Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-899/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, cinayət məsuliyyətindən azad edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İsmayılov Samir Bəyistan oğlunun və mülki idd iaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Murad Akif oğlu) Təqsirləndirilən şəxs, 13 oktyabr 1961-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonunün Seyidli kəndində qeydiyyatda olan, lakin məcburi köçkün olaraq ünvan 1 məskunlaşmış, CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş və cinayət təqibinə xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həl l edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş, iş üzrə mülki iddia baxılmamış saxlanılmış və hazırki iş üzrə şəxsin inzibati məsuliyyət məsələsi həll edildikdən sonra mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, sahibkarlıq funksiyalarını yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103, 104, 105, 130.1, 159, 161.1, 174, 177, 180.1, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına gəlir və xərclər barədə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2011-ci ilin 4-cü – 2012-ci ilin 1-ci rübləri üzrə 4902,80 manat sadələşdirilmiş vergi, habelə vergi orqanına bəyannamə təqdim etməməklə, 2012-2013-cü illər üzrə 110966,89 manat gəlir vergisi, 2012-ci ilin iyul-avqust, oktyabr-dekabr, 2013-cü ilin fevral, aprel, iyul-avqust, oktyabr və 2014-cü ilin mart, iyul ayları üzrə 118885,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, küll i miqdar təşkil edən, 234755,45 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, hüquqi ünvanı ünvan 1tamentində (ləğv olunmuş Bakı Vergilər Departamenti) vergi ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti göstərərək, Bakı şəhərində diri heyvanların topdan satışından əldə etdiyi hasilatı 2011-ci ilin 4-ci rübü üzrə 48540,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 1941,60 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 0,00 manat göstərərək 1941,60 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin 1-ci rübü üzrə diri heyvanların topdan satışından əldə etdiyi hasilatı 75030,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilm əli sadələşdirilmiş vergi 3001,20 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 1000,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 40.00 manat göstərərək 2961.20 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci il ərzində əldə etdiyi gəliri 355957,63 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 135580,47 manat, vergiyə cəlb olunan gəliri 220377.16 manat. 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 44075,43 manat olduğu halda, 2012-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 44075,43 manat məbləğində gəlir vergisini; 2013-cü il ərzində əldə etdiyi gəliri 481720,34 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 147263.04 manat, vergi yə cəlb olunan gəliri 334457,30 manat. 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 66891,46 manat olduğu halda, 2013-cü il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 66891.46 manat məbləğində gəlir vergisini; 2012-ci ilin iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 18270,56 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 3288,70 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 3288,70 manat məbləğində ƏDV-ni; avqust ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 71099,00 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 12797,82 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 12797.82 manat məbləğində ƏDV-ni; oktyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 25589,28 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 4606,07 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 4606,07 manat məbləğində ƏDV-ni; noyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 53491.45 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 9628,46 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 9628,46 manat məbləğində ƏDV-ni; dekabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 51127,00 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 9202,86 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 9202,86 manat məbləğində ƏDV-ni; 2013-cü ilin fevral ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 60242,67 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 10843,68 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 10843,68 manat məbləğində ƏDV-ni; aprel ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 20458,06 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 3682,45 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 3682,45 manat məbləğində ƏDV-ni; iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 115957,00 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 20872,26 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 20872,26 manat məbləğində ƏDV-ni; avqust ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 71267,62 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 12828,17 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 12828,17 manat məbləğində ƏDV-ni; oktyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 66531,89 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 11975,74 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 11975,74 manat məbləğində ƏDV-ni; 2014-cü ilin mart ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 92599,06 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 16667.83 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 16667,83 manat məbləğində ƏDV-n i; iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 13842,89 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 2491,72 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 2491,72 manat məbləğində ƏDV-ni hesablamamaqla. nəticədə cəmi 118885,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 234755,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, sübutların məcmusu ilə, o cümlədən təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri və cinayət işində olan digər materiallarla fiziki şəxs Təqsirləndirilən şəxs 31703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması tamamilə təsdiq edilmiş və bu mə bləğə görə onun barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD saylı Qanununa əsasən CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilmiş, həmin Qanun isə 2020-ci il iyunun 1dən qüvvəyə minmişdir. Dəyişikliklədən sonra CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir; “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Göründüyü kimi, CM-də edilmiş dəyişikliyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 31.703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi dəyişdirildiyindən, dəyişikliyə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olması və cəzalanmalı olması aradan qalxdığından onun CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Qərardan mülki iddiaçının nümayəndəsi S.Seyidəhmədli tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S. Seyidəhmədli kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: CPM-nin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra normalarına istinad edən mülki iddiaçının nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, iş üzrə müəyyən edilmiş ziddiyyətləri aradan qaldırmadan əsassız olaraq Yasaml Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarının qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyası qərar qəbul edərkən 18 oktyabr 2019-cu il tar ixli 12400 nömrəli təkrar və 05 fevral 2020-ci il tarixli 28211 nömrəli komisson məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini, “Vergilərin hesablanması barədə” 22 iyul 2015-ci il tarixli **********924132 nömrəli Qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1481/17 nömrəli 13 dekabr 2017-ci il tarixli Qərarının yayındırılmış vergilərin məbləğinə münasibətdə preyudisiallıq yaratmadığını əsas kimi qəbul etmişdir. Halbuki, göstərilən ekspertiza rəyləri verilərkən ekspertlər tərəfindən hər hansı əlavə araşdırma aparılmamış, rəylərdə isə qeyd olunmuşdur ki, guya vergi orqanı tərəfindən yoxlama aparılarkən vergi ödəyicisi tərəfindən çəkilmiş xərclər nəzərə alınmamışdır. Bununla bağlı kassasiya şikayətinin müəllifi vurğulamışdı r ki, vergi yoxlaması aparılarkən vergi ödəyicisi Təqsirləndirilən şəxs vergi orqanının nümayəndələrinə və ibtidai araşdırma orqanına xərc sənədlərini təqdim etməmiş, bunun səbəbi isə belə sənədlərin ümumiyyətlə mövcud olmamasıdır. Belə ki, ekspertlər tərəfindən iş üzrə əlavə sənədlərin zəruriliyi haqqında vəsatət verilmiş, lakin belə sənədlər həm vergi ödəyicisində, həm də vergi orqanında olmadığına görə, onların ekspertlərə təqdim edilməsi mümkün olmamışdır. Daha sonra mülki iddiaçının nümayəndəsi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunun aparılmalı olmasını qeyd edərək bildirir ki, ekspertlər tərəfindən ekspertizanın aparılmasının prosessual tələbləri pozularaq, başqa bir MMC-d ən hesabat tipli statistik sənədlərin mötəbər sənəd kimi qəbul edilərək yenidən vergilərin hesablanmasında xərc sənədi kimi istifadə olunması vergilərin hesablanması barədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bundan başqa, ibtidai araşdırma zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı gəlir, xərc və digər sənədlərinin olmadığını bildirmişdir. Göründüyü kimi vergi ödəyicisi Vergi Məcəlləsinin tələblərini kobud surətdə pozaraq qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, ekspertiza rəylərinin təhlili göstərir ki, komissyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyini vermiş ekspertlər heç bir əlavə araşdırma aparmayaraq faktiki təkrar məhkəməmühasibat lıq ekspertizasının 18 oktyabr 2019-cu il tarixli 12400 nömrəli rəyini yeni rəyə köçürməklə kifayətlənmiş, ekspertlər tərəfindən rəylər verilərkən isə istinad edilən hesabatda idxal olunan iri və xırda buynuzlu heyvanların çəkisinin nə qədər olması və kökəltmədən sonra nə qədər müəyyən edilməsi barədə hər hansı fikir bildirilməmişdir. Halbuki gəlinən nəticənin əsaslı olmasını sübut etmək üçün bu hal qeyd edilməli idi. Eskpertlər tərəfindən bu halların qeyd edilməməsi təsadüfi olmamışdır ona görə ki, təqdim edilən sənədlərdən də göründüyü kimi, Təqsirləndirilən şəxs idxal etdiyi iri və xırda buynuzlu heyvanların çəkilərinin kifayət qədər çox olması, onların kökəltməyə ehtiyaclarının olmaması ekspertin bu cür rəy verməsini mümkünsüz etmişdir. Bütün bu ziddiyətli məqamlara baxmayaraq məhkəməl ər əsassız və mötəbərliyi şübhə doğuran, ehtimallara əsaslanan ekspert rəylərinə istinad etməklə əsassız olaraq Təqsirləndirilən şəxs ödəməkdən yayındırdığı vergi məbləğini kəskin azaltmış və mülki iddianı baxılmamış saxlamaqla iş üzrə icraata xitam verilmişdir. Kassatorun fikrincə, apellyasiya instansiyası məhkəməsinin digər bir əsaslandırmasında inzibati mübahisəyə dair iş üzrə qəbul edilmiş məhkəmə aktlarının 234.755,45 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını özündə ehtiva etmədiyini bildirməklə tam əsassız nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs 234.755,45 manat vergi məbləğinin əssasız hesab edilərək silinməsi barədə iddia tələbinin rədd edilməsi həmin vergi məbləğinin hesablanmasının əsaslı olmasını sübut edir və vergi orqanı tərəfindən həmin məbləğin tutu lmasına dair mülki iddia qaldırmaq üçün hüquqi əsas yaradır. Həmçinin məhkəmə kollegiyası qərarında inzibati iş üzrə Ali Məhkəmənin “apellyasiyä məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə istinad etməklə "fermanın" təsərrüfat subyekti kimi qeydə alınmalı olması barədə gəldiyi nəticə ilə razılaşmaması və həmin normanın bilavasitə təsərrüfat obyektinin qeydə alınmasını imperativ qaydada müəyyən etməməsini qeyd etməsini’ vurğulamaqla iş üzrə təqsirləndirilən şəxsin xeyrinə qeyd edilmiş xüsusatı önə çəkmiş, lakin nədənsə həmin iş üzrə Ali Məhkəmənin hesablanmış vergi məbləğlərinin düzgünlüyü, iddiaçının xərc sənədlərini təqdim edə bilməməsi barədə gəldiyi nəticəni görməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi hesablanmış vergilərin hesablanma əsasla rına, mahiyyətinə, məbləğinə, hərəkət və hadisənin olub-olmamasına dair heç bir aidiyyətinin olmamasına baxmayaraq, Ali Məhkəmənin İnzibati Kollegiyasının gəldiyi bu hüquqi mövqeyi cinayət işi üzrə gəldiyi yanlış nəticəni əsaslandırmaq üçün istifadə etmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq mülki iddiaçının nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, mülki iddiaçının nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsi və onun cinayət məsu liyyətindən azad edilməsi, sonuncuya qarşı qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla prosessual qanunvericiliyin normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416. 1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşd ırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apel lyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyiş dirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəy ə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin işti rakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitus iyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəf indən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olun masını təmin etsinlər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında əksini tapmış h üquqi mövqedən də irəli gəlir. Həmin qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, c inayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, t əqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmus u ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). CPM-nin 124.1.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcm i nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş süb utların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Hazırki iş üzrə, məhkəmələrin işin faktiki halları barədə gəldikləri qənaətə görə, fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar 2011-2014cü ilədək olan müddət üzrə büdcədən yayındırılmış vergilərin ümumi məbləği 234755,45 manat deyil, 31703,51 manat təşkil etmişdir. Məhkəmə kollegiyası həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticənin birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla t am təsdiq edilməsini qeyd edərək əvvəla vurğulamağı lazım bilir ki, bu sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmiş, onların yolverilməzliyini təşkil edən və CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmiş və məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında araşdırılmış sübutları ətraflı şərh edərək onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət vermişlər. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, fərdi sahibkar və vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Departamentində qeydiyyata alınmış, fəaliyyəti isə Rusiya Federasiyasından iri və xırda buynuzlu heyvanları idxal edərək, həmin heyvanların saxlanması, bəslənməsi və böyüdülüb Azərbaycan Respublikasında satılmasından ibarət olmuşdur. 17 noyabr 2011-ci il tarixdən 15 iyul 2014-cü il tarixədək olan dövrdə o, 1627 baş iri və xırdabuynuzlu heyvanları Rusiya Federasiyasından idxal edərək bir müddət ünvan 2 ünvanda yerləşən şəxsi evinin həyətində, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Duzlu gölə yaxın ərazidə yerləşən Şahid2 məxsus olan fermada heç bir icarə müqaviləsi və ya rəsmi sənəd olmadan arvadı X15 ilə birlikdə saxlamışdır. Həmin hey vanları Bakı ətrafı ərazilərdə, eləcə də Bakı şəhərinin kəndlərində, Gəncə şəhərində, Bərdə və Ağcəbədi rayonlarında yerləşən mal bazarlarında satmış, fəaliyyəti ilə bağlı mühasibi olmadığı üçün bütün sənədləşmə işlərini özü həyata keçirmişdir. Vergilərin ödənilməsinə cavabdeh şəxs o, özü olmuş, göstərdiyi fəaliyyət kənd təsərrüfatı fəaliyyəti olmuşdur. Vergi orqanı tərəfindən hesablanmış vergilərlə razı olmadığı üçün vergi orqanına fəaliyyəti ilə bağlı bəyannəmə təqdim etməmiş və vergiləri ödəməmiş, lakin vergi orqanının əməkdaşları dəfələrlə şişirtməklə ona vergi hesablamışlar. Məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar və komisson məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə də bir daha təsdiq olunur ki, ona ödənilməli olan vergilərin məbləğləri həddindən artıq çox hesablanmış, lakin o, vergi yoxlaması aktında göstərilən məbləğdə vergiləri ödəməkdən yayınmamışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, idxal etdiyi iri və xırda buynuzlu heyvanları o, dərhal satmamış, bir müddət onları həm evinin həyətində, həm də icarəyə götürdüyü fermada saxlayaraq onlara yem, su verib həmin heyvanların kökəldilməsi üçün də müəyyən vəsait sərf etmiş, bu vəsait isə yemin alınması, daşınması və digər xərclərdən ibarət olmuşdur. Lakin həm vergi yoxlaması, həm də ibtidai araşdırma orqanı tərəfindən bu xərclər nəzərə alınmamış və buna görə də onun heyvanların satışından külli miqdarda gəlir əldə etməsi barədə həqiqətə uyğun olmayan məbləğlər müəyyən edilmişdir. Ciinayət işinin materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs idxal etdiyi iri və xırda buynuzlu hey vanları bir müddət saxlaması, onlara qulluq edərək kökəltməsi və bunun üçün müəyyən xərclər sərf etməsi hissəsində ifadələri həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə də təsdiq olunmuş, və buna görə də həmin məhkəmə haqlı olaraq müdafiə tərəfinin vəsatətini təmin edərək Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödəməli vergi məbləğlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunub keçirilməsi haqda qərar qəbul etmişdir. Həmin ekspertizanın 18 oktyabr 2019-cu il tarixli 12400 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılmış əməliyyatlara görə dövlət b üdcəsinə az hesablanmış vergilərin ümumi məbləği 31.703,51 manat müəyyən edilir. İş materiallarından göründüyü kimi, bu rəyin nəticələri ilə razılaşmayan mülki iddiaçının (vergi orqanının) nümayəndəsi məhkəmə iclasında komission məhkəməmühasibatlıq ekspertizasının təyin edilib keçirilməsi barədə vəsatət qaldırmış və birinci instansiya məhkəməsi bu vəsatəti də təmin edərək həmin ekspertizanın təyin olunması haqqında qərar qəbul etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2020-ci il tarixli 28211 saylı komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Təqsirləndirilən şəxs tər əfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin ümumilikdə məbləği 31703,51 manat müəyyən edilir. Bundan əlavə ekspertlər təqdim edilmiş iş materiallarına əsasən müəyyən etmişlər ki, 30 mart 2016-cı il tarixli 4557 saylı rəylə 18 oktyabr 2019-cu il tarixli 12400 saylı rəy arasında olan ziddiyyətlərin səbəbləri təqdim edilmiş əlavə sənədlərin əsasında yaranmışdır. İş üzrə keçirilmiş təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinin həmin rəyləri vermiş və məhkəmə baxışı iclasında onların nəticələrini təsdiq etmiş ekspertlərin ifadələri ilə birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsasl andırılmış, ikincisi, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, rəylərin nəticələri ekspertlərin ifadələri ilə də üst-üstə düşür. Kassasiya şikayətində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin və həmin rəyləri vermiş ekspertlərin ifadələrinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alı r. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 31703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması tamamilə sübuta yetirilmişdir. Məhz bu məbləği işin faktiki hallar ına uyğun olan məbləğ kimi qəbul edərək, məhkəmələr Təqsirləndirilən şəxs əməllərinə münasibətdə cinayət qanunu normalarının tətbiq edilməsi məsələsini həll edərkən CM-nin aşağıdakı normalarına müraciət etməyi zəruri hesab etmişlər və məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə də razılaşır. Əvvəla, qeyd olunmalıdır ki, CM-nin 213.1-ci maddəsində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 213.2.2-ci maddəsində isə bu əməllərin külli miqdarda törədilməsinə görə cinyət məsuliyyəti nəzərdə tutulmuşdur. 01 iyun 2020-ci il tarxdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanununu CM-də bir çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Görünüdüyü kimi, CM-də edilmiş dəyişikliyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 31.703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hal Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını və cəzal andırılmasını aradan qaldırdığından onun barəsində CM-nin 213.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə tamamilə əsaslı və qanuni olmuş və, yuxarıda qeyd olunduğu kimi, bu nəticənin şübhə altına alınması üçün heç bir əsas araşdırılmış sübutlarla müəyyən edilməmiş, ittiham tərəfi olaraq mülki iddiaçı da bunu təkzib edən mötəbər sübutları məhkəmələrə təqdim etməmiş və kassasiya şikayətində də onlara əsaslanmamışdır. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə, cinayət məsuliyyətinə cəlb edilmiş şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil və onun təqsirli olmasına dair sübutların toplanmaı və məhk əməyə təqdim edilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CM-nin 21.3-cü maddəsi). Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə gəldikləri nəticəyə əsasən yekun məhkəmə aktları qəbul edərkən cinayət-prosessual qanunvericiliyinin aşağıdakı tələbinə də əməl etmişlər. Belə ki,CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs hesablanmış vergilərin silinməsi və vergi orqanının 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcu üzrə 234755,45 manat, maliyyə san ksiyası üzrə 115606,34 manat olmaqla, cəmi 350361,79 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsin 04 noyabr 2015-ci il tarixli qərarı ilə rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 13 dekabr 2017-ci il tarixli qərarları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, bununla da iqtisadi mübahisəyə dair iş üzrə bu məhkəmə aktlarının hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmaları ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası vurğulayır ki, qeyd edilən məhkəmə aktlarına görə, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məqsədilə heyvanların yetişdirilməsi üçün yer (ferma) işlətməsi, y em alması, daşıması və digər xərclər barədə həmin vaxt mötəbər sübutlar təqdim etmədiyindən onun iddiası rədd olunmuşdur. Halbuki, hazırki cinayət işi üzrə çoxsaylı şahid ifadələri ilə Təqsirləndirilən şəxs idxal etdiyi heyvanların kənd təsərrüfatı məqsədilə onların saxlanılması üçün müəyyən vəsait sərf etməsi araşdırılmış sübutlarla kifayət qədər təsdiq edilmişdir. Göstərilən inzibati mübahisəyə dair iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsi nəticə etibarı ilə qüvvədə saxlasa da, həmin məhkəmənin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə istinad etməklə “fermanın” təsərrüfat subyekti kimi qeydə alınmalı olması barədə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, həmin norma bilavasitə təsərrüfat obyektinin qeydə alınm asını imperativ qaydada müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs heyvanları yalnız sahibkarlıq məqsədilə idxal etməsini, idxal etdikdən sonra onun həmin heyvanlarla bağlı hər hansı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmamasını sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, lakin ittiham tərəfi bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, yalnız subyektiv mülahizələrinə əsasən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs yalnız iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Eyhtimal xarakter daşıyan belə nəticə ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin müəllifinin preyudisiallığla bağlı dəlilini də qəbul edilməz sayır və bununla əlaqədar qeyd etməyi zəruri bilir ki, həmin dəlil cinayət-prosessual qanunveiciliyinin aşağıdakı tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olmamışdır. Belə ki, CPM-nin 142.2-ci maddəsinə əsasən, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarına görə, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzər də tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələ r üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icra atda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara r iayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Məhkəmə kollegiyası CPM-nin 142.2.-ci maddəsinin tələblərindən və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati mübahisəyə dair iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları Təqsirləndirilən şəxs yalnız vergilərin onun tərəfindən dövlət büdcəsinə ödənilməməsi faktının müəyyən edilməsi hissəsində hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik ola bilərlər, həmin qərarların Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması üçün preyudisial əhəmiyyətə malik olması barədə nəticə isə ilk növbədə təqsirsizlik prezumpsiyasının, habelə sübutetməyə dair qanunvericiliyin tələblərinin, müdafiə hüququnun təmin edilm əsinə və cinayət mühakimə icraatının digər prinsiplərinin pozumasına gətirib çıxara bilər. İş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin qərarının və bu hissədə də həmin məhkəmənin nəticəsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qərarlara görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (cinayət tərkibi olmadığına görə) xitam verilmiş, CPM-nin 39.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Belə nəticə hazırki ic raatda mülki iddianın (31703,51 manat məbləğində pulun) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsi barədə qərarın qəbul edilməsinə mane olur, lakin bu nəticə mülki iddianın gələcəkdə ya inzibati xəta haqqında icraat zamanı, yaxud da mülki mühakimə qaydasında verilməsini və təmin olunmasını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddia üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə qanuni və əsaslıdır və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, həmin qərarın 74-cü bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxs barəsində CPM-nin 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmaması na və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Beləliklə, məhkəmə kollegiyası mülki iddiaçının kassasiya şi kayətinin bütün dəlillərini qəbul edilməz sayıb apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməməsini qeyd edərək, kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi O.K.Qafarzadənin, həmin şikayətin təmin edilməməsi haqda isə cinayət məsuliyyətindən azad olunmuş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi S.B.İsmayılovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılma lıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-899/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-899/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver