Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-899/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Həsənov Vüqar Təvəkgül oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhku m edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər B.M.Məmmədov (sədrlik edən), N.N.Mirzəyev və X.M.Məmmədovdan ibarət tərkibdə) 2023-cü il 19 aprel tarixli, 1(091)57/2023 nömrəli hökmü ilə, xx.xx.2006-cı ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu Alıkənd kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.3, və 180.2.5-ci maddələ ri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, Məhkum cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə, həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkum olunmuşlar. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 19 aprel tarixli, 1(091)-57/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2023-cü il 11 iyul tarixli, 1(107)-234/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), Nazim Mövsumov və Tahir Kazımovdan ibarət tərkibdə) 2024-cü il 28 fevral tarixli, 1(102)-464/2024 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, qərar kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər M.A.Əsədli (sədrlik edən), Ə.T.Məcidov və E.M.Mehdiyevdən ibarət tərkibdə) 2024-cü il 13 iyun tarixli, 1(107)263/2024 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə qismən ləğv edilmiş, Məhkum CM-in 181.2.3, 181.2.4 və 181.2.5-c i maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixə, 19 aprel 2023-cü ildən 21 noyabr 2023-cü il tarixədək həbsdə olduğu cəmi 7 (yeddi) ay 4 (dörd) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nö mrəli hökmündən məhkum K.Ş.Səmədovun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Məhkum özgənin xeyli miqdarda əmlakını binaya qanunsuz daxil olmaqla gizli yolla talayıb ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmiş, bu məqsədlə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Yaqut» qızıl mağazasından qızıl-zinət əşylarını özü və Təqsirləndirilən şəxs1 ilə birgə gizli yolla talamaqla ələ keçirəcəyi, Təqsirləndirilən şəxs2 isə ələ keçiriləcək əmlakı gizlətməyi, həmin əmlaka sahiblik, istifadə etməyi, satılmaqla sərəncam verməyi, atasına məxsus «VAZ-21074» markalı, **-HD-*** qeydiyyat nişanlı avtomobillə hadisə yerindən onları uzaqlaşdıracağı və əldə olunmuş əşyaları gizlətməklə köməklik edəcəyin ə dair əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Təqsirləndirilən şəxs1 26 mart 2022-ci ildə saat 12 radələrində Məhkum ilə Göyçay şəhəri, X5 küçəsi, 121 saylı ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi «Yaqut» qızıl mağazasının yaxınlığına gələrək mobil telefonla votsap ani mesajlaşma sistemi ilə Təqsirləndirilən şəxs2la əlaqə saxladıqda sonuncudan avtomobilin nasaz olduğundan gələ bilməyəcəyini, lakin talanacaq əmlakı gizlədib sata biləcəyi cavabını aldıqdan sonra razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 qəsdi ilə əhatə olunmayan, icraçının ekstsessi hesab edilən hərəkətlərə yol vermiş, Təqsirləndirilən şəxs1 üzərindəki silah qismində istifadə edilən rezin güllə ata n tapançanı və bıçağı, sellofan torbanı, tibbi maska və əlcəyi Məhkum təqdim edib mağazaya daxil olub oradakı qızıl-zinyət əşyalarının talanmasına dair tapşırıq verib təhlükə yaranacağı təqdirdə xəbər etmək üçün kənarda dayanıb müşahidə aparmağa başlamış, Məhkum tapşırığa əsasən mağazaya qanunsuz olaraq girib piştaxtaya satışa qoyulmuş çoxsaylı qızıl-zinyət əşyalarını sellofan torbaya yığıb bayıra çıxdıqda həmin vaxtı küçədə şübhələnərək onu saxlamaq istəyən mülkiyyətçi Zərərçəkmiş şəxs onun hərəkətlərini aşkar etməsini dərk etsə də yanından keçərək torbanı Təqsirləndirilən şəxs1 verib hər ikisi hadisə yerindən qaçaraq uzaqlaşmış, Zərərçəkmiş şəxs dükana girib qızıl-zinət əşyalarının olmadığını görərək taksi fəaliyyəti ilə məşğul olan Şahid idarə etdiyi «Daewoo Nexia» markalı, ** HE *** qe ydiyyat nişanlı avtomobillə onları təqib edərək qarşılarını kəsdikdə Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyalarını istintaqa məlum olmayan taksi avtomobili ilə Göyçay rayonu, Bəydövül kəndinə gətirərək quldurluqda iştirakı olmayan Təqsirləndirilən şəxs2 yaşadığı həyətdə görüşüb, sonuncu ilə birlikdə həmin qızıl-zinyət əşyalarını torpağa basdırmaqla gizlətmiş, Məhkum isə qanunsuz ələ keçirdiyi xeyli miqdarda özgə əmlakını özündə saxlamaq üçün silah qismində istifadə etdiyi rezin güllə atan tapançanı hazır vəziyyətə gətirərək hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığı tətbiq edəcəyi hədəsi ilə basqın edərək quldurluq cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞ LARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, bankomata daxil olmaqla törədilən oğurluğun CM-in 177.2.3-cü maddəsi ilə tövsif olunması üçün qanunsuz daxil olma yalnız fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət olunmalıdır. Məhkum açıq vəziyyətdə olan mağazaya qanunsuz olaraq, fiziki təsir, fiziki güc tətbiq etməklə daxil olmadığı işin həqiqi hallarından biridir. Eyni zamanda Məhkum qızıl mağazasında kilid sındırma, vitrinləri qaynaq və ya digər texniki vasitələrlə kəsilmə, cırma və ya əritmə kimi hərəkətlərə yol verməmişdir. Şərti qəbul edilsə ki, zərərçəkmiş şəxsin məlumatı düzgündür, yenə d ə Məhkum tərəfindən Zərərçəkmiş şəxs qarşı həyat və ya sağlamlıq üçün heç bir təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsi işlədilmir, həmçinin həmin vaxt Məhkum və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən təqib olunmurlar. Çünki Zərərçəkmiş şəxs məlumatına görə ondan (Kamrandan) sadəcə olaraq nə axtardığını soruşmuş. Həmin şəxs kənarda dayanmış şəxsin yanına gedərək onunla birlikdə Göyçay şəhəri, 5 nömrəli orta məktəb istiqamətində qaçmışlar. Bundan sonra o, mağazaya daxil olmuş, vitrində olan qızıl və gümüş əşyaların oğurlandığını aşkar etmişdir. Məhkum və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən dayanmadan təqib olunduğu barədə apellyasiva instansiyası məhkəməsinin gəldiyi qənaət işin həqiqi halları ilə təsdiqini tapmır. Əgər Zərərçəkmiş şəxs qızıl və gümüş əşyaların oğurlandığım bilmiş, şübhələnmiş olsaydı və ya Məhkum mağazaya girdiyini və va mağazadan çıxdığını görmüş olsaydı, talanmış əşyaların məhz onda olmasını güman etmiş olsaydı və ya Məhkum əlində qızıl və gümüş əşyaları olan torbanı görmüş olsaydı elə həmin vaxtda Məhkum getməsinə maneə olardı, torbanı ondan almağa cəhd edərdi, hansı ki, Məhkum tapanca belə görməmişdi, nəinki hələ tapanca və bıçaqla hədələmə olsun. Məhkum əməlləri - “Yaqut' qızıl mağazasına gizli və maneəsiz daxil olub orada vitirində satışa qoyulmuş qızıl əşyalarını sellofon torbaya yığıb götürərək maneəsiz çıxmaqla hadisə yerini tərk etməsi, artıq sərəncamında olan sellofan torbadakı qızılları kənarda dayanmış Təqsirləndirilən şəxs1 sərəncamına verməsi CM-in 180.2.1. 180.2.3. və 180.2.5-ci və 181.2.3, 181. 2.4 və 181.2.5-ci maddələrinin tərkib əlamətlərini yaratmır. CM-in 177-ci maddəsinin tərkib əlamətlərini yaradır. Digər tərəfdən. Zərərçəkmiş şəxs Məhkum mağazadan əlində torba çıxdığını görüb qızıl və gümüş əşyalarını oğurlandığını bilib Məhkum ilə qarşılaşaraq onu sorgu-suala tutmuşdursa, belə bir vəziyyətdə də Məhkum tərəfindən Zərərçəkmiş şəxs qarşı həyat və ya sağlamlıq üçün heç bir təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsi işlədilməmişdir, tapança ilə hədələmə olmamışdır. Çünki, Məhkum əvvəlcədən belə bir niyyəti də olmamışdır, onun əmlakı oğurlamaqdan başqa bir niyyəti olmamışdır. Həm də işin bu halı onunla təsdiq olunur ki. Zərərçəkmiş şəxs təqib üçün arxadan taksi maşını ilə gələrək Məhkum və onunla birlikdə qaçan, əlində qızıl torbası olan Təqsirləndirilən şəxs1 ilk öncə yaxınlaşdıqda, onların qarşısını kəsdikdə tapançadan istifadə etməmişdirtapançanı nümayiş belə etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin “Zərərçəkmiş şəxs isə qrupun üzvlərinin ayrılması şəraitində mağazaya girən şəxs Məhkum olduğu üçün ağlabatanİıqla talanmış əşyaların məhz onda olmasını güman edərək Məhkum təqib etməkdə davam etmişdir." kimi mövqeyi ilə də razılaşmaq olmaz. Əks arqumentlər var. Məhkəmə mülahizələrə, ehtimallara əsaslanmaqla qərar qəbul etmişdir. Belə ki, Məhkum mağazadan qızıl zinət əşyalarını götürüb salafan torbaya yığaraq mağazadan çıxıb həmin torbanı Təqsirləndirilən şəxs1 verməsi, bundan sonra Zərərçəkmiş şəxs Məhkum və onunla birlikdə qaçan, əlində qızıl torbası olan Təqsirləndirilən şəxs1 tutmaq üçün təqib edərək onlara yaxınlaşması, qarşılarını kəsməsi də işin mübahisə edilməyən halıdır. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı bildirmişdir ki, Məhkum arxasınca qaçarkən əlindəki qızıllar olan sellofan torba Məhkum olmamışdır, hətta düşünmüşdür ki, həmin torbanı Təqsirləndirilən şəxs1 vermişdir. İşin belə halında Zərərçəkmiş şəxs arxasınca qaçdığı Məhkum tutmuş olsaydı, hətta silahı zərərsizləşdirib tutmuş olsaydı belə, qızıl və gümüş əşyalarını ondan alması mümkünsüz idi. Çünki, oğurlanmış qızıl və gümüş əşyalarının Məhkum yox, Təqsirləndirilən şəxs1 sərəncamında olduğunu əvvəlcədən bilirdi. Odur ki. Məhkum mağazadan qızıl zinət əşyalarını götürüb salafan torbaya yığaraq mağazadan çıxıb həmin torbanı Təqsirləndirilən şəxs1 sərəncamına verdikdən sonra Zərərçəkmiş şəxs tərəfindən yaxalanmaqdan qurtulmaq üçün et diyi hərəkətlər (üzərindəki tapançanı çıxararaq ona tərəf gələn Zərərçəkmiş şəxs dayanmasını bildirmək) əmlaka çatımlığı - əmlak üzərində sərəncam vermək imkanının əldə olunmasını təmin etmək üçün istifadə edilən davranış kimi çıxış edilməsi qəbul olunmazdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nömrəli hökmünün dəyişdirilməsini və Məhkum əməlinin CM-in 177.2.1, 177.2.4-cü maddələrinə tövsif edilməsini, ona aşağı həddlərdə cəza təyin edilməsini, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafi əçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhk əmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində Məhkum əməlinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlill ərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi v ə bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəm ə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçinin kassasiya şikayətinin məzmunundan görünür ki, kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilmiş, məhkum tər əfindən quldurluq cinayət əməlinin törədilmədiyi, əslində oğurluq cinayət əməlinin törədildiyi iddia edilmişdir. Hazırki işin hallarından da göründüyü kimi, cinayət hadisəsinin başlanması, baş vermə və davam etmə ardıcıllığı, eləcə də başa çatması ilə bağlı ittiham və müdafiə tərəfləri arasında ciddi fikir ayrılığı yoxdur, lakin baş vermiş cinayət hadisəsinin CM-in konkret maddəsi ilə tövsif edilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Hazırki işin halları baxımından aydın olur ki, Məhkum tapançadan atəş açacağı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs hədələyərkən qızıl-zinət əşyalarının fiziki olaraq onun üzərində olmaması işlədilən hədənin hüquqi mənasını dəyişən faktor kimi çıxış etmir, çünki başlanğıcından sonunadək (mağazanın qarşısında Məhkum Zərərçəkmiş şəxsla üzə-üzə gəldikdən sonra Məhku m Zərərçəkmiş şəxs ikinci dəfə tapança ilə hədələyib ondan qaçıb qurtulmasınadək) Məhkum və Ə.Səlimzədənin davranışları (Məhkum mağazanın önündən qaçaraq qızıl-zinət əşyaları olan torbanı Təqsirləndirilən şəxs1 verməsi, təqib olunarkən əvvəlcə birlikdə, daha sonra müxtəlif istiqamətlərə qaçmaları, Zərərçəkmiş şəxs yaxınlaşdığı hər iki halda Məhkum onu tapança ilə hədələməsi) əmlakın cinayətkar qrupun əlində saxlanılaraq onun üzərində sərəncam vermək imkanının əldə olunmasına xidmət edən qabaqcadan və hadisənin gedişatına görə onun axarında razılaşdırılmış hərəkətlər kompleksi kimi özünü göstərir. Belə vəziyyətdə əslində başlanğıcında oğurluq kimi təzahür edən, ortada soyğunçuluğa keçən, sonda özgə əmlakının cinayətkar qrupun əlində saxlanılması (o cümlədən Məhkum əmlaka çatımlığının təmin edilməsi) üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı tapançadan atəş açma hədəsi ilə müşayiət edilən hərəkətlərin qiymətləndirilməsi (hüquqi tövsifi baxımından) həlledici olmayan faktlardan (hədə işlədildiyi anda qızıl-zinət əşyaları olan torbanın təqib olunan və hədəni işlədən Məhkum deyil, başqa səmtə qaçdığı üçün təqib olunmayan Təqsirləndirilən şəxs1 olmasından) çıxış etməklə Məhkum əşyalar olan torbanı Təqsirləndirilən şəxs1 verməsi və sonuncunun qaçması ilə əmlak üzərində sərəncam vermək imkanının əldə olunması oğurluq cinayətinin başa çatması), Məhkum tapança ilə Zərərçəkmiş şəxs hədələməsinin isə cinayət əməli başa çatdıqdan sonra baş verməsi (müvafiq olaraq da əhəmiyyətsiz hal olmaqla əməlin quldurluq kimi tövsif edilməsi üçün əsas verməməsi) haqqında müdafiə tərəfinin nəticələr çıxa rması düzgün, sübutların məzmunu və işin həqiqi halları ilə uzlaşan mövqe kimi qəbul edilə bilməz. Cinayət işi üzrə toplanmış, yoxlanmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusuna əsaslanaraq Məhkum əməlini CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif edərkən apellyasiya instansiyası məhkəməsinin gəlmiş nəticə işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Məhkum əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanın növünü müəyyən edərkən və onun təqsirli bilindiyi maddəyə CM-in 62-ciu maddəsini tətbiq edərkən düzgün nəticəyə gəlsə də, la kin cəzanın həddini müəyyən edərkən işin hallarını və məhkumun şəxsiyyətini, onun cinayət əməli törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməsini kifayət qədər nəzərə almamış və Məhkum ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü cəzaya dair hissədə dəyişdirilməli, Məhkum təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın müddəti azaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nömrəli hökmü Məhkum təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin edilmiş cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqi nəzərə alınmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu cəmi 7 ay 4 gün müddət ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-263/2024 nömrəli hökmü müdafiəçinin kassasiya şikayətinə əsasən, Məhkum münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-899/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-899/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver