Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-90/2021 18.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Kərimov Fərhad Əbdulkərim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firuddin oğlunun, Məhkum1 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakları ilə 05 iyul 1958-ci ildə Tərtər şəhərində anad an Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmala yaşayan, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxx 1955-ci ildə Bərdə rayonu, Qurdlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının Prezidentinin 06.04.2020-ci il tarixli 1970 nömrəli ƏFV sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən 07.04.2020-ci il tarixdə müalicə müəssisəsindən azad edilmiş, 28.05.2020-ci il tarixdə vəfat etmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firuddin oğlunun, Məhkum1 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmünə əsasən (hakim Ə.N.Hacıyevin sədrliyi ilə, hakimlər F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 12 mart 2018-ci til tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 14 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 törətdiyi bir epizod-zərər çəkmiş şəxs Məmmədov Kərim Səlim oğluna 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum1 həmin epizod üzrə cəza təyin edilməmiş, Məhkum1 və Məhkum2 Hətəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmünun qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halınd a özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən, Məhkum2 isə etibardan suiistifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişlər. Belə ki, Məhkum1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məmmədov Kərim Səlim oğluna məxsus dəyəri 150.000 ABŞ dolları olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 21 saylı evin 64-cü mənzilini banka girov qoyaraq kredit pul götürməyi Kərim Məmmədova məsələhət görüb, əldə edilən pulun ona verilməsini təklif edərək həmin pulu beton istehsalına sərf etməklə qısa bir müddətdə gəlir əldə edə biləcəyini, krediti faizi ilə birgə banka ödəyəcəyini və mənzili təmir etdirəcəyinə dair yalan vəd verib aldadıb, həmin mənzilin faktiki olaraq sahibi Kərim Məmmədov olsa da, həyat yoldaşı Məmmədova Çimnaz Oruc qızının adına rəsmiləşdirildiyindən sonuncunu ünvan 4 ünvanda fəaliyyət göstərən "xxxx" ASC-yə apararaq həmin bankla 08 fevral 2005-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında qeyd olunan mənzili banka girov qoymaqla 90.000 ABŞ dolları məbləğində pul götürmüş, lakin verdiyi vədə əməl etməyərək kredit borclarını vaxtı vaxtında ödəməmiş, nəticədə mənzil "xxxx" ASC tərəfindən satılaraq əldə olunan məbləğ kredit borcunun əvəzinə bankın hesabına keçdiyindən zərərçəkmiş şəxs Məmmədov Kərim Səlim oğluna 150.000 ABŞ dollar həmin dövrə Azərbaycan manatına nisbətən məzənnəsi ilə 735.600.000 (147.120 AZN) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov propekti 2099-ci məhəllədə fəaliyyət göstərən “Dərnəgül tikinti materialları” bazarında taxta satışı ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərən Səfərov Valeh Qədir oğlunun etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsd ilə hissə-hissə olmaqla 11 oktyabr 2014-cü il tarixdən 28 oktyabr 2014-cü il tarixə kimi olan müddət ərzində ona məxsus ümumilikdə 467,13 kub.metr həcmində, 107.440 manat dəyərində taxta inşaat materialını ələ keçirərək 20 gün müddətində həmin malın pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs Səfərov Valeh Qədir oğluna külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ ke çirmək məqsədi ilə qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun vasitəsi ilə Bakı şəhəri ərazisində 26 iyun 2015-ci tarixdə Hətəmov Nahid Telman oğlu ilə 140.000 manat məbləğində müxtəlif ölçülərdə tikinti materialı olan armaturun alqı-satqısını sövdələşib razılaşdıqdan sonra, 26 iyun 2015-ci il tarixdə 130.000 manatlıq armatur tikinti materiallarını ünvan 5 ünvanın yaxınlığındakı saxlanc anbarından, qalan 10.000 manat dəyərində armaturu ünvan 6 ünvanın qarşısındakı saxlanc yerindən götürdükdən sonra bir ay müddətinə pulunu ödəməyi yalan vəd verib etibarından sui istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirərək zərərçəkmiş şəxs Hətəmov Nahid Telman oğluna ümumilikdə 140.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir B undan başqa o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Əsgərov Mirəsgər Mirəşrəf oğlunun həbsdə olan qardaşı Əsgərov Mirəziz Mirəşrəf oğlunu həbsdən buraxdıracağına dair yalan vəd verib aldadaraq vahid niyyət ilə əhatə olunan qəsdlə 2016-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsində fəaliyyət göstərən “Bolluq” bazarının yaxınlığında Mirəsgər Əsgərovun 3500 manat məbləğində pulunu, təxminən 3-4 gün keçdikdən sonra ünvan 7 ünvanda yerləşən “Qızılgül” kafesinin qarşısında 30.000 manat məbləğində pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Əsgərov Mirəsgər Mirəşrəf oğluna ümumilikdə 33500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkum2 isə tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri ərazisində 26 iyun 2015-ci tarixdə Hətəmov Nahid Telman oğlu ilə 140.000 manat məbləğində müxtəlif ölçülərdə tikinti materialı olan armaturun alqı-satqısını sövdələşib razılaşdıqdan sonra, 26 iyun 2015-ci il tarixdə 130.000 manatlıq armatur tikinti materiallarını ünvan 5 ünvanın yaxınlığındakı saxlanc anbarından, qalan 10.000 manat dəyərində armaturu ünvan 6 ünvanın qarşısındakı saxlanc yerindən götürdükdən sonra bir ay müddətinə pulunu ödəməyi yalan vəd verib etibarından sui istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirərək zərərçəkmiş şəxs Hətəmov Nahid Telman oğluna ümumilikdə 140.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla d ələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Atakişiyev Gürsel Firuddin oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarın dəyişdirilməsi və Məhkum2 Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə cəzasının qalan hissəsinin şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 edilmiş cinayət əməlində hər hansı bir cinayət əməli olmasa da qohumu Məhkum1 sözünə inanaraq onun əvəzindən Hətəmov Nahid Telman oğlundan armatur tikinti materialları almağa və pulun qaytarılması barədə müqaviləyə imza etməsi ilə qohumu tərəfindən aldadılması olmuşdur. Dələduzluq cinayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 1.06.2015Cİ İl tarixli Plenumun 7 saylı qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmə və va əmlak hüquqlarını əldə etmək, o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirtdərkəıı və ya əmlak hüququnun ələ keçirdərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirtməyə və yaxud əmlak hüququnu əldə etməyə yönəlmiş olsun. Məhkum2 Nahid Telman oğlunun aldatmaq niyyəti olmamış, qohum Məhkum1 sözünə inanaraq tikinti materialları olan armaturu almış, həmin malın pulunun 1/3 ödəməklə qalan pulları ödəyəcəyinə görə üzərinə notari usda təsdiq edilmiş öhdəlik götürmüşdür. Sonra isə həmin puldan 5000 manat ödəməklə, onun niyyətini özgənin əmlakını mənimsəmək olmamasını göstərmişdir. Məhkum2 heç kimi aldatmaq və pulunu, malını mənimsəmək niyyəti olmamış, bu məqsədlə aldığı mala görə pulun ödənilməsinə görə notariat qaydada müqavilə belə bağlamışdır. Məhkəmənin hökmü Məhkum2 barədə ədalətsiz və qeyri-qanuni olmuşdur. Bütün buna baxmayaraq Məhkum2 məhkəmə prosesi müddətində zərərçəkən Hətəmov Nahid Telman oğluna 5000 manat qaytarmış, ziyanın ödənilməsinə cəhd etmişdir. Məhkəmə hökmündən sonra işə bütün zərəri ödəyərək hər hansı bir borcu qalmamışdır, (əlavə edirəm notariat qaydada təsdiq edilmiş ərizəni). Belə olan halda məhkumun öz əməlindən peşman olması, dəymiş ziyanın ödənilməsi onun tam islah olunması yolunda olması nı göstərir. AR CM-nin 70.1-ci maddəsində göstərilir: İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir: Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Eyni zamanda müalicə müəssisəsində 3 dəfə bağırsaq keçməməzliyindən cərrahiyyə əməliyyatı olunmuş, ürəyində ciddi qüsurlar, çatışmamazlıq əmələ gəlmişdir. Bu cür insanın həbsdə saxlanılması onun səhhətinə pis təsir etməklə, həyatdan məhrum edilməsinə səbəb olar. Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikaı CM-nin və CPM-nin normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və Məhkum1 tam bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 verilən birinci ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məmmədov Kərim Səlim oğluna məxsus dəyəri 150.000 ABŞ dolları olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 21 saylı evin 64-cü mənzilini banka girov qoyaraq kredit pul götürməyi Kərim Məmmədova məsələhət görüb, əld ə edilən pulun ona verilməsini təklif edərək həmin pulu beton istehsalına sərf etməklə qısa bir müddətdə gəlir əldə edə biləcəyini, krediti faizi ilə birgə banka ödəyəcəyini və mənzili təmir etdirəcəyinə dair yalan vəd verib aldadıb, həmin mənzilin faktiki olaraq sahibi Kərim Məmmədov olsa da, həyat yoldaşı Məmmədova Çimnaz Oruc qızının adına rəsmiləşdirildiyindən sonuncunu ünvan 4 ünvanda fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə apararaq həmin bankla 08 fevral 2005-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında qeyd olunan mənzili banka girov qoymaqla 90.000 ABŞ dolları məbləğində pul götürmüş, lakin verdiyi vədə əməl etməyərək kredit borclarını vaxtı vaxtında ödəməmiş, nəticədə mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən satılaraq əldə olunan məbləğ kredit borcunun əvəz inə bankın hesabına keçdiyindən zərərçəkmiş şəxs Məmmədov Kərim Səlim oğluna 150.000 ABŞ dollar həmin dövrə Azərbaycan manatına nisbətən məzənnəsi ilə 735.600.000 (147.120 AZN) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən epizodla bağlı ifadə verən Məhkum1 həmin pul vəsaitlərini direktoru olduğu beton istehsalı müəssisəsində və icarəyə götürülən digər müəssisədə beton istehsalına sərf edildiyini göstərsə də qeyd edilən xüsusat araşdırılmamışdır. Əgər araşdırılsa, o zaman müəyyən edilərdi ki, alınmış vəsaitlər həqiqətən də beton istehsalına yönəldilmiş və uğursuz kommersiya fəaliyyətinin nəticəsində zərər çəkmiş şəxsə borc yaranmışdır. Ona görə də qeyd edilən xüsusat üzrə hər-hansı dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsindən söhbət belə gedə bilməzdi. Bu epizod üzrə Məhkum1 cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Məhkum1 təqsirli bilindiyi ikinci epizoda görə o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2099-cu məhəllədə fəaliyyət göstərən "Dərnəgül Tikinti Materialları" bazarında taxta satışı ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərən Səfərov Valeh Qədir oğlunun etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsd ilə hissə-hissə olmaqla 11 oktyabr 2014-cü il tarixdən 28 oktyabr 2014-cü il tarixə kimi olan müddət ərzində ona məxsus ümumilikdə 467,13 kub metr həcmində, 107.440 manat dəyərində taxta inşaat materiallarını ələ keçirərək 20 gün müddətində həmin malın pulunu ödəyəcəy inə dair yalan vəd verib aldadaraq zərər çəkmiş şəxs Səfərov Valeh Qədir oğluna külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkum1 təqsirli bilindiyi üçüncü epizoda görə o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun vasitəsilə Bakı şəhəri ərazisində 26 iyun 2015-ci il tarixdə Hətəmov Nahid Telman oğlu ilə 140.000 manat məbləğində müxtəlif ölçülərdə tikinti materialı olan armaturun alqı-satqısmı sövdələşib razılaşdıqdan sonra, 26 iyun 2015-ci il tarixdə 130.000 manatlıq armatur tikinti materiallarını ünvan 8 ünvanın yaxınlığındakı saxlanc anbarından, qalan 10.000 manat dəyərində armaturu ünvan 9 ünvanın qarşısındakı saxlanc yerindən götürdükdən sonra bir ay müddətinə pulunu ödəməy i yalan vəd verib etibarından suiistifadə edib aldatma yolu ilə əmlakını ələ keçirərək zərər çəkmiş şəxs Hətəmov Nahid Telman oğluna ümumilikdə 140.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hər iki epizodun mahiyyətindən görünür ki, zərər çəkmiş kimi tanınmış şəxslərlə yaranmış münasibətlər mülki xarakterli olmuş, tərəflərin hüquq və vəzifələri həmin münasibətlər yaranan anda aydın olmamış, müəyyən miqdarda malın nisyə alınmasından və dəyərinin vaxtında ödənilməməsindən söhbət getmişdir. Alqı-satqı, o cümlədən malların nisyə alışı Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən normalarla tənzimlənən münasibətlərdir. İş materiallarından da göründüyü kimi malların alışı zamanı onların möhlətlə ödənilməsi barədə razılaşma əldə edilmiş və həm in şəxslər buna razı olmuşlar. Həmin mallar alınan zaman zərər çəkmiş şəxslərə qeyri-adi vədlər verilməmiş, onların aldadılması üçün təşəbbüs göstərilməmişdir. İbtidai istintaq orqanı verilmiş ittihamla bağlı təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillərlə bağlı, o cümlədən həmin malların dəyərinin nə üçün vaxtında ödənilməməsi ilə bağlı araşdırma aparmamış, səthi və keyfiyyətsiz araşdırma apararaq tələsik ittiham elan etmiş və məhkəmə də təəssüf ki, həmin şübhəli hallar əsasında ittiham hökmü çıxarmışdır. Bundan əlavə, iş materiallarında olan zərər çəkmiş şəxslərin öz ifadələrindən də görünür ki, onlara Bakı şəhərinin Yasamal və Xətai rayonları ərazində yerləşən binalarda mənzillər təklif olunsa da, onlar öhdəliyin icrasının qəbulundan imtina etmişlər. Eyni zamanda toplanm ış sübutlarla müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxslər ümumiyyətlə Məhkum1 tanımamış, mallar üçüncü şəxslərə verilmişdir. Həmin üçüncü şəxslərlə Məhkum1 hansı münasibətlərdə olduğu, onlardan malları hansı şərtlər əsasında qəbul edildyinə dair işdə heç bir araşdırma aparılmamış, obyektiv həqiqətin müəyyən edilməsi üçün cəhd belə edilməmişdir. Əgər Məhkum1 öz üzərinə düşən mülki öhdəlikləri yerinə yetirmək iqtidarında olmamışdırsa bu onun etmədiyi cinayətlərə görə məhkum edilməsi və uzun müddətli azadlıqdan məhrum edilməsi üçün əsas ola bilməzdi. "Əsas İnsan Hüquqları və Azadlıqları Haqqında" Avropa Konvensiyasının və Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Paktının tələblərinə əsasən heç kim, yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasınd a azadlıqdan məhrum edilə bilməz. Lakin Məhkum1 göstərilən beynəlxalq sənədlərin tələblərinin kobud pozuntusu ilə mühakimə olunaraq hər üç epizod üzrə sadəcə müqavilə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı halda törətmədiyi dələduzluq cinayəti ilə təqsirli bilinərək barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarında aşağıdakılar göstərilmişdir: Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüqu qları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi Məhkum1 hərhansı şəxsin əmlakını əvəzsiz olaraq ələ keçirməyə niyyəti sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs Məhkum1 təqsirli bilindiyi dördüncü epizoda görə o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Əsgərov Mirəsgər Mirəşrəf oğlunun həbsdə olan qardaşı Əsgərov Mirəziz Mirəşrəf oğlunu həbsdən buraxdıracağına dair alan vəd verib aldadaraq vahid niyyət ilə əhatə olunan qəsd ilə 2016-cı ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsində fəaliyyət göstərən "Bolluq" bazarının yaxınlığında Mirəsgər Əsgərovun 3.500 manat məbləğində pulunu, təxminə 3-4 gün keçdikdən sonra ünvan 7 ünvanda yerləşən "Qızılgül" kafesinin qarşısmda 30.000 nanat məbləğində pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə 33500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Lakin Məhkum1 öz ifadəsində həmin şəxsdən cəmi 3500 manat pulu borc məqsədilə aldığını və 30000 manat pul almadığını göstərmişdir. Zərərçəkmiş şəxsin Məhkum1 onun qardaşını həbsdən azad edilməsi məqsədilə ondan 30000 manat pul alması barədə ifadəsi həqiqətə uyğun deyldir və onun həmin ifadəsi başqa sübutlarla təsdiq edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiy a şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedik də, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum1 müdafiəşisi tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və əməlində cinayət tərkibi olmadığından barəsində bəraət verilməsi xahiş olunur. Məhkum2 müdafiəşisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsi və haqqında ARCM-nin 70-ci maddəsinin, cəzasınn qalan hissəsinin şərti hesab edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassatorların dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduqları cinayət əməlini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla onlara sübut olunduğu üçün Məhkum1 Rza oğlunun və Məhkum2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddələrd ə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin istintaqında təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İsa Məhkum1 öz ifadəsində 735.600.000 (147.120 AZN) manat məbləğində pul vəsaitlərini direktoru olduğu beton istehsalı müəssisəsində və icarəyə götürülən digər müəssisədə beton istehsalına sərf edildiyini göstərsə də qeyd edilən xüsusat araşdı rılmamışdır. Əgər araşdırılsa, o zaman müəyyən edilərdi ki, alınmış vəsaitlər həqiqətən də beton istehsalına yönəldilmiş və uğursuz kommersiya fəaliyyətinin nəticəsində zərər çəkmiş şəxsə borc yaranmışdır. iş materiallarında olan zərər çəkmiş şəxslərin öz ifadələrindən də görünür ki, onlara Bakı şəhərinin Yasamal və Xətai rayonları ərazində yerləşən binalarda mənzillər təklif olunsa da, onlar öhdəliyin icrasının qəbulundan imtina etmişlər. Eyni zamanda toplanmış sübutlarla müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxslər ümumiyyətlə Məhkum1 tanımamış, mallar üçüncü şəxslərə verilmişdir. Həmin üçüncü şəxslərlə Məhkum1 hansı münasibətlərdə olduğu, onlardan malları hansı şərtlər əsasında qəbul edildyinə dair işdə heç bir araşdırma aparılmamış, obyektiv həqiqətin müəyyən edilməsi üçün cəhd belə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qetd edir ki, iş materiallarında Məhkum2 öz ifadəsində göstərmişdir ki, heç kimi aldatmaq və pulunu, malını mənimsəmək niyyəti olmamış, bu məqsədlə aldığı mala görə pulun ödənilməsinə görə notariat qaydada müqavilə belə bağlamışdır. İş materiallarına əsasən məhkəmə prosesi müddətində zərərçəkən Hətəmov Nahid Telman oğluna 5000 manat qaytarmış, ziyanın ödənilməsinə cəhd etmişdir. Məhkəmə hökmündən sonra işə bütün zərəri ödəyərək hər hansı bir borcu qalmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilm əsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi v ə baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarında aşağıdakılar göstərilmişdir: Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə cəza törədilən cinayətə adekvat olmalıdır. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarın şəxsiyyətinin dəyişən təhlükəliliy inə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin “xüsusi çəkisini” nəzərə almağa imkan verir. Eyni zamanda ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum2 və Məhkum1 müdafiəçilərinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından verdikləri kassasiya şik ayətlərinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri qismən təmin edilsin. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-90/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-90/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver