Məhkəmə qərarları › İş №1(102)-901/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-901/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-901/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.N.Əzizov) Məhkum-xx.xx.1996-cı ildə ********** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şirvan şəhər Məhkəməsinin 21.02.2017-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri, İ.Məmmədov küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli b ilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2018-ci ildən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,947 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bir ədəd siqaret kağızı kəsiyində qablaşdırılmış halda əynində olan göy rəngli şalvarın sağ qabaq cibində daşıyaraq saxlamış, 26 sentyabr 2018-ci il tarixdə saat 09:00-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlə ri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən qeyd olunan narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.İsgəndərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 06 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şik ayətini onunla əsaslandırmışdır ki, hökm qanunda göstərilən sübutlarla əsaslandırılmamışdır, apellyasiya instansiya məhkəməsi də heç bir sübutu tədqiq edib araşdırmadan birinci instansiya məhkəməsi nin hökmünü öz qərarına köçürməklə kifayətlənmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiy ası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkum birinci instansiya məhkəməsinin hökmünün qanunda göstərilən sübutlarla əsaslandırılmadığını, apellyasiya instansiya məhkəməsinin də heç bir sübutu tədqiq edib araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü öz qərarına köçürməklə kifayətləndiyini göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif vaxtlarda narkotik vasitələrdən i stifadə etmiş və bununla əlaqədar bir dəfə məhkum olunmuşdur. 26 sentyabr 2018-ci il tarixdə saat 08 radələrində yaşadığı Hacıqabul şəhəri,************** küçəsi ilə gedən zaman yerdə olan 1 ədəd siqaret kağızı kəsiyi diqqətini cəlb etdiyi üçün götürüb baxarkən içərisində əvvəlcədən tanıdığı narkotik vasitə olan heroin olduğunu görüb onu götürərək,istifadə etmək üçün əynində olan göy rəngli şalvarının qabaq sağ cibinə qoymuşdur. Həmin gün saat 09 radələrində Hacıqabul şəhəri,************ küçəsində yaxınlığında siqaret çəkən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul RPŞ-də öz istəyi ilə müdafiəçi ilə təmin edilərək videoçəkilişdən isti fadə edilməklə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd siqaret kağızı kəsiyində olan heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə zərfə qoyulub möhürlənmiş və bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra imza etmişdir. Sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu, təsadüfən yerdən taparaq istifadə etmək məqsədi ilə özündə saxladığını bildirmişdir. Hazırda əməlindən peşman olduğunu və gənc olduğunu bidirirərək cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsiş iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 26.09.2018-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul rayon polis İdarəsində “NİCON” markalı videokamera ilə şəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirərkən Məhkum şalvarının sağ qabaq cibindən bir ədəd siqaret kağızı kəsiyi aşkar edildiyi, aşkar edilmiş siqaret kağızı kəsiyinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsi tərəfindən verilmiş 26.09.2018-ci il tarixli 25020 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Məhkum üzərindən aşkar olunaraq götürülmüş" və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,947 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın ekspert komissiyası tərəfindən verilmiş 11.10.2018-ci il tarixli, 1792 saylı rəydən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkum 2017-ci ildən Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin narkoloji kabinetində narkoman kimi qeydiyyata götürülmüşdür. Cinayət işinin materiallarında olan Şirvan şəhər Məhkəməsinin 21.02.2017-ci il tarixli hökümünün surətindən görübür ki, Məhkum Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, 22.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkum cinayət əməli göstərilən sübutlarla yanaşı birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edimiş şahidlər X6 oğlunun və X2 ifadəlri ilə də təsdiq edimişdir. Məhkəmə Məhkum cəzasının növünü və həddini müəyyən edərkən törətdiyi əməldən səmimi peşman olmasını və gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, onun əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirib nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə də Məhkum Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarının ləığv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəz ərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar