Məhkəmə qərarları › İş №1(102)-9/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-9/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-9/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Samir Əliyev (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Eldar İsmayılov) 1(101)-1578/2021 saylı, 29 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1970-ci ildə Kürdəmir rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 196.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 196.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi nə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməmiş, CM-in 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üzərində saxlanılmış 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Məhkum 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günl ər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 29 mart 2018-ci il tarixdən hesablanmışdır. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Məhkum qarşı mülki iddiası baxılmamış saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 13 may 2011-ci il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ****** **** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2lan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə istintaqla şəxsiyyətləri araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayə tkar əlaqəyə girib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək özgəyə məxsus əmlakı qulluq mövqeyindən istifadə edərək, mənimsəmə yolu ilə talamaq məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialı ilə 300.000 manat pul vəsaitinin İllik 18 faiz olmaqla 36 ay müddətinə ayrılmasına dair 19 mart 2014-cü il tarixli, 11304 nömrəli kredit müqaviləsi bağlayaraq qeyd olunan vəsaitdən 1.500 manat komissiya haqqı bank tərəfindən çıxıldıqdan sonra 19 mart 2014-cü il tarixli, ABB-11424881 nömrəli çekə imza edərək həmin filialın kassasından 298.500 manat məbləğində pulu nağd qaydada götürərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil etməli olduğu halda bunu etmədən şəxsi məqsədləri üçün sərf edib öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona və qabaqcadan əlbir olduğu qeyrilərinə etibar edilmiş həmin Cəmiyyətə məxsus pul vəsaitini külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla əlaqədar istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə ittihamı irəli sürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum bankdan kredit qismində götürülmüş pulları mənimsəməsi sübuta yetirilməmiş və müəyyən etmişdir ki, Məhkum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyətin adından Azərbaycan Beynəlxalq Bankı” ASC Nəqliyyat filialından 300.000 manat məbləğində kredit götürmüş və kredit üzrə olan 287.266,51 manat borcun ödənilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda ödənişdən yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Cavid Hüseyn və Rəşad Abdulov) 1(103)-602/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü dəyişdi rilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmədə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadə verməsinə baxmayaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin istər ibtidai istintaq, istər məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və cinayət işi üzrə toplanılmış digər materiallarla Məhkum məhz külli miqdarda əmlakı mənimsəmə cinayətin törətməsi tam sübuta yetirilmişdir. İş materiallarından göründüyü kimi, mütəxəssislər tərəfindən yuxarıda göstərilən kredit üzrə istifadə olunmuş məbləğlərə görə hesablanmış faiz məbləğlərini (Bank tərəfindən təqdim edilmiş cədvəl məlumatlarına əsasən) 30.770,78 manat məbləğində müəyyən etmişlər. Lakin, hazırki ekspertiza zamanı qeyd olunan kredit üzrə ilkin mühasibat sənədləri, şəxsi hesabdan çıxarış vərəqələri iş materiallarında tam olmadığından hesablanmış 30.770,78 manat məb ləğində faizlərin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Mütəxəssislər tərəfindən verilmiş kreditə görə hesablanmış 30.770,78 manat məbləğində faizlərin düzgünlüyü istintaq tərəfindən əsaslı hesab olunduğu təqdirdə, "xxxx" MMC-nin adına, 50,2 % (hazırda 54%) dövlətə məxsus olan "xxxx" ASC-dən alınmış kredit vəsaitinin vaxtında qaytarılmaması nəticəsində cəmiyyətə dəymiş faiz borcu üzrə ziyan məbləği 30.770,78 manat məbləğində müəyyən edilə bilər. İş üzrə keçirilmiş yoxlamanın verilmiş kredit vəsaitlərinin və ona hesablanmış faizlərin həcmi və istifadəsinə dair gəldiyi nəticə iş materiallarında olan sənədlərə əsasən düzgündür. Məhkum ABB-nin Nəqliyyat filialından külli miqdarda pulun alınması və həmin pulun öz şəxsi məqsədləri üçün sərf etməsi faktı ibtidai istintaq zamanı özünün, ibtida i istintaq və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçının izahatları, dindirilmiş şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və cinayət işinin materiallarında olan müvafiq sənədlərlə tam sübuta yetirilmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsində "xxxx" MMC-nin adından "xxxx" ASC-nin Nəqliyyat filialı ilə bağlanmış müqaviləyə əsasən əldə olunmuş külli miqdarda kredit vəsaitlərini ödəməməsinin səbəbi kimi "Azərinşaatservis” MMC tərəfindən “ETA QRUP" MMC-yə olan borcun ödənilməməsi olduğunu bildirməsi ilə bağlı göstərdikləri öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilərək yoxlanılarkən toplanmış digər mötəbər sübutlarla təsdiq edilməmişdir. İstər ibtidai istintaq, istərsə məhkəmə baxış ı zamanı araşdırılmış bütün iş materialları ilə Məhkum CM-in 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi hökmdə Məhkum xx.xx.2014-cü il tarixli, 3 №-li məktubla banka müraciət edərək "xxxx"xxxx"Azərinşaaf MMC arasında bağlanılmış müvafiq müqavilələrə əsasən müxtəlif avtomobil yollarının tikintisini həyata keçirdiyini və həmin tikintilərin həyata keçirilməsinin, eyni zamanda direktor olduğu cəmiyyətin təsərrüfat fəaliyyətinin genişləndirilməsi zərurətinin yarandığını, bununla əlaqədar cəmiyyətə 300.000 manat dəyərində kreditin ayrılmasının xahiş etməsi, həmin krediti aldıqdan sonra qeyd etdiyi məqsədlərə yönəltməyərək pulu mənimsəməklə öz şəxsi məqsədləri üçün sərf etməsi kimi ciddi v ə əməlin tövsifinə təsir edən xüsusatları müzakirə etməyərək onlara hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Göründüyü kimi, məhkəmələr nə formalaşmış məhkəmə-istintaq təcrübəsinə, nə ekspertiza rəyinə, nə də ki, digər hər hansı bir elm mənbəyinə istinad etmədən, gəldiyi nəticəni yalnız Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə hökmünü əsaslandırmaqla haqlı olmamışdır. Halbuki, hazırkı cinayət işində Məhkum CM-in 196.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi istisna olunmuş, külli miqdarda pul vəsaitini məhz mənimsəmə yolu ilə talayaraq öz şəxsi məqsədlərinə xərclənmişdir. Göstərilənlərdən aydın görünür ki, ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə, məhkəmələr heç bir qanuni və hüquqi əsas olmadan yalnız təqsirləndirilən şəxsin mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin hallan ilə uyğun gəlməyən əsassız qərarlar çıxartmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 196.2-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 179.1-ci maddə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinə əlavə edilmiş sübutlarla – təqsirləndirilən, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC-in direktoru Məhkum cəmiyyətin adından Azərbaycan Beynəlxalq Bankı” ASC Nəqliyyat filialı ilə "xxxx"xxxx"xxxx" MMC-in arasında bağlanmış müqavilələrə əsasən Qəndab-Xaçmaz, Yalama-Rusiya Federasiyası dövlət sərhədi, BakıŞamaxı, Yevlax-Gəncə yolların tikintisinin həyata keçirilməsi və cəmiyyətinin təsərrüfat fəaliyyətinin genişləndirilməsi məqsədi ilə 300.000 manat pul vəsaitinin illik 18 faiz olmaqla 36 ay müddətinə ayrılmasına dair 19 mart 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit üzrə "xxxx" MMC zamin qismində çıxmışdır. Müqaviləyə əsasən 1500 manat komissiya haqqı bank tərəfindən tutulduqdan sonra Məhkum bankın kassasından 298.500 manat pul nağd şəkildə götürərək "xxxx" MMC-in kassasına mədaxil etməmişdir. Qeyd edilən kredit müqavi ləsi üzrə "xxxx" MMC-in "xxxx" ASC-nə 230.843 manat əsas borc, 45.473,51 manat faiz borcu olmaqla, cəmi 276.316,51 manat borcu yaranmışdır. "xxxx" ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək "xxxx" MMC və "xxxx" MMC-dən kredit borcunun tutulması barədə xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə "xxxx" ASC-in iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC-dən və "xxxx" MMC-dən "xxxx" ASC-in xeyrinə müştərək qaydada 241.793 manat əsas borc, 45.473,51 manat faiz borcu olmaqla, cəmi 287.266,51 manat borcu tutulmuşdur. Qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, lakin həmin qətnamə ilə əlaqədar heç bir ödəniş o lmamışdır. "xxxx" ASC-in dövlətə məxsus səhmlərin özəlləşdirilməsi ilə əlaqədar bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ, o cümlədən də "xxxx" MMC-in 19 mart 2014-cü il tarixdə kredit müqaviləsi üzrə yaranmış borc "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İstintaq orqanı işin bu hallarına əsasən nəticəyə gəlmişdir ki, Məhkum kredit qismində Azərbaycan Beynəlxalq Bankı” ASC Nəqliyyat filialından götürülmüş 298.500 manat pulu şəxsi məqsədləri üçün sərf edərək mənimsəmişdir. Bununla əlaqədar Məhkum qarşı Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, ittiham tərəfi Məhkum Azərbayca n Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2011-ci ildə "xxxx" MMC ilkin olaraq onun tərəfindən təsis olunmuşdu. 2014-cü ildə həmin müəssisədə direktor təyin olundu və bir neçə ay müddətində "xxxx" MMC-nin direktoru olmuşdur. Həmin vaxtlar direktoru olduğu "xxxx" MMC Azərbaycan Beynəlxalq Bankı ASCdən kredit götürmüşdü. Bundan sonra onların yenə pula ehtiyacı yarandı. Həmin vaxtlar Azərinşaatservis MMC-nin müəssisəyə borcu var idi və ödəyə bilmirdilər. Buna qarşılıq olaraq onlara olan 141.250 manat borclarına əvəz olaraq "xxxx" MMC kredit götü rəcəkləri təqdirdə zamin olacaqlarını bildirdilər və onlar bu barədə razılaşdılar. Bundan sonra onlar Azərbaycan Beynəlxalq Bankı ASC-dən 300.000 manat kredit götürdülər. Həmin pulu yolların çəkilməsi, işçilərin maaşının ödənilməsinə, yəni kredit təyinat üzrə xərclənmişdir. Cinayət işi üzrə digər sübutlarla, yəni zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan sənədlərlə təqsirləndirilən şəxsin ifadələri təkzib olunmur, kredit müqaviləsinə əsasən alınmış pulların onun tərəfindən mənimsənilməsi və şəxsi məqsədlərinə sərf edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tə dqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq hesab etmişdir ki, hazırkı cinayət hadisəsi Məhkum tərəfindən götürülmüş kredit vəsaitinin onun tərəfindən mənimsənilməsini təsdiq edəcək hər hansı sübut təqdim edilməmiş və müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri di gər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum "xxxx" MMC-yə məxsus pul vəsaitlərinin mənimsəməsi əməlini törətməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üz rə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş işin hallarını nəzərə alıb əsaslı olaraq nəticəyə gəlmişdir ki, "xxxx" MMCnin direktoru Məhkum Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 dekabr 2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən 287.266,51 manat miqdarında kreditor borcu "xxxx" ASC-yə ödəməkdən qəsdən yayınmış, bu əməl nəticəsində ABB ASC külli miqdarda ziyan vurulmuşdur. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasından göründüyü kimi, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətl ərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün, şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Həmçinin bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumun mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəti cələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CM-in 196.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən külli miqdarda ziyan vurmaqla, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması cinayət əməli sayılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum əməlini Azərbaycan Respublikası CM-in 196.2-ci maddəsi ilə tövsif etməsi işin hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyasının fikrincə işin materiallarında Məhkum pul vəsaitlərini mənimsəməsinə dair heç bir sübut olmadığından, məhkumun əməlində isə Azərbaycan Respublikası CM-in 196.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri mövcud olduğundan həm birinci instansiya mə hkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin məhkumun əməlinin tövsif ilə əlaqədar dəlilləri əsaslı hesab etmir. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işind əki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 05 aprel 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 05 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar