Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-899/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhadoğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 07 noyabr 20 18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vəli Abdullayev) xx xxxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci madd əsi ilə təqsirli bilinib 400 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun bu iş üzrə qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 21 günün bir günü ictimai işlərin səkkiz saatına bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 232 saat ictimai işlər cəzası saxlanılmış, Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən bu cəza bundan əvvəlki Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.12.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 62, 69.4-cü maddələrinə əsasən təyin olunmuş 1000 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 232 saat ictimai işlər və 1000 manat cərimə cəzası təyin olunmuşdur. İŞİN HALLARİ: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20 oktyabr 2010-cu il tarixli 2(043)-1147/2010 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 10000 ABŞ dollarını tələbkara ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Muxtarov Teyyub Asif oğlu, hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 20 fevral 2019-cu il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü dəy işdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun bu iş üzrə qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 21 günün bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CMin 67-ci maddəsinə əsasən bu cəza Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən təyin olunmuş 1000 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1000 manat cərimə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə Məhkum barəsində təyin edilmiş cəza həddən artıq yüngüldür. Belə ki, mövcud halda Məhkum cinayət əməli törətməsinə və qanunun humanizm prinsipi əsas götürülməklə onun barə sində yüngül cəza təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən cinayətkar hərəkətləri dayandırmaması və yenidən cinayət əməlini törətməsi məhkumun islah olunmamasını və barəsində təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Eyni zamanda, iş materiallarından məlum olur ki, məhkum uzun müddət ərzində məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu zərərçəkmiş şəxsə tam şəkildə ödəmək üçün heç bir hərərkət etməmişdir. Məhkumun işin birinci instansiya məhkəməsində istintaqı zamanı 1500 manat borc məbləğini ödəməsini onun islah olunması, törətdiyi əməldən nəticə çıxarması ilə əlaqələndirmək düzgün olmazdı. Həmin əməl islah olunmaq görüntüsünü yaratmaq, məhkəməni aldatmaq və nəticədə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasına nail olmaq niyy əti ilə edilmiş əməldir. Təsadüfi deyildir ki, işin Kəpəz rayon Məhkəməsində baxışından 06 ay keçməsinə və məhkəmədə borcu hissə-hissə ödəyəcəyinə dair ifadə verməsinə baxmayaraq Məhkum borc məbləğindən ödəniş etməmişdir. Qeyd olunan hallar məhkumun çətin islah olunduğunun, ona təyin olunmuş cəzanın təsir gücünün zəif olduğunu, cinayətkar davranışlarını davam etdirdiyini sübut edir. Beləliklə, barəsində təyin olunmuş cəzanın yüngüllüyü, təsir gücünün az olması, cəzasının məqsədlərini təmin edə bilməməsi səbəbindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunmamaqla qalır. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı isə Zərərçəkmiş şəxs nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasi ya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olu narkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması iddia edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər zərərçəkmiş şəxsin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nə ticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları (səmimi peşimançılığını, təqsirini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini) və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası təyin edilmiş cəzanın növü ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işi materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Məhkum bundan əvvəl Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli hökmü ilə 178.2.1, 178.2.2, 178.2.4, 62, 69.4-cü maddələrinə əsasən təyin olunmuş 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 06 avqust 2018-ci il tarixli məktubundan görünür ki, Məhkum həmin hökmlə ona təyin edilmiş cəzanı çəkməmiş, məhkumluğu ödənilməmişdir. Qeyd olunanlar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı cinayət törədərək əvvəl məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib humanizm prinsipi əsas götürlməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza, yəni cərimə cəzası təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən cinayətkar hərəkətlərini dayandırmaması, ye nidən cinayət əməlini törətməsi onun islah yoluna qədəm qoymamasını və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, işin hallarından da göründüyü kimi məhkum zərərçəkmiş şəxsə maddi ziyan vurmuş və xeyli müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu zərərçəkmiş şəxsə tam şəkildə ödəmək üçün heç bir hərəkət etməmişdir. Hətta apelyasiya instansiya məhkəməsində də zərərçəkmiş şəxsə qalan borcunu ödəməsi üçün xeyli vaxt verilsə də, məhkum həmin borcdan bir qəpik də ödəniş etməmişdir. İşin halları məhkumun çətin islah olunan olmaqla ona təyin olunmuş ictimai işlər cəzasının təsir gücünün məhkumun islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya və qanunlara əməl edəcəyinə əs aslı şübhələr yaradır, eləcə də məhkəmə kollegiyası hesab edir ki, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsini icra etməyən və zərərçəkmiş şəxsə olan borcunu tam ödəməyən məhkum barəsində belə yüngül cəza təyin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasız qalması təhlükəsini də yaradır. Belə olan halda, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apelyasiya şıkayətinin dəlilləri ilə qismən razılaşır və Məhkum təqsirli bilinərək məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunamüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hökm dəyişdirilməli Məhkum təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, apellyasiya şikayəti qismən t əmin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla qismən razılaşdığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün (zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə və digər normalara tam uyğun təyin olunmuşdur). Həmin cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə na il olmasına xidmət etməsi baxımından da ədalətlidir. Belə qənaətə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmə tərəfindən cəza məsələs i həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs nümayənd əsi Nümayəndə ilə birlikdə verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-899/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-899/2019
02.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver