Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-901/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Zərərçəkmiş şəxs8 qanuni nümayəndəsi X8, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X17, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Bəraət almış şəxs X12 müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlunun iştirakları ilə x xxxx 1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləyən, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 225.2-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(107)-252/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü i l tarixli 1(051)-12/2023 nömrəli hökmü ilə (hakim Məhbubə Kərimova) X18 - Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(107)-252/2023 nömrəli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apelyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli 1(051)-12/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X18 CM-in 225.2-ci maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, 19 fevral 2018-c i il tarixdən "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmiş, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sız malarının və həmin xətdən həriki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. Bu səbəbdən də, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz X11ya məxsus fərdi yaşayış evinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığı 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində X11nın evin işıqlarını yandırarkən yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermişdir. Nəticədə həmin vaxt evdə olan X19 yanıq xəsarətləri almış və ümumi bədən səthinin 70%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq xəsarətləri nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyasından 04 yanvar 2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüş, partlayışın baş verdiyi ev və yaxınlıqda yerləşən digər evlər partlayışın təsirinə məruz qaldığı üçün X11ya əmtəə üzrə 19925 manat, tikinti üzrə 43064 manat, cəmi 62989 manat, Zərərçəkmiş şəxs2 əmtəə üzrə 8490 manat, tikinti üzrə 33600 manat, cəmi 42090 manat, X1 əmtəə üzrə 800 manat, tikinti üzrə 7190 manat, cəmi 7990 manat, Zərərçəkmiş şəxs8 əmtəə üzrə 2645 manat, tikinti üzrə 10570 manat, cəmi 13215 manat, Zərərçəkmiş şəxs9 Məmmədəli oğluna əmtəə üzrə 300 manat, tikinti üzrə 2700 manat, cəmi 3000 manat, Zərərçəkmiş şəxs10 əmtəə üzrə 55 0 manat, tikinti üzrə 30 manat, cəmi 580 manat, Zərərçəkmiş şəxs4 tikinti üzrə 6100 manat, Zərərçəkmiş şəxs21 tikinti üzrə 2400 manat, X3 tikinti üzrə 2800 manat, Zərərçəkmiş şəxs7 tikinti üzrə 254 manat, Zərərçəkmiş şəxs11 tikinti üzrə 280 manat, Zərərçəkmiş şəxs17 tikinti üzrə 120 manat, Zərərçəkmiş şəxs13 tikinti üzrə 3342 manat, X2 tikinti üzrə 1444 manat, Zərərçəkmiş şəxs12 tikinti üzrə 2980 manat, Zərərçəkmiş şəxs18 tikinti üzrə 4130 manat, Zərərçəkmiş şəxs15 tikinti üzrə 6379 manat, Zərərçəkmiş şəxs19 tikinti üzrə 2310 manat, Zərərçəkmiş şəxs14 tikinti üzrə 1540 manat, Zərərçəkmiş şəxs6 tikinti üzrə 1785 manat, Zərərçəkmiş şəxs20 tikinti üzrə 120 manat və Zərərçəkmiş şəxs22 tikinti üzrə 2961 manat, ümumilikdə 22 nəfər zərərçəkmiş şəxsə 168809 manat maddi ziyan dəymiş, bununla da, X2 1 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(107)-252/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 iyun 2022-ci il tarixli 10/1748 nömrəli və 22 iyun 2022ci il tarixli 10/3728 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəylərinə əsasən müəyyən olunmuşdur ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evində partlayışın mənbəyi, evin daxilində olmuşdur. Partlayışa səbəb, fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusu üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və 07 yanvar 2020ci il tari xdə "xxxx" QSC-nin direktoru X12 tərəfindən təsdiq edilmiş “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində qazın olması dəqiq yoxlanmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, “Azərbaycan Pespublikasında yanğın təhlük əsizliyi qaydalan”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları’nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021–ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı X21 tərəfindən pozulmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə texniki təhlükəsizlik ekspertizasının 09 mart 2023-cü il tarixli, 10/121 saylı rəyində göstərilmişdir ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan pol ad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanılmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQN01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2 və 4-cü bəndlərinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021-ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxicisi X21 tərəfindən pozulmuşdur. “Qaz təsərrüfatında təhlükəsizli k qaydalarının 9.30 bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nın 7.30 və 7.31 bəndlərinin tələblərinə görə, qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyuları, binaların zirzəmiləri yoxlanılmalı idi. Baş vermiş hadisə ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalan”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2, 4 bəndlərinin tələbləri pozulmuşdur. 21 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin darvazas ının qarşısından yeraltı olaraq keçən diametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2 və 4 bəndlərinin tələbləri "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı X21 tərəfindən pozulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 3/105 nömrəli məhkəmə trassoloji ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əm ələ gələn dəliklərdir. Bundan əlavə, Azərbaycan Texniki Universitetinin “Metallurgiya və materialların texnologiyası” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Şirinov Tariyel ildırım oğlu tərəfindən tərtib edilmiş 20 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, mütəxəssis tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısından yeraltı aparılmış, üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş, hadisə yerinə keçirilmiş baxış zamanı kəsilərək götürülmüş hissəsi tədqiq olunmuş, tədqiq olunan qaz borusunun korroziyadan deşilməsinin partlayış hadisəsindən 3-4 ay əvvəl baş verdiyi müəyyən olunmuşdur. Həmçinin, "xx xx" QSC-nin direktoru tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş xətt baxıcısının vəzifə təlimatına əsasən sifarişçi ilə razılaşdırılmış və iki tərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun marşrut sxemi üzrə təhkim edilmiş xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara naryad tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızması, yaranmış təhlükəli bu və ya digər pozuntular haqqında məlumatın verilməsi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək xətt baxıcısına həvalə olunmuşdur. Eyni zamanda ibtidai istintaq zamanı təqsirlə ndirilən şəxs qismində dindirilmiş R.V.Quluyev CM-in 225.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər, Günəşli bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya quyularında, binaların zirzəmilərində, qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. R.V.Quluyev məhkəmə baxışında ifadəsini dəyişərək xx.xx.2021–ci il tarixdə hadisə baş verən küçədə ona verilmiş xüsusi cihaz vasitəsilə yoxlama aparan zaman k üçədə olan kanalizasiya quyularını yoxladığını, lakin evlərə və onların həyətyanı sahələrinə daxil olmaq səlahiyyəti olmadığı üçün evlərin zirzəmilərini yoxlamadığını, müstəntiq tərəfindən ifadəsinin təhrif olunaraq yazıldığını göstərmişdir. Məhkəmə, hökmündə həmçinin, o nəticəyə gəlmişdir ki, binalarda, konkret halda isə fərdi yaşayış evin zirzəmisində qazın olub-olmamasını yoxlamaq xətt baxıcısı kimi bəraət almış şəxsin vəzifəsinə aid olmamışdır və təqsirləndirilən şəxsin məhkəmə iclasında zirzəmilərdə qazın olmasını yoxlamaq səlahiyyətinin olmaması barədə verdiyi ifadəsi əsaslıdır. Məhkəmə fikrini belə əsaslandırmağa çalışmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilmiş “vəzifə təlimatı”nın ümumi vəzifələr bölməsinin 4-cü bəndində xətt baxıcısının r əhbər tutduğu Təlimatlar göstərilmiş və həmin Təlimatlar sırasında 26 iyun 1987-ci ildə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” mövcud deyil və bu Qaydalara əməl edilməsi tələbi xətt baxıcısının üzərinə qoyulmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 1.2-ci bəndində göstərilmişdir ki, həmin Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərl ərini layihələndirən, tikən, quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir. Qaydaların 1.3-cü bəndinə əsasən qaz təchizatı sistemlərinin, habelə ayrı-ayrı qaz kəmərlərinin və qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikilməsi, quraşdırılması, sazlanması, təmiri, istismara qəbulu və istismarı üzrə daxili texniki şərtlər və təlimatlar bu Qaydaların tələblərinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə hökmündə göstərmişdir ki, “Azəriqaz” İB və "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü və yeraltı qaz kəmərlərinin, qaz tənzimləyici qurğuların və qaz siyirmələrinin yoxlanılması sərhədləri tərəflər arasında razılaşdırılmış Raz ılaşma Protokolu ilə müəyyən edilir, həmin Razılaşma protokolunun 2-ci bəndinə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq və təqdim edilən siyahı və mövcud xəritələr əsasında orta və aşağı təzyiqli xarici qaz kəmərlərinin, QTS və siyirtmələrin yoxlanılması zamanı sərhədlər fərdi yaşayış evlərində-küçədə quraşdırılmış qaz sərfiyyatını ölçmə qurğusunun girişinədək, sayğac həyətdə və yaxud yaşayış evinin qeyri-yaşayış sahəsində yerləşdiyi halda, fərdi mülkün ərazisinə keçən yerədək (hasar, çəpər və s) müəyyən edilmişdir. "xxxx" QSC-nin xətt baxıcıları sayğaca qədər olan qaz xəttlərini yoxladıqları üçün evlərə, binalara, zirzəmilərə, xüsusi mülkiyyətdə olan həyətyanı sahələrə, həmin yerlərdəki kommunikasiyalara baxış "xxxx" QSC tərəfindən həyata keçirilmir. Buna zərurət yarandıqda Razıla şma protokolunun 1.1-ci bəndinə əsasən müəyyən olunmuş həyətyanı sahə və ya digər qapalı ərazilərdən keçən qaz kəmərlərinin qrafikinə uyğun şəkildə texniki baxışı tam icra edilənədək sifarişçinin nümayəndəsi icraçının nümayəndələrini müşayiət etməlidir. Məhkəmə o nəticəyə gəlmişdir ki, xətt baxıcısı bəraət almış şəxs xx.xx.2021-ci il tarixdə marşrut sxemi üzrə yoxlama apararkən Mingəçevir şəhəri Günəşli bağ massivi 12ci küçədə yerləşən, X11 məxsus fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə daxil olaraq orada olan kommunikasiyaları yoxlamaq səlahiyyətində olmamışdır. Ekspertlər tərəfindən hər tərəfli araşdırma aparılmadan, “Azəriqaz” İB ilə "xxxx" QSC arasında olan müqavilə, müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu nəzərə alınmadan əsassız rəy verilmişdir. Ona görə də m əhkəmə ekspert rəylərinə də mötəbər sübut kimi qiymət verməmişdir. Halbuki, müdafiəçi tərəfindən məhkəmə istintaqında təqdim edilərək iş materiallarına əlavə edilmiş “Azəriqaz” İB və "xxxx" QSC arasında bağlanmış müqaviləyə əlavə olan Razılaşma protokolunda qaz kəmərlərinin yoxlanılması sərhədlərinin müəyyən edilməsi qaz kəmərlərindən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində qazın olmasının yoxlanılmalı olduğu istisna etmir, çünki qeyd olunan tələb yuxarıda qeyd olunmuş qaydalardan irəli gəlir. Razılaşma protokolunun 1.1-ci bəndində qeyd olunmuş tələb isə həyətyanı sahə və ya digər qapalı ərazilərdən keçən qaz kəmərlərinə aiddir, yəni qaz kəməri həyətyanı sahədən və ya digər qapalı ərazilərdən keçdikdə bu zaman “Azəriqaz” İB-nin nümayəndəsi "xxxx" QSC-nin nümayəndəsini müşayiət etməlidir. Məhkəmə hökmündə həmçinin göstərmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən işçi qaydasında 17 dekabr 2021-ci il tarixdə keçirilmiş texniki baxışı zamanı S.Qənbərovaya məxsus yaşayış evinin çöl divarının yanında diametri 160 mm-lik qaz xəttində 100 VOL səviyyəsində qaz sızması aşkar olunmuş, məlumat verilməsinə baxmayaraq təmir işləri 4 gündən sonra, 21 dekabr 2021-ci il tarixdə aparılmışdr. Cinayət işi materialları ilə “Azəriqaz”ın əməkdaşlarının sızma haqqında məlumat aldıqdan 4 gün sonra qəza yerinə gəlmələri səbəbləri, təmir zamanı qaydalara riayət edib-etməmələri, təmir işlərindən sonra 4 gün müddətində (bəlkə də daha çox müddətdə) təzyiqlə yeraltı axan qazın kom munikasiya quyuların, yaxınlıqda yerləşən evlərin zirzəmilərinə axıbaxmaması, 160 mm-lik borudan 100 VOL dərəcəli axıntısı 4 gün müddətdə torpaq içi axıb evin döşəmə hissəsinə yığılmasının mümkünlüyü araşdırılmamışdır. Lakin iş materiallarından görünür ki, hadisədən sonra müstəntiq tərəfindən ekspertin və mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusunda sızmanın olması müəyyən edilmiş və ekspertiza rəylərində partlayışa səbəb məhz həmin boru üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması olduğu göstərilmişdir. Lakin məhkəmə hökmdə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutlar ın məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmışdır. Dövlət ittihamçısının fikrincə, cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, baxış protokolu, ibtidai istintaqda və məhkəmə istintaqında alınmış şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla R.V.Quluyevin törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, aşağı instansiya məhkəmələri tərəfindən toplanmış sübutlara birtərəfli və qərəzli yanaşılmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı N.İmanovun, kassasiya protestinin təmin edilməməsi barədə qanuni nümayəndələr P.Əliyeva və V.Əliyev, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və müdafiəçi E.Əsgərovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yo xlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılımasının təyin olunması xahiş olunur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində “Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmasına” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şə xsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasına” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar X21 barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr kifayət qədər tədqiq edilməmiş sübutlara əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası C PM-in 124-cü maddəsinə əsasən cinayət prosesində sübut növü kimi ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə protokolları və digər sənədlər qəbul olunur. Həmin Məcəllənin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərk ən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən X21 CM-in 225.2-ci maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, 19 fevral 2018-ci il tarixdən "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmiş, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. Bu səbəbdən də, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz X11ya məxsus fərdi yaşayış evinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığı 28 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində X11nın evin işıqlarını yandırarkən yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermiş, həmçinin, yaxınlıqda yerləşən digər evlər partlayışın təsirinə məruz qaldığı üçün ümumilikdə 22 nəfər zərərçəkmiş şəxsə 168809 manat maddi ziyan dəymiş, bununla da, X21 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqd an zərərçəkmiş şəxs X9 ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya instansiya məhkəməsi X18 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə bəraət verilərkən gəldikləri nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “....cinayət işi materiallarından görünür ki, X21 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, o, xətt baxıcısı kimi “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin və Xətt baxıcısının vəzifə təlimatı”nın 2 və 4cü bəndlərinin tələblərini kobud surətdə pozmuşdur. Lakin bu, məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmamışdır. “Azə rbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin, müəyyən edilmiş qaydada təsdiq edilmiş digər normativ sənədlər rəhbər tutulmalıdır. 26 iyun 1987-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinə əsasən yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz qurğularında və qaz kəmərlərindən 15 metrdən məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasıyanın, su kəmərinin, telefon və s.) quyularda, binaların zirzəmilərində, kollektorlarda, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır. Yeraltı qaz kəm ərləri xətlərini yoxlamaq üçün müəyyən nömrəli olan maşrut tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut xəritəsində qaz kəmərləri xəttinin sxemi, uzunluğu, həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yeraltı kommunikasiyaların quyuları və binaların zirzəmiləri göstərilməlidir. "xxxx" QSC-nin direktoru tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş “Xətt baxıcısının vəzifə təlimatının əsas və vəzifə öhdəliklərinin 2-ci bəndinə əsasən sifarişçi ilə razılaşdırılmış və hər iki tərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun marşrut sxemi üzrə təhkim edilmiş xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara naryad tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətilə həyata keçirilməsi, 4-cü bəndinə əsasən əməyin mühafizəsi, tə hlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək xətt baxıcısı vəzifəsidir. Cinayət işi materiallarından görünür ki, yeraltı və yerüstü qaz kəmərləri “Azəriqaz” İByə məxsusdur, aralarında bağlanmış müqaviləyə əsasən “Azəriqaz” İB-yə məxsus yeraltı və yerüstü orta və aşağı təzyiqli xarici qaz kəmələrinə, üzərindəki siyirtmələrə, quyulara texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması xidmətlərinin "xxxx" QSC tərəfindən satın alınması razılığına gəlmişlər. Sifarişçi “Azəriqaz” İstehsalat Birliyi ilə icraçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin 2.1.4cü bəndinə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü və yeraltı orta və aşağı təzyiqli xarici qaz kəmələrinə, quyulara texniki baxış dövrü 6 ayda bir dəfədən az olmamaqla, qaz tənzimləyicilərə texniki baxış dövrü 1 ildə iki dəfədən az olmamaqla siyirtmələrə texniki baxış dövrü 1 ildə bir dəfədən az olmamaqla müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən razılaşdırılmış və “Azəriqaz” İB tərəfindən təsdiq edilmiş 2021-ci il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan Mingəçevir şəhəri üzrə xarici yerüstü qaz kəmərlərinə texniki baxış qrafikinə görə texniki baxış yanvar və iyul aylarında keçirilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC-nin işçiləri tərəfindən qrafikə uyğun olaraq yanvar və iyul aylarından əlavə olaraq işçi qaydasında hər texniki baxışdan iki ay sonra, aprel və oktyabr aylarında Mingəçevir şəhər indəki qaz kəmərlərinə texniki baxış keçirilmişdir. 2021-ci ilin oktyabr ayının 1-də Mingəçevir şəhərindəki diametri 76 mm-lik qaz xəttinə texniki baxış ona təhkim olunmuş qazanalizator cihazı vasitəsi ilə təqsirləndirilən şəxs X21 tərəfindən keçirilmişdir. İttihama görə təqsirləndirilən şəxs Rahim Quluyev diametri 76 mm-lik borudan qaz xəttinə teniki baxışı keyfiyyətlə, lazımi səviyyədə, qaydalara uyğun keçirməmiş, qaz sızma halının olmasını müəyyən etməmiş, nəticədə oktyabr ayının 01-dən 76 mm-lik diametri borudan sızan qaz Mingəçevir şəhəri Günəşli Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yaşayan X11 məxsus fərdi yaşayış evinə dolmuş, nəticədə texniki baxışdan üç ay sonra, 28 dekabr 2021-ci ildə partlayış hadisəsi baş vermişdi. Teniki baxışın keyfiyyətli aparılmamasını isə təqsirlə ndirilən şəxsin oktyabr ayının 01-də texniki baxış zamanı diametri 76 mm-lik qaz xəttinin hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaması, həmin yerlərin yoxlanmamasını isə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsaslandırılmışdır. Təqsirləndirilən şəxs bəraət almış şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş marşrut üzrə və verilmiş xəritə əsasında, eləcə də ona təhkim olunmuş cihazla Günəşli bağ massivi 12-ci küçədə qaz xəttinə texniki baxış zamanı qaz xətti ilə bərabər, xəritədə göstərilmiş mərkəzləşdirilmiş kommunikasiyaları da yoxladığını, qaz sızma halları olmamasını müəyyən etdiyini bildirmişdir, ancaq müstəntiq onun i fadəsini təhrif etmiş, guya ifadəsində göstərmişdir ki, “qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazimi səviyyədə keçirməmişəm, xətdən 15 metr məsafədə yerləşən kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olmasını yoxlamamışam”. Halbuki, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaq xətt baxıcısı kimi onun səlahiyyətinə aid deyil. Məhkəmə tərəfindən hadisə yerinə baxış zamanı müəyyən edildi ki, kommunikasiya quyuları qaz xətinin yanındadır, qaz xəttinə texniki baxış zamanı xəttin yanında yerləşdirilmiş kommunikasiya quyularının da yoxlanılması barədə təqsirləndirilən şəxsin ifadəsi inandırıcıdır. Məhkəmə, həmçinin, aşağıdakılara əsasən hesab edir ki, xətt baxıcısı kimi bəraət almış şəxsin binalarda, konkret halda isə fərdi yaşayış evin zirzəmisində qazın olubolmam asını yoxlamaq onun vəzifəsinə aid olmamışdır və təqsirləndirilən şəxsin məhkəmə iclasında zirzəmilərdə qazın olmasını yoxlamaq səlahiyyətinin olmaması barədə verdiyi ifadəsi əsaslıdır. İttihamda və ittihamın əsaslandığı ekspertlər rəyində göstərilmişdir ki, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin, "xxxx" QSC-nin xətt baxıcısının “Vəzifə təlimatı”nın 2-ci və 4-cü bəndlərinin tələbləri "xxxx" QSC-nin Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı X21 tərəfindən pozulmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin direktrou tərəfindən təsdiq edilmiş “Vəzifə təlimatı”nın ümumi vəzifələr bölməsinin 4-cü bəndində xətt baxıcısının rəhbər tutduğu Təlimatlar götərilmişdir. Belə ki, qeyd edilən 4-cü bənddə göstərilir ki, dövrü texniki baxış işlərinin aparılması və sənələşdi rilməsi “Yerüstü xarici qaz kəmərlərinə piyada texniki baxışa aid…”, “Yeraltı xarici qaz kəmərlərinə Mobil (avtomaşınla) texniki baxışa aid..”, Qaz tənzimləyici məntəqələrinin (QTM), qaz tənzimləyici qurğuların (QTQ) yoxlamasına və sazlanmasına aid…”, “Yerüstü xarici qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki baxışa və qaz quyularının təmizlənməsinə aid” Təlimat”larına əsasən həyata keçirməlidir. Sadalanan Təlimatlar sırasında 26 iyun 1987-ci ildə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” mövcud deyil və bu Qaydalara əməl edilməsi tələbi xətt baxıcısının üzərinə qoyulmamışdır. “Vəzifə Təlimatı”nın “Yeraltı xarici qaz kəmərləri üzrə” bölməs inin 20-ci bəndində “Yeraltı qaz kəmərlərinə baxışın cihazla təchiz olunmuş avtomaşınla baş mühəndis tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilməsi”, 21-ci bəndə “Marşrut sxemi üzrə təhkim edilmiş yeraltı qaz kəmərlərinə tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətlə həyata keçirilməsi”, 22-ci bənddə “ Marşrut sxemi və xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (mərkəzləşdirilmiş kanalizasiya telefon, elektrik, yağış suları) yoxlanılmasına dair vəzifə müəyyən edilmişdir. 26 iyun 1987-ci il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 və 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 7.30-cu bəndlərinin tələblərinə əsasən “xətdə qaz sızmalarının və həmin xətdən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, su kəməri, telefon və sair), quyular, binarın zirzəmiləri yoxlanılmalıdır. Qeyd edilən Qaydalarda həmin öhdəliklərin kimin üzərinə qoyulması göstərilməsə də, Qaydalar qəbul edilən vaxt "xxxx" QSC mövcud olmadığına görə məlumdur ki, qaydalarda göstərilən öhdəliklər “Azəriqaz” İB-yə aid olmuşdur. "xxxx" QSC yaradıldıqdan sonra “Azəriqaz” İB ona məxsus qaz xətlərinin, qurğuların, siyirmələrin yoxlanılması, texniki baxışın keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "xxxx" QSC ilə müqavilə bağlamış, “Azəriqaz” İB ona aid bəzi funksiyaları müqavilə əsasında "xxxx" QSC-yə vermiş, həmçinin, “Azəriqaz” İB-yə məxsus qaz xətlərinin, qurğuların, siyirmələrin y oxlanılması sərhədləri də həmin müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu ilə müəyyən edilmişdir. Bundan sonra "xxxx" QSC xətt baxıcısının “Vəzifə təlimatı”nı təsdiq etmişdir. 07 yanvar 2020-ci il tarixdə təsdiq edilmiş “Vəzifə təlimatı”nda isə xətt baxıcısının “Marşrut sxemi xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (mərkəzləşdirilmiş kanalizasiya, telefon, elektrik, yağış suları) yoxlaması, həm də bu siyahı konkret olaraq göstərilmişdir. Qeyd edilənlərdən görünür ki, yuxarıda qeyd edilmiş Qaydalarda göstərilmiş, evlərin, binaların zirzəmilərinin yoxlanılması tələbi xətt baxıcısının səlahiyyəti daxilində olmamışdır. “Vəzifə təlimatı”, “Azəriqaz” İB ilə "xxxx" QSC arasında müqavilə bağlandıqdan sonra təsdiq edilmiş dir ki, “Azəriqaz” İB-yə məxsus qazxətlərinin yoxlanılması sərhədləri də həmin müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu ilə müəyyən edilmişdir. “Azəriqaz” İB və "xxxx" QSC arasında bağlanmış müqavilənin 2.1.2 və 2.3-cü bəndlərində göstərilir ki, sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü və yeraltı qaz kəmərlərinin, qaz tənzimləyici qurğuların və qaz siyirmələrinin yoxlanılması sərhədləri tərəflər arasında razılaşdırılmış Razılaşma Protokolu ilə müəyyən edilir, Razılaşma protokolu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqaviləyə əlavə edilmiş “Azəriqaz” İB-nin direktoru və "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilmiş Razılaşma protokolunun 2-ci bəndinə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq və təqdim edilən siyahı və möv cud xəritələr əsasında orta və aşağı təzyiqli xarici qaz kəmərlərinin, QTS və siyirtmələrin yoxlanılması zamanı sərhədlər fərdi yaşayış evlərində-küçədə quraşdırılmış qaz sərfiyyatını ölçmə qurğusunun girişinədək, sayğac həyətdə və yaxud yaşayış evinin qeyri-yaşayış sahəsində yerləşdiyi halda, fərdi mülkün ərazisinı keçən yerədək (hasar, çəpər və s) müəyyən edilmişdir. “Azəriqaz” İB ilə "xxxx" QSC arasına bağlanmış müqavilənin tərkib hissəsi olan Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin xətt baxıcıları sayğaca qədər olan qaz xəttlərini yoxlayırlar. Evlərə, binalara, zirzəmilərə, xüsusi mülkiyyətdə olan həyatyanı sahələrə, həmin yerlərdəki kommunikasiyalara baxış "xxxx" QSC tərəfindən həyata keçirilmir. Buna zərurət yarandıqda Razılaşma protokolunun 1.1-ci bəndinə əsasən müəyyən olunmuş həyatyanı sahə və ya digər qapalı ərazilərdən keçən qaz kəmərlərinnin qrafikinə uyğun şəkildə texniki baxışı tam icra edilənədək sifarişçinin nümayəndəsi icraçının nümayəndələrini müşayiət etməlidir. Göstərilənlərə əsasən xətt baxıcısı bəraət almış şəxs xx.xx.2021-ci il tarixdə marşrut sxemi üzrə yoxlama apararkən Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən, X11 məxsus fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə daxil olaraq orada olan kommunikasiyaları yoxlamaq səlahiyyətində olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş "xxxx" QSC-nin Mingəçevir Regional Mərkəzinin böyük mühəndisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, işçi qaydasında 17 dekabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xarici yeraltı qaz kəmərlərinə nəzarət qrupunun əməkdaşlar ı tərəfindən keçirilmiş texniki baxış zamanı X11ya məxsus evin çöl divarının yanında diametri 160 mm-lik yeraltı politelin qaz xəttindən 100 VOL səviyyəsində qaz sızması aşkar edilmiş, lakin həmin borunun yaxınlığında yerləşən diametri 76 mm-lik yeraltı boruda qaz sızması aşkar edilməmişdir. İş materiallarından göründüyü kimi "xxxx" QSC-nin əməkdaşları tərəfindən işçi qaydasında 17 dekabr 2021-ci il tarixdə keçirilmiş texniki baxışı zamanı S.Qənbərovaya məxsus yaşayış evinin çöl divarının yanında diametri 160 mm-lik qaz xəttində 100 VOL səviyyəsində qaz sızması aşkar olunmuş (qaz sızmanın başlanğıc vaxtı məlum deyil), məlumat verilməsinə baxmayaraq təmir işləri 4 gündən sonra, 21 dekabr 2021-ci il tarixdə aparılmışdr. Cinayət işi materialları ilə “Azəriqaz” İB-nin əməkdaşlarının sızma haqq ında məlumat aldıqdan 4 gün sonra qəza yerinə gəlmələri səbəbləri, təmir zamanı qaydalara riayət edib-etməmələri, təmir işlərindən sonra 4 gün müddətində (bəlkə də daha çox müddətdə) təzyiqlə yeraltı axınan qazın kommunikasiya quyuların, yaxınlıqda yerləşən evlərin zirzəmilərinə axıb-axmamasının araşdırılması müəyyən edilmir. Məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən edildi ki, partlayışa uğramış X11ya məxsus yaşayış evinin döşəmə hissəsi beton plitələrlə döşənmişdir. Həmin plitələrin alt hissəsində boşluq olmuşdur. 160 mm-lik borudan 100 VOL dərəcəli qaz axıntısı 4 gün müddətdə torpaq içi axıb evin döşəmə hissəsinə yığılmasının mümkünlüyü araşdırılmamışdır. Təqsirləndirilən şəxs bəraət almış şəxsə verilmiş ittihama görə o, 01 oktyabr 2021-ci ildə keyfiyyətli texniki baxı ş keçirməməsi səbəbindən Mingəçevir şəhəri Günəşli Bağlar massivinin12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş, diamentri 76 mm-lik qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan qaz S.Qənbərovaya məxsus yaşayış evinə dolmuş, nəticədə 28 dekabr 2021-ci il tarixdə evin işıqları yandırılarkən qığılcım təsirindən alışaraq partlayış baş vermişdir. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş borunun səthinin vizual tədqiqi nəticəsində onun üzrəində 25x 10 mm, 13x10 mm ölçülərdə zədələr aşkar olundu. Elmi metodika olmadığından zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyil. Lakin qaz borusunda korroziyadan dəliklərin partlayış hadisəsindən 3- 4 ay əvvəl baş verdiyinin müəyyən olunması barədə mütəxəssisin 20 may 2022-ci il tarixli rəyi sübut kimi qiymətləndirilərək bəraət almış şəxsə ittiham elan edilmişdir. Halbuki ittihamın əsasını təşkil edən Azərbaycan Texniki Universitetinin “Metatlurqiya və metalların texnologiyası” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru X6 “tədqiq olunan qaz borusunun korroziyadan deşilməsinin partlayış hadisəsində 3-4 ay əvvəl baş verdiyinə dair” 20 may 2022-ci il tarixli mütəxəssis rəyi ekpertlər tərəfindən nəzərə alınmamışdır. Müdafiə tərəfin vəsatəti ilə məhkəmə iclasında mütəxəssis kimi dindirilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Katalis və Qeyri üzvü Kimya İnstitunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, Azərbaycanda materialların Kimyəvi müqavimət və korroz iyadan mühafizə üzrə mütəxəssis X4 da boruda aşkar olunmuş dəliklərin yaranma müddətinin 3-4 ay əvvəl göstərilməsinin yanlış olduğunu, korroziyaya uğramış metal konstruksiyalarda dəliyin yaranma müddətini müəyyən etmək üçün hər hansı metodikanın mövcud olmadığını bildirmişdir. Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısındakı yeraltı qaz xəttinə xətt baxıcısı bəraət almış şəxs tərəfindən 01 oktyabr 2021-ci il tarixdə baxış keçirən zaman qaz xəttində qazsızmanın olmasını, borudakı dəliklərin hansı tarixdə yaranmasını təsdiq edən sübut yoxdur. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edən 20 may 2022-ci il tarixli mütəxəssis rəyi isə elmi metodikaya əsaslanmadığına, mübahisəli olduğuna görə mötəbər sübut kimi qiymətləndirilə b ilməz. Bundan əlavə iş üzrə alınmış ekspertiza rəylərində 01 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən diametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyi, qaydaların tələbləri xətt baxıcısı X21 tərəfindən pozulduğu göstərilsə də, məhkəmə hesab edir ki, ekspertlər tərəfindən hərtərəfli araşdırma aparılmadan, “Azəriqaz” İB ilə "xxxx" QSC arasında olan müqavilə, müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu nəzərə alınmadan əsassız rəy verilmişdir. Ona görə də məhkəmə ekspert rəylərinə də mötəbər sübut kimi qiymət vermir. Məhkəmə xətt baxıcısı X21 tərəfindən 01 oktayabr 2021-ci il tarixdə keçirilmiş qaz xəttinə texniki baxış zamanı CM-nin 225.2-ci ma ddəsi ilə təqsirləndiriməsi üçün kobud pozuntulara yol verilmədiyini, 28 dekabr 2021-ci ildə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi ilə onun hərəkəti (hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqənin olması sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, bəraət almış şəxsin Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilə bilməz.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin X12 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsinə dair nəticəyə gələrkən istinad etdikləri sübutları mötəbər və kifayət hesab etmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materialları ilə mübahisə doğurmadan təsdiq olunan fakt ondan ibarətdir ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz X11ya məxsus fərdi yaşayış evinə dolmuşdur. Mingəçevir şəhəri, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsinin, yəni korroziya nəticəsində dəlik yaranmış xəttin "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləyən X12 yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin yoxlanılması vəzifəsi qoyulmuş şəxs kimi xidmət etdiyi əraziyə aid olması da mübahisəsizdir. Məhkəmə kolle giyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin baş vermiş hadisənin səbəbindən, yəni qazın sızma mənbəyinin müəyyən edilməsindən deyil, nəticəsindən, yəni fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusu üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması və “Azəriqaz” İB ilə "xxxx" QSC arasına bağlanmış müqavilənin tərkib hissəsi olan Razılaşma protokoluna müvafiq olaraq "xxxx" QSC-nin xətt baxıcılarının sayğaca qədər olan qaz xəttlərini yoxlaması, evlərə, binalara, zirzəmilərə, xüsusi mülkiyyətdə olan həyatyanı sahələrə, həmin yerlərdəki kommunikasiyalara baxışın "xxxx" QSC tərəfindən həyata keçirilməməsini əsas götürərək xətt baxıcısı X21 tərəfindən 01 oktayabr 2021-ci il tarixdə keçirilmiş qaz xəttinə texn iki baxış zamanı CM-nin 225.2-ci maddəsi ilə təqsirləndiriməsi üçün kobud pozuntulara yol verilmədiyi, 28 dekabr 2021-ci ildə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi ilə onun hərəkəti (hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqənin olmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişlər. Halbuki,hadisənin baş verməsinin səbəbi olan Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəliyin xətt baxıcısı X21 tərəfindən qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirəcəyi təqdirdə müəyyən ediliməsinin mümkünlüyü ar aşdırılmalı di. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 3/105 №li məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əmələ gələn dəliklərdir. Cinayət işin 6-cı cild 21-24-cü səhifələrində olan 20 may 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, mütəxəssis tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X11 məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısından yeraltı aparılmış, üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş, hadisə yerinə keçirilmiş baxış zamanı kəsilərək götürülmüş hissəsi tədqiq olunmuş, tədqiq olunan qaz borusunu n korroziyadan deşilməsinin partlayış hadisəsindən 3-4 ay əvvəl baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə yanğın-texniki ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/1748 saylı rəyindən görünür ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evində partlayışın mənbəyi, evin daxilində olmuşdur. Partlayışa səbəb, fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusu üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ№ 012001) 1.2 bəndinin, "Qa z təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanılmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQN01-2001) 1.2 bəndinin, "Qaz təsərrüfat ında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 1 oktyabr 2021-ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxicisi X21 tərəfindən pozulmuşdur. Məhkəmə yanğın texniki ekspertizasının 22 iyun 2022-ci il tarixli 10/3728 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyində göstərilir ki, 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evində baş vermiş partlayışla əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “ Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və 07 ya nvar 2020-ci il tarixdə "xxxx" QSC-nin direktoru X12 tərəfindən təsdiq edilmiş “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, “Azərbaycan Respub likasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı X21 tərəfindən pozulmuşdur. "xxxx" QSC-nin direktorunun 19 fevral 2018-ci il tarixli 061/k nömrəli əmri ilə X21 həmin tarixdən "xxxx" QSC-nin Mingəçevir Regional Mərkəzinə xətt baxıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında təyin edilmiş məhkəməkompleks ekspertizasının 09 mart 2023-cü il tarixli, 10/121 saylı rəyində göstərilmişdir ki, “Qazdan istifadə Qauydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nın 2.3.5-1 bəndində tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırılmaq və onu işlək vəziyyətdə saxlamaq istehlakçının vəzifələrinə aid edilmişdir. Lakin istehlakçı X19 ilə paylayıcı Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi X arasında bağlanmış 12 mart 2018-ci il tarixli, 251 nömrəli müqavilədə qaz xəttinin üzərində qoruyucu qurğunun (detektorun) təchiz olması barədə hər hansı şərt yoxdur. - Mənzillərdə quraşdırılması nəzərdə tutulan qaz dedektorları öz funksional quruluşlarına uyğun olaraq, otaqlara qaz sızması halı baş verən zaman səs siqnalının verilməsini və ya giriş klapanına siqnal ötürməklə həmin klapanın bağlanmasını təmin edir. - Qaz xəttinin yeraltı və yax ud yerüstü olması xəttin texniki istismar sənədləri (pasportu) ilə müəyyən edilir. Cinayət işi materiallarında olan aktlardan göründüyü kimi, Mingəçevir şəhəri, Günəşli bağ massivində 76 mm olan polad qaz xətləri dayaqlar üzərində çəkilmiş və keçid yerlərində layihəyə uyğun olaraq yeraltı aparılmışdır. - Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından çəkilmiş 76 mm-lik polad qaz xəttinin hansı texnologiya əsasında aparılması, izolyasiya işlərinin hansı üsulla aparılması, izolyasiya qatının qalınlığı və bu işlərə aid digər məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edimədiyinə görə bu sual üzrə tədqiqat aparılmadı. - xx.xx.2021-ci il tarixdə (texniki baxış keçirilən ərəfədə) 76 mm-lik borunun üzərində mövcud olan qüsurların və onların xarakteri barədə məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edilmədiyinə görə bu sual üzrə tədqiqat aparılmadı. - xx.xx.2021-ci il tarixdə qaz kəmərində qaz sızmasının qarşısının alınması işləri ilə əlaqədar hansı tapşırıqların verilməsi (təmir və ya növbədən kənar baxış işlərinin) barədə məlumatlar təqdim olunmadığına görə qərarın bu sualları üzrə tədqiqat aparılmadı. - Qaz xətlərinə texniki baxış zamanı yoxlama üsulu şəraitə uyğun olaraq seçilir. “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nda şurfların açılması barədə hər hansı mütləq tələb yoxdur. Lakin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizli k tələbləri qaydaları”nın 7.30 və 7.31 bəndlərinin tələblərinə görə, qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyuları, binaların zirzəmiləri yoxlanılmalı idi. - “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın 3.13 və 3.15 bəndlərində yerüstü və yeraltı qaz kəmərlərinin yoxlama (baxış) üsulu göstərilmişdir. Həmin bəndlərin tələbləri rəyin tədqiqat hissəsində göstərilmişdir. - Baş vermiş hadisə ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2, 4 bəndlərinin tələbl əri pozulmuşdur. - 21 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən dimametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2 və 4 bəndlərinin tələbləri "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı X21 tərəfindən pozulmuşdur. - Lakin Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X11 məxsus fərdi yaşayış evinin davazasının qarşısındakı yeraltı qaz xəttində qazsızması nın hansı tarixdə yaranması və baxış keçirilən ərəfədə həmin qəza halının (qaz sızmasının) mövcud olubolmaması barədə cinayət işi materiallarında hər hansı məlumat yoxdur. Buna görə də X21 tərəfindən 01 oktyabr 2021-ci il tarixdə keçirilmiş texniki baxış zamanı yol verilən pozuntularla Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə X11 məxsus fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi arasında səbəbli əlaqənin olub-olmamasına məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr təqsirləndirilən şəxsin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ittihamın mahiyyəti üzrə verdiyi ifadələrinin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilib-edilməməsi halını araşdırmamış, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib d üzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş bəraət almış şəxs CM-in 225.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, 1 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X11 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz slızmalarının və həmin xətdən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. bəraət almış şəxs məhkəmə baxışında ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli olaraq, 1 oktyabr 2021-ci il tarixdə hadisə baş verən küçədə ona təhkim olunmuş xüsusi cihaz vasitəsilə yoxlama aparan zaman küçədə olan kanalizasiya quyularını yoxladığını, lakin evlərə və onların həyətyanı sahələrinə daxil olmaq səlahiyyəti olmadığı üçün evlərin zirzəmilərini yoxlamadığını, müstəntiq tərəfindən ifadəsinin təhrif olunaraq yazıldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında bəraət almış şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş ifadəsinin təhrif olunması barədə heç bir şikayəti, həmçinin, cinayət işinin materialları ilə tanış olma dövründə heç bir vəsatəti təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası keçirilmiş məhkəmə texniki və yanqın təhlükəsizlik ekspert rəylərini nəzərə alaraq qeyd edir ki, keçirilmiş ekspertizalarda göstərilmişdir ki, qaz sızması bəraət almış şəxsin yoxladığı borudan başlamışdır və keyfiyyətli yoxlama aparılsaydı, aşkar olunmalı idi. Bununla əlaqədar məhkəmə iclasında mütəxəssis kimi ifadə vermiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Katalis və Qeyri-üzvü Kimya İnstitunun aparıcı elmi işçisi, Kimya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanda materialların kimyəvi müqavimət və korroziyadan mühafizə üzrə mütəxəssis X4 bildirmişdir ki, Azərbaycan Texniki “Metallurqiya və materialların texnologiyası” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru X13 tərəfindən X12 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib etdiyi rəylə tanış olub hesab edir ki, rəy elmi cəhətdən əsaslandırılmamış, rəydə qeyd olunan tədqiqatların mötəbərliliyi şübhə doğurur. Təqdim olunan rəyə münasibət bildirərək X13 göstərmişdir ki, boru üzərində mütəxəssis tərəfindən aparılan tədqiqat nə laborator şəraitində və nə də real mühit şəraitində aparılan təqdiqatların tələblərinə cavab vermir. Belə ki, laborator şəraitində şoran torpağı imitasiya etmək mümkün deyil. Laborat şəraitində dəniz və çay suyun imitasiyası mümkündür. Çünki onların tərkibində olan aqressif ionlar və mühitin p/h-aşı məlumdur. Lakin torpaqda imitasiya aparılmır, çünki torpağın içində təcrübə aparmaq metodikası yoxdur. Daha sonra, mütəxəssis rəyində təcrübənin hansı formada və hansı vaxtda aparılması göstərməmişdir. Nümunənin hansı formada hazırlanması (plastik və ya silindrik olması) qeyd olunmamışdır. Daha sonra, rəydə təcrübə lərin hansı müddətdə, temperaturda, dinamik və ya statik formada aparılması, mühitin aqressiv ionlarının qatılığı və bir çox başqa faktorlar göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin yalnız məhkəməyə dəvət olunmuş mütəxəssisin rəyinə əsaslanaraq iş üzrə təyin olunmuş ekspertizaların əsassız hesab olunması nəticəsinə gəlinməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-nin 267-ci maddəsinə əsasən: 267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. 267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğu rduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. 267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. 267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunverciliyin yuxarıda qeyd olunanlar tələblərinə müvafiq olaraq məhkəmələr keçirilmiş ekspertizaların rəylərini əsaslandırılmamış və qeyri-obyektiv hesab etdikləri təqdirdə baş vermiş hadisəsinin obyektiv məlumatlarını müəyyən etməli, işdə olan ziddiyətləri aradan qaldırılmalı və zərurət yaranarsa, təkrar məhkəmə-texniki ekspertizası təyin olunmaqla rəy almalı idi. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, X12 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mü mkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərə findən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2 və 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilsin. X12 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(107)-252/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-901/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-901/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver