını qərəzli olaraq icra etməmişdir. Belə ki, X2 rayonu, X kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 noyabr 2022-ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq s ahəsində təyinatına uyğun olmayaraq plastik materialdan müxtəlif təyinatlı məhsulların istehsalatı fəaliyyəti göstərmək məqsədilə qeyri-yaşayış obyektinin inşa edilməsi ilə bağlı tikinti işləri aparan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin Təsisatdankənar dövlət baş ekspertiza idar əsinin tikintinin layihəsinə rəyi və Göyçay rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə sənədi olmadan aparılan tikinti işlərini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 13 aprel 2023-cü il tarixli, 070 nömrəli texniki baxış aktına əsasən, həmin müfəttişliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş “tikinti işlərinin dayandırılması barədə” 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı 18 aprel 2023-cü il tarixdə rəsmi olaraq göndərişli poçtla almasına baxmayaraq, qərarı rəsmi olaraq aldığı vaxt həmin torpaq sahəsində uzunluğu 88 metr, eni 48,5 metr sahədə 2,7 metr hündürlüyündə mişar daşlarından hörgü işləri aparılmış və 5 metr hündürlüyündə sütunlar quraş dırılmış tikinti işlərini dayandırmayaraq, 18 aprel 2023-cü il tarixdən tikinti işlərini davam etdirərək, hörülmüş mişar daşlarının üzərinə 2,7 metr hündürlüyündə dəmir təbəqələr vurduraraq, həmin dəmir təbəqələrin üzərində olan metal sütunların üst hissəsinə metal konstruksiyalı fermalar quraşdırtdıraraq, dam örtüyünü vurduraraq, uzunluğu 88 metr, eni 48,5 metr, mərkəzdən hündürlüyü 7,5 metr, kənarlarda isə 5,2 metr olmaqla tikili inşa etdirərək, 2023cü ilin may ayının sonunadək qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərini başa çatdıraraq, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması” barədə 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməmişdir. Məhkəmələr isə yuxarıda qeyd o lunmuş nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə hökmdə sübutları qarşılıqlı təhlil etməmiş, düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X5, şahidlər Şahid5, X15, X10. X11, Şahid1 ifadələrini, o cümlədən yuxarıda adları keçən 4 nəfər tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktı hökmdə əsas göstərsə də, həmin ifadələrdə və aktda X14 tərəfindən tikinti işlərinin xx.xx.2023-cü il tarixdə tam başa çatdırıldığını göstərilməsinə baxmayaraq məhkəmə sübutlara qiymət verər kən belə nəticəyə gəlmişdir ki, X14 tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli qərardan sonra tikinti işləri yenidən davam etdirilmiş və bu zaman xx.xx.2023-cü il tarixdə inzibati qaydada cərimə edildiyi üçün X14 qərarla razılaşaraq cəriməni ödəmiş, lakin həmin vaxtdan sonra heç bir tikinti aparmasa da cinayət məsuliyyətinə cəlb edilmişdir. Müdafiə tərəfi sübutlarda tikinti işlərinin xx.xx.2023-cü ilədək tam başa çatdırıldığını iddia etməsinə baxmayaraq ittiham tərəfi tikintinin 2023-cü ilin may ayının sonlarında, inzibati qaydada qərar qəbul edildikdən sonra başa çatdırıldığını göstərməklə sübut təqdim etsə də məhkəmə tikinti işlərinin 2023-cü ilin may ayında inzibati qaydada qərar qəbul edilməsindən əvvəl başa çatdırılması barədə nəticəyə gəlmiş lakin, hə min nəticəyə hansı sübutlar əsasında gəlməsini hökmdə göstərməmişdir. Göründüyü kimi, məhkəmə də X14 tərəfindən tikinti işlərinin bu barədə dayandırma qərarı qəbul edildikdən sonra davam etdirildiyinin həqiqət olduğunu göstərir, hətta X14 tərəfindən bu qərarın pozulmasına dair tətbiq edilmiş inzibati cərimənin ödənməsi də faktı təsdiq edən hal kimi qiymətləndirir. Tikinti işlərinin 2023-cü ilin aprel ayının ortalarında deyil məhz may ayının sonlarında tam başa çatdırılması müvafiq təsdiqləyici sənədlər- baxış aktları, fotoşəkillər, eləcə də X5 özünün ibtidai istintaqdakı ilkin izahatları, ifadələri və barəsində xx.xx.2023-cü il tarixdə tətbiq edilmiş inzibati cəriməni könüllü olaraq ödəməsi ilə də təsdiq edilir. X14 istər təhqiqat zamanı izahatlar verərkən, istərsə də ibtidai istintaq zama nı şahid qismində ifadələr verərkən əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus torpaq sahəsində mişar daşından ibarət hörgü işləri aparılmaqla 5 metr hündürlüyündə sütunlar quraşdırılmış, xx.xx.2023-cü il tarixdə tikintinin dayandırılması barədə qərar qəbul edildikdən sonra tikinti davam etdirilməklə hörülmüş mişar daşlarının üzərinə dəmir təbəqələr vurulmuş, həmin dəmir təbəqələrin üzərində olan metal sütunların üst hissəsinə metal konstruksiyalı fermalar quraşdırılmış, sonradan dam örtüyü vurulmuş və tikinti işləri may ayının sonunda başa çatmışdır. Bundan başqa məhkəmə iş üzrə şahidlərin ibtidai istintaqda verdiyi ifadələrini nəzərə almadan hökmdə yalnız məhkəmə istintaqı zamanı verilmiş ifadələri göstərməklə, eləcə də şahidin sonradan ifadəsində aydınlaş ma ilə bağlı müraciət etməsini nəzərə almamaqla həmin sübutlara əhəmiyyət verməmiş, bütövlükdə təqsirləndirilən şəxsin əməlində cinayət olmasını təsdiq edən sübutlara obyektiv yanaşmamışdır. Məhkəmə X5 CM-in 222-3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə işin faktlarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittih amının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi2 çıxış edərək, bəraət almış şəxsin sahibkar olduğunu, uzun illər Rusiya Federasiyasında yaşadığını, 2 ildir ki Göyçay rayonuna gələrək oraya sərmayə qoyduğunu və cəmiyyət üçün yararlı insan olduğunu bildirib, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X14 çıxış edərək, halhazırda həmin tikinti üçün lazım olan bütün sənədləri əldə etdiyini və müəssisənin tam qanuni fəaliyyət göstərdi yini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiy a qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması barədə nəticəyə gəlib, ona bəraət verdiyini iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələri nin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibin in bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.2-cü maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Kassasiya məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmələrin təqsirləndirilən şəxs barəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən və apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı lardan çıxış etmişlər. Belə ki, X14 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, apellyasiya icraatı zamanı eyni ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********217 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayon X kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü tarix li Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin aran regional tikinti müfəttişliyinin baş məsləhətçisi Şahid6 tərəfindən tərtib edilmiş 070 nömrəli texniki baxış aktından görünür ki, Bəraət almış şəxs məxsus Göyçay rayon X kəndində yerləşən 1 ha torpaq sahəsində 5.0 m hündürlüyündə sütunlar quraşdırıldığı və tikintiyə icazə və ekspert rəyinin olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan tikinti işlərinin dayandırlması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərardan görünür ki, 070 nömrəli baxış aktına əsasən Göyçay rayon X kəndində yerləşən X6 məxsus 1 ha torpaq sahəsində inşa edilən tikilinin dayandırılması barədə qərar qəbul edilmişdir. 30 gün müddətində tikintiyə icazə sənədinin agentliyə təqdim edilməsi üçün göstəriş verilmişdir. Qərarın tələblərinin icra edilməməsinə görə cavabdeh məsul şəxslərin qanunvericilikdə müəyyən olunmuş qaydada inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli SS816932514AZ ştrix kodlu poçt göndərişindən görünür ki, tikinti işlərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərar X4 yaşadığı Göyçay rayon X kəndində göndərilmiş, lakin X14 qeyd olunan ünvanda yaşamadığı üçün məktub geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 rayonu X kəndində inşa olunan sahibkarlıq obyektində tikinti işlərinin dayandırıl ması barədə agentlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərara əməl etmədiyinə görə fiziki şəxs X14 Azərbaycan Respublikasının İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X14 tərəfindən Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin hesabına 500 manat pul ödənilmişdir. İş materiallarında olan Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Zaur İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X12 tikinti işlərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərarının olmasına baxmayaraq, tikinti işlərini davam etdirmə klə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmişdir. Fakt üzrə Azərbaycan Respublikasının CM-in 222-3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyətinin baş memarı vəzifəsini müvəqqəti icra edən Şahid5, Göyçay rayon İHB-nin X kənd İnzibati Ərazi Dairəsi üzrə X13, Göyçay rayon X kənd Bələdiyyəsinin sədri X-in və Göyçay rayonu, X kəndində qeydiyyatda olan - X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Göyçay rayonu, X kəndində qeydiyyatda olan X14 tərəfindən Göyçay rayonu, X kəndi ərazisində Göyçay rayon İcra Hakimiyyətindən heç bir rəsmi icazə alınmadan aparılan tikinti işlərinin dayandırılması məqsədi ilə həmin obyektə 14 aprel 2023-cü il tarixdə baxış keçi rilərkən müəyyən edilmişdir ki, Göyçay rayon X kəndində qeydiyyatda olan X14 tərəfindən mülkiyyətində olan torpaq sahəsində 4120 kv.metr tikinti işləri görülmüş, artıq həmin tikinti-quraşdırma işləri başa çatmış, yekun tamamlama işləri görülmüşdür. Bu səbəbdən görülən işlər artıq başa çatdığından tikinti işlərinin dayandırılmasına ehtiyac olmamışdır. Odur ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilən tarixədək aparılan tikinti işləri yekunlaşmış və həmin tarixdən sonra hər-hansı tikinti-quraşdırma işləri görülməmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxsa 2023-cü ilin may ayının sonunadək qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərini başa çatdıraraq, qanunvericiliklə müəyyən ol unmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə 17 aprel 2023cü il tarixli 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməməsinə görə 3 noyabr 2023-cü il tarixdə CM-in 222-3-cü maddəsi ilə ittiham elan edilmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb o qənaətə gəlmiş ki, Bəraət almış şəxs 18 aprel 2023-cü il tarixdən sonra tikinti işlərinin dayandırılması barədə qərara əməl etmədiyinə, yəni həmin tikinti işlərini davam etdirdiyinə görə 25 may 2023-cü il tarixdə İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş, beləliklə də, Bəraət almış şəxsa irəli sürülən ittihamda istinad olunan əməllə sonuncuya inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas ol muş əməl (inzibati məsuliyyət yaradan xəta) eynilik təşkil etmiş, o, həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunanlarla yanaşı xx.xx.2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə 0285 nömrəli qərardan sonra X14 tikinti işlərinin dayandırılması ilə bağlı qərara əməl etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilənədək hansı tikinti işlərini, məsuliyyətə cəlb olunduqdan sonra isə verilmiş ittihama əsasən may ayının sonlarına qədər hansı tikinti işlərini aparması istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya məhkəmə kollegiyası gəlinən nəticəyə hüquqi qiymət verərək hesab etmiş ki, Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3- cü bəndinin şərh edilməsi haqqında 4 mart 2013-cü il tarixli qərarının “müəyyən etdi” hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş “non bis in idem” prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bi lməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiqedicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Belə ki, İXM-in 394.0.7-ci maddəsi tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməmənin inzibati məsuliyyətə səbəb olmasını nəzərdə tutur. Göründüyü kimi Bəraət almış şəxs tətbiq olunan inzibati tənbeh növü xarakterindən və ictimai təhlükəlilik baxımından CM-in 222-3-cü maddəsində nəzərdə tutulan qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə cinayəti nə uyğun olmaqla, işin bu halları X5 inzibati qaydada təqsirli bilindiyi “Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması” əməlinə görə 500 manat məbləğində cərimə edilməsini “cinayət qaydasında” məhkum olunmaya bərabər tutur. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X5 əməlində cinayət tərkibinin olmasını sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kol legiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə əməldə cinayət tərkibi nin olmasına dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər X5 barəsində qəbul edilmiş bəraət hökmünün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprose ssual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi ü zrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Buna uyğun norma CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edi lməlidir. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmam ış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Bəraət almış şəxs bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməl idir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarı kassasiya p
Məhkəmə qərarları › İş №1(102)-898/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-898/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver