Məhkəmə qərarları › İş №1(102)-899/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-899/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-899/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 və Məhkum iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 17 7.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-103/2019 nömrəli 19 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Cavid Tağıyev), Məhkum, 28 may 1992-ci ildə Goranboy rayonu Qarasuçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri ********** küçəsi ***** döngə ev ****** yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (ik i) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) gün cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,21.03.2019-cu il tarixdə saat 12 radələrində Gəncə şəhəri *************** yerləşən, X2 yaşadığı evə hasardan aşaraq mətbəxin giriş qapısından evə daxil olub yataq otağında olan paltar şkafının içərisindəki kişi gödəkcəsinin cibində S6 məxsus 500 (beş yüz) manat məbləğində nəğd pulu, 1 ədəd 150 (yüz əlli) manat dəyərində tək brilyant qaşlı qızıl sırğanı, həmin otaqda olan çarpayının üzərindəki şüşə bankının içərisindən 20 (iyirmi) manat məbləğində qəpik pulları, həmin çarpayının üzərindəki digər şüşə bankanın içərisindən 15 (on beş) manat məbləğində nəğd pulu ümumilikdə 685 manat dəyərində əmlakını, həmin evin digər yataq otağında olan kiçik ölçülü şkafın içərisindən X6 məxsus 5 (beş) manat 40 (qırx) qəpik dəyərində Kapital bank sosial müavinət kartını gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X3 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)357/2019 nömrəli 19 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim El çin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi F6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən prosessual hüquq normaları müvafiq hökm və qərar çıxarılarkən düzgün tətbiq olunmadığından ədalətsizdir. Bundan başqa, ona cəza təyin edərkən törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkənlərin heç bir şikayət və tələbinin olmaması, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən yüngülləşdirici hallar kimi nəzərə alınmamışdır. Kassator göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şika yəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğu, zərərçəkənlərin heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı m addələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxslərin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan ist ifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası kassatorun işə baxan məhkəmələr tərəfindən onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını cəzanın yüngülləşdirən hallar kimi nəzərə alınmamasını və ona ağır cəza təyin edildiyinə görə qərarın dəy işdirilməsini və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslər X2 və X5 istintaq və məhkəmə araşdırmaları zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər onlara vurulmuş zərərin ödənilmədiyini və məhkuma ciddi cəza təyin edilməsini xahiş etmişlər (cild 2, iş vərəqə 55-62). Odur ki, məhkumun zərərçəkmiş şəxslə barışması və sonuncuların ondan heç bir şikayət və tələblərinin omaması barədə dəlili tamamilə əsassızdır. Məhkəmə kollegiyası cəza təyini üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumun əməlində cinayətlərin residivinin olmasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Belə ki, cinayət işinin materiallarındakı hökmün surətindən müəyyən edilir ki, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar hallarından görünür ki, Məhkum cəzasının sonu ilə 23 iyul 2018-ci il tarixdə azad edildikdən sonra bir il keçməmiş - 21.03.2019-cu il tarixdə yenidən cinayət əməli törətmişdir. Belə olduqda is ə Məhkum əməlində cinayətlərin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ni törətməkdə təqsirli bilmiş və ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddini - 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, bu cəza da ədalətsiz hesab oluna bilməz. Belə ki, qeyd edildiyi kimi məhkumun əməlində cinayətlərin residivi olduğundan ona təqsirli bilindiyi CM-in 177.2-ci maddəsi daha ciddi cəza növünün son həddinin yarısından aşağı cəza təyin edilə bilməzdi. Maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi beş ildir və məhkəmə də Məhkum 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 20 13-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyillərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ci nayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndin də göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkumun əməlində cinayətlərin resi divinin olmasını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə a laraq Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar