Məhkəmə qərarları › İş №1(102)-900/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-900/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-900/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Y oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Dadaşov Adil Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ucar Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Hilal İsmayıl oğlu) Məhkum, xx xxxxxx 1994-cü ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış CM-in 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinin tələblərinə uybun olaraq isə ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınıb həmin cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin mülki iddia təmin edilərək dəymiş zərərə görə 11520 (on bir min beş yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 125 (yüz iyirmi beş) manat, cəmi 11645 (on bir min altı yüz qırx beş) manat məbləğində pulun Məhkum tutularaq zərərçəkmiş şəxs X3 ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə mobil telefon almaq üçün ona müraciət edən azyaşlı - 25 aprel 2009-cu il təvəllüdlü X7 özünə məxsus mobil telefonu satacağını yalandan vəd edərək, aralarında həmkəndli kimi yaranmış yaxın münasibətlərə görə X7də özünə qarşı yaranmış inam və etimaddan istifadə edərək sonuncunun 2022-ci ilin mart ayının ortalarında yaşadığı evin yataq otağında olan dəmir sandıqcadan götürməklə üzərində faktiki mülkiyyət hüququna malik olduğu və anası X3 məxsus olan 55 (əlli beş) qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 4400 (dörd min dörd yüz) manat dəyərində olan 1 ədəd kordinal qızıl boyunbağı və 41 (qırx bir) qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 3280 (üç min iki yüz səksən) manat dəyərində olan 1 ədəd yaşıl qaşlı qızıl boyunbağını 24 mart 2022-ci il tarixdə, saat 16 radələrində Zərdab rayonu, Çallı kəndi ərazisində X1a məxsus yeməkxananın yaxınlığında olan tut ağacının altında 12,50 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 1000 (bir min) manat dəyərində olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət olan qızıl komplekt, 11,20 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 896 (səkkiz yüz doxsan altı) manat dəyərində olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət olan qızıl komplekt, 11,70 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 936 (doqquz yüz otuz altı) manat dəyərində olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət olan qızıl komplekt və 12,43 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 994 (doqquz yüz doxsan dörd) manat 40 (qırx) qəpik olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət olan qızıl komplekti 09 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Ucar rayonu, Xələc kəndi ərazisində “Şirvan” su kanalının kənarında 32,58 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 2,606 (iki min altı yüz altı) manat 40 (qırx) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı, 16,89 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 1,351 (bir min üç yüz əlli bir) manat 20 (iyirmi) qəpik dəyərində, üzərində rəngsiz qaşları və boş qaş yerləri olan 1 ədəd qızıl qolbağı, 4,46 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 356 (üç yüz əlli altı) manat dəyərində, üzərindəki qaş yerləri boş olan 1 ədəd qızıl üzük, 4,93 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 394 (üç yüz doxsan dörd) manat 40 (qırx) qəpik dəyərində olan 1 ədəd qızıl üzük, 4,91 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 392 (üç yüz doxsan iki) manat 80 (səksən) qəpik dəyərində, üzərində şəffaf qaşları və 3 ədəd boş qaş yeri olan 1 ədəd qızıl üzük, 3,42 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, üzərindəki 0,004 karatlıq briliyant qaşlarla birlikdə 300 (üç yüz) manat 70 (yetmiş) qəpik dəyərin də, 4 ədəd şəffaf qaşları və 3 ədəd boş qaş yerləri olan 1 ədəd qızıl üzük, 3,8 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 304 (üç yüz dörd) manat dəyərində olan 1 ədəd qızıl üzük, 4,5 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 360 (üç yüz altmış) manat dəyərində olan 1 ədəd qızıl üzük və 4,3 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 344 (üç yüz qırx dörd) manat dəyərində olan 1 ədəd qızıl üzüyü 10 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Ucar rayonu, Xələc kəndi ərazisində “Şirvan” su kanalının kənarında əldə edib bir hissəsini özündə saxlayıb, bir hissəsini isə satıb şəxsi ehtiyaclarına xərcləməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını, yəni X7nin faktiki mülkiyyətində olduğu 223,62 qram çəkidə və 17916 (on yeddi min doqquz yüz on altı) manat 70 (yetmiş) qəpik məbləğində qızıl-zinət əşyalarını vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşına görə cinayətin subyekti olmayan azyaşlı - 25 aprel 2009-cu il təvəllüdlü X7 mobil telefon verəcəyini vəd verib aldadaraq sonuncudan cinayətin vasitəsi kimi istifadə edib yaşadığı evin yataq otağındakı saxlanc yeri sayılan dəmir sandıqcadan anası X3 məxsus 2,65 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 212 (iki yüz on iki) manat dəyərində olan 1 ədəd qızıl asqı, 20,07 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 1605 (bir min altı yüz beş) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızı qolbağı, 10,72 qramlıq, Rusiya Fe derasiyasında istehsal olunmuş, 583 əyarlı, 857 (səkkiz yüz əlli yeddi) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı, 11,67 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 933 (doqquz yüz otuz üç) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı və 11,03 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 882 (səkkiz yüz səksən iki) manat 40 (qırx) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağının götürülməsini təmin edərək 23 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Ucar rayonu, Xələc kəndi ərazisində “Şirvan” su kanalının üzərində olan körpünün altında X7dən götürməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 56,14 qram çəkidə və 4491 (dörd min dörd yüz doxsan bir) manat 20 (iyirmi) qəpik dəyərində olan qızıl-zinət əşyalarını təkrarən gizli o laraq talayıb oğurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi A.Q.Dadaşov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə) 07 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.Q.Dadaşov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun əməlində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr üz rə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarına, işin müəyyən edilmiş faktiki hallarına və Məhkum barəsində çıxarılmış yekun məhkəmə aktlarına istinad edən müdafiəçi A.Q.Dadaşov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkuma qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda oğurlanması iddia edilən qızıl-zinət əşyalarını zərərçəkmiş şəxs X7 öz təşəbbüsü ilə, telefon almaq üçün yaşadığı evdəki saxlanc yerindən götürərək satmaq üç ün təqsirləndirilən şəxsə vermiş, Məhkum isə həmin qızıl-zinət əşyalarını sataraq əldə olunmuş vəsaitin bir hissəsini X7yə vermiş, qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf etmişdir. Göründüyü kimi, istintaq orqanının qeyd etdiyi kimi, Məhkum cinayətin subyekti hesab edilməyən X7dən istifadə edərək, ikinci epizod üzrə oğurlanması iddia edilən qızıl-zinət əşyalarını gizli olaraq talamamışdır. Yəni, başqa sözlə ifadə etdikdə, təqsirləndirilən şəxs qeyd edilən qızılları zərərçəkmiş şəxs tərəfindən yaşadığı evdən gizli şəkildə oğurlanaraq ona gətirilməsindən məlumatı olmamışdır. Bu barədə onlar arasında hər hansı söhbət, qabaqcadan razılaşma olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş həm X (X7nin nənəsi), həm X2 (X7nin anası), həm də X1 (X7nin babası və iş üzrə q anuni nümayəndəsi) bildirmişlər ki, onların X7nin evdən qızıl-zinət əşyaları götürməsindən xəbərləri olmamış, onlar X7ın bu cür əməl törətməsindən şübhələnməmişlər. Qızıl-zinət əşyalarının yerində olmamasından isə yalnız X2nın Bakı şəhərindən rayona gəldikdən və onların saxlandığı yerə baxış keçirməsindən sonra məlumatları olmuşdur. Bu hal aşkar edildikdən sonra, X7dən bu barədə soruşulmuş, sonuncu telefon almaq istədiyindən həmin qızılları satmaq üçün təqsirləndirən şəxsə verdiyini bildirmişdir. Cinayət işinin materialları, eləcə də məhkəmə istintaqında toplanmış sübutların məcmusu ilə sübut olunur ki, Məhkum zərərçəkmiş şəxs X7ni yaşadığı evdən anasına məxsus qızıl-zinət əşyalarını gizli olaraq talayaraq oğurlamasına təhrik etməmiş, başqa sözlə ifadə etdikdə, cinayətin icraçısı olmamışdı r. Ümumiyyətlə Məhkum həmin qızıl-zinət əşyalarının mövcudluğundan, harada saxlanılmasından, kimə məxsus olmasından, zərərçəkmiş şəxs X7nin həmin əşyaları hansı şəraitdə götürməsindən, həmin əşyaları satmağa icazə alıb-almamasından xəbəri olmamış, hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxs X7ni bu əşyaları gətirib ona verməsinə məcbur etməmişdir. Belə olduğu təqdirdə, Məhkum CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittiham qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, şikayət müəllifi qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilərək hüquqlarını müdafiə etdiyi Məhkum əməlində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmi maddələr üzrə bəraət hökmü çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə baxılması Azərb aycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərərçəkmiş şəxslər X9, X4, sonuncunun nümayəndəsi X13, X7nin qanuni nümayəndəsi X1 və Məhkum müdafiəçisi Dadaşov Adil Qadir oğlu naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək, bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər X7nin, X2nın, sonuncunun nümayəndəsi X13ün, X7nin qanuni nümayəndəsi X1in, Məhkum və onun müdafiəçisi A.Q. Dadaşovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçisi A.Q.Dadaşovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən əhəmiyyətli sübutlara düzgü n hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmamasına baxmayaraq o, əsassız və qanunsuz olaraq CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın qismən ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.Q.Dadaşovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onlar ı sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qəra rının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insa n və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olma yan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslar la cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyəti nin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hiss əsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin c inayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret c inayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kons titusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bi lər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərk ən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyy ətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına c iddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslə rin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, q anuni yolla əldə olunmuş olsun. Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının mü əyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya müraciətinin dəlillərinə cavab verilməsi üçün qanunvericilyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı həmin işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səla hiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin məzmununa görə, onun müəllifi müdafiəçi A.Q.Dadaşov hazırki iş üzrə məhkum olunmuş Məhkum zərərçəkmiş şəxs X7ni yaşadığı evdən sonuncunun anasına məxsus qızıl-zinət əşyalarını gizli olaraq talayaraq oğurlamasına təhrik etməmiş, başqa sözlə ifadə etdikdə, cinayətin icraçısı olmamış, həmin qızıl-zinət əşyalarının mövcudluğundan, harada saxlanmasından, kimə məxsus olmasından, X7nin həmin əşyaları hansı şəraitdə götürməsindən, onları satmağa icazə alıb-almamasından xəbəri olmamış, o, X7ni bu əməli törətməyə sövq etməmiş və sonuncu həmin əmlakı öz təşəbbüsü ilə, telefon almaq üçün yaşadığı evdəki saxlanc yerindən götürərək satmaq üçün Məhkum vermiş, məhkum olunmuş şəxs isə həmin əmlakı sataraq əldə olunmuş vəsaitin bir hissəsini X7yə vermiş, qalan pul vəsaitini isə şəxsi ehtiyaclar ına xərcləmişditr. Müdafiəçinin qənaətinə görə, belə olan halda Məhkum əsassız olaraq CM-in 1177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə kollegiyası bu dəlilə cavab olaraq ilk növbədə qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müdafiəçi tərəfindən mübahisələndirən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşına görə cinayətin subyekti olmayan azyaşlı-25 aprel 2009-cu il təvəllüdlü X7 mobil telefon verəcəyini vəd verib aldadaraq sonuncudan cinayətin vasitəsi kimi istifadə edib yaşadığı evin yataq otağındakı saxlanc yeri sayılan dəmir sandıqcadan anas ı X3 məxsus 2,65 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 212 (iki yüz on iki) manat dəyərində olan 1 ədəd qızıl asqı, 20,07 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 1605 (bir min altı yüz beş) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızı qolbağı, 10,72 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 857 (səkkiz yüz əlli yeddi) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı, 11,67 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 933 (doqquz yüz otuz üç) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı və 11,03 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 882 (səkkiz yüz səksən iki) manat 40 (qırx) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağının götürülməsini təmin edərək 2 3 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Ucar rayonu, Xələc kəndi ərazisində “Şirvan” su kanalının üzərində olan körpünün altında X7dən götürməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 56,14 qram çəkidə və 4491 (dörd min dörd yüz doxsan bir) manat 20 (iyirmi) qəpik dəyərində olan qızıl-zinət əşyalarını təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Həmin nəticənin arxasında duran bir sıra sübutlara istinad etməyi zəruri hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü CM-in 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur və X7ni tanıyır. Təxminən 2 022-ci ilin mart ayının 24-də X7nin telefon almaq istədiyini eşitmişdir. O, X7yə yaxınlaşaraq 500 manata "Samsung A52” markalı telefon satdığını bildirmiş, X7 telefona baxaraq bəyənsə də pulu olmadığını, qızıllarının olmasını, telefonun əvəzinə qızıl verə biləcəyini söyləmiş, o, isə X7ın qızılları haradan əldə etməyi ilə maraqlanmayaraq qızıllara baxdıqdan sonra öz fikrini bildirəcəyini demişdir. Həmin gün, saat 16 radələrində X7 Ucar rayonu, Xələc kəndində Məmmədsalahın kafesinin yaxılığında olan tut ağacının altında 1 ədəd qızıl boyunbağını, 1 ədəd üzərində yaşıl qaşları olan boyunbağını ona göstərmiş, qızıllara baxaraq onların həqiqi olduğuna əmin olub X7nin uşaqlığından istifadə edərək onu aldadaraq həmin qızılları satıb böləcəyini ona demiş, halbuki əsl məqsədi qızılları baha qiymətə satıb az miqdarda X7yə pul verib qalan məbləği ələ keçirmək olmuşdur. O, bir müddət qızılları özündə saxlayaraq satmağa tərəddüd etsə də 04 aprel 2022-ci il tarixdə Zərdab şəhərində Gülağa adlı şəxsə qızılları 4150 manata satmış və pulunu X7yə həmin körpünün altında 1 gün sonra vermişdir. X7lə görüşən zaman qızılları 780 manata Ucar şəhərində satdığını, 80 manatı şəxsiyyətini gizlətməsi üçün qızıl alana verməsini və hərəsinə 350 manat pul qalmasını deyərək ona 300 manat vermiş, telefonun pulunu toplamasını təklif etmiş, həmin vaxt 50 manat pulu da əlavə olaraq X7dən borc götürmüşdür. X7 əvvəl narazı qalsa da sonra razılaşaraq 300 manatı götürüb getmiş, o, isə sonuncunu aldadaraq qızıl-zinət əşyalarının satışından əldə etdiyi qalan pulu ələ keçirib öz ehtiyaclarına xərcləmişdir. Bundan ba şqa, 09 aprel 2022-ci il tarixdə, saat 17 radələrində o, "Şirvan” su kanalının yanında yenidən X7lə qarşılaşmış, sonuncu cibindən 4 ədəd qızıl üzük və 4 cüt qızıl sırğa çıxardıqda yenə eyni niyyətlə qızılları ondan götürüb baha qiymətə sataraq pulunu ələ keçirmək üçün X7yə qızılları verməsini və aparıb sataraq pulunu bölməyi, telefonun pulunu tamamladıqda telefonunu ona satacağını vəd vermişdir. Bundan sonra X7 həmin qızılları da ona vermişdir. O, qızılların az məbləğdə pula satıla biləcəyini əvvəlcədən X7yə bildirmiş, məqsədi qızılları baha qiymətə satıb pulunu ələ keçirmək olmuş və həmin qızılları aparıb sonra satmaq məqsədilə gizlətmişdir. Bir neçə gün sonra X7 X18 adlı tanışının onu aldadaraq 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan a ypara şəkilli qızıl asqını alaraq qaytarmamasını ona bildikdə, o, X18lə görüşərək ona X7dan aldığı qızılları qaytarmasını tələb etmiş, X18 də onunla razılaşmışdır. Bununla bağlı o, X7a X18lə birlikdə görüşməyi təklif etmiş və 10 aprel 2022-ci il tarixdə saat 16 radələrində onlar “Şirvan” su kanalının yanında görüşərkən X7 cibindən 1 ədəd yaşıl qaşlı qızıl qolbağı, 1 ədəd qızıl boyunbağını (tros sep), 7 ədəd isə müxtəlif qaşlı qızıl üzükləri çıxarıb ona verərək qızılları satıb ona nə qədər pul verəcəyini soruşmuş, o, da eyni niyyətlə qızılları X7dan alıb baha qiymətə sataraq pulu ələ keçirmək istəmişdir. Buna görə, o, yenə də, X7a qızılları satıb pulu bölməyi, pulu yığıb tamamladıqda telefonunu ona satacağını vəd vermiş, qızılları satdıqda pulun 60 faizini özü götürüb 40 faizini ona verəcəy ini demiş və X7 da onunla razılaşmışdır. Həmin vaxt X18ə X7dan aldığı qızılları Göyçay şəhərinə aparıb orada satmağı təklif etmiş, X18 ona qorxmasını bildirərək razılaşmamış və çıxıb getmişdir. Bundan sonra X7la ayrılaraq çıxıb getmiş, o, isə X7dan götürdüyü qızılları aparıb eyni qaydada sonradan satmaq məqsədilə gizlətmişdir. Bundan 1 gün sonra, yəni 11 aprel 2022-ci il tarixdə "Şirvan su” kanalının yanında X7a yaxınlaşaraq X18lə danışdığını və qızılların qayıdacağını ona bildirmişdir. 13 aprel 2022-ci il tarixdə, saat 19 radələrində "Şirvan su” kanalının yaxınlığında X18in 3 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını X7a qaytarmasını öyrənmişdir. Bundan sonra o, bir müddət X7la görüşməmiş, lakin 23 aprel 2022-c i il tarixdə X7 ona zəng edərək onunla görüşmək istədikdə razılaşmışdır. Həmin vaxt o, artıq X7ın X18dən qızılları almasını bilmiş, ehtiyacı olduğu üçün sonuncu dəfə olaraq X18dən geri aldığı qızılları ona verməsini X7dan israrla istəmiş, həmin qızılları verdikdən sonra telefonu verəcəyinə dair ona söz vermişdir. X7 isə qızılların özündə olmamasını, qızılları aparıb sandıqçaya qoyduğunu və verə bilməyəcəyini telefonda ona bildirmişdir. Lakin o, həmin qızılları gətirsə telefonu verəcəyini X7a demiş, məqsədi evdə olan həmin qızılları ələ keçirib satmaq olmuşdur. 23 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, "Şirvan su” kanalının körpüsünün altında X7la təkrarən görüşmüş, sonuncu ondan telefonu istəmiş, lakin o, telefonunu ona verməyib sonra verəcəyini deyərək orada X7a 80 manat pul verə rək qızılları satdıqdan sonra əlavə pul verəcəyini bildirib onun X18dən geri aldığı 3 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağını və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını da ələ keçirmişdir. O, həmin qızılları da aparıb satmaq niyyəti ilə gizlətmiş, sonradan pula ehtiyacı olduğu üçün həmin qızıl-zinət əşyalarından satmaq istəmiş, qızılları gizlətdiyi yerdən götürərək qaşlarını özü təkbaşına sökmüş, sonra isə içərisindən 3 cüt komplekti, yəni üzük və sırğalarını, 3 ədəd üzüyü seçərək aparıb Bakı şəhəri, Hövsan qəsəbəsində tanımadığı şəxsə 1800 manata satmışdır. Həmin vaxt Bakı şəhərində qalaraq özünə iş tapıb işləmiş, 25 aprel 2022-ci il tarixdə X7 zəng edərək qızıllar barədə soruşduqda o, qızılların bir qisminin özündə olmasını bildirmişdir. Sonra X7ın anası Nuranə ona zəng etmiş, qızılların bir qisminin özündə olmasını və qaytaracağını bildirmişdir. Rayona gələrək X7dan sonuncu aldığı qızılları X2ya qaytarsa da, qorxduğu üçün qalan qızılların özündə olmamasını bildirmiş, sonra isə izahat vermək üçün polis şöbəsinə gələrkən öz səhvinə görə polis əməkdaşlarına tabesizlik göstərərək inzibati qaydada həbs olunmuş, lakin inzibati həbsdən azad olunduqdan sonra birbaşa gedib qızılları gizlətdiyi yerdən götürüb polis şöbəsinə təhvil vermişdir. Həmçinin o, qızılları X7dən qazanc niyyəti ilə əldə etmiş, X7ın qızılları haradan əldə etməsi ilə maraqlanmamış, sonuncu dəfə X18dən aldığı qızılları X7ın ona gətirməsini istədikdə X7 ona qızılları evə qoymasını demiş, X7ı aldadaraq ondan qızılları satmaq niyyəti ilə almışdır. Gülağa Şıxıyevə qızılları satan zaman qızılların qohumlarının olmasını və satmaq üçün ona vermələrini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, X7ni aldadaraq qızılları ələ keçirən zaman X18, X11, Y və Z adlı həmkəndliləri ilə əlbir olmamış, törətdiyi cinayət əməlini təkbaşına törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, o, 2003-cü ildə Bakı şəhər sakini X14 ilə nikaha daxil olaraq 2015-ci ilədək birgə nikahda yaşamış, birgə nikah dövründə qızı Şəhanə və 2009-cu il təvəllüdlü oğlu X7 dünyaya gəlmişdir. Qızı Şəhanə onunla birlikdə Bakı şəhərində, oğlu X7 isə uşaqlıqdan Ucar rayonu, Xələc kəndində atası X1 və anası X ilə birlikdə yaşayır, həmin kənddə olan məktəbində oxuyur. 2022-ci ilin yanvar ayının əvvəllərində anası Kütahı ilə görüntülü danışan zaman anası xəstə olma sını əsas gətirərək qızıl-zinət əşyalarının yerini ona bildirmişdir. Bu zaman oğlu X7 da qızılların yerini bilmiş, lakin X7ın buna reaksiya verəcəyini düşünməmişdir. Bundan bir neçə gün sonra anası zəng edərək X7ın evdən qızıl götürdüyünü və qonşunun oğlu XXa verdiyini, sonradan isə qaytarıldığın ona bildirdikdə, o, anasına qızılların yerini dəyişməsini təklif etmiş, anası da qızılları aparıb öz otağına qoymuşdur. Törətdiyi əmələ görə o, telefon vasitəsilə X7ı tənbeh etmiş, sonuncu bir daha bu cür hərəkətlərə yol verməyəcəyini ona bildirmişdir. Həmçinin, X7 qızılları sataraq özünə telefon almaq istədiyini, bu məqsədlə evdən qızıl götürməsini ona demişdir. Pandemiya dövründə o, X7a sensor ekranlı telefon almış, X7 həmin telefonla dərslərini oxumuş, lakin sonradan X7ın "PAPCİ” oynamasını, də rs oxumadığını bilərək həmin telefonu ondan almış və oğlu buna görə ondan incimişdir. Bu hadisədən sonra təxminən 3-4 ay heç bir narahatlıq olmamış, lakin 25 aprel 2022-ci il tarixdə X7ın ad gününü qeyd etmək üçün Xələc kəndinə gələrək əvvəl baş vermiş problemlə bağlı olaraq ona məxsus qızılların yerində olub-olmamasını yoxlamaq istəmişdir. Bunun üçün o, valideynlərinin yataq otağında olan sandıqcanın kilidini açdıqda orada saxlanılan qızıl-zinət əşayalarının çox hissəsinin yerində olmadığını görmüş, dərhal oğlu X7la bu barədə söhbət etmiş və oğlu baş verənləri ona danışmışdır. X7 söylədiklərinə görə, 2022-ci ilin yanvar ayının 8-də onun telefonla anası Kütahı ilə danışan zaman oğlu qızılların saxlanıldığı yer barədə məlumat aldıqdan sonra həmin qızılları anasından və nənəsindən xəbərsiz s ataraq telefon almaq qərarın gəlmiş, bu məqsçədlə də 11 yanvar 2022-ci il tarixdə, saat təxminən 15 radələrində dolabdakı çantanı tapmış, içərisindəki mücrünü açmış və sandıqcadakı qızılları aşkar etmişdir. Həmin qızıllardan bir qismini götürüb sataraq özünə telefon və başqa dəyərli əşyalar almaq üçün X7 11 yanvar 2022-ci il tarixdə saat təxminən 14 radələrində dolabın içəsindəki sandıqcadan bir ədəd parçaya bükülmüş qızılları açaraq oradan 1 ədəd yaşıl qaşlı, üzərində 3 ədəd gülə bənzər bəzəkləri olan qızıl üzüyü, həmçinin 1 cüt yaşıl qaşlı üzərində 3 ədəd gülə bənzər qaşları (bəzəkləri) olan sırğanı götürərüb qalan qızılları olduğu kimi yerinə qoymuş və götürdüyü qızılları telefon almaq məqsədilə həyətdə olan istifadəsiz otbiçənin içərisində gizlətmişdir. 12 yanvar 2022-ci il tarixdə həm in qızılların yerini dəyişmək üçün onları götürüb gəzdirən zaman küçədə qonşunun 17 yaşlı oğlu XX cibində həmin qızılları görmüş, XXin atası X1ə deyəcəyini düşünərək həyət qapısının qarşı tərəfində həmin gün, saat 11 radələrində XXa 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa verərək ondan susmasını xahiş etmiş və XX da razılaşmışdır. 1 gün sonra, 13 yanvar 2022-ci il tarixdə anası Kütahı paltarları yığışdıran zaman yerdən üzük tapmış, X7ın qızılları götürən zaman 1 ədəd sırğanın yerə düşdüyü məlum olmuş, bununla bağlı olaraq o, sorğu-suala tutulduqda o, düzünü danışmış və anası Kütahı XXdan qızılları geri almışdır. Bundan sonra anası qızıllarını sandıqca ilə birlikdə aparıb yataq otağına qoymuş, lakin telefon almaqda qərarlı olduğu üçün X7 axtararaq sandıqçanın açarını tapıb təxminən mart ayının 18-də sandıqçanı açaraq oradan XXdan geri alınmış 1 ədəd yaşıl qaşlı üzüyü, 1 cüt yaşıl qaşlı sırğanı, həmçinin əlavə olaraq 1 cüt uşaq sırğasını götürərək cibinə qoymuş, açarı isə olduğu kimi yerinə qoyaraq otaqdan çıxmışdır. Atasının avtoyuma məntəqəsində işləyən X11 telefonunu satdığını bildiyi üçün X7 onun yanına getmiş və ondan telefonunu satmasını soruşduqda X11 400 manata "POCO” markalı telefonunu satdığını bildirmiş, X7 isə ona pulunun olmadığını, lakin qızıl verə biləcəyini demişdir. X11 qızılları ona verməsini və satıb pulunu verəcəyini X7a təklif etmiş, X7 da bu təkliflə razılaşara 22 mart 2022-ci il tarixdə saat 15 radələrində X11un yaşadığı evin həyət qapısının qarşısında XXdan geri alınmış 1 ədəd yaşıl qaşlı üzüyü, 1 cüt isə yaşıl qaşlı sırğanı, həmçinin əlavə olaraq evdən götürdüyü 1 cüt uşaq sırğasını X11a vermişdir. X11 həmin gün axşam X7la görüşərək qızılları 300 manata satdığını, 10 manatını taksiyə verdiyini və 290 manatının üzərində olduğunu söyləmiş, X7 həmin pulun 50 manatını X11a verərək 240 manatını ondan almış, X11 400 manatın tam düzəlməsindən sonra telefonu verəcəyini demişdir. Səhəri gün X7 avtoyuma məntəqəsinin yanında yerləşən və atası Məmmədsalaha məxsus olan kafedə olarkən X11un əmisi oğlu X18 200 manata telefon satdığını X7a demiş, lakin "Samsung A6” markalı həmin telefonu bəyənmədiyi üçün X18 tanışı Məhkum öz telefonunu satmaq istədiyini X7a bildirmişdir. Səhəri gün, yəni 24 mart 2022-ci il tarixdə məktəbdən çıxan zaman X7 Məhkum yaxınlaşdıqda sonuncu ona həqiqətən 500 manata "Samsung A52” markalı telefon satdığını bildirmiş, X7 da tele fona baxaraq bəyənsə də pulu olmadığını, qızıllarının olmasını, telefonun əvəzinə qızıl verə biləcəyini Xəyala demiş, sonuncu qızılları haradan əldə etməyi ilə maraqlanmayaraq razılaşmışdır. 24 mart 2022-ci ildə, saat 16 radələrində Xəyala evdəki sandıqçadan götürdüyü 1 ədəd qızıl boyunbağını, 1 ədəd üzərində yaşıl qaşları olan boyunbağını vermiş, Məhkum həmin boyunbağını ayağı ilə sındıraraq içərisinə baxıb həqiqi qızıl olmasını və satıb pulunu böləcəklərini X7a bildirmişdir. Bundan sonra uzun müddət Xəyaldan səs çıxmamış, 04 aprel 2022-ci il tarixdə, saat 17 radələrində X7 atasının kafesində qızılları soruşanda Xəyal qızılları 780 manata Ucar şəhərində satmasını, 80 manatını şəxsiyyətini gizlətməsi üçün qızıl alana verməsini deyərək oğluna 300 manat vermiş, 50 manat borclu qalmış, X7 nar azılığını bildirmiş və avtoyumada işləyən Y baş verənləri görmüş, onun atasına xəbər verəcəyindən qorxaraq Yın yanına gedib qızılının olmasını və satıb pulunu bölməsini ondan xahiş etmiş, Y isə qızılları haradan əldə etməsini soruşmadan razılaşmışdır. X7 sandıqçadan 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını götürərək 05 aprel 2022-ci il tarixdə, saat 12 radələrində atasınının Zərdab rayonu, Çallı kəndində yerləşən kafesində satıb pulunu bölmələri üçün Ucar rayonu, Ləki kənd sakini Ya vermişdir. Lakin Y qızılları satıb pulunu bölmədiyi üçün X7 həmkəndliləri X18 və Zə Yın qızıl alaraq qaytarmamasını bildirmiş, X18 və Z isə Yla danışaraq qızılları qaytarmasını, əks halda atasına deyəcəklərini ona bildirmişlər. Bund an sonra Y bütün qızılları qaytarmış və evdəkilərin xəbər tutacağından qorxaraq X7 həmin qızılları sandıqçaya qoymuşdur. 9 aprel 2022-ci il tarixdə isə yenidən evdən eyni qaydada 4 ədəd qızıl üzük və 4 cüt qızıl sırğa götürərək Xəyala satdırıb telefonu almaq qərarına gəlmiş, həmin gün, saat 17 radələrində "Şirvan su” kanalının yanında Məhkumla qarşılaşmış, qızılları satması üçün Məhkuma vermiş, Məhkum isə qızılların qaşlı olmasından, az pul edəcəyindən gileylənmişdir. X7 həmin günü Məhkum tərəfindən aldadıldığını hiss edərək bu dəfə qızılları satması üçün X18ə vermək qərarına gəlmiş və 10 aprel 2022-ci ildə evdə olan sandıqçadan Yın geri qaytardığı 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını götürərək saat 12 radə lərində X18ə zəng edərək ona satıb bölmələri üçün qızıl vermək istədiyini bildirmişdir. X18 isə özünün uzaqda olmasını deyərək qızılları borunun içərisinə qoymağını X7a təklif etmişdir. X18 X7ın borunun içərisinə qoyduğu qızıl-zinət əşyalarını naməlum şəraitdə götürsə də, bunu əvvəl inkar etmiş, buna görə X7 bu haqda, yəni aldadılması barədə Məhkuma bildirdikdə sonuncu X18in götürdüyü həmin qızzıları qaytarmasını X18tdən tələb etmiş və bundan sonra X18 həmin qızılları qaytarmış, X7 da onları, yəni 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını aparıb evdəki sandıqçaya qoymuşdur. 23 aprel 2022-ci il tarixdə X7 Məhkumla mobil telefona danışaraq telefonu istəmiş, görüş barədə razılaşmış, Məhkum telefonda sonuncu dəfə olaraq X18dən geri aldığı qızılları ona verməyini istəmiş, həmin qızılları verdikdən sonra telefonu verəcəyinə söz vermişdir. X7 qızılları aparıb sandıqçaya qoyduğunu və verə bilməyəcəyini bildirmiş, Məhkum israr edərək həmin qızılları necə olursa olsun sandıqçadan götürərək ona verməsini istəmiş, X7 da məcbur qalaraq Xəyalın göstərişinə əsasən gedib sandıqçadan X18dən geri aldığı 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 ədəd boyunbağılardan birinin üzərində olan aypara şəkilli qızıl asqını cibinə qoyaraq 23 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Ucar rayonu, Xələc kəndi ərazisində "Şirvan su” kanalının körpüsünün altında Məhkuma verərək telefonunu istəmiş, Məhkum yenə də telefonu verməmiş, "tələsmə evdən bilsələr, məni işə salarsan, vaxtı çatanda özüm telefonu sənə verəcəm ” deyərək cibindən 80 manat pul çıxarıb oğluna vermiş, sonuncunun gizli şəkildə sandıqçadan götürdüyü qızılları isə ələ keçirib ona həmin qızılları sataraq əlavə pul və telefonu verəcəyini vəd etmişdir. 25 aprel 2022-ci il tarixdə saat 16 radələrində isə onun, yəni X2nın kəndə gəliməsi ilə baş verənlər aşkar olunmuşdur. İfadələrinin sonrakı hissələrində X2 Məhkumyinin dələduzluq yolu ilə və həmçinin oğlu X7ni oğurluğa sövq etməklə ələ keçirdiyi qızıl-zinət əşyaları, onların qiyməti və vurulmuş zərərin dəyəri barədə ətraflı məlumat vermişdir. Bu ifadələrdən görünür ki, Məhkum törətdiyi əməllər barədə zərərçəkmiş X2ya oğlu X7nin ona söylədiklərində məlum olmuş, sonuncu da məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilərkən eyni məzmunlu ifadələr vermişdir. Azyaşlı X7nin verdiyi həmin ifadələrlə müəyyən olunur ki, Məhkum özgə əmlakını təkrarən ələ keçirmək məqsədilə onu yaşadığı evdə saxlanılan və X2ya məxsus olan qızılzinət əşyalarını - 2,65 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 212 (iki yüz on iki) manat dəyərində olan 1 ədəd qızıl asqı, 20,07 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 1605 (bir min altı yüz beş) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızı qolbağı, 10,72 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 857 (səkkiz yüz əlli yeddi) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı, 11,67 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 933 (doqquz yüz otuz üç) manat 60 (altmış) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağı və 11,03 qramlıq, Rusiya Federasiyasında istehsal olunmuş, 583 əyarlı, 882 (səkkiz yüz səksən iki) manat 40 (qırx) qəpik dəyərində olan 1 ədəd qızıl boyunbağının gizli şəkildə ələ keçirib ona verməsini israrla təkid etmiş, X7 bu təkidə görə 23 aprel 2022ci il tarixdə qeyd olunan qızıl-zinət əşyalarını məhz gizli olaraq onların yerləşdiridiyi sandıqçadan götürüb həmin gün saat 14 radələrində Məhkum vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum etdiyi bu hərəkətlər (sonuncu özü də verdiyi ifadələrində oğurluğun predmeti olan qızıl-zinət əşyalarının evdən götürüb satmaqdan ötrü ona verməyi X7yə təklif etməsini inkar etməmişdir) onun cinayətin subyekti olmayan və buna görə də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilən 12 yaşlı X7dən istifadə etməklə məhz oğurluq cinayət əməlini törətməsinə dəlalət edir və bu haqda məh kəmə kollegiyasının da razılaşdığı həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticə istər hüquq nəzəriyyəsində oğurluq cinayət əməlinə verilmiş təfsirə, istər mövcud məhkəmə təcrübəsinə, istərsə də belə təcrübənin formalaşdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 03 mart 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, Qərarın 1 və 2-ci bəndlərində məhkəmələrə oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almaları tövsiyə edilmişdir ki, qanuna görə, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsində n ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 13-cü bəndinə görə, əgər təqsirkar yaşına, anlaqsız olmasına və ya başqa hallara görə cinayət məsuliyyətinə alına bilməyən digər şəxslərdən istifadə etməklə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətləri törətmişsə, onun əməli (CM-in müvafiq maddələrində ağırlaşdırıcı tövsifedici əlamətlər olmadıqda) bilavasitə icr açı tərəfindən törədilən cinayət kimi müvafiq olaraq CM-in 177.1, 180.1 və ya 181.1-ci maddələri ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 177.1, 180.1, 181.1-ci maddələri cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərdən istifadə etməklə əməlin törədilməsini cinayət tərkibinin əlaməti olaraq nəzərdə tutmadığından həmin hal Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən bu cinayətlərə görə cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınır. Eynilə cinayət məsuliyyətinə cəlb edilə bilməyən psixi pozuntudan əziyyət çəkən şəxsin cinayətin törədilməsinə cəlb edilməsi CM-in 61.1.5ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkum barəsindəki Ucar Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmündən görünü r ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən adı çəkilən Plenum Qərarının 13-cü bəndinin ikinci cümləsində göstərilmiş izahı da nəzərə almışdır. Yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası Məhkuma qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın ikinci epizodu üzrə cinayət əməlini CM-in 177.2.2 (təkrar törədilmiş oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə girməklə törədilmiş oğurluq) maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir və həmin əməlin başqa cür tövsif edilməsi, yaxud da bu epizod üzrə apellyasiya instansiyası məhkəməsiinin qərarırın ləğv edilərək həmin hissədə cinayət işinin icraatına CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsi, bununla da kassasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, Məhkum təqsirli bilindiyi oğurluq əməlinə dair ittihamın əsasına qoyulmuş sübutların toplanması və araşdırılması zamanı CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsi, yəni həmin sübutların yolverilməz olduğunu təsdiq edən heç bir hal cinayət işinin materialları ilə müəyyən edilmir. İş materialların təhlili həmçinin göstərir ki, Məhkum öz ifadələrində, müdafiəçi A.Q.Dadaşov isə - kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxsə məxsus olan əmlakın oğurluq yolu əldə edildiyini bilməməsini iddia etsələr də, onlar bunu təsdiq edən heç bir sübuta istinad etməmiş və belə sübutları həm ibtidai araşdırma orqanına, həm də məhkəmələrə təqdim etməmişlər. Halbuki, CPM-in 125.8-ci madd əsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni ilə qanunun bu normasının mənasına görə, iddia edən tərəf şəxsə qarşı irəli sürülmüş ittihamı təkzib edən hər hansı dəlil irəli sürdükdə də, bu dəlillər müvafiq sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən məhkəmələr prosessual qanunvericiliyinin aşağıdakı normalarına da tam əməl etmişlər. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı hə yata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məh kəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyy ən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, mü əyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhk əmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o c ümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil e dən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulm ası və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində mübahisələndirilməsə də, məhkəmələr tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi həll oluna rkən CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə də əməl edilmiş, onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən hallar, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kifayət qədər nəzərə alınmış və bütün bu halların məcmusuna əsasən ona qanuni və ədalətli cəza təyin edilmişdir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun müdafiəçisi A.Q.Dadaşovun kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Dadaşov Adil Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar