Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-9/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 iştirakı ilə, Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1980-ci il tarixdə Qazax rayonu, Quşçu Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Qazax rayonu, Quşçu Ayrım kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Dağkəsəmən kəndində yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxx 1972-ci il tarixdə Qazax rayonu, Saloğlu kəndində anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ağstafa rayonu, Saloğlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1964-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəi, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 02 mart 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.3.2, 228.2.1, 228.2.2, 228.4 və 318.2-ci maddələri, Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair i ttiham elan edilmişdir. 3. 21 may 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə quldurluq, yəni özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın barədə tanışları Məhkum və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və digər şəxslər Tovuz rayonu, Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə qanunsuz olaraq girməklə quldurluq cinayətini törətmək niyyəti ilə 2015-ci ilin may ayının 19-dan 20-nə keçən gecə saatlarında Gürcüstan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisindən qanunsuz olaraq keçməklə gəldikdən sonra üzərilərində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda əldə etdikləri əşyaları silah qismində tətbiq edəcəkləri barədə razılaşdıqdan sonra Məhkum onları 20 may 2015-ci il tarixdə gecə saat 03 radələrində Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisində özünə məxsus idarə etdiyi “Mercedes Benz E 230” markalı, ** -BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşılayaraq, cinayətkar qrupun həmin üzvlərini quldurluğu törədəcəkləri növbəti günün gecə saatlarınadək gizlənmələri üçün öz idarə etdiyi avtomobillə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivinə daşıyıb aparmış, aralarında əvvəldən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Məhkum yuxarıda göstərilən əşyalarla silahlanmış Təqsirləndirilən şəxs1 və digər şəxsləri həmin gün axşam saatlarında planlaşdırdıqları quldurluq hadisəsinin törədilməsi üçün qeyd edilən ərazidən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu ərazisinə aparmalı olsa da, idarə etdiyi həmin avtomobilin müvəqqəti nasaz vəziyyətə düşməsi ilə əlaqədar iradəsindən asılı olmayan səbəbdən onları apara bilməməs inə baxmayaraq, Təqsirləndirilən şəxs1 və digər şəxslər sifariş etdikləri, şəxsiyyəti istintaqla araşdırılan digər naməlum sürücü tərəfindən idarə edilən, markası və dövlət qeydiyyat nişanı məlum olmayan nəqliyyat vasitəsi ilə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivindən Tovuz rayonu ərazisinə getdikdən sonra Təqsirləndirilən şəxs1 və digər şəxslər quldurluq cinayətini həyata keçirərkən ev sahibləri və kənar şəxslər tərəfindən sifətləri görünüb tanınmamaq üçün üzlərinə əvvəlcədən qara parçadan hazırladıqları maskalar keçirib, həmçinin yuxarıda qeyd edilən əşyalarla silahlanaraq 21 may 2015-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girib həmin silah qismində tətbiq etdiklə ri əşyalarla evdə hücuma məruz qalmış ev sahibi Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərindən arvadı Zərərçəkmiş şəxs2, anası X1, gəlini Zərərçəkmiş şəxs3, xx.xx.2000-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs4, tanışı Zərərçəkmiş şəxs5 həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri və öldürmə hədələri ilə hədələyərək, üzərilərinə basqın etməklə, külli miqdarda pulların, qızılların və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu təsiri altında tələb edərək, evin yataq otağındakı dəmir seyfin içərisindən həmin dövrün məzənnəsi ilə 52.430 manat təşkil edən 50.000 ABŞ dolları nağd pulu, hər biri 450 manat dəyərində- ümumi dəyəri 2250 manat təşkil edən 5 ədəd “onluq” qızıl sikkələri, hər biri 225 manat dəyərində olan ümumi dəyəri 450 manat təşkil edən 2 ədəd “beşlik” qızıl sikkələri, 1 ədəd 800 manat dəyərində “on beşlik” qızıl sikkəni, 1 ədəd 3500 manat dəyərində “iyirmi beşlik” qızıl sikkəni və 1 ədəd 1000 manat dəyərində «İmperial» markalı qızıl sikkəni ələ keçirərək, zərərçəkmiş şəxsə külli miqdarda- ümumilikdə 60.430 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törədib, hadisə yerini tərk etdikdən sonra Təqsirləndirilən şəxs1 və diğər şəxslər cinayət yolu ilə əldə etdikləri əmlaklarla birgə piyada Kür çayı sahilindəki dərə massivinə gələrək, növbəti günün gecə saatlarına qədər həmin ərazidə gizlənib, daha sonra Tovuz rayonunun girəcəyindəki yol dairəsinə getmişlər. Aralarında əvvəldən mövcud olmuş sövdələşməyə əsasən Məhkum 22 may 2015-ci il tarixdə gecə saat 04 radələrində digər şəxsin təklifinə əsasən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlib, Təqsirləndirilən şəxs1 və digər şəxsləri qarşıladıqdan sonra onları Gürcüstan ərazisinə geri qayıtmaları üçün idarə etdiyi həmin avtomobillə Qazax rayonunun Salahlı kəndinə yaxın əraziyə aparıb çatdırmış, həmin vaxt aralarındakı cinayətkar sövdələşməyə əsasən cinayət yolu ilə əldə etdikləri pullardan Məhkum 10.000 ABŞ dolları pul təqdim edərək, cinayətin törədilməsində istifadə olunmuş silah qismində tətbiq etdikləri əşyaları gizlədib saxlamaq və sonra deyildikdə, başqasına vermək barədə Məhkum təlimatlandıraraq, həmin əşyaları bir ədəd çantada ona təhvil vermiş, Məhkum həmin çantanı saxlanması üçün təhvil alıb özü ilə Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisinə daşıyaraq, orada istintaqa məlum olmayan şəraitdə gizlədərək saxlamış, bir müddət sonra isə istintaqa məlum olmayan tarixdə və şəraitdə digər şəxsin tapşırığına əsasən həmin əşyaları Təqsirləndirilən şəxs1 və digər şəxsə çatdırılmasını təmin etmişdir. Təqsirləndirilən şəxs1 və digər şəxslər 22 may 2015- ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisindən təkrarən qanunsuz olaraq keçməklə Gürcüstana qayıtmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə və quldurluq yolu ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanınmamaq üçün üzlərinə qara parçadan maskalar keçirməklə, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda qanunsuz olaraq əldə etdikləri yivli odlu silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, ******* nömrəli, 5,45 mm kalibrli bir ədəd avtomat silah, həmin silahın funksional əhəmiyyət daşımayan kosmplekt hissəsi olan bir ədəd sandıqçasında zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patronlarla, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən bir ədəd bıç aqla, soyuq silah hesab edilməyən bir ədəd təsərrüfat təyinatlı mismarçıxardan dəmir alətlə silahlanaraq, 17 sentyabr 2018-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə birlikdə yaşadığı Ağstafa şəhəri, 33-cü məhəllədə yerləşən fərdi evinə mətbəx otağının açıq pəncərə yerinə bərkidilmiş tor hissəsini cırıb açdıqları dəlikdən qanunsuz daxil olduqdan sonra əvvəlcə evdə Zərərçəkmiş şəxs7 aid yataq otağına girib, hücuma məruz qalmış Zərərçəkmiş şəxs7 və onun arvadı Zərərçəkmiş şəxs8 yuxudan oyanmağa məcbur edərək, silah və silah qismində istifadə etdikləri həmin əşyaları tətbiq etməklə, həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri hədəsi ilə üzərilərinə basqın edərək, öldürməklə hədələyib, külli miqdarda pulların, qızılların və digər qiy mətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu təsiri altında tələb etmiş, həmçinin özləri ilə əvvəlcədən gətirdikləri plastikə oxşar materialdan hazırlanmış təsərrüfat təyinatlı sıxıcı bağlarla zərərçəkmiş şəxslərin əllərini bağlamağa və hərəkət qabiliyyətlərini məhdudlaşdırmağa cəhd göstərmiş, bu ərəfədə Təqsirləndirilən şəxs1 əlindəki avtomat silahın qundağı ilə Zərərçəkmiş şəxs7 baş nahiyyəsindən iki dəfə, Təqsirləndirilən şəxs2 isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs7 sağ bud nahiyəsinə, həmçinin Zərərçəkmiş şəxs8 sağ bilək nahiyəsinə zərbələr vuraraq, Zərərçəkmiş şəxs7 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın orta təpə nahiyəsində çapılmış yara ilə nəticələnən sağlımlığına yüngül zərərvurmaya aid, həmçinin sol saidin sıyrığı və sağ bud un səthi kəsilmiş yarası ilə nəticələnən sağlımlığına zərər vurmayan və dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs8 sağ biləyinin tış səthində səthi kəsilmiş yara ilə nəticələnən sağlımlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin otaqda qalıb zərərçəkmiş şəxsləri nəzarət altında saxlamaq barədə təlimat verməklə, özü həmin avtomat silahla evdə Zərərçəkmiş şəxs6 aid yataq otağına keçib onu və arvadı Zərərçəkmiş şəxs9 həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri hədəsi ilə üzərilərinə basqın edərək öldürməklə hədələyib, külli miqdarda pulları, qızılları və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu ilə tələb edərkən Zərərçəkmiş şəxs6 müqaviməti ilə qarşılaşmış, bu zaman Zərərçəkmiş şəxs6 məruz qaldıqları bu quldur basqından özünü və ailə üzvlərini müdafiə etmək və Təqsirləndirilən şəxs1 tərksilah etmək məqsədi ilə həmin avtomat silahı tutub onun əlindən almağa çalışarkən əlbəyaxa olub onunla birlikdə döşəməyə yıxıldıqda avtomat silahdan Təqsirləndirilən şəxs1 qəsdi ilə əhatə olunmayan kənara iki dəfə atəş açılmış, bu zaman cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 yataq otağını tərk edib evin mətbəx otağının həmin açıq pəncərə yerinin tor hissəsində əvvəldən açdıqları dəlikdən evi tərk edərək hadisə yerindən qaçmağa nail olmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs6 və oğlu Zərərçəkmiş şəxs7 isə evdə Təqsirləndirilən şəxs1 tərksilah edərək avtomat silahını əlindən almaqla, onu hadis ə yerində tutub saxlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» zəng mərkəzinə zəng edib hadisə barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 qısa müddət ərzində hadisə yerinə gəlmiş Ağstafa rayon Polis şöbəsinin əməkdaşlarına təslim etmişlər.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-6/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli hökmü ilə: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz ) ay müddətə azadlıqdan məhrumetmə və Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu tarixli hökmü ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 17 sentyab r 2018-ci il tarixdən hesablanması; Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Ağstafa Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və cəkilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, birinci hökmə əsasən çəkilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının qəti cəza müddətinə hesablamaqla üzərində 7 (yeddi) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası nın saxlanılması, Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 22 sentyabr 2018-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti ol araq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 17 sentyabr 2018ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə rejiminin dəyişdirilməsi barədə yeni qərar qəul edilməsini xahiş etmişdir.
7. Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda hökmdən apellyasiya şikayətləri verib hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib hökm ün Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməsini, hər üç təqsirləndirilən şəxsin verilən ittiham üzrə tam həcmdə təqsirli bilinib, hər üçünün barəsində təqsirləndirildikləri maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu qaydasında təklif etdiyi həddə cəza təyin edilməklə, yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-6/2022 nömrəli, 31 avqust 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum və onun müdafiəçisi Müdafiəçi1, eləcə də məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla məhkəmə tərəfindən qərar qəbul edilərkən cinayət işi üzrə toplanılmış sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilmədiyini, həmçinin məhkum edilmiş şəxslərə yüngül cəza təyin edildiyini qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi q iymətləndirib, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibinin olmadığı iddia edilməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023cü il tarixli qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
13. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində 2015-ci ilin may ayında Tovuz rayonunda baş vermiş cinayət hadisəsinə aidiyyətinin olmadığını, həmin cina yəti törətmədiyini və özünü təqsirli bilmədiyini bildirərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-6/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, ittihamdan 2015-ci ilin may ayında Tovuz rayonunda baş vermiş cinayət hadisəsi üzrə epizodun xaric edilməsi barədə xahiş etmişdir.
14. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsəl ələrinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini və bunun nəticəsi olaraq Məhkum bəraət verməsində səhvə yol verdiyini, həmçinin məhkum edilmiş şəxslərə yüngül cəza təyin etdiyini iddia edərək, xahişini Azərbaycan Re spublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
20. Məhkum və Müdafiəçi1 kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdilər.
21. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində ittihamın birinci epizodu üzrə 2015-ci ilin may ayında Tovuz rayonunda baş vermiş cinayət hadisəsini törətmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 1 6.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdilər.
22. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, Məhkum, müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
23. Kassasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
24. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası nəzərə alır ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensi yanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
25. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, apellyasiya protesti üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarında artıq bütövlükdə cavablandırılmışlar. Kassasiya protestini n müəllifi həmin qərarda müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
26. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul etməklə yanaşı həmçinin qeyd edir ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin əlaqəli qənaətini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Məhkum və onun müdafiəçisi Müdafiəçi1, eləcə də məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini n bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
29. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Ci nayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə y önəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
32. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 və onun özünün irəli sürdüyü, əməlində cinayət tərkibinin olmadığı, həmçinin məhkum Təqsirləndirilən şəxs1 2015-ci ilin may ayında Tovuz rayonunda baş vermiş cinayət hadisəsində iştirak etmədiyi barədə dəlilləri əsassızdır.
33. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdır an apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, eləcə də məhkum Təqsirləndirilən şəxs1 2015-ci ilin may ayında Tovuz rayonunda baş vermiş cinayət hadisəsində iştirak edib cinayət əməlini törətməsinin təsdiqi ibtidai istintaq zamanı məhkum Təqsirləndirilən şəxs1 ifadəsi, üzləşdirmə protokolu, məhkumların etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, e kspertiza rəyləri, eləcə də birinci instansiya məhkəməsinin tədqiq etdiyi digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamand a bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyinə dair qənaəti şübhə altına almaq üçün əsas görmür.
36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni müb ahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə və verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.