Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-9/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Hüseyn Yavər Cəfər oğlunun iştirakları ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 260.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair qərarından məhkumun müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu ilə birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Zeynalov) xx xxx 1961-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ünvan1da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 260.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, C M-nin 250.3-cü maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 02 (iki) ilədək müddətə dövlət, orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla, qəti olaraq üzərində 02 (iki) ilədək müddətə dövlət oqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla, qəti olaraq üzərində 02 (iki) ilədək müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rə hbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il, 10 (on) ay, 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 04 (dörd) il, 10 (on) ay, 23 (iyirmi üç) gün müddətə azadıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum müdafiəçisi Hü seyn Yavər Cəfər oğlu ilə birgə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə müdafiəçi Hüseyn Yavər Cəfər oğlu və məhkum ilə birgə verilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkum müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu ilə birgə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından bundan əvvəl müdafiəçi Hüseyn Yavər Cəfər oğlu ilə birgə imzalamaqla bir dəfə kassasiya şikayəti verilmiş və həmin şikayətlə bağlı xx xxxxxx 2019-cu il tarixə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında məhkəmə baxışı təyin olunmuş, iş üzrə kassasiya şikayətind ə müəyyən dəyişiklik və düzəlişlər etmək zərurəti yarandığından Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə müvafiq olaraq həmin kassasiya şikayəti məhkumla razılaşdırılmaqla geri götürülmüşdür. 2019-cu ilin dekabr ayında müdafiəçi Hüseyn Yavər Cəfər oğlu sözügedən qərardan kassasiya şikayətini yenidən təqdim etmək istəsə də, xəstələndiyindən bunu edə bilməmiş və hazırda verdiyi kassasiya şikayəti üzrə müddəti bu səbəbdən bir ay ötürmüşdür. Xəstəxanada deyil, ev şəraitində müalicə aldığından xəstəliyini təsdiq edə biləcək müvafiq tibbi sənədi əldə edib məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işin in materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsinin qərarı elan olunduğu vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2018-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum və müdafiəçi si tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 01 il 06 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar vaxtında kassasiya şikayəti ve rə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzun müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkumun müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu ilə birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair qərarı məhkumun müdafiəçisi Hüseyn Yavər Cəfər oğlu ilə birgə veril miş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-9/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-9/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver