Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-901/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum X2 müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə Balakən Rayon Məhkəməsinin 03 may 20 21-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi U.M.Əhmədova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tahirov Zamin Cəbrayıl oğlu) X8, 21 noyabr 1970-ci il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, İİ qrup əlil olan, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 127.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində 01 (bir) gün müddətində tutulması nəzərə alınaraq həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halla rı: Məhkəmənin hökmünə əsasən, X8 qəsdən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, əmisi oğlu Şahid2 təxminən 20 il əvvəl keçmiş arvadı X3 ilə intim münasibətdə olmasından şübhələnərək, Şahid2 qorxutmaqla onu etiraf etdirib şəxsiyyətini alçaltmaq qərarına gəlmiş, bu məqsədlə alkoqol sərxoşluğu vəziyyətində bir ədəd soyuq silah hesab edilməyən bıçaq və qanuni əsaslarla özünə məxsus olan ov tüfəngini götürərək 30 sentyabr 2019-cu il tarixdə, səhər saat 10 radələrində ictimai yer hesab edilən, Balakən şəhəri Heydər Əliyev p rospektində yerləşən Şahid2 oğlu Zərərçəkmiş şəxslə birlikdə işlətdiyi «Emil» kişi geyimləri mağazasına gəlmiş, Şahid2 mağazada olmadığından həmin vaxt orada olan Zərərçəkmiş şəxs üzərində olan bıçaqla xəsarət yetirməklə, Şahid2 qisas almaq qərarına gəlmiş, bu məqsədlə ictimai qaydanı kobud surətdə pozaraq təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs qarşı qeyd edilən mağazanın içərisində və həmin mağa zanın qarşısında, yəni Heydər Əliyev prospektində qəsdən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi cib bıçağı ilə sonuncunun sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3nin ön səthinin dəlib keçən yaralarından, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin 1-ci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarının kəsilmiş yaralarından ibarət olan istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən 6 ədəd və sol saidin aşağı 1/3-nin ön səthində yara, orta sinirin hissəvi və bükücü vətərlərinin kəsilməsindən və sol əlin ovuc səthində ortadakı yara-orta sinirin hissəvi kəsilməsindən ibarət olan həm ayrı-ayrılıq da, həm də ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (25%) səbəb olan zərərçəkmişin sağlamlığına az ağır xəsarət yetirilməsi ilə nəticələnən 2 ədəd-cəmi 8 ədəd bədən xəsarətlərini yetirib qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi U.M.Əhmədova və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 02 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyas iya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarından müdafiəçi U.M.Əhmədova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi U.M.Əhmədova öz kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPMnin) tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarındakı izahlara və tövsiyələrə, habelə iş üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edərək Təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətmədiyini, buna görə də onun əsassız olaraq CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasını iddia edir. Müdafiəçinin bu iddiasına görə ibtidai araşdırma orqanı ilə yanaşı işə mahiyyəti üzrə baxmış məhkəmələr də toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün qiymət verməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən onun ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamış, bu əməlin törədilməsini təsdiq edən sübutlar isə cinayət təqibi zamanı əldə edilməmişdir. Qeyd olununlara əsaslanaraq müdafiəçi U.M.Əhmədova kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kasssasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi U.M.Əhmədovanın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində işin faktiki hallarını mübahisələndirərək məhkəmələr tərəfindən cinayət işi üzrə araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və məhkum Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, CPM-nin 416.1.15-ci maddəsinə görə isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cü mlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci v ə ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, burada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir və kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunaraq tədqiq edilməsi, onların qanuna müvafiq qaydada qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabata n müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin t əqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndir ilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzd ir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış b ütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qəna ətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin e dilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarına görə, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnı z məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlrini həll etməlidir. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qərarı təhlil edib yuxarıda göstərilən işin faktiki hallarından və qanunvericiliyin tələblərindən, onlara verilmiş şərhlərdən və izahlardan çıxış edərək həmin qərarın əsaslandırılmış və qanuna müvafiq qaydada qəbul edilmiş qərar kimi qiymətləndirilməsini mümkün bilir ona görə ki, hazırki iş üzrə həmin qərardan verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun olan eyni dəlillərlə verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı apararaq bu dəlillərə əsaslandırılmış cavab vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə və bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq vurğulayır ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kim i, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər hallara görə qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla belə, məhkəmə kollegiyası onun səlahiyyətinə aid edilən bu məsələlərə münasibət bildirməsi üçün cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Əvvəla, cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 127.1 və 221.3-cü maddələri ilə ittihamın irəli sürülməsi üçün ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs, çoxsaylı şahidlərin ifadələrinə, məhkəmə-tibbi ekspertizasının rəylərinə, v ideogörüntülərə baxış keçirilməsi və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara və sübut əhəmiyyətli sənədlərə əsaslanmış və bu sübutları Təqsirləndirilən şəxs göstərilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun barəsində ittiham aktının tərtib edilməsi və cinayət işinin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsini kifayət hesab etmiş, birinci instansiya məhkəməsi də təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırıraq Təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək onun haqqında ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə cinayət işinə qismən məhkəmə istintaqı aparmaqla (təqsirləndirilən şəxsi və zərərçəkmiş Zərərçəkmiş şəxs dindirməklə) baxaraq bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da hazırki qərarında araşdırılmış sübutların bir qismini təsvir etməyi zəruri sayır və qeyd edir ki, cinayət təqibinin bütün mərhələlərində Təqsirləndirilən şəxs ardıcıl olaraq eyni cür ifadələr verərək göstərmişdir ki, Şahid2 onun doğma əmisi oğludur və uşaqlıqdan onların çox yaxın münasibətləri olmuşdur. 2019-cu ilin təxminən yay aylarında Rusiya Federasiyasındakı tanışlarından biri ilə əlaqə saxladığı zaman Şahid2 onun arvadının namusuna xələl gətirən hərəkətlər etməsi barədə bildirdikdə o, həyat yoldaşı X3 ilə telefon əlaqəsi saxlayıb bu haqda ona həmin şəxsin dediklərini bildirmiş, lakin X3 onun xasiyyətini bildiyinə görə və onun bu söhbətin axırına çıxacağını bildiyindən, get-gedə onunla daha soyuq mü nasibət saxlamağa başlamışdır. Hətta Rusiyadan rayona qayıtdıqda ünsiyyət saxlamalarına baxmayaraq, o, X3nin yaşadığı evə yox, atası evinə düşmüş və deyilənlər barədə çox düşündükdən sonra Şahid3in X3 ilə münasibəti ona tam aydın olmuşdur. Belə ki, təxminən 20 il əvvəl, hələ uşaqları azyaşlı olan vaxt əmisi oğlu Şahid3 onu gecə evinə kinoya baxmağa dəvət etmiş, o, da bu təkliflə razılaşıb əmisi oğlunun yaşadığı evə gələrək kinoya baxarkən Şahid3 «indi gəlirəm» deyib harasa çıxmışdır. Şahid3 gedəndən sonra çox vaxt keçməsinə baxmayaraq, onun qayıtmamasını gördükdə o, öz evinə getmək üçün yola çıxarkən, Şahid3in onun, yəni Təqsirləndirilən şəxsin kirayədə yaşadığı evdən çıxdığını görmüş və Şahid3dən burada nə etdiyini soruşduqda sonuncu uşaqları kinoya baxmağa dəvət etmək üçün gəldiyini, lak in onların gəlmək istəməmələrini demişdir. Halbuki həmin vaxt uşaqların hərəsinin 3-4 yaşı olmuş və onların gecə vaxtı kinoya baxmaq üçün Şahid3in evinə gələ biləcəkləri mümkünsüz idi. O, Şahid3in onun arvadı X3nin yanına getməsindən bir anlıq şübhələnsə də öz şübhəsinə peşman olub Şahid3ə inanmışdır. Evə çatanda X3dən Şahid3in nəyə görə gəldiyini soruşduqda isə X3 ona qəti surətdə Şahid3in gəlmədiyini bildirmişdir. Yenə fikirləşmişdir ki, yəqin Şahid3 evdən onun uşaqlarını həyətdən çağırmış, lakin X3 bunu eşitməmişdir. Şahid2lə həddindən artıq yaxın münasibətləri olduğundan o, həmin vaxt X3nin Şahid3lə ona xəyanət etməsinə inanmamış, lakin Rusiyada yaşayan tanışı arvadının ona xəyanət etməsi barədə məlumat verdikdən sonra həmin hadisəni bir daha yadına salıb Şahid3in və X3nin onu aldatmal arı qənaətinə gəlmişdir. Buna görə, Şahid3in ona qarşı belə hərəkət etməsi, qardaş kimi yaxın münasibətinin olmasına baxmayaraq, namusuna xələl gətirməsi ona çox pis təsir etmiş və buna görə Şahid3i cəzalandırmaq istəmişdir. Bu məqsədlə o, 30 sentyabr 2019-cu il tarixdə, səhər saat 09 radələrindən sonra evdən çıxıb Şahid3in işlədiyi Balakən şəhərində yerləşən «Emil» kişi geyimləri mağazasının qarşısına getmiş, oraya gedərkən isə qanuni əsaslarla özünə məxsus olan odlu silahı – ov tüfəngini idman çantasına qoyub özü ilə aparmışdır. Məqsədi Şahid3i orada silahla qorxudub, ona qarşı etdiklərini sonuncuya etiraf etdirmək olmuşdur. Həmin vaxt onun üzərində həmçinin məişətdə istifadə etmək üçün saxladığı, təxminən 7 sm uzunluğunda cib bıçağı da olmuşdur. Səhər evdən çıxdığı zaman o, təxminən 100 qram araq da içmişdir. «Emil» kişi geyimləri mağazasının yaxınlığındakı dördyol ayrıcında yerləşən işıqforun yanında səkinin üstündə əyləşərək, mağazaya tərəf baxmış, bu vaxt Şahid3in oğlu Zərərçəkmiş şəxsin gəlib mağazanı açdığını görmüş və oturub Şahid3in də gəlməsini gözləmişdir. Bir anlıq 20 il əvvəlki hadisəni yadına salaraq o, mağazaya daxil olmuş və içərisində silah olan çantanı mağazanın baş hissəsində yerə qoyaraq Zərərçəkmiş şəxsə yaxınlaşmışdır. Təxminən 5 dəqiqə Zərərçəkmiş şəxslə hal-əhval tutub söhbət etmiş və ondan atasının gəlib-gəlməyəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona atasının gəlməyəcəyini bildirdikdə o, Şahid3in ona qarşı etdiyi hərəkətləri barədə fikirləşərək nifrətini Zərərçəkmiş şəxsə yönəltmiş və üzərində olan bıçaqla onun əl-qol və ayaq nahiyyələrinə bir neç ə zərbə vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs mağazadan küçəyə çıxıb qaçdıqda, o, da onun arxasınca qaçmış və orada da ona xəsarətlər yetirmişdir. Bundan sonra o, xatırlamadığı taksiyə minib, evin yaxınlığındakı fındıq bağı sahəsinə, oradan isə əvvəl Zaqatala şəhərinə, sonra isə Bakı şəhərinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, atası Şahid2 məxsus Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Emil» kişi geyimləri mağazasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 30 sentyabr 2019-cu il tarixdə təxminən saat 09 radələrində o, həmişəki kimi mağazaya gəldikdə mağaza ilə üzbəüz yolun qarşı tərəfindəki səkidə atasının əmisi oğlu olan həmkəndlisi Hacıyev İnqilabın oturduğunu görüb onunla uzaq dan salamlaşmışdır. İnqilab da ona əli ilə işarə edib, indi gələcəyini demişdir. Bir müddət, yəni təxminən yarım saat sonra Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlmişdir. Mağazaya girəndə əlindəki qara rəngli idman çantasını mağazanın baş tərəfinə yerə qoyub ona yaxınlaşaraq görüşmüş və bir qədər onlar söhbət etdikdən sonra Təqsirləndirilən şəxs qəflətən bıçaq çıxıraraq ona həmin bıçaqla zərbə vurmaq üçün hərləyəndə o, sol əlini qabağa vermiş və bıçaq əlinin ortasından keçmişdir. İnqilaba, «ay əmioğlu nə edirsən, eləmə» desə də, sonuncu onun qolundan, ayaqlarından bir neçə dəfə bıçaqla zərbələr endirmişdir. Daxili orqanlarına zərər dəyməsin deyə o, əli ilə özünü müdafiə etmiş və küçəyə qaçmışdır. Bu zaman İnqilab da onun arxasınca çıxıb artıq orada onun paltarından tutaraq onu bıçaqla vurmağa davam etmişdir. Bu vaxt yoldan keçən bir polis əməkdaşı onu şəxsi maşınına mindirib, xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman mağazada ondan və Təqsirləndirilən şəxsdən başqa heç kim olmamış, İnqilab içəri daxil olanda daimi müştərisi olan X adlı Balakən rayon sakini onunla həmyaşıd olan adını bilmədiyi oğlu ilə birlikdə mağazadan çölə çıxmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarında hər hansı bir münaqişə, ədavət və düşmənçilik olmamış, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İnqilab mağazaya daxil olub, onunla söhbət edib, bıçaq zərbələrini endirib, mağazadan çıxdığı vaxt cəmi 10 dəqiqədən ibarət olmuşdur. O, mağazadan İnqilabın əlindən qaçarkən sonuncu onu Balakən şəhəri, Heydər Əliyev prospektində avtomaşın yolunun o rtasında yaxalamış və başqa şəxslərin çoxlu avtomaşınların olduqları həmin yerdə də əlindəki bıçaqla ona zərbələr endirərək bədəninin müxtəlif hissələrindən xəsarətlər yetirmişdir. Onun mağazasının yanında olan digər mağazalardakı satıcılar və alıcılar bu hadisəni görmüş və sarsıntı keçirmiş, lakin İnqilab buna məhəl qoymayaraq onu küçədə də bıçaqla vurmaqda davam etmişdir. İnqilab küçədə onu bıçaqla vurduqdan sonra o, bir təhər onun əlindən qurtulub qaçmış, İnqilab da sonra naməlum istiqamətdə qaçıb getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, 30 sentyabr 2019-cu il tarixdə, səhər saat 10 radələrində Balakən RPŞ-də işdən çıxıb evə gedərkən Balakən şəhəri, H.Əliyev p rospektində yerləşən işıqfora yaxınlaşdıqda, həmin yerdə bir nəfər şəxsin dayanaraq, yoldan keçən maşınları saxlamağa çalışdığını görmüşdür. Həmin şəxsin əli parça ilə sarıqlı olmuşdur. Svetofordan maşını geri çevirib, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi avtomaşına mindirib, Balakən MRX-ya çatdırmışdır. Yolda Zərərçəkmiş şəxs ona əmisi oğlu X2ın onu bıçaqladığını demiş və ondan atasına bu barədə bildirməsini xahiş etmişdir. O, da yoldan zəng edərək, baş vermiş hadisə barədə Növbətçi Hissəyə məlumat vermiş, Zərərçəkmiş şəxsin atası Şahid2 bir müddət sonra xəstəxanaya gəldikdə isə ona Zərərçəkmiş şəxsin dediklərini çatdırmışdır. Həmin iclasda əlavə şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs işlətdiyi mağaza ilə üzbəüz yerləşən ət dükanında i şləyir. 30 sentyabr 2019-cu il tarixdə səhər işə gələndə işıqforun yanında sonradan adının X8 olduğunu bildiyi şəxsin oturduğunu görmüş, ona salam verib keçmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs də öz mağazasında olmuşdur. Bir azdan o, Zərərçəkmiş şəxs mağazadan qaçaraq çıxdığını, İnqilabın da onun arxasınca getdiyini görmüşdür. İlk öncə o, bu şəxslərin zarafatlaşdıqlarını zənn etsə də, sonradan Zərərçəkmiş şəxs “kömək edin” deyə qışqırdığındın baş verən hadisənin zarafat olmadığını başa düşmüş, çünki həmin vaxt küçədə İnqilab əlindəki bıçaqla Zərərçəkmiş şəxsin bədəninin müxtəlif hissələrinə zərbələr endirmiş, sonuncu isə qışqıraraq ətrafda toplaşan şəxsləri köməyə çağırmışdır. O, yəni Şahid11 bu hadisənin baş verməsindən bərk sarsıntı keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilm iş 02 oktyabr 2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən zaman yaxınlıqdakı dükanın müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntüyə baxış keçirilmişdir. Videogörüntü 2 fayldan ibarət olmuşdur. Birinci fayldakı videogörüntüdə Balakən şəhəri H.Əliyev prospektində Zaqatala-Balakən istitqamətində dörd yol ayrıcındakı svetoforun olduğu ərazi qeydə alınmışdır. Maşınlar hər iki istiqamətdə hərəkətdədilər. «Emil» kişi geyimləri mağazası ilə üzbəüz yolun digər tərəfindən bir nəfər əynində gödəkçə olan kişi əlində tünd rəngli çanta tutaraq svetoforun yaşıl işığının yanmasını gözləməyərək hərəkətdə olan avtomobillərin arasından yolu keçməyə çalışır. Yolun hərəkət istiqamətlərini ayıran xəttə çatdıqda ayaq saxlayaraq gödəkçənin qolunu düzəldi r və sonra tələsmədən yolun qarşı tərəfinə keçir. Yolu qarşı tərəfə keçdikdən sonra palma ağacının yanında əlindəki çantanı səkinin üzərinə qoyaraq gödəkçənin qolunu yenidən düzəldir və çantanı sağ əlinə götürüb sol qolunu yarı qaldırmış vəziyyətdə saxlayaraq «Emil» kişi geyimləri mağazasına daxil olur. Həmin vaxt yoldan avtomobillər və vətəndaşlar keçirlər. Fayldakı videogörüntü 01 dəqiqə 31 saniyədən ibarətdir. İkinci fayldakı videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntü başladıqda monitorda saat 09:58:51-i göstərir. 09:59:09-da «Emil» kişi geyimləri mağazasından iki nəfər şəxsin küçəyə qaçdığı görünür. Həmin şəxslərdən biri birinci fayldakı videogörüntüdə qeydə alınmış şəxsdir. 1-ci faylda qeydə alınmış şəxs (Təqsirləndirilən şəxs) mağazadan çıxıb qaçan başqa bi r şəxsin paltarından yapışıb onu tutaraq, bir neçə zərbə vurur. Zərbə alan şəxs küçənin ortasına doğru, onu təqib edən şəxsdən ayrıldıqda isə geriyə mağazaya doğru qaçır. Zərbə vuran digər şəxs isə qaçaraq küçəni qarşı tərəfə keçib uzaqlaşır. Həmin vaxt küçədə bir neçə başqa şəxs və avtomobillərin olduğu görünür. Fayldakı videogörüntü 38 saniyədən ibarətdir. Komisyon məhkəmə-tibbi ekspertizasının 22 aprel 2020-ci il tarixli T123/2020 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun ekspertlər komissiyası belə nəticəyə gəlmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nün ön səthinin dəlib-keçə n yaralarının, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin 1-ci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarında yaranın, sol saidin aşağı 1/3-də ön səthində yaranın, orta sinirin hissəvi və bükücü vətərlərinin kəsilməsi və sol əlin ovuc səthində ortadakı yara-deşici-kəsici alətin (alətlərin) təsirindən ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 sentyabr 2019-cu il tarixdə qarşılıqlı dalaşma zamanı törənə bilərdilər, dərəcəsinə görə sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nün ön səthinin dəlibkeçən yaraları, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin birinci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarının kəsilmiş yaraları, istər ayrı-ayrılıqda, ist ərsə də ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (25%) səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Kompleks-məhkəmə-trasoloji ekspertizasının rəyindən göründüyü kimi, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın ön sağ yuxarı səthində dörd ədəd, tumanın arxa sağ nahiyəsində bir ədəd, şalvarın sağ ayağının ön səthində bir ədəd, şalvarın bel nahiyəsində iki ədəd, şalvarın arxa sağ cibinin üzərində bir ədəd, kəmər üzərində aşkar edilmiş bir ədəd dəlib keçən və bir ədəd kənari zədələr aşkar olundu. Bu zədələrin ülgücü və kürü olan yastı tiyə tipli deşici-kəsici a lətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın orta tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi tumanın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçaq istifadəyə yararlıdır. Bu sübutların təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, Təqsirləndirilən şəxs özündə olan bıçaqla Zərərçəkmiş şəxs zərbələr vurub ona bu zərbələr nəticəsində əmələ g əlmiş xəsarətləri “Emil” kişi geyimləri mağazasında yetirdikdən sonra, öz cinayətkar əməllərini davam etdirərək özünü müdafiə etmək və ona edilən qəsdən yayınmaq məqsədilə küçəyə qaçmış Zərərçəkmiş şəxs təqib edib orada çoxsaylı şəxslərin gözü qarşısında, ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə əlindəki bıçaqla, yəni silah qismində istifadə etdiyi alətlə zərər çəkmiş şəxsə yenə də zərbələr vurub xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, araşdırılmış sübutlarla tam təsdiq olunan işin bu faktiki halları ona dəlalət edir ki, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs mağazada xəsarət yetirən Təqsirləndirilən şəxs ilkin hərəkətləri törətməsi ilə kifayətlənməyərək sonradan silah qismində istifadə olunan əşyanı (bıçağı) işlətməklə və Zərərçəkmiş şəxs zor tətbiq etməklə həmçinin xuliqanlıq cinayətinin bütün əlamətlərini özündə əks etdirən əməl də törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilərək Təqsirləndirilən şəxs cinayət əməllərinin CM-nin 127.1-ci maddəsi ilə yanaşı, həm də CMnin 221.3-cü maddəsi ilə tövsif edilməsi istər cinayət qanunvericiliyi normalarının tələblərinə, istərsə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrinə uyğundur. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasınd an, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizli k göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri- müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiy yətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv ə məlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş 221.3-cü maddə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edərək vurğulamışdır ki, CM-nin 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifad ə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu silahın anlayışını, növlərini, xidməti və mülki silahın dövriyyəsini müəyyənləşdirir. Həmin Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silahdan fərqli olaraq, silah qi smində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar s urətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəx siyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səh v əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl hər hansı düşmənçilik və ədavət olmamış, yəni şəxsi qərəzli münasibətlər mövcud olmamış, Təqsirləndirilən şəxs ilk olaraq Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mağazanın ictimai yer olmaqla ora hər zaman başqa şəxslərin gələ biləcəklərinə, sonradan analoji əməllər törətdiyi küçənin ictimai yer olmaqla ətrafda adamların olmasına və avt omaşınların intensiv hərəkət etməsinə baxmayaraq, bu hallara qətiyyən əhəmiyyət vermədən həm mağazanın içərisində, həm də Balakən şəhəri, Heydər Əliyev prospektində zərərçəkmiş şəxsə bıçaq zərbələri vuraraq nəticədə onun sağlamlığına yüngül və az ağır zərər yetirmiş və bu zaman ətrafda olan insanların mənəvi və psixoloji sarsıntı keçirmələrini və nəqliyyatın hərəkətinə mane olmasını nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təhlil edilən hərəkətlərində silah qismində bıçaqdan istifadə edilməklə törədilmiş xuliqanlıq cinayətinin bütün əlamətləri mövcud olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası ümumimlikdə Təqsirləndirilən şəxs cinayət əməllərinin CM-nin 127.1 və 21.3-cü maddəsi ilə tövsif edilməsini, onun bu maddələrlə təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmasını düz gün hesab edir və buna görə də kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq ona CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməklə cinayət işinin icraatına bu hissədə bəraətverici əsaslarla xitam verilməsi) üçün əsaslar görmür. Məhkəmə kollegiyasının qənaətinə görə, bu haqda nəticəyə gəlməyə əsas verən işin yuxarıda göstərilən faktiki halları məhkəmə iclaslarında (əsasən də birinci instansiya məhkəməsinin məhkəmə iclasında) tam və hərətərfli araşdırılmış və bu zaman təqsirsizlik prezumpsiyasına dair Konstitusiyanın müddəalarına və Avropa Konvensiyanın 6-cı maddəsinin tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiylərindən və izahlarına əməl olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi U.M.Əhmədovanın və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsin i rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-901/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-901/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver