Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-90/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə ünvan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olmaqla yaşamış, hal-ha zırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2631.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-ci il tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X5 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cınayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən), B.M.Məmmədov və N.N.Mirzəyev) Məhkum – Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tə qsirli bilinərək, CM-in 263-1.3 maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi həbsdə olduğu 3 (üç) ay müddət həmin cəzay a hesablanıb çıxılaraq üzərində 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), V.İ.Məlikov və A.A.Mahmudov) verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü qismən – Məhkum CM-nin 264-cü maddəsi ilə təqsirli bilinməsi və həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilmiş və ona CM-nin 264-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən Məhkum CM-nin 264-cü maddəsi ilə cəza təyin edilməsinə və bu cəzanın CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmasına dair müddəalar xaric edilmişdir. Məhkum üzərində təqsirli bilindiyi CM-in 263-1.3 maddəsi ilə təyin olunmuş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmılmışdır. Həmin cəzadan onun ibtidai həbsdə olduğu 3 ay müddət çıxılmaqla üzərində qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə a zadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxxxxx 2018-ci ildə saat 12:00-da özünə məxsus “VAZ-21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomabilini Zərdab şəhəri R.Kərimov küçəsində yerləşən Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin qarşısından keçən yolda Zərdab şəhərindən Təzəkənd kəndi istiqamətinə doğru 40 km/saat sürətlə hərəkət etdirən zaman həmin yolu sağdan sola keçən piyadanın vurulmaması üçün sola manevr etdirmədən avtomobili dayandırmalı olduğu, sola doğru manevr edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsininin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsininin 4-cü hissəsinin tələblərini pozub, yolu keçən piyada X7 avtomobilinin sol qabaq tərəfi ilə vuraraq ona qara ciyərinin cırılması sol 12-ci qabırğasının sınığı və sol bazunun aşağı 1/3nin sınığı kimi xəsarətlər yetirib ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuş, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub bu barədə müvafiq orqanlara xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün Məhkum CM-in 263-1.3-cü maddəsi ilə məhkum edilməsi nə dair hissəsini mübahisələndirmir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hissədə məhkəmənin hökmü əsassızdır. Protest müəllifi qeyd edir ki, Məhkum bəraət verərkən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli və ziddiyyətli ifadələrinə əsaslanmışdır. Belə ki, Məhkum “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsində yol nəqliyyat hadisəsi törətmiş sürücünün sadalanan vəzifələrini yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi isə təqsirləndirilən şəxsə CM-nin 264-cü maddəsi ilə bəraət verərkən Məhkum hadisədən dərhal sonra hadisə yerini tərk edərək yaşadığı evə getməsini guya zərərçəkmişə yardım göstərməyə çalışması, yəni xəstəxanaya lazım ola biləcək x ərclərə görə pul götürməyə getməsi, təqsirləndirilən şəxsin şəxsiyyətini gizlətmək niyyətinin olmaması kimi əsası olmayan mülahizələrlə əsaslandırmağa çalışmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün dəyişdirilməsi, məhkum olunmuş şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti cəza verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum hadisədən dərhal sonra təcili tibbi yardım çağırmış, zərərçəkmiş şəxsi xəstəxanaya yola salmış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona maddi yardım göstəmişdir. Müdafiəçi hesab edir ki, bütün bu yüngülləşdirici halların olması təqsirləndirilən şəxs Məhkum cəza təyini zamanı CM-nin 62-ci maddəsini tət biq etməklə, daha yüngül cəza təyin edilməsi üçün əsas ola bilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi T.Babayev və zərərçəkmiş şəxsin hüquqi varisiXnın, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şi kayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cina yət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hissədə məhkəmənin hökmü mübahisələndirilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Məhkum CM-nin 263-1.3-cü maddəsi ilə təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün Məhkum CM-in 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissəsi həm ittiham, həm də müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyas ı ilkin olaraq dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətl əri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifəl ərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum tərəfindən yol-nəqliyyat hadisəsi xx xxxxxx 2018-ci ildə saat 1 2:00-da törədilmiş, maşınla vurulmuş uşaq (2009-cu il təvəllüdlü Turan Səmədov) saat 12:05-də xəstəxanaya çatdırılmış və xəstəni qəbul etmiş həkim tərəfindən dərhal bu barədə RPŞ-nə məlumat verilmiş, polis əməkdaşları xəstəxanaya gələndə Məhkum atası ilə birlikdə həmin xəstaxanada olmuş, polis əməkdaşları Məhkum onlarla getməyi təklif etmiş, Məhkum barəsində sərxoşluq vəziyyətinin müayinəsi həkim tərəfindən saat 12:20-də (hadisədən 20 dəqiqə sonra) keçirilmiş, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi də saat 12:20-də başlanmış və 12:55-ə kimi davam etmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı Məhkum polisin (ibtidai araşdırma orqanının) sərəncamında olduğu halda, onun həmin baxışda iştirakı təmin edilməmişdir. Digər tərəfdən isə, Məhkum özünün və şahid Xun ifadələri, həmçinin Mə hkum hadisə baş verəndən ən geci 20 dəqiqə sonra polisin sərəncamında olması faktı belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum hadisə yerinə baxış keçirilməsində iştirak etdiyi halda, baxış protokoluna onun iştirakı daxil edilməmişdir. İş materiallarından görünür ki, Məhkum avtomobillə azyaşlı piyadanı vurandan dərhal sonra mobil telefonu ilə 103 – Təcili tibbi yardım xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat verib hadisə yerinə TTY briqadası göndərilməsini xahiş etmiş, sonra yaxınlıqdakı mağazada işləyən Xla köməkləşib yoldan keçən tanımadıqları bir avtomobili saxladaraq uşağı maşına qoymuş və onu Xla xəstəxanaya yola salmış, daha sonra avtomobilinə əyləşib yaxın kənddəki evlərinə sürmüş, evdən bir qədər pul və atası Xi götürüb gecikmədən Zərdab RMX-na getmişdir. Məhkum evə, oradan da xəstəxanaya getməsi təxminən 15 dəqiqə çəkmişdir. Xəstəxanadan verilmiş məlumat əsasında RPŞnın əməkdaşları ora gələndə Məhkum artıq xəstəxanada olmuş və uşağın avtomobillə vurulmasını eşidib xəstəxanaya gəlmiş onun anası Sevinc MuradovaXl aldığı məktəbin direktor müavini X və təsərrüfat müdiri X, habelə xəstəxananın işçiləri yol-nəqliyyat hadisəsini törətmiş şəxsin orada olan Məhkum olduğunu bilmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum yol-nəqliyyat hadisəsi yerində qalmaması və oranı tərk etməsi hüquqi məsuliyyətdən yayınmaq niyyətindən irəli gəməmiş, ilk növbədə onu avtomobillə vurduğu zərəçəkmiş şəxsin vəziyyəti narahat etmiş, zərərçəkmiş şəxsin yanında olub müayinə və müalicəsi üçün mümkün xərcləri ödəmək məqsədi ilə hadisə yerindən zərəçəkmişin olduğu xəstəxan aya getmişdir. Odur ki, belə vəziyyətdə X yol-nəqliyyat hadisəsi yerini tərk etməsi onun hadisə yerindən qaçması kimi qiymətləndirilə bilməz. Məhkum yol-nəqliyyat hadisəsi törətmiş sürücü kimi qanunla üzərinə düşən özünü bəlli etmək öhdəliyini pozmamış, zərəçəkmişin ardınca aparıldığı tibb müəssisəsinə getməklə və orada hadisəni onun törətdiyini başqalarına da məlum olması ilə qeyd olunan öhdəliyə riayət etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 15 və 16-cı bəndlərində izah olunur ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərm ək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır... Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CMnin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatl arı zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən xx xxxxx 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliy yat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalara q şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum əməlində həqiqətən də yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayətinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstə rilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticə si həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinay ət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-nin 263-1.3-cü maddəsi ilə təyin olunmuş cəzanın ağır olması və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, əməlini səmimi etiraf etməsini, peşmançılıq çəkməsini, himayəsində 2017-ci il təvəllüdlü Əbəlfəz və 2019-cu il təvəllüdlü Rüqəyya adlı 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun heç bir tələbi və şikayətinin olmamasını, 5000 manat maddi yardım göstərməsini, dəfn xərcini çəkməsini və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onları n məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi il ə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilmə sinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-90/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-90/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver