Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-899/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Elmin Rüstəmov) 03 iyun 2021-ci il tarixli, 1(100)-13/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1992-ci ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Aran MTK, blok 04, mənzil 253-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 23 4.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmış, xx xxxxxx 1986-cı ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, himayəsində 2 azyaşlı uşaq olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana q əsəbəsi, S.Vurğun küçəsi, dalan 01, ev 05-də qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X1 Ruslan Fərrux oğlu da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları X8, X5 və Məhkum2, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında X5 və Məhkum2 ilə birlikdə Türkiyə Respublikasında müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqs ədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Məhkum2 və X5 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən Məhkum2 külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran xx.xx. 2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşı X6 idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X9 tərəfindən həmin gün, saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində X8 və X5 ilə birlikdə həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən saxlanılmış, Şahid2 hadisə yerindən uzaqlaşmağa nail olsa da xx.xx.2018-ci il tarixdə saxlanılmış, Məhkum2 isə xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları X8, X5, Təqsirləndirilən şəxs, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında X5 və Təqsirləndirilən şəxs ilə birlikdə Türkiyə Respublikasınd a müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs və X5 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmaya n Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran xx.xx.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşı X6 idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X9 tərəfindən həmin gün saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs, X8 və X5 həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən Təqsirləndirilən şəxs ilə A.Dəmirov saxlanılmış, Şahid2 hadisə yerindən uzaqlaşmağa nail olsa da xx.xx.2018-ci il tarixdə saxlanılmış, Məhkum2 isə xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Elçin Xasməmmədov) 06 dekabr 2021-ci il tarixli 1(104)-432/2021 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(100)-13/2021 nömrəli hökmü məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, hökmlə Tə qsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) aya, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə artırılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının ləğv edilməsini və Məhkum2 barəsində işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının ləğv edilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 barəsində qərar çıxarılarkən onun xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, yalnız Təqsirləndirilən şəxs ifadəsinə sübut kimi istinad edilmişdir. Müdafiə tərəfi qeyd edir ki, iş üzrə digər Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda verdiyi ifadələr bir-biri ilə ziddiyyət təşkil etmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsinə narkotik vasitələri Asəfin 700 ABŞ dolları müqabilində əldə etdiyini, Asəfin tozsorandan istifadə edərək kargo vasitəsi ilə göndərəcəyini bildirsə də, ikinci ifadəsində Bünyamin adlı şəxsdən 1400 ABŞ dolları məbləğində ekstazi aldıqlarını, Asəflə birlikdə tozsorana yerləşdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə ziddiyyət təşkil etdiyi üçün onun ifadəsinə şübhə yaranır. Buna görə də onun ifadələrinə mötəbər sübut kimi istinad edilə bilməz. Bundan başqa iş materiallarından da göründüyü kimi Məhkum2 istifadəsində olan mobil nömrələrində narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Həmçi nin iş materiallarında olan şahid ifadələrində də, yalnız Rafael və digərlərinin narkotik vasitələrin satışı ilə məşğul olduğu, Məhkum2 isə yataq dəstləri, telefonların satışı ilə məşğul olduğu öz əksini tapmışdır. İş üzrə digər təqsirləndirilən şəxslər də, Məhkum2 narkotik vasitələrin satışı və onların ölkə ərazisinə keçirilməsi ilə məşğul olduğuna dair ifadə verməmişdir. Xüsusilə qeyd edilməlidir ki, Məhkum2 ilk gündən eyni məzmunlu ifadə vermişdir. Hətta səmimi şəkildə Ruslan və Rafaelin narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinə dair danışıqlarına şahid olduğunu belə etiraf etmişdir. Lakin ona verilən tozsoran yeni və paketlənmiş formada olduğu, həmçinin Ruslanla uzun müddətdir tanış olduğu üçün bundan şübhələnməmiş onun həqiqətən hədiyyə olaraq göndərildiyini düşünmüşdür. Bütün bunlar Gəncə Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış, əksinə onun cəzası 8 ilədək artırılmışdır. Məhkum2 himayəsində iki azyaşlı övladı vardır. Anası və atası işləmir. X12 “hipertoniya, tez-tez baş verən qıcolma” və “skoliz İ dərəcə” xəstəliklərindən əziyyət çəkir və daim həkim nəzarətindədir. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almadan Məhkum2 cəza təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi ona hökmlə təyin edilmiş cəzanı artıraraq və apellyasiya protestini təmin edərkən onun il k məhkumluğunu və ailə vəziyyətini nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmi r və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsin in baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunla rının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. İş materiallarından görünür ki, Məhkum2 özünü yuxarıda qeyd edilən maddələr ilə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli iş üzrə digər məhkumların cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, şahidlərin ifadələri, istinta q hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin apellyasiya şikayətinin mahiyyətcə kassasiya şikayətinin dəlilləri ilə eyni olan dəlillərini araşdırmış və birinci instansiya məhkəməsinin məhkumların əməllərinin tövsifinə və təqsirliliyinə dair gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini isə əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri i lə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlər in və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyini n normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmələr məhkumların əməllərinə hüquqi qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişdir ki, həmin əməllər CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarına tam uyğun gəlir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum2 əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum2 əməllərinin cinayət o lmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakte rli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbayc an Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4- cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Təqsirləndirilən şəxs təyin olunmuş cəzalarını artırarkən məhkum Təqsirləndirilən şəxs və X3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 törətdiyi cinayət əməllərin ictimai təhlükəlilik dərəcəsi cəmiyyət üçün kifayət qədər yüksəkdir və birinci instansiya məhkəməsi tərəfindən onlara təyin edilmiş cəzanın həddi məhkumların islah olunması və cəzanın digər məqsədlərinə nail olması üçün yetərli deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi məhkumlara təyin edilmiş cəzanın sərtləşdirməsini öz qərarında kifayət qədər əsaslandırmış, məhkəmənin bu mövqeyi CM-in 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı ilə razılaşır. Göründüyü kimi, məhkəmə Məhkum2 və Təqsirləndirilən şəxs Sahi oğluna cəza təyin edərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və onlara ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edi
Məhkəmə qərarları › İş №1(102)-899/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-899/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver